52
Çünki dastanın əvvəldən axıra qədər onun dilindən
verilməsi, ya da onun adı ilə tez-tez bağlanılması — hər
boyun əvvəlində və ya sonunda Dədə Qorqudun gəlib
boy boylayıb, soy söyləməsi — onu göstərir ki, böyük
ozan Dədə Qorqud sanki ayrı-ayrı boyları bir- birinə
bağlayan başlıca vasitə, nağılçı, təhkiyəçi və boyların
nəğməkarı, onların müşayiətçisi kimi çıxış edir. Aşıq
poeziyasına xas olan hər şeirin, yaxud qoşmanın
sonunda müəllifin hökmən öz təxəllüsünü söyləməsi
xüsusiyyəti də, Səməd Vurğunun zənnincə, «Dədə
Qorqud» dastanlarından gəlir. Bu isə müasir aşıq
şeirimizin qədim izlərinin dastanlarımızda da mühafizə
edildiyinə dair şairin bəzən, hətta ötəri şəkildə dediyi
fikirlərini bir daha təsdiqləyir:
Belədir, oxucum, aqil babalar,
Bir dastan yaradır ikicə sözlə.
Böyük şair qoca ozanı çağdaş dövrün «sinədəftər-
ləri, gözlərində feyzi-ədəbin yuva saldığı, dillərində qə-
rinələrin dastan olduğu, ürəklərində hikmətamiz, arifanə
söhbətlərin ilhamı çağlayan xalq müdrikləri» ilə mü-
qayisə edir:
Nə bir kitab görmüş onlar, nə də məktəb,
Hər birisi yaranmışdır sinədəftər.
Gözlərində yuva salmış feyzi-ədəb
Dillərində dastan olmuş qərinələr.
Hikmətamiz, arifanə söhbətlərin
İlhamı var bu ağtüklü sinələrdə
1
.
1
S.Vurğun. Əsərləri, II с., Bakı, 1961, s.306
53
Səməd Vurğun «Kitabi-Dədə Qorqud», «Kor-
oğlu», «Qaçaq Nəbi», «Şah İsmayıl», «Novruz» və s.
xalq dastanlarındakı mübarizə motivlərindən, xüsusilə
vətənpərvərlik məsələlərindən tez-tez danışar və
onlara yeri gəldikcə istinad edərdi. «Bizim xalqımızın
təfəkküründə yaşayan bədii söz, məfhum, insanlığın
böyük idealları, humanizm və idrakın təntənəsi
uğrunda aparılan mübarizədə hər zaman mübariz bir
vasitə olmuşdur. Heç də təəccüblü deyildir ki,
Azərbaycanın bir çox məşhur dövlət xadimləri və el
qəhrəmanları eyni zamanda öz dövrünün qabaqcıl
şairi olmuşdur. Bizim xalqımızın tarixində qılıncla
qələmin çox qədim bir qardaşlığı var».
1
Burada bizim folklorumuzun spesifikliyi ifadə
edilmişdir. Doğrudan da, bizim, istisnasız olaraq,
bütün qəhrəmanlıq dastanlarının baş surətləri həm
lirik, incə qəlbli bir şair, həm də bahadır gücünə malik
yenilməz iradəli, əzəmətli qəhrəmanlardır. Onların
düşmənlərlə savaş səhnələri, epik-qəhrəmanlıq lövhə-
ləri verilməklə, əksər halda həm də bir şair kimi təq-
dim olunurlar. Bu qəhrəmanların bəzən hala münasib
olaraq dillərindən də şeirlər, mahnılar eşidirik ki, on-
lara ən istedadlı şairlər belə həsəd apara bilərlər. Hətta
həmin əhval-ruhiyyə və ovqat da şairanə bir dillə təs-
vir edilir ki, mənsur şeir təsiri bağışlayır.
Təsadüfi deyildir ki, Səməd Vurğun «Dədə Qor-
qud» dastanında verilmiş ana obrazından bəhs edər-
kən, onun ülviyyəti barədə əsərin ən şairanə və emo-
1
S.Vurğun. Azərbaycan ədəbiyyatı haqqında, «Ədəbiyyat qəzeti», 21
oktyabr 1943
54
sional epizodunu misal gətirir. Bu, dastanın «Dirsə
xan oğlu Buğacın boyunu bəyan edər» boyuna aiddir.
Burada şair ananın müqəddəsliyini xatırlatmaqla ana
qüdsiyyəti, ana müqəddəsliyi, ana məhəbbəti, onun öz
övladının xilası naminə özünü qurban verməsi kimi
fədakarlığı gənclərimizə örnək kimi göstərmişdir. Hə-
min epizodda deyilir ki, ana öz sevimli oğlu Buğacın
qayıtmadığını görüb qırx incəbelli gözəllə onu axtar-
mağa çıxır. Onlar Buğacı ölümcül yaralanmış halda
tapırlar.
Əfsanədə deyilir ki, Xızır nazil olaraq Buğacın
yarasını üç dəfə sığamış, bu cür yaraların yalnız «ana
südü» və «dağ çiçəyi» ilə sağalacağını, yalnız onunla
məlhəm tapacağını deyərək yenə də qeyb olmuşdu.
Ana oğlu üçün ağladığı zaman Uruz Xızırın dedikləri-
ni ona yetirir. Bu vaxt «qırx incə qız yayıldı. Oğlanın
anası əmcəyini bir sığadı, süd gəlmədi, iki sığadı, süd
gəlmədi, üçüncüdə kəndiyə zərb elədi, qanı doldu,
sıxdı südü ilə qanqarışıq gəldi».
1
S.Vurğun öz sövqi-təbi ilə hamıdan qabaq hiss
etmişdi ki, Nizami kimi cahanşümul bir sənətkar
yetirmiş Azərbaycan xalqı ondan qabaq böyük dahilər
yetirməli idi ki, Şərq intibahının bu cür bənzərsiz ədə-
bi məktəbi bina tuta idi. Onun kimi yaradıcı fikir nə-
həngi meydana gələ idi.
Vaxtı ilə rus tənqidçilərindən Skosıryov adlı biri-
sini kəskin tənqid edən şair göstərir ki, Nizami hansı
bir zəmin üzərində öz böyük əsərlərini yarada bilmiş-
dir?.. Başdan-başa savadsız və dilənçi bir xalq necə
1
Kitabi-Dədə Qorqud. Bakı, 1939, s.27
55
oldu ki, Nizamini yaratdı? Şair göstərir ki, Nizamini
yetirən çox zəngin ədəbi mühit olmuşdur. Bunlardan
biri klassik yazılı ədəbiyyatımız və digəri kökü çox
qədimlərə gedən folklorumuz idi. «Nizami yaradıcılı-
ğında Azərbaycan xalqının olduqca zəngin folklorun-
dan geniş istifadə edilmişdir. Nizaminin çox əsərlərin-
də təsiri görünən məşhur xalq eposu «Kitabi-Dədə
Qorqud» hələ 11 -ci əsrdən (digər yazılarında bu rəqə-
mi bir az da qədimə apararaq 9-cu əsr kimi göstərir —
C.A.) bəri şöhrət qazanmışdır».
1
S.Vurğunun 1939-cu ildə Nizamiyə dair yazdığı
məqalələrdə bu məsələ təkrar-təkrar vurğulanır. Bəlkə
də elə bu səbəbə görə M.Ələkbərov adlı bir tədqiqatçı
şairin bu sözlərindən ruhlanaraq, öz namizədlik dis-
sertasiyasını həmin məsələnin araşdırılmasına həsr et-
miş, «Dədə Qorqud»un Nizami yaradıcılığı ilə səslə-
şən əsas nöqtələri haqqında müəyyən məlumatlar ve-
rir.
2
S.Vurğun ədəbiyyatımızı ən qədim zamanlardan
tarixə yoldaşlıq edən ictimai şüur forması kimi olaraq,
hətta tarixin müəyyən qaranlıq nöqtələrinə işıq salan
bir təsisat kimi qiymətləndirir. «Çoxəsrlik tarixi olan
Azərbaycan ədəbiyyatı, qüdrətli qəhrəmanlıq və rəşa-
dət tarixidir. Azərbaycan ədəbiyyatının ən qədim
abidəsi IX əsrdə yaradılmış olan məşhur xalq eposu
«Kitabi-Dədə Qorquddur».
3
1
S.Vurğun. Əsərləri, V с., Bakı, 1972, s.108
2
M.Ələkbərov ―Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı‖
namizədlik dissertasiyası, 1947, ADU kitabxanası
3
S.Vurğun. Əsərləri, V с., Bakı, 1972, s.136
Dostları ilə paylaş: |