60
ASİF ATA FİLOSOF TƏNQİDÇİ KİMİ
Qədim yunan filosofu Platon, Aristotel və digər
filosof tənqidçilərdən sonra da bir çox, ədəbi tənqidi
fəlsəfə ilə birləşdirən, ədəbi-bədii təhlildə fəlsəfəyə
üstünlük verən, analitik erudisiyası ilə seçilən
tənqidçilər yaşayıb-yaratmışdır.
Gerçəkliyin dərki olan ədəbi tənqid sənət əsərini
dövrə, zamana münasibətdə alıb təhlil edirsə, sənət və
ədəbiyyat faktını dərindən mənalandıra bilirsə, bu,
fəlsəfi tənqidə aparan yoldur. Dünya miqyasında ədə-
bi-estetik görüşlərində daha çox fəlsəfəyə əsaslanan
tənqidçilər nəsli yetişmiş və onların adları hamıya mə-
lumdur. Bu mənada Asif Ata sənəti bizim ədəbi-bədii
tənqiddə hadisə olmuşdur. Onun tənqidi məhz fəlsəfi-
bədii tənqid idi.
Asif Ata öz tənqidinin mahiyyəti haqda yazmış-
dır: «Mənim əsas məqsədim o oldu ki, ədəbiyyatı va-
sitəyə çevirmək, ədəbiyyat vasitəsilə dünyanın, hə-
yatın böyük fəlsəfi problemini həll eləmək... Yəni,
əgər filosoflar, yəni adi filosoflar öz fikirlərini təsdiq
etmək üçün həyata müraciət eləyirlərsə, burada sən
həyatdan artıq olana – ədəbiyyata müraciət eləyirsən
və burada filosofluq üçün təzə fikirlər açılır...»
1
.
A.Atanın dövri mətbuat səhifələrində imzası
görünən kimi onun özünün oxucu auditoriyası da
1
Asif Ata. Ədəbiyyat – əbədiyyət sözü ilə həmahəngdir. «Yol» qəzeti,
7 may 1993
61
yaranmağa başladı. Xatırlayıram ki, stereotipdən
uzaq, dərin, düşündürücü məqalələri necə də əldən-ələ
gəzir, hamı tərəfindən sevilə-sevilə oxunurdu. Hətta
70-ci illərdə ərəb ölkələrində və digər yerlərdə işləyən
azərbaycanlı ziyalılar Bakının müvafiq kitabxanaları-
na və müxtəlif şəxslərə müraciət edərək həmin yazıla-
rı necə həsrətlə, həvəslə əldə etməyə çalışırdılar. Çün-
ki, onun tənqidi quru, sxematik, bədii əsərin «elmi
dilə tərcüməsi» deyildi. Bədii əsərdə ifadə olunmuş
problemin həqiqi filosof-tənqidçi gözü ilə şərhi, anali-
tik təhlili idi. Bu tənqid həm də lirik, emosional, fəlsə-
fi ruhda olduğundan onun özü də pafos, şeiriyyət ya-
radırdı və bu işdə heç də yazıçıdan az rol oynamırdı.
Onun tənqidində də idrakla hissiyyatın, ağılla emosi-
yanın sağlam məntiqlə romantik, ehtiraslı harmonik
qurulmuş bir vəhdətini görürük. A.Ata orta, miyan
ədəbiyyatı əsla bəyənmirdi, hər şeyin əslini və əlasını
axtarırdı. O, böyük sənət uğrunda çarpışır, xırda,
zövqsüz yazılardan kənar dururdu. Tənqidçi-filosof
bədii materiala söykənərək, onu bir bəhanə kimi ala-
raq, öz orijinal, cazibədar, düşündürücü fikir və müla-
hizələrini müvafiq model və fəlsəfi biçimdə, estetik
kateqoriyalar vasitəsilə söyləməyi bacarırdı. Biz onun
klassik və müasir ədəbiyyatımızın, incəsənətimizin,
musiqimizin təhlilinə qlobal dünya kontekstində ya-
naşdığının şahidiyik.
A.Atanın tənqidi əsərlərində bir qayda olaraq,
həmişə özünün ideya-estetik sanbalı, ədəbi-bədii təh-
lilin intellektuallığı, estetik fikrin yüksək pafosu ilə
seçilən, son dərəcə vacib problemləri qaldırılır və
62
onların bənzərsiz təhlili verilir, böyük elmi-nəzəri
ümumiləşdirilmələr aparılır.
Asif Atanın tənqidində, bədii əsərə, onun əks et-
dirdiyi həyat materialına arifanə bir baxış, dərinə get-
mək meyli mövcud idi. Xalq şairi Cabir Novruz onun
mahiyyətini düzgün dərk edərək yazırdı ki, onun tən-
qidinin məziyyətlərindən biri ondadır ki, məqalələrin-
də dəst-xətt özünəməxsusluğu, manera yeniliyi, pole-
mika mədəniyyəti var. O, bir tənqidçi kimi oxucunu
həm düşündürür, həm də həyəcanlandırır. Asifdə oxu-
cunu inandırmaq, təsiri altına salmaq, özünə həmfikir
etmək bacarığı var. Onda sanki şeirlə, poeziya ilə qar-
şılaşırsan. Onda təhlil ilə şairanəlik vəhdətdədir. Tən-
qidçilərdən biri çox doğru olaraq yazır ki, «Bizdə bəzi
ehtiraslı tənqidi subyektiv, cılız, rasional tənqidi ob-
yektiv sayırlar. Əslində isə ehtiraslı tənqidetmə – bü-
tün varlığı ilə sevmək, yanmaq, qəlpələnmək demək-
dir. Soyuq tənqid –ölü tənqiddir. Ehtiraslı tənqid qəm-
dir, sevincdir, heyrətdir, həsrətdir, hiddətdir, vəcd-
dir».
1
Asif Atanın tənqidinin dərinliyi, fəlsəfiliyi sadə-
cə olaraq onun məqalə və resenziyalarının ötəri sada-
lanmasından, adların məzmunundan da dərhal görü-
nür:
«Yerdəkilərin göy həsrəti», «Gerçəkliyi ötmək»,
«Haray inamı», «Xəyal gerçəkliyi», «Füzuliliyimiz-
Aşiqliyimiz», «Tilsim», «Çənlibel», «Ölməmək dər-
1
Bəkirov Z. İnam və zəka narahatlığı. «Azərbaycan müəllimi», 7
noyabr 1977
63
di», «Komediya faciəsi», «Qəhrəmanlıq ülviyyəti» və
s. və i.a.
A.Atanın tənqidi məqalələri bir sıra bədii hadisə-
ləri ümumiləşdirmə yolu ilə müşayiət olunurdu. Mə-
sələn: «Sənət», «Ədəbiyyat və bədii tənqid», «Lirik
qəhrəman və zəmanə», «Nikbinlik», «İnam yönü»,
«Dairələr» və digər əsərləri özlərinin konseptuallığı,
orijinallığı, elmi-nəzəri konsepsiyası, əhatə dairəsi ilə
seçilir. Ona görə də onun hər məqaləsi, hər kitabı
Azərbaycanın ən görkəmli tənqidçi və filosoflarının
diqqətini çəkmişdi. Onun monoqrafiyaları, məqalə
topluları da belədir: «Müdriklik səlahiyyəti» (Bakı,
1976), «İnam və şübhə» (Bakı, 1988). Bunların da
haqqında məqalə və resenziyalar yazılmışdır. Düzdür,
bunlardan bəziləri qərəzli, iftira mövqeyində duran
yazılardır. Lakin az-çox ədəbi səriştəsi , ədəbiyyatdan
baş çıxara bilmək bacarığı olan hər kəs onun tənqidçi-
lik, filosofluq məharətini inkar edə bilməz.
Onun bu və ya digər məqalə, resenziya və mo-
noqrafik tədqiqatlarından müstəqil yazılarla çıxış edən
tənqidçi, ədib və şairlərdən Yaşar Qarayev, Cabir
Novruz, İslam Ağayev, İsrail Mustafayev, Vəli Os-
manlı, Nazif Ələkbərli, Zəmanət Bəkirov, Ş.Hüsey-
nov və başqalarının əsərlərində bu tənqidçi-filosofun
yaradıcılığının əsas və aparıcı, orijinal və aktual prob-
lem və məqamlarından ətraflı danışılmışdır. Bunların
bəzilərində tənqidçinin istedadını, təhlil üsulunu, qal-
dırdığı problemlərin müasirliyini təqdir etməklə, yeri
gəldikcə, onunla polemikaya, mübahisəyə də yer ve-
rilmişdir. Məsələn: tənqidçi Yaşar Qarayev tənqidçi-
nin əsas spesifikasını dəyərləndirərək, onun «Müdrik-
Dostları ilə paylaş: |