4
I FƏSİL:
Cəmiyyət və siyasət fəlsəfəsi
Cəmiyyətin əsasları
Cəmiyyət müxtəlif maraqlara sahib olan insanların müəyyən yaşayış
məskənlərində sivil əlaqə və ünsiyyət formasıdır. Cəmiyyətin üzvləri olan
insanlar, onların birlikləri cəmiyyətin subyektləri, onların fəaliyyəti isə
cəmiyyətin ümumi canlılığıdır. Bu aspektdə cəmiyyət nəbzi olan, orqanları
olan və hərəkətə gətirən elementləri olan bir quruluşdur. Təfəkkürdə cəmiyyət
canlı bir bütövdür. Cəmiyyət anlayışı koordinasiya əmələ gətirir. Daxildə,
yaşayış məskənlərində bu anlayışın funksiyası insanları müəyyən bir məkanda
cəmləşdirməkdən, bir araya toplamaqdan ibarətdir. Cəmiyyət bütövdür, lakin
tərkiblərdən ibarətdir. Cəmiyyət təbəqələrə bölünür. Bu təbəqələr insanların
tutduqları peşələrə müvafiq olaraq yaranır. Həm də yaş amili burada əsas rol
oynayır. Cəmiyyət bu aspektdə dairələrə, qruplara bölünür. Məsələn, yaş
kateqoriyasına görə- uşaqların dairəsi, məktəblilərin dairəsi, əhatəsi, yaşlı
insanların dairəsi; həkimlərin dairəsi, müəllimlərin dairəsi, memarlar qrupu,
mütəxəssislər qrupu və s. Ümumiyyətlə, cəmiyyətdə fərd qruplaşmada,
dairələrdə təmsil olunmada özünü təsdiq edir. Cəmiyyət onu təşkil edən
ünsürlərin vəhdəti üçün koordinasiya funksiyasını yerinə yetirən canlı bir
bütövdür. Cəmiyyət bütövlüyü sayəsində insanlarda oxşar və vahid əlamətləri
olan xarakter formalaşır. Xalqın bütövlüyü dövlət və cəmiyyət bütövlüyündə
qorunub saxlanılır. Bu bütövlük xalqın vahid ənənələrinin və adətlərinin irsən
keçməsini təmin edir. Dövlət cəmiyyətin adət-ənənələrinin təbliğat və təşviqat
vasitəsilə irsən keçməsini təmin edir. Eləcə də hüquq normaları ilə bu irsin
davamediciliyini təmin edir.
Cəmiyyət formaca dövlət daxilində formalaşan bir strukturdur. Burada
sistemin horizontal və şaquli əsasları, formaca bu tipdə böyüməsi cəmiyyətin
daima inkişafda olmasını zəmanətləyir. Cəmiyyət elə bir strukturdur ki, özündə
dövlət strukturunun bazasını təşkil edir. Cəmiyyət və dövlət bir-birinə qarışmış
bir bütövdür. Cəmiyyət dövlət tərəfindən sərhədlənir. Lakin cəmiyyətin üzvləri
bu məkanı keçirlər və digər cəmiyyətlərlə əlaqələr yaradırlar. Dövlət
cəmiyyətin nəbzini müəyyən edir və cəmiyyətin sifarişini yerinə yetirir.
Cəmiyyət öz ruhunda dövləti gəzdirir. Cəmiyyət xalqın mədəniyyət
məskənidir. Xalq yaradıcılığı özünü cəmiyyətdə təsdiqləyir.
Cəmiyyət daxilən enerjili bir bütövdür. Tərkiblərdən, enerji toplayan
hissələrdən ibarətdir. Cəmiyyət daima dövlət qarşısında sifarişlə çıxış edir.
Cəmiyyət dövlətin güclənməsi üçün potensial mənbə rolunu oynayır. Dövlət
cəmiyyətə arxlanır.
Cəmiyyətdə yaşayış tərzi formalaşır. Adət-ənənələr öz təsdiqini
cəmiyyətdə tapır. Cəmiyyətdə qaydalar, məişət qaydaları formalaşır. Məişət
5
qaydaları cəmiyyətin sosial tərzini müəyyən edir. Cəmiyyət qaydaları həm də
hüquq normaları ilə formalaşır. Cəmiyyətdə əxlaq qaydaları da mövcud olur.
Bu əxlaq qaydaları cəmiyyət hüququnun əsaslarını meydana gətirir. Cəmiyyət
hüququ öz mənbəyini həm əxlaq, həm də hüquq qaydalarından götürür. Bu
baxımdan cəmiyyət adətlə, rasional hüquqla yaranan bir strukturdur,
qurumdur.
Cəmiyyət mənəviyyat mənbəyidir. Hər bir şəxs cəmiyyətə nəzərən
özünün mənəvi keyfiyyətlərini formalaşdırır. Mənəvi keyfiyyətlər cəmiyyətlə
əlaqələr vəhdətində formalaşır. Cəmiyyət həm də yaşayış tərzini irsən ötürür.
Məsələn, evlərdə, mənzillərdə yaşamaq, alış-veriş və istehsalat mərkəzlərini
cəmiyyət tarix vərdiş kimi irsən ötürür. İnsanların həyat vərdişlərində bunlar
aşılanır.
Cəmiyyətin təbəqələri vərdiş irsini yaradır. Məsələn, uşaqlar üçün yaşlı
nəsilin həyatı bir gələcək örnək rolunu oynayır. Cəmiyyətin funksiyasi əldə
olunan resursları həm də ictimai tərbiyəyə yönəltməkdən ibarət olur.
Cəmiyyət öz institutlarında (məktəblərdə, müəssisələrdə, kollektiv əmək
fəaliyyətinin mövcud olduğu digər məkanlarda) insanların şəxsiyyət kimi
yetişməsini təmin edir. Şəxsiyyətlər cəmiyyətlərə təsirlər edirlər və insanların
fikir mövqelərini dəyişə bilirlər. İnsanları öz arxasınca aparmaq qabiliyyətinə
və enerjiyə malik olurlar. Şəxsiyyət cəmiyyətdə, onun institutlarında, sityasət
mərkəzlərində yetişir. Cəmiyyət elə bir status yaradır ki, insanlar, onun üzvləri
məişət həyatı ilə əmək fəaliyyəti arasında bir bağlılıq üzərə çıxarır. Bu
aspektdə cəmiyyətdəki mərkəzlər insanın dövlət və xalq üçün dəyərli
məxluqlar rolunu oynamasını təmin edirlər. Cəmiyyətin təbəqələri öz arxasınca
gələnlər üçün bir stimul yaradırlar. Buna görə də cəmiyyət irsi təmin edən tərəf
və bütöv rolunda çıxış edir.
Dövlət və cəmiyyətin əlaqəsi
Bu barədə əvvəlcə biq qədər məlumat verildi. Cəmiyyət fəlsəfi düşüncələr
üçün dövlətlə birgə ən ali qurumdur. Belə demək mümkünsə, dövlət formaca,
siyasət məzmunca daha çox fəlsəfi düşüncələri özündə ehtiva edir. Yüksək
düşüncələrdə müqayisə zamanı dövlətə quruluş kimi, cəmiyyətə isə məzmun
və daha dəyərli obyekt kimi yanaşmaq lazımdır. Lakin bu o demək deyil ki,
dövlət ali deyil. Məzmunu tam sadədir, bəsitdir. Düzdür, dövlət vahiddir, buna
görə də sadədir, lakin mürəkkəbliklərdən ibarətdir. Hər iki tərəf tamamlayıcı
və bir-birini müdafiəedici qurumdur. Dövlət cəmiyyət üzərində, cəmiyyət də
dövlət üzərində total nəzarətə sahibdir. Bu, bağlılıqdan qaynaqlanır.
Cəmiyyətin dağılması dövlətsizliyə, dövlətin dağılması da sistemli olamyan
cəmiyyətə, özbaşınalığa gətirib çıxara bilər. Bu iki şərti tərəf arasında bağı
yaradan həm də vahid qaydalardır, hüquq normalarıdır. Dövlət cəmiyyətin
kölgəsidir, cəmiyyət isə dövlətin əsas dayağıdır.