12
insanların əlaqə və ünsiyyət yerləri hesab olunur. İnsanların əlaqə və
ünsiyyətləri artdıqca məkanları da böyümüş olur.
Məkanın miqyası fərdin, şəxsin (şəxslərin) potensialından asılı olur.
Daha çox aləmə, maddi-material vasitələrə sahib olan şəxslər daha geniş
məkanlara sahib olurlar. Məsələn, əlində vəsaiti çox olan şəxsin hərəkət sferası
böyüyür, çox yerlərə çıxışlar əldə edir. Bu da özlüyündə hüquqları, o cümlədən
səlahiyhyətləri böyüdür. Eyni zamanda şəxslərin ruhu onların məkanlarının
miqyasını dəyişir. Ruhun genişlənməsi həm daxilən məkanı böyüdür, istəklər
və maraqlar, mənafelər böyüyür. Həm də sərhədləri keçir və müəyyən olunan
məkanları aşır. Bu baxımdan da mücərrəd məkan anlayışı ortaya çıxır.
Mücərrəd məkanların böyüməsi ruha, xəyala, istəyə bağlı olur. Konkret
elementlər də məkanı böyüdür. Məsələn, müəyyən bir məkanda yaşayış
vasitələrinin olması insanların məkanlarını genişləndirir. Bu baxımdan da
böyük dövlətlərin vətəndaşlarının daha geniş hərəkət etmək imkanları olur.
Məkan isə sərhədlərdən ibarətdir. Hüquqlarla bölgülərə ayrılır. Hüquq
sərhədləri həm azadlığı artırır, həm də azadlığı məhdudlaşdırır. Burada hüquqi
səlahiyyətlər böyük rol oynayır. İnsanların əllərində olan resurslar onların
məkanlarını böyüdür.
Azadlıq məkan və hərəkət nisbətinə bağlıdır. Məkan üzərində hərəkətin
miqyası azadlığın ifadəsidir. Azadlığın həcmidir. Azadlıq sərbəstlik,
müstəqillik anlayışları ilə tərkib təşkil edir. Azadlıq məkanda qeyri-
gərginlikdir. Azadlıq sahib oluna biləcək imkanlara sərbəst şəkildə nail
olmaqdan
ibarətdir.
Azadlıq
məkanla
bağlı
olduğundan
məkanın
bölüşdürülməsi anlamını verir. Məkan elementlərinin paylanması məhz
azadlığın əsaslarını meydana gətirir. Azadlıq müəyyən bir məkanda təzyiq
vasitələrindən xilas olmaq deməkdir. Təzyiq vasitələri azadlığı məhdudlaşdırır;
çünki pay bölgüsünü yaradır. Azadlıq həm öz məkanında qazanılır, həm də
başqa məkana keçidlə meydana gəlir. Azadlıq məkanda təsirlərdən,
təqiblərdən azad olunmaqdır və gərginliyin götürülməsidir.
Azadlığın həcmi, miqdarı mövcuddur. Azadlıq sərbəst hərəkət
məkanlarından meydana gəlir. Bu baxımdan da elementlər arasındakı
məsafəyə bağlıdır. Hərəkət məsafəsinin uzunluğu azadlığın həcmini artırır.
Resurs artımı bir tərəfdən məkanı artırırsa, digər tərəfdən də asılılığı meydana
gətirir.
Azadlıq məkanda təzyiqin müəyyən elementlərin üzərindən götürülməsi
ilə yaranır. Sərbəstlik genişlənir və hərəkət məkanı böyüyür. İstifadə imkanları
artır. Məsələn, bir dövlətin üzərindən digər dövlətin işğalı faktına son qoyulur.
İşğal altında olan dövlət azadlıq qazanır.
Azadlıq başqa bir məkanın qazanılması ilə meydana gəlir. Bu anda qopma
və ayrılma yaranır. Məsələn, müstəqillik qazanmaq bir xalqın digər dövlətdən
siyasi baxımdan ayrılmasıdır. Dövlət parçalanır, mərkəzdən digər ərazilər
ayrılır.
13
Azadlıq qərarların sərbəst və müstəqil şəkildə qazanılmasından ibarətdir.
Azadlıqda güc faktoru mühüm rol oynayır. Güclü tərəflər daha çox potensial
əldə edirlər, enerji qazanırlar. Bu, sürəti artırır. Sürət məsafəni böyüdür.
Məkan genişlənir. Sərbəst hərəkət sferası meydana gəlir.
Siyasətin sosioloji aspektləri
Siyasətin sosioloji aspektləri dedikdə, siyasətdə iştirak edən qrupların və
siyasətlə maraqları dövlət tərəfindən təmin olunan qrupların sosial statusları
nəzərdə tutula bilər. Siyasətin əsasları insanların maraqlarını təmin etməkdən
və bu baxımdan da sistemli və pozitiv fəaliyyət həyata keçirməkdən ibarətdir.
Siyasətin sosioloji aspektləri də siyasi vəziyyətlərlə bağlıdır. Siyasətin
sosiologiyası dövlətlərdaxili və dövlətlərarası əlaqələrin sosial aspektlərdə
öyrənilməsinin əsaslarını təşkil edir. Burada metod olaraq müxtəlif
yanaşmalardan istifadə oluna bilər. Siyasətin subyektləri və obyektləri arasında
əlaqələrin əsasları metodlarla öyrənilir.
Dövlətdaxili siyasətin sosioloji əsasları
Siyasətin əsas mənbəyi cəmiyyətdir. O cəmiyyət ki, onu xalq yaradır.
Dövlətdə təmsil olunan subyektlər cəmiyyətdən gəlir. Dövlətin daxili və xarici
siyasəti əsasən daxildəki insanların sosial maraqlarının təmin edilməsini əsas
hədəf kimi müəyyən edir. Dövlət ümumi olaraq sosial bir aparatdır. Siyasətin
də son hədəfi sosial maraqların ödənilməsidir. Dövlət sosial ünsürləri qoruyan
və sosial maraqları təmin edən siyasi bir qurumdur. Dövlətin sosioloji mənası
onun bir sosial qurum kimi izahından irəli gəlir. Dövlət insana xdimət edir,
insan sosial ünsürdür; ona görə ki, əlaqələr və ünsiyyətdə yaşayır. Bu fonda
əmək münasibətlərini təminn edir, tələbatlarını ödəyir. Dövlət daxilində həm
də sosial təbəqələr meydana gəlir. Dövlətin ehtiyat fondları sosial təbəqələrin
ehtiyaclarının ödənilməsini özündə ehtiva edir. Dövlət özünün hüquqyaratma
mexanizmisində məhz insanları sosial varlıq kimi müəyyən edir.
Beynəlxalq münasibətlərin sosioloji əsasları
Beynəlxalq münasibətlər özü əlaqələr forması olduğundan elə sosial
strukturlardan ibarətdir. Sosial subyektlərə dövlətlər və xalqlar aiddir. Fərqli
inkişaf özündə sosial təbəqələri meydana gətirir. Beynəlxalq münasibətlərdə
dövlətlərin fərqli inkişafı, ölkələrin fərqli iqtisadi, mədəni və siyasi struktura
malik olması özlüyündə beynəlxalq münasibətlərin sosioloji əsaslarını üzərə
çıxarır. Beynəlxalq münasibətlərin sosioloji əsasları burada iştirak edən
dövlətlərin və təşkilatların əlaqələr və münasibətlər xassəsindən meydana gəlir.