39
Bütün hallarda, iş yerlərinə xidmətin təşkili aşağıdakı
prinsiplərin gözlənilməsini nəzərdə tutur: xidmət prosesi
planlı xarakter daşımalıdır; xidmət fəal – xəbərdaredici ol-
malıdır; xidmət kompleks xarakter daşımalıdır; xidmət
yüksək keyfiyyətdə həyata keçirilməlidir; xidmət qənaətli
olmalıdır.
Müəssisədə xidmətin aşağıdakı funksiyaları vardır:
istehsalın hazırlanması, nəqliyyat, alət, sazlaşdırma, təmir,
enerji, nəzarət, tikinti – quraşdırma, təsərrüfat xidmətləri.
Göstərilən funksiyaların yerinə yetirilməsi üçün müəssisə-
lərdə müvafiq sex və təsərrüfatlar yaradılır. Belə sex və tə-
sərrüfatlara misal olaraq təmir, energetika, alət, nəqliyyat,
tikinti – quraşdırma sexlərini, anbar təsərrüfatını və dispet-
çer şöbəsini göstərmək olar.
2.5. Müəssisənin istehsal quruluşunun
təkmilləşdirilməsi yolları
Qeyd etdiyimiz kimi, müəssisənin istehsal quruluşu
müxtəlif amillərin təsiri altında formalaşır və ona görə də,
daima dəyişilir, təkmilləşir. Müəssisənin istehsal quruluşu
o halda mütərəqqi və optimal hesab edilir ki, onun bölmə-
ləri arasında düzgün münasiblik yaradılsın və ən az xərclə
daha yüksək nəticələr əldə edilmiş olsun. Buna istehsal
quruluşunu daima təkmilləşdirməklə nail olmaq olar. Ha-
zırda istehsal quruluşunun təkmilləşdirilməsinin əsas isti-
qamətləri aşağıdakılardan ibarətdir:
a) istehsal bölmələrinin səmərəli ölçüsünün müəyyən
edilməsi. İstehsalın ölçüsü – müəyyən avadanlıq komplek-
tinin istehsal gücüdür. O, buraxılan məhsulun miqdarı ilə
səciyyələnir. Onun mütərəqqiliyi istənilən dərəcədə maşın
və avadanlıq komplektinin tam yüklənməsini təmin etmə-