47
yerində qafiyə mövcuddur. Yerdə qalan 7 misranın
qafiyəsini də onlar şərtləndirmiş olur. Fikrimizi sübut
etmək üçün müasir bədii nümunələrə müraciət edək:
R. Rzada:
Tava daşlar, sütunlar
illərdən qaralmayıb.
Tarixin keşməkeşli,
fırtınalı günləri
böyük sənətkarların
əlləri ilə yaranmış
gözəlliklər üstünə
bir kölgə də salmayıb.
Sənətkar qocalmayıb,
Sənəti qocalmayıb.
S.Vurğunda:
Qanımız,
Canımız,
Bütün həyəcanımız
Günəşin istisi ilə doludur.
Bizi qaranlıqdan
işığa çıxaran
və hər zənciri qıran.
Son məqsədin son yoludur.
I «qaralmayıb» qafiyəsinə uyğun gələn qafiyə
yalnız 5 misradan sonra verilir: bir kölgə də «solma-
yıb».
48
II nümunədə isə IV misrada «doludur» sözünə
4 misradan sonra «yoludur» qafiyəsi verilmişdir. Əl-
bəttə, bu cür misalları digər şairlərimizin poetik irslə-
rindən də gətirmək olardı. Lakin elə bunlar da qədim
poetik abidənin şeir parçalarının mükəmməlliyini sü-
but üçün kifayət edər.
O.Sarıvəllidən:
Misir –
Adını tarix kitablarından
eşitdiyim qədim bir ölkə!
Misir,
Mən uşaqkən sənə:
«Əkin əkən, biçən,
ov ovlayan,
Başlarına bir parça çit,
Bellərinə
Fitəyə bənzər bir əski bağlayan,
Bədənləri büsbütün üryan,
Yoxsul babaların yurdudur»
demişdim bəlkə,
Misir –
Adını tarix kitablarından
eşitdiyim qədim bir ölkə...
Əli Kərimdən:
Uşaq da doğuldu
Bomba üstündə.
Gəlinin ayağı altına atılan
Dəmir – bomba.
49
Bomba – uşağın beşiyi.
Ölüm – dayəsi.
Səadətdən qorumaq istəyib uşağı
O, çəkir keşiyi.
Bir qədər diqqətlə yanaşsaq, bu misallarda da ey-
ni mənzərənin şahidi oluruq. Belə ki, 1 misalda təkcə
«Misir» sözündə – həm də bu söz misra əvvəlində
gəlir, – daha çox qafiyə məzmunu, yaxud alliterasiya
funksiyası vardır, nəinki, şeirin həqiqi qafiyəsi rolun-
da çıxış edən «ölkə», «bəlkə» sözlərində!
Anoloji sözləri Ə.Kərimdən gətirdiyimiz iqtibas
haqqında da demək mümkündür.
Bütün bunlarla demək istəyirik ki, bu möhtəşəm
dastanda şeirin nəsrlə növbələşməsi tamamilə təbii,
məntiqi bir qanunauyğunluq kimi dərk edilməli və
onunla həssaslıqla davranılmalıdır. Çünki həmin şeir
nümunələrində elə ağıl, idrak, fəlsəfi düşüncə vardır
ki, biz bəzən onun kamillik və professionallığı qarşı-
sında heyrətə gəlirik. Misraların önündə və ya sonun-
da verilən alliterasiyalar, poetik vurğular, təkrirlər, bə-
dii nida, sual, bənzətmə, istiarə, epitetlər, təzadlar, bə-
zən təmtəraqlı, üsyankar, marş səciyyəli, qələbə təntə-
nəli deyimlər, bəzən də ana laylasını xatırladan xəfif,
lətif, süsləyici, məstedici, xumarlandırıcı səhər mehini
xatırladan nəvazişkar pıçıltılar hər şeyi əvəz edir; qa-
fiyəni də, vəzni də, ölçünü də, bölgünü də, misraların
uzunluğunu da, qısalığını da! Biz yalnız bütöv, sim-
metrik, təsirli, müəyyən bir söz abidəsini seyr etməli,
duymalı, yaşamalı oluruq.
1999
50
SƏMƏD VURĞUN VƏ «KİTABİ – DƏDƏ
QORQUD» DASTANI
Xalq şairi Səməd Vurğunun estetikasında sənət
və ədəbiyyatın bir sıra əsas və başlıca problemləri ba-
rədə elmi-nəzəri yazıları, habelə sistemli, orijinal
tədqiqatları vardır. Həmin silsilədən olan araşdırma-
lar sırasında, həm də folklorun ideya-estetik mahiyyə-
ti, növ, janr və forma xüsusiyyətlərinə dair xeyli, kon-
septual səciyyə daşıyan məqalələri ədəbiyyatşünaslıq
elmimizin kordinal və qlobal istiqamətlərini tədqiq et-
mək baxımından xeyli material verir. Şairin folklora
dair yazdığı əsərlərində nağıl, əfsanə, bayatı, atalar
sözü və məsəllər, lətifələr, aşıq şeirinin bütün şəkilləri
ilə yanaşı dastan janrının məzmun-mündəricə xüsu-
siyyətləri və dastan poetikasının bəzi problemləri, mə-
həbbət və qəhrəmanlıq dastanlarının əsas sərhədləri
və digər məsələlər bu gün də aktual səslənir. Bu cür
vacib məsələlərdən biri də böyük şairin ən qədim das-
tanlarımızdan olan, dünya miqyasında on üç əsrlik yu-
bileyinə hazırlaşdığımız «Kitabi-Dədə Qorqud» das-
tanıdır. Bu möcüzəli və qədim sənət abidəsi şairi öm-
rü boyu düşündürmüş və vaxtaşırı olsa da, istər bədii,
istərsə də elmi-nəzəri əsərlərində ondan söhbət açmış,
yaradıcılığında ondan bol-bol faydalanmışdır.
Şair «Gələcəyin toy-bayramı» adlı şeirində ulu
Qorqudu xatırlayır və onun həmişəyaşar sənətinin bi-
zim zəmanəmizdə də elin köməyinə gəldiyini qeyd
edərək yazır ki, aşıq-ozan xalqın toyunda, bayramın-
da, xoş günlərində, qəhrəmanlıq məqamlarında, çətin
51
anlarında qopuzunu – telli sazını dilləndirir; xalqa
ümid, səbr, gələcəyə inam hissi aşılayır:
Alqış səbri tükənməyən ağbirçəkli analara!
Vətən mülkü məhəbbətlə çıxacaqdır ilk bahara.
O baharın hər məclisi qurulacaq ürəklərdən,
Gəlin kimi tac qoyacaq öz başına çiçəklərdən.
Alqış bizim getdiyimiz bu dediyim gələcəyə!..
Bizim Odlar ölkəsi də mahnısını deyə-deyə
Oz şeirinin nəfəsi ilə yaşayacaq o zamanda;
Dədə Qorqud dediyimiz min bir yaşlı bir ozan da.
Qoca vaxtı öz sazını sinəsinə basacaqdır,
Bütün xalqlar və tayfalar ona qulaq asacaqdır.
O açacaq dəniz kimi tükənməyən ağılını,
Söyləyəcək öz yurdunun qəhrəmanlıq nağılını.
O, məclisə can verəcək ayın, günün camalı ilə,
Azərbaycan torpağının dərya boyda kamalı ilə
1
.
Onu da deyək ki, şeir qanlı-qadalı müharibə
günlərində -1943-cü ildə qələmə alınmışdır.
Səməd Vurğun aşıq şeirinin, aşıq sənətinin çox
qədim tarixə malik olduğunu qeyd edərək özünün həm
nəzəri, həm də bədii əsərlərində tez-tez «ozan» adını
çəkir. Dədə Qorqudu isə bu ozanların ən ulusu, ən
böyüyü hesab edirdi.
O da bu qədim dastanın tədqiqatçılarının fikir və
mülahizələrinə qoşularaq, Dədə Qorqudu həmin
dastanın yaradıcısı hesab edirdi. Bu xüsusiyyəti dastanın
öz materialından da aydın şəkildə görmək mümkündür.
1
S.Vurğun. Əsərləri, II с., Bakı, 1960, s.166
Dostları ilə paylaş: |