90
Sibir və Uzaq Şərq) yaşamaq üçün münasib iqlimə sahib deyil. Bir çox
məkanlar da yaşamaq üçün yararlı deyil.
Rusiya
bu
gün
təbii
ehtiyatları
hesabına
öz
iqtisadiyyatını
gücləndirməkdədir. (Qeyd: Qərbin sanksiyalarına baxmayaraq iqtisadi
geriləmə müvəqqəti xarakter kəsb edəcəkdir. Bu sanksiyalar Rusiyanın yeni
texnologiyalar dövlətinə çevirəcədir və Rusiya kənd təsərrüfatını inkişaf
etdirəcəkdir. Eləcə də yeni sənaye sahələri formalaşacadqır. Çünki Rusiyada
elmi potensial var və ölkə texnoloji sahələrdə tərəqqi etmək ruhuna malikdir.
Rusiya xalqında texnoruh yüksəkliyi mövcuddur). XXI əsrdə Rusiya ixracında
sənaye məhsulları üstünlük təşkil edəcəkdir. XXI əsrin ortalarında başlayaraq
dünyada “Rusiya əsri” hökm sürəcəkdir. Çünki ölkə kapitalizm yolu ilə
inkişaf etməkdədir. Ölkəni böyük sərmayələr-daxili və xarici-gözləyir.
Avrasiyada gedən inteqrasiya prosesləri də buna təkan verəcəkdir.
Bu gün Asiya əhalisinin, postsovet məkanının əhalisinin bir qismi
Rusiyaya üz tutmaqdadır. Rusiya Avropa üçün də bazar rolunu oynayır.
Rusiyanın güclənməsi səbəbləri və kriteriyaları çoxluq təşkil edir.
Güclənmə gedişatı Rusiya üçün XXII-XXIII əsrlərdə təhülkə törədə bilər.
Belə ki, ölkə Asiya üçün yeni bir mənimsənilmə obyektidir. Bu baxımdan da
qəbul edək ki, Asiya xaqları XXI əsr boyu şimala üz tutacaq. Buna görə də rus
dilində danışanların sayı artacaq. Xüsusilə, türk dünyası Rusiyada böyük nüfuz
əldə edəcək. Əhalinin miqrasiya axını və ölkədə qalıb yaşayan miqrantlar hesabına
artması ölkənin əhalisinin sayını indikindən iki, ya da üç dəfə artıracadqır. Bu amil
Rusiyada yeni iqtisadi mərkəzlərin formalaşmasına səbəb olacaq. Yeni iqtisadi
mərkəzlər coğrafi məkan üzrə Şimali Qafqaz və Mərkəzi Asiyadan şimala
doğru ərazilərdə-Rusiyanın Avropa mərkəzində, Rusiyanın Ural rayonunda,
Çin və Monqolustan sərhədlərinin şimal hissələrində-Şərqi Sibirə doğru
ə
razilərdə, Uzaq Şərqdə formalaşa biləcəkdir
. Dövlətin “ətək gücü” artacaqdır.
Yəni, sərhəd regionları güclənəcəkdir. Ölkəni XXI əsrin ikinci yarısında etibarən
güclü iqtisadi texnoqurşaq gözləyir. Rusiyada rus dilində danışan şəxslərin
sayının artacağı ölkənin yeni iqtisadi mərkəzlərinin siyasi aktivliynə gətirib çıxara
biləcəkdir. Bu baxımdan da ehtimal etmək olar ki, Rusiyanın bir mərkəzdən
idarəolunması problemləri yaşana biləcəkdir. Çox güman ki, XXII-XXIII əsrlərdə
indiki Rusiya ərazisində meydana gələcək nəhənq iqtisadi rayonların bazasında
(sərhəd iqtisadi qurşaqlarında) siyasi qurumlar, yeni dövlətlər, həm də rus dilində
danışan xalqları olan dövlətlər yarana biləcəkdir.
Rusiyanın XXII-XXIII əsrlərdə dağılma (ayrı-ayrı regional dövlətlərə)
ehtimalını şərtləndirəcək kriteriyaları şərti və konkret olaraq bu şəkildə
təsnif etmək olar:
-Rusiyanın ərazisinin böyüklüyü. Avrasiyanın geosiyasi nəhəngi olması.
Avrasiyada planetar dövlət rolunu oynaması;
-ölkə əhalisinin azlığı faktı (mövcud zamanda). Bu fakt ölkə resurslarını
mənimsəmək üçün başqa ölkələrdən əhali cəlb etməni şərtləndircəkdir. Rusiya
sənayesi və kənd təsərrüfatı miqrantların hesabına güclənə biləcəkdir;
91
-miqrasiya axınının güclənməsi və gələcək əsrdə daha da sürətlənməsi;
-Rusiyanın Asiyaya meyilli dövlət olması. Ölkədə Asiyalı xalqların da
yaşaması;
-Rusiyada yaşayan xalqların çoxluğu (ölkə xalqları 100-dən çox dildə və
şivədə, jarqonda danışırlar) və çoxdinlilik;
-Ölkə resurslarının bolluğu və insanları cəlb edəcək xüsusiyyətləri;
-Rusiyanın XXI əsrdə sürətli inkişafı və Avro-Asiyada birləşdirici
mərkəzi lider dövlətə çevrilməsi;
-Rusiyanın daxili ərazilərinin sürətlə insanlarla dolacağı faktı;
-Rusiyanı güclənməsi ilə ölkəyə ediləcək kənar siyasi təzyiq faktları;
-sürətlənəcək iqtisadi gücün ölkə daxilində siyasi təfəkkürü oyatması və s.
Rusiya çox güman ki, XXII-XXIII əsrlərdə daxili amillərdən və xarici
amillərdən bir neçə regional dövlətə bölünə biləcəkdir.
Onu da nəzərə almaq lazımdır ki, bu gün Rusiyanın parçalanmasından
danışırlar. Lakin ölkənin bölünməsi və ayrı-ayrı siyasi subyektlərə çevrilməsi
üçün ölkədaxilində kifayət qədər dövlətləri təşkil edə biləcək element yoxdur.
Dövlətlər gələcək əsrlərdə elementlər zənginliyindən yarana biləcəklər.
Beynəlxalq münasibətlərin tarazlı əsaslarla formalaşmasında böyük
dövlətlər bu kimi funksiyanı həyata keçirirlər
Beynəlxalq münasibətlərin nəzəri əsasları ondan ibarətdir ki, hər bir
dövlət bu sistemdə bir səs hüququna malikdir, sərbəst və suveren fəaliyyətlidir.
Beynəlxalq münasibətlər sistemi dünya əlaqələr sisteminin tərkib hissəsidir.
Dünya əlaqələrində dövlətlərin daxili əlaqələri də mövcuddur. Beynəlxalq
münasibətlər və beynəlxalq əlaqələr dövlətlərin daxili strukturlarının qarşılıqlı
əlaqələndirilməsindən ibarət olur. Böyük dövlətlər dünyanı həm nəzəri, həm
də təcrübi əsaslarla (güc amilinə söykənən praktik siyasət) nüfuz dairələrinə
bölürlər. Bu bölgü özünün klassik mahiyyətini yenə də qoruyub
saxlamaqdadır. Klassik mahiyyətdə, klassik formada müharibələr amilindən
daha çox istifadə olunurdu. Hal-hazırda isə qarşılıqlı müharibələri daha çox
daxili işlərə müdaxilə və ərazi müdaxiləsi (hərbi baxımdan) əvəz etməkdədir.
Böyük dövlətlər nəzəri hüquq normalarından və praktik vəziyyətlərdən istifadə
edərək kiçik dövlətlərin ərazilərinə müdaxilələr edirlər.
Beynəlxalq münasibətlər sistemi regionlarda mərkəzi və ətraf
subyektlərin əlaqələri ilə yaranır. Sistemin mərkəzi və ətraf subyektləri
anlayışı və faktların mövcudluğu təsnifata görə meydana gəlir. Təsnifatı isə
güc və gücü yaradan komponentlər amili formalaşdırır. Beynəlxalq
münasibətlər sisteminin müxtəlif güclü subyektləri təbii ki, mərkəzlərdə (bura
92
iqtisadi, siyasi, hərbi mərkəzlər, eləcə də mədəni amillər üzərində qurulan
mərkəzlər aid edilə bilər. Məsələn, Avropa İttifaqı bir güc mərkəzi olaraq
Avropa dəyərləri üzərində formalaşıb. Bu, mədəni amildir) birləşirlər. Bu
birləşmə sayəsində sistem yaranır. Sistemdəki mərkəzlər universal və məxsusi
rolu oynayırlar. Universal rol tək bir regional deyil, digər regional
mərkəzlərdə də meydana gəlir. Böyük dövlətlər (xüsusilə, ABŞ, Rusiya,
Avropa İttifaqı kimi dövlətlər) universal rolu oynamağa çalışırlar. Bu da
beynəlxalq münasibətlər sistemində böyük dövlətlərin yuxarı struktura (belə
qəbul edək ki, piramidanın yuxarı strukturuna) nəzarət funksiyalarının
tətbiqinə gətirib çıxarır. Münasibətlər sistemində səlahiyyətlərin genişlənməsi,
vəzifələrin artması halları yaşanır.
Sistemin ayrı-ayrı strukturları formalaşır. Ayrı-ayrı strukturlar əlaqələr
vəhdətini meydana gətirir və vahidlik yaranır. Bu vahidlik daxildə rəngarəng
subyektlərdən ortaya çıxır. Zahirən isə (təfəkkürdə vəhdəti yaradır).
Beynəlxalq münasibətlər rəngarənglikdən və çalarlardan ibarət olur. Bu
baxımdan da beynəlxalq münasibətlər sisteminin daxili və zahiri bütövlüyü
meydana gəlir. Böyük dövlətlər bu bütövlük daxilində, ayrı-ayrı regionlardakı
strukturlarda mərkəzi subyekt rolunu oynamağa çalışırlar. Mərkəzi subyekt
rolunu oynamaq iradi və qeyri-iradi bir prosesə çevrilir. Sistemdə ayrılmalar,
parçalanmalar meydana gəlir. Rəqabət formalaşır. Bu kimi proseslərdən
dünyanın qeyri-mütləq tarazlı əsaslarla idarə olunması halları yaşanır.
Mərkəzi subyekt rolu özlüyündə təsirediciliyi meydana gətirir. Mərkəzi
subyektlər ətraf subyektlərlə trayektorik bağlılıq yaradırlar və təsir imkanları
əldə edirlər. Beynəlxalq münasibətlər strukturlarında tarazlıqlar mərkəzi
subyektlərin yaratmış olduqları strukturlar arasında mövcud olur. Bu
strukturlar, birləşmələr (məsələn, ittifaqlar) çalışırlar ki, qlobal və
regional miqyasda sülh və sabitliyi qorusunlar. Bu kimi niyyətlər və buna
yönəlik aktlar isə öz-özlüyündə gərgin məzmunlu tarazlıqları yaradır.
Gərgin tarazlıqlar qurşaqları meydana gəlir ki, bu ərazilər də sanitar
kordonlar rolunu oynayır.
Böyük
dövlətlərin
beynəlxalq
münasibətlərin
tarazlı
əsaslarla
formalaşmasındakı rolu həm də nəticə etibarilə, proseslərin daxili mahiyyətinə
görə dünyanın nüfuz və maraq dairələrinə bölümnəsi ilə nəticələnir. İqtisadi
nüfuz məkanları, iqtisadi və siyasi təsir strukturları meydana gəlmiş olur.
Dünyanın siyasi xəritəsi sanki dövlətlərin maraq dairələri üzrə bölünür və yeni
konturlar cızılır. Böyük dövlətlər dünyanın tarazlı əsaslarla formalaşmasında
yeni siyasi xəritələrin əmələ gəlməsini də təmin edirlər.
Böyük dövlətlərin funksiyaları liberal və radikal əsaslara söykənir.
Böyük dövlətlərin liberal formaları beynəlxalq hüququn hamılıqla qəbul
edilmiş norma və prinsiplərini müəyyən etməkdən, hüquq normalarını qəbul
93
etməkdən və hüquq normalarının icrasına beynəlxalq nəzarəti həyata
keçirməkdən ibarət olur. Beynəlxalq hüquq normalarına əməl etmək dinc
məqsədləri özündə ehtiva edir və sülh siyasətini reallaşdırır, sabitliyi
müəyyənləşdirir. Bu anda beynəlxalq münasibətlərdə yumşaq tarazlıq
formalaşır. Beynəlxalq münasibətlərin radikal funksiyalarında isə dövlətlər
arasında gərginliklər yaranır. Bu halda güc amili ortaya çıxır, təhdidlər
yaranır, böhranlar meydana gəlir. Dövlətlər arasında münaqişələr, müharibələr
ortaya çıxır. Beynəlxalq münasibətlərin radikal məzmununda forma olaraq
hərbi-siyasi ittifaqlar və qruplaşmalar ortaya çıxır. Əgər birinci halda iqtisadi,
mədəni ittifaqlar, təşkilatlar, birliklər meydana gəlirsə ikinci halda daha çox
hərbi-siyasi bloklaşma ortaya çıxır. İkinci hal zamanı dünyanın güc mərkəzləri
tərəfindən nüfuz dairələrinə bölüşdürlməsi halları yaşanır. Hər iki istiqamət
üzrə dövlətlər beynəlxalq münasibətlərin tarazlaşdırlması üçün bu kimi
funksiyaları yerinə yetirirlər. Həm də funksiyalar strateji və taktiki məzmun
kəsb edir. Strateji məzmun odur ki, böyük dövlətlər hər zaman özlərinin dünya
əlaqələr sistemində, dünya vəhdət sistemində nüfuzlarını qorumağa və bundan
qazanclar əldə can atırlar. Radikal bölüşdürlmədə dövlətlər güc tətbiq etmə və
çəkindirmə
prinsiplərindən istifadə edirlər. Bu daha çox ətraf orta və kiçik
gücə malik olan dövlətlərə qarşı həyata keçirilən siyasət olur. Eyni zamanda
dövlətlər böyük dövlətlər bir-birilərinə qarşı da istifadə edirlər. İstifadə zamanı
iqtisadi, siyasi və hərbi üsullardan, vasitələr ortaya çıxır. Embarqo, iqtisadi
sanksiyalar,
səfirliklərin
geri
çağrılması
və
diplomatik
əlaqələrin
dondurulması, beynəlxalq bir çox sahələrdə ikitərəfli əməkdaşlığın
dayandırılması və dialoqların dayandırılması kimi hallardan geniş istifadə
olunur.
94
Bu kimi funksiyalar həyata keçirilir:
Böyük dövlətlər təşkilatların yaradılması və bununla da dünya üzərində
birbaşa və dolayı nəzarətin həyata keçirilməsi (məsələn, ABŞ-ın təşəbbüsü ilə
BMT-nin yaradılması, NATO-nun yaradılması, digər hərbi blokların
yaradılması; SSRİ-tərəfindən “Varşava Müqaviləsi Təşkilatı”nın yaradılması,
Rusiya tərəfindən MDB çərçivəsində Kollektiv Müqavilə Təşkilatının
yaradılması, ümumiyyətlə, Avropa İttifaqının yaradılması, ATƏT-in
yaradılması və s.). Bu da ölzüyündə liberal və radikal əsaslara söykənir.
Liberal əsaslar daha çox iqtisadi, mədəni amilləri, radikal əsaslar isə iqtisadi
amillərlə yanaşı, hərbi amillərdən istifadəni də nəzərdə tutur. Bu kimi aktlar
özlüyündə beynəlxalq münasibətlərin ümumi ruhunu yaradır və aktorların,
xüsusilə böyük dövlətlərin xarakterik xüsusiyyətlərini meydana gətirir;
-vasitəçilik missiyasının yerinə yetirilməsi
-bu yolla böyük dövlətlər
münaqişə və mübahisələrdə birbaşa və dolayı yollarla iştirak edirlər və
tənzimləmə funksiyasını yerinə yetirirlər. Məsələn, ATƏT-in Minsk qrupunda
ABŞ, Rusiya və Fransanın (həmsədrlik institutu ilə) iştirakı, İranın nüvə
proqramına dair “altılıq” ölkələrin iştirakı;
-beynəlxalq hüquq normalarının qəbulu
-BMT Nizamnaməsini və
aparıcı beynəlxalq təşklilatların hamı tərəfindən qəbul edilmiş normaları;
-kütləvi qırğın silahları üzərində nəzarət funksiyasının həyata
keçirilməsi-
nüvə, bakterioloji və kimyəvi silahlar üzərində nəzarət
funksiyasının həyata keçirilməsi. Nüvə silahlarının və onların tərkib
hissələrinin üzərində beynəlxalq nəzarətin həyata keçirilməsi buna misaldır.
Nəzarət üçün beynəlxalq normaların qəbul edilməsi böyük dövlətlərin
marağında olur və silahların geniş yayılmaması əsas məqsədlərə çevrilir.
Suriyanın kimyəvi silahlarına nəzarəti də buna misal çəkmək olar.
Böyük dövlətlər ayrı-ayrı dövlətlər və sahələr üzərində nəzarəti həm
qarşılıqlı olaraq (iki və çoxtərəfli qaydada),
həm də BMT çərçivəsində,
digət təşkilatlar çərçivəsində həyata keçirməyə çalışırlar. Bu anda beynəlxalq
hüquqdan geniş istifadə olunur;
-humanitar intervensiyanın həyata keçirilməsi
-böyük dövlətlər
humanitar fəlakətlərin mövcud olduğu ölkələrə müdaxilələr edirlər. Bosniyada
ABŞ tərəfindən bu siyasət tətbiq olunub;
-terrorla mübarizə məqsədilə koalision fəaliyyət həyata keçirirlər.
Məsələn, Suriyada və İraqda PKK və İŞİD-lə mübarizə üçün böyük dövlətlər
birləşirlər.
-transmilli korporasiyalar təşkil edirlər
-dünya iqtisadi sisteminə nüfuz
etmək üçün korporasiyalar təşkil edirlər.
96
Elşən Misir oğlu Nəsibov
CƏMİYYƏT, MƏDƏNİYYƏT VƏ SİYASƏT FƏLSƏFƏSİ
SİYASƏT III CİLD
Kitabın İkinci bölümü
“Elm və təhsil ” nəşriyyat-poliqrafiya müəssisəsi
Dostları ilə paylaş: |