nəşrlərini oxudum.
Sonradan Londonda kimya
cəmiyyətinin konfransda Xassel ilə görüşdüm.
O, olduqca soyuq idi, onun oxuduğu
mühazirələrin keyfiyyəti isə məsələnin
əhəmiyyəti haqqında təsəvvür vermirdi. Mən
Bastensen ilə daha sonralar, Xasselin ölümündən
sonra, Osloda Xassel müharizələri oxuyarkən
tanış oldum. O, cazibədar və olduqca mehriban
idi. Onunla danışmaq çox sadə idi.
Siz həyatınızın uzun dövrlərini Brita
-
niyada, Fransada və Texasda keçirmisiniz.
Həyatında iştirak etdiyiniz həmin elmi
cəmiyyətlərin atmosferlərini müqayisə edə
bilərsinizmi?
Britaniyada kimya idarələrində öz
bölmələrində rəhbərlik edən professorlar azdır.
Əgər hakimiyyətə malik professor qabiliyyətə
malikdirsə, yaxşı elm alına bilər. Lakin, gənclik
illərində belə qabiliyyətlərə malik olan
professorların hamısı gələcəkdə də belə qalmır.
Uyğun lidersiz bölmə xaotik və ya tamamilə
məhsulsuz ola bilər. Bununla belə istefa yolu
ilə yeniləşmə mexanizmi yoxdur. Həqiqətən
də bəzi Şotlandiyauniversitetlərində yaxın
keçmişdə istefa tamamilə yox idi.Sent-
Endryu universitetinin mərhum professoru
Con Rid öyünərək deyirdi ki, onu fakultədən
istefaya göndərəcək yeganə üsul
ayaqlar
qabağa olmaqla və həmdə ölü olmaqla
getməkdir. Həqiqətən, mən Şotlandiyadan
Londona döndüyüm vaxt bu hadisə baş verdi.
Amerika sistemi daha təkmildir. Bütün
akademik əməkdaşlar tədrisdə, tədqiqatlarda
və adminstrativ fəaliyyətdə özünün vəzifələr
bölgüsünə malikdirlər. Əgər siz qrantlar vasitəsi
ilə dövlət pullarının daxil olmasını artırmaq
imkanına maliksinizsə, siz öz tədqiqat qrupunuzu
genişləndirə bilərsiniz. Hökümət və kontrakt
pullarına “əlavə məsrəflərə” vəsait də əlavə
olunduğundan görkəmli tədqiqatçı kişi və ya
tədqiqatçı qadın rektorun və universitetin digər
rəhbərlərimin əmək haqqında öz xidmətini
göstərə bilər. O, uyğun status əldə edir, çünki
administrasiyaya pul köməyi göstərir. Beləliklə,
o, iş üçün lazım olan imkanlar əldə edə bilər.
“Əlavə məsrəflər” normal qranta faiz kimi
hesablanır. O, baha olmayan Texas AHM kimi
universitetlərdə 45%-dən, Masaçusets texnoloji
universitetində 100%-ə qədər dəyişir. Kim ki,
“əlavə məsrəflərə” pul gətirmirsə, dərs demək
işində daha çox iştirak edə bilər. Son nəticədə
“əlavə məsrəflərə” pul istefaya getmək yaşını
müəyyən edir. O, dəyişə bilər və bu məbləğın
səviyyəsindən asılıdır.
Fransada tədqiqat işləri əsasən elmi
tədqiqatların Milli mərkəzi (CNRS) tərəfindən
maliyələşdirilir.
Bu dövlət təşkilatı çoxlu sayda və hər biri
müəyyən sahədə ixtisaslaşmış tədqiqat
institutlarının yaradıcısıdır. Mənim işlədiyim
institut təbii maddələr ilə məşğul idi. CNRS-
də əmək haqqı müqəddəsdir. Nə olur olsun,
işçinin olub olmamasından asılıolmayaraq
əmək haqqı daxil olur. Amma
işlərin yerinə
yetirilməsi üçün pulun yarısı CNRS-dən daxil
olur, qalanını
sənaye verir. Bu
CNRS və
sənayenin qarşılıqlı münasibəti
üçün yaxşı
əsasdır.
Institutlarda, necəki universitetlərdə, işlər
bu ödənişi olanlar tərəfindən yox (başqa sözlərə
professorlar), tələbələr tərəfindən aparılır. CNRS
institutlarında nəzəri olaraq tələbə yoxdur.
Lakin, məhz bu nəzəri olmayan tələbələr
işləri icra edir.
Onlar qonşu universitetlərdə qeydiy
-
yatdadırlar.
Universitetlər və CNRS arasındakı nisbət
maraq doğurur. Təbiidir ki, professorlarCNRS-
i məhv etmək istərdilər və bütün pullar
özlərinə götürmək istərdilər. Həqiqətdə CNRS-
in ayırdığı əlavə pullar universitet qruplarını
intensiv işləməyə və mötəbər jurnallarda
çap olunmağa sövq edir(həvəsləndirir). Gəlirin
itməsinin daimi qorxusu güclü, amma
xoşagəlməz stimul olub professoru həqiqətən
nəsə maraqlı bir iş görməyə stimullaşdırır.
Fransa çox şeydə CNRS-ə borcludur.
17
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013
Bir neçə il əvvəl Amerika kimya cəmiyyəti
Sizin avtobioqrafiyanızı “Boşluqdan tullanma
haqqında bəzi xatirələr” başlığı altında çap
etmişdir. Mən belə başa düşdüm ki,
“boşluqdan tullanış”-bu birləşdirməyə
cəhddir, ola bilsin ki intuitiv olaraq,
məlumatları, müşahidələr və təcrübəni
məntiqi zəncirdə boşluq olmasına
baxmayaraq. Siz hansısa bir misal gətirə
bilərsinizmi? Burada nəsə elə bir şey varmı
ki, digər adamlar Sizdən öyrənsinlər?
Konformasiya analizi bir vaxtlar boşluqdan
tullanmağa əla nümunə idi. Mən yeni reaksiyanı
istifadə etməklə aldosteronun sintezi haqqında
artıq qeyd etdim. Bu boşluqdan tullanmaq idi,
çünki inanmaq lazım idi ki, alkoksi-radikallar
(uyğun nitritin fotolizi zamanı əmələ gələn)
həqiqətən də NO radikal mübadiləsində iştirak
edəcək.
Boşluqdan yaxşı tullanan olmaq üçün ilk
növbədə tullanmaq
istədiyiniz boşluğa diqqət
yetirməyiniz lazımdır. Əksər adamlar əhəmiyyətli
və trivial olanlar arasında fərqləri görə bilmirlər.
Kimyəvi reaksiyalara aid etdikdə əhəmiyyətli
olan və mövcud olan reaksiyanı yalnız müəyyən
etmək lazımdır. Məsələn, mürəkkəb
antibiotiklərdə hidroksil qrupunun
oksigensizləşməsi reaksiyası radikallar kimyası
üçün görünməmişdi.
Kimyanın bütün cəhdləri və çox vaxt lazımi
nəticələr verməyən cəhdləri ion kimyası idi.
Biz fikirləşdik ki, gərilmiş ikili spirtləri radikal
parçalanmaya məruz qala bilən, sonra qalay
hidrid ilə oksigensizləşə bilən tiokarbonil
törəmələrə necə çevirək. Bu gözəl reaksiya
hələ də olduqca əhəmiyyətlidir. Boşluqlar ion
(böyük çıxımlı) və radikal (pis qarışıqlar)
prosesləri arasında mövcud idi. Sonra tiokarbonil
aktivləşməsi konsepsiyası spirtlərin adi
törəmələri və radikalların köməyi ilə daxil
edilən qeyri-ənənəvi funksional törəmələr
arasında daha bir boşluq idi. Qalay-radikal
kimyası artıq yaxşı məlum idi, amma karbon-
oksigen əlaqələrinin qırılması üçün yox, yalnız
zəif əlaqələr üçün. Amma bütün bunlar harmonik
tamlıqda birləşir.
Sizin mənşəyiniz necə olmuşdu və kimyada
Sizi nə cəlb etdi?
Mənim atam dülgər idi və nəhayət meşə
sənayesində kiçik firma yaratmışdı. O, məni
yaxşı məktəbə göndərmişdi. Mən atamın vaxtsız
ölümü səbəbindən bu məktəbi atdım. Onda
mənim 16 yaşım var idi. Mən artıq intellektual-
özüöyrənən idim, çünki məktəb kitabxanasında
və evdə çoxlu kitab oxuyurdum. Mən ailədə
tək uşaq idim. İki il meşə sənayesində işlədikdən
sonra hiss etdim ki, intellektual, daha maraqlı
həyata ehtiyacım var.
Bu müharibə illərində məni universitetə
(imperial-kollec) gətirdi. Mən kimyanı seçdim,
çünki, ona təbii qabiliyyətə malik idim. Sonrakı
hadisələr məgər bunu sübut etmədimi?
Nəyə görə Siz rıtsar adına layiq
görüldünüz? Həm də mənə qəribə gəlir ki,
Amerikada çap olunmuş kitabda Siz müəllif
kimi ser Derek Qarold Riçard Barton titulu
ilə adlandırılmısınız.
Bu titul verildiyi ölkədən xaricdə hər
hansı əhəmiyyət kəsb edirmi?
Tələbələr Sizi “ser Derek” adlandırırmı?
Mən Taca xidmətə görə - Nobel mükafatına
görə titul aldım. Beynəlxalq istifadə üçün
nəzərdə tutulmuş kitabda bu titulun istifadə
olunması mənim yox, nəşriyyatın seçimidir.
Burada heç kəs məni ser Derek çağırmır...
Siz sərt adam hesab olunursunuz. Bu
belədirmi? Əslində mən Ostində, Texasda
Maykl Düarın 70 – illiyi münasibəti ilə təbrik
şənliyini xatırlayıram. Siz doktor Düara üzvi
kimyadan sual verdiniz və xahiş etdiniz ki,
mühazirənin sonunda ona cavab versin.
Sonra o cavab verə bilmədiyi üçün Siz öz
mühazirənizdən sonra cavab verdiniz.
Bu epizod zamanı bəziləri özlərini narahat
hiss etdilər. Mən sual necə olduğunu unutdum,
Siz yəqinki fikirləşdiniz ki, o, cavab verə
biləcək, mən əminəm. Siz bu hadisəni və o
sualı xatırlayırsınızmı? Sizin şərhiniz?
18
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013