18
özləri üzərində səlahiyyətli idarəçilər, hüquqi tərəflər müəyyən etmiş olurlar.
Cəmiyyət burada dövlətə güc verir, dövləti potensialı olan tərəfə çevirir.
Dövləti öz arxasında müdafiəçi tərəf kimi görür. Həmin potensial tərəfdə də
cəmiyyətin elə özü qərarlaşır. İnsanlar cəmiyyətə dövlətləri üzərində
himayəçi bir mənbə kimi də baxırlar. Dövlət cəmiyyət üzərində və daxilində
qərarlaşmaqla onu daxildən dağılmağa qoymur. Dövlət sağlam cəmiyyətin
“atmosferini” təşkil edir. Dövlət hakimiyyətinin subyektləri elə cəmiyyətin
üzvləri hesab olunur. Dövlət və cəmiyyət vəhdəti, dövlətin cəmiyyətin
sifarişini yerinə yetirməsi funksiyası və bu istiqamətdə məsuliyyət və öhdəliyi,
həmçinin hüquqları, hüquqlarından irəli gələn vəzifələri dövləti cəmiyyətdən
asılı edir. Dövlət cəmiyyət üzərində sanki bir qoruyucu örtük və cəmiyyət
daxilini təminedici aparat və mexanizmli struktur rolunu oynadığından,
qurumun əsas prinsipləri cəmiyyətlə bağlılıqdan, ondan yararlanmaqdan və
ona xidmətlərdən ibarət olur.
Dövlət idarəçiliyi sahələri rəngarənglikdən ibarət olmaqla, idarəetmənin
rəngarəng əsaslarını özündə cəmləşdirir. Hər bir sahə, həmçinin sahələrarası
vəhdət, koordinativ bağlılıq, şərtləndirici bağlılıq, törənmə funksiyası
idarəetmənin də fərqli əsaslarını meydana gətirmiş olur. Bu baxımdan da
idarəetmə bir mexanizm olmaqla mürəkkəb funksiyanı özündə cəmləşdirir.
İdarəetmə piramidal prosesli struktura malik olur, ona görə ki, funksiya və
öhdəlik baxımından struktur da pilləli olur, piramidal əsasları yaradır.
Dövlət idarəetmə mənbəyi və sahəsi olduğundan mütəxəssislərin burada
iştirakı vacib əhəmiyyət kəsb edir. Dövlət idarəçiliyi özündə mürəkkəblikləri
də ehtiva etdiyindən, burada kadrların hazırlanması önəmli rol oynayır.
İdarəçilik özündə çoxlu sayda geniş bilikləri əks etdirən bir fəaliyyətdir.
İdarəçilik kadrların yetişməsini özündə ehtiva edən bir prosesdir. Bu baxımdan
da elmilik və rasionallıq tələb edir. Rasionallıq, elmilik də maariflənməkdən,
təhsildən, təlim və tərbiyədən başlayır. Buna görə də kadrların yetişməsində
ayrı-ayrı sahələr üzrə biliklərin əldə olunması vacib amilə çevrilir. İdarəçilik
bir proses olaraq özündə mütəxəssislərin mərhələli yetişməsini zəruri edir.
İdarəçilik və cəmiyyətin rasional və elmi məzmunda dövlətlə bağlı olması
prinsipləri onu deməyə əsas verir ki, dövlətin idarə olunmasında təmsil olunan
şəxslər də elmi və rasional təfəkkürə malik olmalıdır. Dövlət həm də
mədəniyyət fenomenidir.
Dövlətin mövcudluğu və cəmiyyətə xeyir verəcək
səviyyədə fəaliyyət əsasları xalqın mədəniyyət qabiliyyətinin göstəricisidir.
Dövlətin sağlam sistemi cəmiyyətin sağlam üzvlərindən və maraqların sağlam
təminatından asılıdır. Çünki dövlətin daxili elə insanlardan ibarət olaraq təşkil
olunur.
Dövlət mənəviyyat bütövü olan fiziki bir quruluşlu model rolunu
oynadığından, bu qurumda iştirak edən, siyasəti təmin edən şəxslər də saf
ruhlu insanlar olmalıdır. Dövlətin ali idarəçilik mərhələsində işltirak edən
şəxslər bir neçə mərhələdə yetişməli, kadr hazırlığı trayektoriyasında ardıcıl və
mərhələli şəkildə iştirak etməlidirlər, hazırlanmalıdırlar. Kadr hazırlığında
19
təhsil, elm birlikdə istifadə olunmalı, davranışda və elmi bilikləri əldə etməkdə
nizamlılıq prisnipləri əsas götürülməlidir. Kadr hazırlığı şəxslərin enerji
toplamasına, bu baxımdan istedad və qabiliyyətlərinin artmasına xidmət
etməlidir. Kadrların hazırlanması mərhələlərinin əsas subyektləri ailədən,
cəmiyyət strukturlarından, məktəblərdən, siyasət mərkəzlərindən ibarət
olmalıdır. Hər bir mərhələdə ardıcıllıq həm də əhatəliliklə xarakterizə olunur.
Belə ki, siyasətçilərin, dövləti idarə etmək üçün digər kadrların,
mütəxəssislərin hazırlanması proseslərindəki hər bir mərhələdə müəyyən
biliklər əldə olunur, istiqamətlər qazanılır. Bu baxımdan da biliklər mərhələli
olaraq əldə olunur. Forma prosesləri də buna müvafiq olaraq həyata keçirilir.
Biliklərin təcrübədə tətbiqi, həmçinin yeni biliklərin qazanılması özündə
ardıcıl mütəxəssis hazırlığını ehtiva edir.
Dövləti idarə etmək üçün xalqa təqdim olunma mərhələsi əsasən iki
istiqamətdə həyata keçirilir: “aşağılardan” və “yuxarıdan”. Yuxarıdan
təqdimat o halda olur ki, həmin şəxs gələcək hakimiyyətə ənənəvi olaraq, irsi
qaydada sahib olmalıdır. Yuxarıdan təqdim olunanlar elə yuxarıda (ali
mərkəzlərdə) hazırlanır və eyni zamanda cəmiyyətdə -buna şərti olaraq aşağı
pillə kimi demək olar-yetişir. Dövlət üçün ən güclü, ən layiq namizədlər yuxarı
və aşağı mərhələnin vəhdətində yetişənlər olurlar. Çünki bu şəxslər həm
aşağıdan yuxarıya doğru məktəb keçirlər, həm də praktiki olaraq yuxarıların
fəaliyyətində iştirak edirlər. Bu iki istiqamət kadrlarda, siyasətçilərdə,
mütəxəssislərdə əhatəlilik meydana gətirir, komplektiv vəhdət yaradır. İki
mərhələdə hazırlanan kadrlar üçün arenalar təşkil olunur, onların şəxsiyyət
kimi açıq cəmiyyət önündə fəaliyyəti reallaşır. Siyasətçilərin, kadrların özünü
sübuta yetirmək üçün real imkanlar açılır, səhnələr təşkil olunur. Bu anda
şəxslərdə
natiqlik
qabiliyyəti
formalaşır.
Cəmiyyət
və
hakimiyyət
mərhələlərində formalaşmaq dövlətin daxili və xarici siyasətinə yaxından
bələdçiliyə və eləcə də vurulan nəbzləri (hakimiyyətin və cəmiyyətin nəbzləri)
yaxşı dərk etməyə imkan yaradır. Bu məsələyə fəlsəfi yanaşsaq, həm də onu
qeyd edə bilərik ki, kadrların hazırlanmasında ideallıqla reallıq çulğaşır.
Şəxslərdə aydın dərk etmək qabiliyyəti meydana gəlir. Şəxslər dövlətlə
cəmiyyət kompleksləri arasındakı tələb-təklif məsələlərini yaxından dərk edə
bilirlər. Hakimiyyəti dərk edərək, hakimiyyətin işində iştirak etməmək
hakimiyyət, dövlət anlayışları haqqında ideal təsəvvür yaradırsa, hakimiyyətdə
iştirak etmək artıq real təsəvvürlərin formalaşmasını zəruri edir. Birinci halda
ideal dövlət, ikinci halda praktik dövlət anlayışı formalaşır.
Hər ikisini
özündə cəmləşdirən şəxslərdə isə hazırlıq mərhələsi yüksək olur və ideal
dövlətin real dövlətlə fəlsəfi əlaqəsini özündə cəmləşdirir. Kadrların
hazırlanmasında cəmiyyətdən gələn enerji daha yüksək olur və şəxs öz