28
Üçüncüsü,
bu şərti kateqoriyaya ölkədə ictimai-asayişi qoruyan
qüvvələr, terrorun və digər transmilli cinayətkarlığın qarşısını alan qüvvələr,
bu baxımdan hüquq-mühafizə orqanları əməkdaşları, həmçinin məhkəmə
sistemi əməkdaşları aid oluna bilər;
Dördüncüsü,
həkimlər bu kateqoriyaya aid oluna bilər. Həkimlər ön
cəbhədə isə birinci vətənpərvərlik kateqoriyasına aid olunmalıdır.
Beşincisi,
müəllimlər, tərbiyəçilər bu sırada yer ala bilərlər. Onlar öz
ölkələrində insanların yetişdirilməsi ilə məşğul olurlar.
Altıncısı,
elm, ədəbiyyat, incəsənət və ictimaiyyət (jurnalistləri də burada
görmək olar) adamları hesab oluna bilərlər. Ölkənin müdafiəsi və inkişafı
üçün yaradıcılıq və quruculuqla məşğul olanlar, ideoloji qanadda çalışan
insanlar bu kateqoriyaya aid oluna bilər;
Yeddincisi,
istehsalata xidmət sahələrində çalışanlar, infrastruktur
sahələrində işləyənlər;
Səkkizincisi,
xaricdə yaşayanlar və lobbiçiliklə, diaspora fəaliyyəti ilə
məşğul olanlar.
Sıranı uzatmaq olar və yerləri də dəyişmək mümkündür. Burada sıra
şərtidir.
Lakin peşəsinə, vəzifəsinə, sənətinə baxmayraq, fərdi olaraq, qəlbən və
əməlləri ilə elə bir vətənpərvər şəxslərimiz vardır ki, onları öndə duranlar
sırasına aid etmək olar. Onlar üçün ümumi zəngin mənafe fərdi mənafe üçün
əsas bazadır.
Mən bu yazını nə üçün bu şəkildə qələmə alıram. Çoxlarımıza məlumdur
ki. müəyyən şəxslərimiz var ki, xarici ölkələrdə kimlərinsə, hansısa maraqlı
təşkilatlarınsa hesabına yaşayırlar və vaxtaşırı, eləcə də mütəmadı olaraq
ölkəmizin, xalqımızın ünvanına təhqiramiz sözlər işlədirlər. Yerli-yersiz
tənqidlərlə, ittihamlarla məşğuldurlar. Guya, daha çox vətənpərvərdirlər.
Üzümü onlara tutub deyirəm ki, olduqları ölkələri, xalqları çox sevsinlər.
Onlar bizim qardaşlarımızdır, dostlarımızdır. Dünya birdir, insan da birdir.
Dünyanın hər bir guşəsində yaşamaqla həyatdan zövq almaq lazımdır. Hər bir
məkan enerji mənbəyidir. Ən əsası isə ölkəmizi dünya ilə birləşdirmək
lazımdır. Oradakı müsbətlikləri ölkəmizə, ölkəmizdəki dəyərləri isə oralara
aparmaq lazımdır. Qarşılıqlı tanıtım həyata keçirmək lazımdır. Mən, Elşən
Nəsibov
, bir o qədər vətənpərvər deyiləm. Ön sıralarda ola bilməmişəm.
Məsələn, ehtiyatda olan zabit olsam da, etriraf edirəm ki, həqiqi hərbi xidməti
keçməmişəm. Yayınmışam. Döyüşləri görməmişəm. Əsgərlərə bir xeyirim də
dəyməyib. İstehsalatla, kənd təsərrüfatı ilə məşğul olmamışam. Buna görə də
alovlu vətənpərvərlikdən danışmağa haqqım yoxdur. Vətənpərvərlik hisslərinə
görə birinciləri qabaqlaya bilmərəm. Hesab edirəm ki, mənim yerim yalnız
fikir bildirməkdədir. Həm də bildirdiyim fikirlər də real, faydalı və
istiqamətverici olmalıdır. Hər kəsi real vətənpərvər olmağa səsləyirəm!
29
Onu da nəzərə almaq lazımdır ki, xaricdə yaşayıb ölkənin ünvanına
təhqiramiz sözləri işlədənlərin “
vətənpərvərlik hissləri” ilə, Vətəndə yaşayıb
peşəsi baxımından ön sıralarda və digər sıralarda qərarlaşan, lakin əməlləri ilə
əyri yollarda olanların “vətənpərvərlik hissləri” eynidir.
Mədəniyyətin yüksək olması əsasları
Mədəniyyət nədir.
-Mədəniyyət ümumən və mənası baxımından xalqın
yaradıcılığı və quruculuğunun, həyat tərzinin bütün aspektlərdə, bütün
fəaliyyət sahələrində əks olunma normasıdır. Özündə etik-estetik davranışları
əks etdirən norma və qaydalardır. Mədəniyyət bu baxımdan harmonik, sistemli
və ədalətli davranışdır. Mədəniyyət sahələrdə əks olunan vərdişlərdir. Əxlaq və
estetika qaydalarıdır. Vərdişlərin gələcək zamanlarda (tarixə baxdıqda həm də
mövcud zamanda) obrazlı şəkildə ifadə olunmasıdır. Yaradıcılıq və quruculuq
istək və arzulardan ibarətdir. Yaradıcı və qurucu şəxslər həm hər hansı bir
hadisəni xəyali olaraq təsvir edirlər, həm də öz istəklərini, arzularının
reallaşmasını təmin edirlər. Mədəniyyət vasitələri təsdiq olunan və özün tapan
vasitələrdir.
Mədəniyyət ümumiləşdirilmiş bir kriteriyadır və öz daxilində çoxlu
sayda tərkib elementlərini birləşdirir.
Mədəniyyətə yaradıcılıq və quruculuq sahələri üzrə kriteriyalar
baxımından aiddir: bədii sahələr-ədəbiyyat və onun qolları (yazıçılıq,
poeziya); incəsənət və onun qolları (rəssamlıq, heykəltaraşlıq, xəttatlıq,
aktyorluq), musiqi, din, idman, elm; həm də fəaliyyət (məşuliyyət) sahələri
kimi iqtisadiyyatın, siyasətin, sosial sahələrin formalaşma sistemləri;
məşğuliyyət (sənət və peşə) sahələri, əks olunma sahələri kimi mətbuat və
radio-televiziya, elektron informasiya vasitələri (ümumiyətlə, efir vasitələri),
teatr səhnələri, konsert tamaşa salonları, idman arenaları, əyləncə
kompleksləri; film yaradıcılığı və s.
Mədəniyyət göstəriciləri davranış göstəriciləridir. Mədəniyyətdə iştirak
bir davranışdır. Bu baxımdan da mədəniyyət həm də
əxlaqi və estetik
vasitələrdə büruzə verir. Hər kəs ümumi mədəni normalar çərçivəsində
özünün əxlaqını nümayiş etdirir.
Mədəniyyətin faydası pozitivlikdədir. Hər bir xalqın mədəniyyəti həmin
xalqın çiçəklənməsinə və etik və estetik davranışına xidmətə yönəlməlidir.
Mədəniyyət bir statusdur. Xalqın yaşayış tərzinin obrazlanmasıdır.
Mədəniyyət həm də xalqın yaşayış tərzinin açılmasına xidmət edir.
Mədəniyyətin yüksəkliyi onun forma və mənasındadır.
Forma
vasitələrin formasıdır, məzmun isə tərkib və tərkibin əhəmiyyətidir. Əgər
mədəniyyət vasitələri insanlarda zövq yaradırsa, təsir bağışlayırsa, enerji
verirsə, deməli, güclüdür. Burada yüksək olmaq fikri həm mütləqdir, həm də
nisbidir. Obrazlanmanın faktiki zamanda mütləq yüksəkliyidir və dəyişən,