1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZ
ƏRBAYCAN D
ÖVL
ƏT
İQT
İSAD UN
İVERS
İTET
İ
MAG
İSTRATURA M
ƏRK
ƏZ
İ
Ə
lyazmas
ı
h
ü
ququnda
M
əmm
ədova Azad
ə Tahir q
ız
ı
“Bankın aktiv əməliyyatları və onların təkmilləşdirilməsi”
Mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İxtisasın şifri və adı060403, “Maliyyə”
İxtisasla
şma MM130139, “Bank işi”
Elmi rəhbər: Magistr proqramının rəhbəri:
i.e.d.prof.M.M.Bağırov
i.e.d.prof.Rzayev R.M
Kafedra müdiri prof. Z.F.Məmmədov
Bak
ı - 2015
2
M Ü N D Ə R İ C A T
Mövzu
:
Bankın aktiv əməliyyatları və onların təkmilləş-
dirilməsi
Səh.
GİRİŞ..........................................................................................3-4
FƏSIL 1. Bank sisteminin təkamülü və onun xüsusiyyətləri
1.1Bank sistemi və onun inkişaf mərhələləri.............................................................5-8
1.2 Müasir bank sisteminin xüsusiyyətləri...............................................................8-17
1.3 Kommersiya bankları bank sisteminin əsas həlqəsi kimi.................................17-21
FƏSİL 2. Kommersiya banklarının əməliyyatlarının təhlili və
qiymətlənməsi
2.1Bankların əməliyyatlarının təhlili .....................................................................22-44
2.2 Bankların aktiv əməliyyatlarının səmərəliyinin qiymətlənməsi.....................44-52
FƏSIL 3. Kommersiya banklarının əməliyyatları və onların
təkmiləşdirilməsi
3.1 Kommersiya banklarının kredit əməliyyatlarının yeri və rolu....................53-68
3.2 Kommersiya bank əməliyyatlarının təkmilləşməsdirilməsi.............................68-77
NƏTİCƏ VƏ TƏKLİFLƏR................................................................................78-80
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT..............................................................81-82
ANNOTASİYA.....................................................................................................83-84
3
G İ R İŞ
Mövzunun aktuallığı. Kommersiya bankları iqtisadi və sosial sferada aktiv
əməliyyatlar aparmaqla əvəzsiz xidmət göstərirlər. Bankların aktiv əməliyyatları
həm dolayı yolla, həm də birbaşa olaraq ölkənin inkişafına təsir edir. Ona görə də
bu mövzu bu gün aktual olaraq qalır.Mövzunun aktuallıgı həm də aktiv
əməliyyatların inkişafından irəli gəlir. Beləki, qiymətli kagızlar bazarının
genişlənməsi, ölkəyə investisiya qoyuluşunun artması, ipoteka kreditlərinin verilməsi,
bankların aktiv əməliyyatlarını genişləndirmişdir.İqtisadiyyatın sürətli inkişafı
şəraitində hər zaman bank vəsaitlərinə ehtiyac vardır. Ona görə də bu mövzu uzun
müddət öz aktuallığını saxlayacaqdır.
Tədqiqatın məqsədi və vəzifələri. Burada əsas məqsəd ölkə iqtisadiyyatının
inkişafında bankların aktiv əməliyyatlarının nə qədər mühüm rola malik olduğunu
göstərməkdir,dünya və valyuta bazarında,pul resurslar bazarında,banklararası
bazarında maliyyə münasibətlərinin mövcud vəziyyətini kompleks araşdırmaq və
onun təkmilləşdirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr
hazırlamaqdan ibarətdir.
Tədqiqat obyekti və predmenti. Bu dissertasiya işində tədqiqat obyekti
kommersiya banklarının aktiv əməliyyatlarıdır və tədqiqat predmentini isə maliyyə
bazarında,banklararası bazarında,valyuta bazarında kommersiya banklarının aktiv
əməliyyatlarının inkişaf mərhələləri və onların təkmilləşdirilməsi,səmərəliyinin
qiymətləndirilməsi kimi məsələlərinin öyrənilməsi təşkil edir.
Tədqiqatın informasıya bazası Azərbaycan Respublikası qanun və sərəncam-
larından,“Azərbaycan Respublikasının Mərkəzi Bankı” Statistik bülleten-
dən,Maliyyə Nazirliyinin məlumatlardan, Mərkəzi Bankın təlimat və hesabatların-
dan, mövzuya aid jurnal və bülletenlərdən, Qlobal İnternet şəbəkəsinin informasiya
resursları təşkil edir. Tədqiqat prosesi iqtisadi təhlil,müqayisə,məntiqi ümumiləş-
dirmə,statistika qruplaşdırma,iqtisadi-riyazi və s.metodlardan istifadə edilmişdir.
4
Tədqiqatın
elmi yeniliyi.İqtisadiyyatda kommersiya banklarının aktiv
əməliyyatlarının sahəsində aparılan təhlillərin nəticəsi olaraq, mövcud olan
problemlərin aradan qaldırılması üçün elmi praktiki tədqiqatlar aparılmış və elmi
yenilliklər edilmişdir: 1) banklarının aktiv əməliyyatlarının əsas xüsusiyyətləri və
istiqamətləri araşdırılmış 2)Azərbəycanda kommersiya bankların aktiv əməliy-
yatlarının mövcud vəziyyəti araşdırılıb təhlil edilmiş 3) təkmilləşdirilməsi üçün tək-
liflər irəli sürülmüş,xarici təcrübələrin yerli banklarda tətbiqi məsələləri araş-
dırılmışdır. Mərkəzi Bankın kommersiya banklarına verdikləri kreditlərə görə uçot
dərəcələri və banklararası kredit bazarında faizlər azaldılmasını, kreditləşmə prosesi
zamanı kreditin təminatlılığı kimi müəssisələrdən tələb olunan girov yox,
müəsissələrin maliyyə fəaliyyəti əsas göstərici kimi araşdırılmasını, ölkə
iqtisadiyyatının inkişafı üçün kiçik sahibkarlığın inkişafının zəruri olduğunu
nəzərə alaraq, komerisya banklarının kiçik və orta biznesə maraq göstərmələrini,
kommersiya banklarının həyata keçirdiyi əməliyyatların çeşidi artırılmasını,banklarda
fəaliyyət
göstərən kadrların təhsilinin təkmilləşdirilməsinə xüsusi diqqət
yetirilməsini, bazar iqtisadiyyatında banklar aktiv əməliyyatlarının optimal üsuları
seçilməsini ideaları ise elmi yeniliyin nəticəsində yaranan fikirlər və təkliflərdir.
Tədqiqatın
praktiki
əhəmiyyəti
ondan
ibarətdir
ki,onun
əsas
müddəalarından,əldə edilmiş nəticələrdən,irəli sürülmüş təklif və tövsiyələrdən
istifadə olunması Azərbaycan Respublikasında bank sisteminin dinamik və effektiv
inkişafına əhəmiyyyətli təsir göstərəcəkdir.
Dissertasiya işinin quruluşu və həcmi.Dissertasiya işi giriş,üç fəsil,nəticə və
təkliflərdən,20-ə yaxın sxem, cədvəl və qrafikləri özündə əks etdirən 1,5 interval
kompüter yazısı ilə 84 səhifədən ibarətdir.İşdə istifadə olunmuş 46 adda ədəbiyyat
siyahısı göstərilmişdir.