292
lizə edilmiş məhsulun tam maya dəyərinə nisbətinin faizlə
ifadəsidir. Rentabellik göstəricisi nəinki pul yığımlarını,
eyni zamanda müəssisənin təsərrüfat fəaliyyətinin effek-
tivliyini göstərir. Bütün müəssisə və istehsal sahələrində
işin rentabelliyinin təmin edilməsi sənayenin daha da inki-
şaf etməsi və xalqın maddi rifah halının müntəzəm surətdə
yaxşılaşdırılması üçün böyük əhəmiyyətə malikdir. Müəssi-
sələrin rentabelliyi yüksək olduqca cəmiyyətin gəliri də
çoxalır və ölkədə təsərrüfat və mədəniyyəti hərtərəfli
inkişaf etdirmək üçün dövlət daha çox vəsaitə malik olur.
Dövlət ayrı – ayrı müəssisələrin rentabellik səviyyə-
sini tarazlaşdırmaq üçün müəyyən tənzimedici tədbirlər
həyata keçirir. Bu zaman istehsalın plana uyğun surətdə
inkişaf etdirilməsi vəzifələri və müəssisələrdə təsərrüfat
hesabının möhkəmləndirilməsi zərurəti əsas tutulur. İsteh-
salın şərait və xarakterindən asılı olaraq, ayrı – ayrı müəs-
sisələrinin rentabelliyinin plan səviyyəsi də müxtəlif tərz-
də təyin edilir. Təcrübədə müəssisələrin əksəriyyəti üçün
rentabellik səviyyəsi planı faizlə müəyyən edilir.
İstehsalın rentabellik səviyyəsi kapitalizmdə olan
mənfəət normasından prinsipial surətdə fərqlənir. Renta-
bellik səviyyəsi kortəbii surətdə deyil, planlı qaydada tə-
yin edilir. Müəssisələrdə mənfəətin mənbəyini istismardan
azad adamların cəmiyyət üçün verdikləri əmək təşkil edir.
Bu mənfəət dövlətə, cəmiyyətə və cəmiyyət üzvlərinə
məxsusdur. Ayrı – ayrı müəssisələr minimum rentabellik-
lə, bəzən isə onsuz da, işləyə bilər. Müvəqqəti olaraq ren-
tabelli olmayan müəssisələr bağlanmır, onlara öz istehsal
fəaliyyətini davam etdirmək üçün, bankdan borc hesabına
lazımi vəsait alırlar. Lakin rentabelli olmayan müəssisələr
uzun müddət ərzində belə qala bilməz və qalmamalıdır.
293
İstehsalın inkişafı və təsərrüfat hesabının möhkəmləndiril-
məsi vəzifələri müəssisələrin zərərli işləməsinin aradan
qaldırılmasını və onların rentabelliyinin yüksəkləşdirilmə-
sini tələb edir.
Sənaye istehsalı həcminin müntəzəm surətdə və sürət-
lə artırılması, əmək məhsuldarlığının yüksəkləşdirilməsi və
maya dəyərinin aşağı salınması nəticəsində sənaye müəs-
sisələri mənfəətinin ümumi məbləği durmadan çoxalır.
Təsərrüfat fəaliyyətini təhlil etməkdə ayrı–ayrı müəs-
sisələrin rentabellik səviyyəsi ilə yanaşı olaraq ayrı–ayrı
sənaye məmulatı növlərinin də rentabellik səviyyəsini
müəyyən edir. Bunun üçün hər məmulat növünə qiymət
nəzərə alınır. Ayrı–ayrı məhsul növlərinin rentabelliyi
müəssisə topdansatış qiyməti üzrə məmulatın maya dəyəri
ilə mənfəət arasındakı nisbətlə müəyyən edilir.
Müəssisələrin rentabelliyi üç göstərici üzrə, yəni
məhsul buraxılışının rentabelliyi, məhsul realizasiyasının
rentabelliyi və müəssisənin bütün istehsal – təsərrüfat
fəaliyyətinin rentabelliyi üzrə hesabat aparılır.
Məhsul buraxılışının rentabelliyini təyin etmək üçün
əmtəəlik məhsul buraxılışının müəssisə topdansatış qiy-
məti üzrə ümumi məbləğini həmin məhsulun maya dəyəri
ilə müqayisə etmək lazımdır.
Məhsul realizasiyasının rentabelliyi də yuxarıda
göstərilən qaydada müəyyən edilir, lakin burada məhsulun
buraxılışı deyil, satışı məbləği əsas götürülür.
Müəssisənin istehsal – təsərrüfat fəaliyyətinin renta-
belliyi həm məhsulun satışı nəticələrini və həm də satışdan
kənar gəlir və zərərləri nəzərdə tutulur. Satışdan kənar gə-
lir ilə zərərlər bilavasitə məhsulun istehsalı və realizasiya-
sı ilə əlaqədar deyildir. Müəssisələrin satışından kənar zə-
294
rər və itkilərinə təbii fəlakət nəticəsində əmələ gələn zərər-
lər, iddia müddəti qurtardığı üçün ləğv edilən borclar və
arbitraj və ya məhkəmə tərəfindən rədd edilən və ümidsiz
sayılıb ləğv edilən borclar, müəssisələrin mənzil – kom-
munal təsərrüfatının istismarından əmələ gələn zərərlər,
hesabat ilində aşkarlara çıxarılmış, lakin keçən illərə aid
olan zərərlər ləğv edilmiş, istehsal sifarişləri üzrə itkilər və
sair zərərlər daxildir.
Müəssisənin satışdan kənar mədaxil və məxaricləri
mənfəət və zərərlər üzrə xüsusi hesabda uçota alınır.
Müəssisənin həmin hesab üzrə uçota aldığı mədaxil və
məxariclərinin məbləği məhsulun satışından alınan nəticə-
lərlə birlikdə onun fəaliyyətinin son nəticəsini, yəni müəy-
yən dövr ərzində mənfəət və ya zərərini təşkil edir. Bu son
maliyyə nəticəsi müəssisənin mühasibat balansında əks et-
dirilir və buna görə də ona balans mənfəəti və ya balans
zərəri deyilir. Müəssisənin faktiki rentabelliyi balans nəti-
cəsinə əsasən müəyyən edilməlidir.
Satışdan kənar zərərlər (mənzil – kommunal təsərrü-
fatlarının istismarı nəticəsində əmələ gələn zərərlər istis-
na olmaqla) adətən planlaşdırılmır. Bu zərərlər müəssisə-
nin rentabelliyini aşağı salır.
Müəssisənin istehsal təsərrüfat fəaliyyətinin renta-
belliyi müəssisənin yalnız istehsal fəaliyyəti üzrə deyil,
eyni zamanda təchizat – satış və maliyyə işləri üzrə əldə
etdiyi nəticələrinin göstəricisidir. Müəssisədə uçot, təchi-
zat, satış və maliyyə işləri nə qədər yaxşı təşkil edilərsə,
müxtəlif itkilər bir o qədər az və rentabellik isə bir o qədər
yüksək olar. Rentabellik, alınan vəsaitin düzgün istifadə
edilməsindən, alıcı müəssisələr və mal verənlərlə vaxtında
haqq – hesab aparılmasından, maliyyə planın bütün gəlir
295
maddələri üzrə yerinə yetirilməsindən və planda nəzərdə
tutulmuş məsrəflər üçün vəsaitin qənaətlə istifadə edilmə-
sindən asılıdır. Müəssisə bütün sahələrdə öz vəsaitindən
nə qədər qənaətlə və səmərəli istifadə edərsə, bir qədər
çox mənfəət əldə edər və onun maliyyə vəziyyəti bir o qə-
dər yaxşı olar.
Müəssisəyə düzgün rəhbərliyin ən mühüm şərti və
tələbi rentabelli işin təmin edilməsindən ibarətdir. Müəssi-
sənin rentabelsiz, zərərlə işləməsi, ona bilavasitə ziyan vu-
rur. Zərərlərin ödənilməsi üçün müəssisənin borc alması,
başqasının hesabına yaşamaq əhval – ruhiyyəsi doğurur,
müəssisənin işi üzərində manatla nəzarəti zəiflədir.
İstehsalın rentabelliyini yüksəltməyinin əsas yolu
məhsulun maya dəyərinin aşağı salınmasından ibarətdir.
Müəssisə məhsulun maya dəyərini aşağı salmaqla alınan
mənfəətin miqdarını artırır və öz rentabelliyinin səviyyəsi-
ni yüksəldir.
Müəssisənin rentabelliyini yüksəltmək üçün məhsu-
lun keyfiyyətinin yaxşılaşdırılması və istehsal həcminin ar-
tırılması ciddi əhəmiyyətə malikdir ki, bunlar da məmulatın
maya dəyərinin aşağı salınmasına səbəb olur və eyni za-
manda müəssisələrin böyük məbləğdə mənfəət götürülmə-
sini təmin edir. Bu mənfəəti müəssisə yalnız, istehsal etdiyi
məhsulu realizə etdikdən sonra ala bilər. Məhsulun – satışın
ləngiməsi, alıcılardan tədiyyələrin vaxtında alınmaması
müəssisənin mənfəətinin məbləğini aşağı salır.
Müəssisələr tərəfindən buraxılan ayrı – ayrı məmulat
növlərinin rentabelliyi eyni olmur. Bəzi məmulatlar çox
rentabelli, bəziləri isə az rentabelli olur. Buna görə də
müəssisə rentabelliyinin ümumi səviyyəsi buraxılan məhsu-
296
lun ümumi çeşidində ayrı – ayrı məhsul növlərinin xüsusi
çəkisinin dəyişilməsi ilə əlaqədar olaraq dəyişə bilər.
Müəssisə rentabelliyinin yüksəldilməsinin mühüm
şərti bütün böyük və kiçik təsərrüfat işlərində qənaət üsu-
luna ciddi riayət olunmasından, təsərrüfatsızlıqdan irəli
gələn hər cür qeyri – məhsuldar məsrəf və itkilərə qarşı
qəti mübarizə aparılmasından ibarətdir. Vəsaitin düzgün,
qənaətlə sərf edilməsi plan və maliyyə intizamına ciddi
riayət olunmasına, vəsaitin müəyyən olunmuş plana tama-
milə uyğun surətdə sərf edilməsinə əsaslanır. Plan – ma-
liyyə intizamına nə qədər ardıcıl və ciddi riayət olunursa,
müəssisə bir o qədər az itki vermiş olur, deməli, onun
rentabelliyi bir o qədər yüksək olur.
Müəssisələrdə təsərrüfat hesabının möhkəmləndiril-
məsi və inkişaf etdirilməsi istehsalın rentabelliyini yük-
səltmək vəzifəsinin həyata keçirilməsində mühüm rol oy-
nayır.
297
İstifadə olunmuş ədəbiyyat siyahısı
Azərbaycan dilində
1.
Azərbaycan Respublikasının Konstitusiyası, Bakı,
1995.
2.
“Müəssisələr haqqında” Azərbaycan Respublika-
sının qanunu, Bakı, 1996.
3.
“İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Res-
publikasının Qanunu, Bakı, 1995.
4.
“Sahibkarlıq haqqında” Azərbaycan Respublikası-
nın Qanunu, Bakı, 1996.
5.
1995–1998–ci illərdə Azərbaycan Respublikasın-
da dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proq-
ramı, Bakı, 1996.
6.
“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Res-
publikasının Qanunu, Bakı, 1996.
7.
“Müflisləşmə və iflas haqqında” Azərbaycan Res-
publikasının Qanunu, Bakı.
8.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi. B.:
Hüquq ədəbiyyatı, 2003.
9.
Azərbaycan respublikasının Əmək Məcəlləsi. B.:
Qanun, 2004.
10.
“Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil
edilən xərclərin tərkibi haqqında” Əsasnamə, 16 avqust
1996–cı il tarixli Azərbaycan Respublikası Nazirlər Kabi-
netinin 3 №li qərarı .
11.
“Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyəti-
nin bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi”
haqqında Azərbaycan Respublikası Prezidentinin 25 okt-
yabr 2007–ci il tarixli 2458 saylı Sərəncamı.
298
12.
“Maliyyə–sənaye qrupları haqqında” Azərbay-
can Respublikasının Qanunu. “Biznesmenin bülleteni”,
№38 (103). B.: 1996.
13.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqın-
da” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan”
qəzeti, 29 mart 1996 – cı il.
14.
“Patent” haqqında Azərbaycan Respublikasının
Qanunu, “Biznesmenin bülleteni” № 51. Bakı.: 1997.
15.
Köhnəlmə (amortizasiya) hesablanmasının yeni
(açıq) metodunun tətbiqi üzrə təlimat. Mühasibat işi (norma-
tiv sənədlər toplusu), B.: Elm və həyat, 1998, səh 232 – 240.
16.
İqtisadi nəzəriyyə: Mikroiqtisadiyyat (dərslik,
rus dilindən tərcümə), “Daşkov və Ko”, M. 2007.
17.
T.Ə.Hüseynov “Firmanın iqtisadiyyatı” (dərslik),
B. 2009.
18.
T.Ə.Hüseynov “Müəssisənin iqtisadiyyatı” (dərs-
lik) Səda 2005.
19.
T.Hüseynov “Firmanın iqtisadiyyatı” (dərslik), B.
2009.
20.
Z.S.Abdullayev, Z.Ə.Bağırova “Müəssisənin iq-
tisadiyyatı ” ( dərslik), B. 2003.
21.
H.B.Allahverdiyev, K.S.Qafarov, Ə.M.Əhmədov
“Milli iqtisadiyyatın dövlət tənzimlənməsi” (dərslik) b.
2007.
22.
T.Quliyev “Menecmentin əsasları” (dəslik), B.
2001.
23.
F.Kotler “Marketinqin əsasları” (dərslik), B. 1993.
24.
V.Niftullayev “ Sahibkarlığın əsasları”, B. 2002.
299
Rus dilində
25.
Е.В.Харитонова. Инновация как элемент ин-
вестиционной политики предприятий в трансформа-
ционной экономике. Санкт – Петербург, 2007.
26.
Экономика (dərslik), « Prospekt» nəşriyyatı, III
nəşri, M., 2008.
27.
Экономика фирмы (dərslik), ИНФРА – М.,
2006.
28.
Экономика предприятия (dərslik, IV nəşri),
ЮНИТИ – ДАНА, М., 2007.
29.
Крылов Э.И.и др. Анализ эффективности
инвестиционный деятельности предприятия (dərs
vəsaiti), Финансы и статистика, М.: 2003.
30.
М.И.Тертышник. Экономика предприятия.
ИНФРА, М, 2005.
31.
Сафронов Н.Экономика организации ( пред-
приятия) (dərslik), М. :2004.
300
MÜNDƏRİCAT
GİRİŞ…………………………………………………….
3
FƏSİL1.
Fənnin obyekti və vəzifələri..................
4
1.1.
Fənnin obyekti və predmeti.....................
4
1.2.
Fənnin məzmunu və vəzifələri.................
1.3.
Fənnin öyrənilməsi metodologiyası........
FƏSİL 2.
Müəssisənin quruluşu və onun təkmil-
ləşdirilməsi yolları..................................
21
2.1.
Müəssisənin quruluşu və onu müəyyən
edən amillər..............................................
21
2.2.
Sex və istehsal sahələri, onların növləri,
quruluşu, prinsipləri.................................
24
2.3.
İstehsalat briqadaları və onların təsni-
fatı............................................................
31
2.4.
İş yerləri, onların səciyyəsi və təsnifatı...
35
2.5.
Müəssisənin istehsal quruluşunun
təkmilləşdirilməsi yolları.........................
39
FƏSİL 3.
Sahibkarlıq fəaliyyətinin formaları və
növləri.....................................................
43
3.1.
Sahibkarlıq fəaliyyəti və onun inkişaf
mərhələləri...............................................
43
3.2.
Sahibkarlıq fəaliyyətinin sahələri............
47
3.3.
Sahibkarlıq fəaliyyətinin növləri və
təsnifatı.....................................................
53
3.4. Sahibkarlıq fəaliyyətinin formaları..........
60
3.5.
Sahibkarlığın və milli iqtisadiyyatın
inkişafında özəlləşdirmənin rolu..............
66
FƏSİL 4. Müəssisənin təsərrüfat fəaliyyətinin
planlaşdırılması......................................
74
301
4.1.
Planlaşdırmanın mahiyyəti, prinsipləri
və metodları.............................................
74
4.2.
Strateji planlaşdırma və onun mərhələlə-
ri...............................................................
83
4.3.
Strateji planlaşdırmada proqnozlaşdır-
manın rolu................................................
89
4.4.
Biznes-plan və onun əsas bölmələri…….
92
4.5.
Müəssisənin istehsal proqramı və onun
göstəriciləri..............................................
98
FƏSİL 5.
Müəssisənin kadrları, əmək məhsul-
darlığı və əmək haqqı...........................
105
5.1. Kadrların peşə hazırlığı və onun əhəmiy-
yəti. Müəssisənin kadrlarının tərkibi və
təsnifatı.....................................................
105
5.2. Müəssisənin kadrlara tələbatının hesab-
lanması və hazırlanmasının formaları......
110
5.3. Əmək məhsuldarlığı və onun yüksəldil-
məsi yolları..............................................
117
5.4.
Əməyin ödənilməsinin forma və sistem-
ləri………………………………………
123
5.5. Əməyin ödənilməsi fondu və onun növ-
ləri............................................................
137
FƏSİL 6. Müəssisənin əsas fondları və istehsal
gücü.........................................................
145
6.1. Əsas fondların mahiyyəti, tərkibi, təsni-
fatı, onların qiymətləndirilməsi üsulları...
145
6.2.
Əsas fondların aşınması, amortizasiya və
təmiri........................................................
151
6.3. Müəssisənin istehsal gücü və onun he-
sablanması................................................
157
302
6.4. Əsas fondlardan və istehsal gücündən
istifadə göstəriciləri..................................
160
6.5. Əsas fondlardan və istehsal gücündən
istifadənin yaxşılaşdırılması yolları.........
164
FƏSİL 7. Müəssisənin dövriyyə istehsal fondla-
rı və dövriyyə vəsaitləri.........................
172
7.1. Dövriyyə istehsal fondları, onun tərkibi,
quruluşu və mahiyyəti..............................
172
7.2. Dövriyyə istehsal fondlarından istifadə
göstəriciləri..............................................
176
7.3.
Material resurslarına qənaət edilməsi
yolları…………………………………
179
7.4. Dövriyyə vəsaitlərinin normalaşdırılma-
sı...............................................................
186
7.5. Dövriyyə vasitələrinin dövriyyəsi və
onun sürətləndirilməsi yolları..................
191
FƏSİL 8. İnvestisiya qoyuluşu və əsaslı tikinti....
200
8.1. İnvestisiya anlayışı, məqsədləri və fəa-
liyyəti.......................................................
200
8.2. Əsaslı tikintinin və investisiya qoyuluşu-
nun mahiyyəti, tərkibi və quruluşu..........
206
8.3. İnvestisiya qoyuluşunun obyektləri və
maliyyələşdirilməsi mənbələri.................
212
8.4. Müəssisədə tikinti-quraşdırma işlərinin
təşkili........................................................
218
FƏSİL 9. İstehsal xərcləri və məhsulun maya
dəyəri.......................................................
223
9.1. İstehsal xərcləri və məhsulun maya də-
yəri, onların aşağı salınmasının əhəmiy-
yəti...........................................................
223
303
9.2. Məhsulun maya dəyərinin tərkibi,
quruluşu və növləri
227
9.3. İstehsal xərclərinin təsnifatı.....................
238
9.4. İstehsal xərclərinin və maya dəyərinin
aşağı salınmasının yolları.........................
244
9.5. Qiymətin mahiyyəti, onun təsnifatı,
növləri və funksiyaları.............................
253
FƏSİL 10. Müəssisənin maliyyəsi............................
261
10.1. Müəssisənin maliyyəsinin mahiyyəti və
funksiyası.................................................
261
10.2. Müəssisənin maliyyə resursları, yaranma
mənbələri və onlardan istifadə.................
270
10.3. Mənfəət və ondan istifadə istiqamətləri...
277
10.4. Müəssisənin gəliri və onun növləri..........
283
10.5. İstehsalın rentabelliyi və onun yüksəl-
dilməsi yolları..........................................
İstifadə olunmuş ədəbiyyat siyahısı
297
304
HÜSEYNOVA İNNA MÜZƏFFƏR QIZI
MÜƏSSİSƏNİN İQTİSADİYYATI
(Dərs vəsaiti)
Texniki redaktor:
Kompüter tərtibatçısı:
Kompüter dizayneri:
Kompüter operatoru:
Məmmədov T.B.
Əmrullayeva H.C.
Məmmədova V.X.
Babayeva A.Y.
Çapa imzalanıb:18.02.2013
Kağız formatı: 60x84
Həcmi:19 ş.ç.v.
Tiraj:500
Bakı. «Biznes Universiteti» nəşriyyatı, 2013.
Dostları ilə paylaş: |