B Ü T Ü N U Ş A Q L A R A Ü M İ D B Ə X Ş E D Ə K
8 9
U N I C E F @ 7 0 : 1 9 4 6 − 2 0 1 6
Bütün
səylərinə baxmayaraq, sosial müdafiəsi hələ də zəif olan və özlərindən asılı
olmayan səbəblərə görə cəmiyyətdən kənarda qalan uşaqların statusu 70 illik fəaliyyəti
boyunca UNICEF-i narahat etmişdir. Hər bir uşağın hüquqlarının təmin edilməsinə
çalışan qurum kimi, həmin kənarda qalmış uşaqlara da xidmət göstərmək UNICEF-in
fəaliyyət konsepsiyası baxımından həlledici əhəmiyyət daşıyır.
UNICEF-in işlətdiyi “hər bir uşaq” ifadəsi azyaşlı uşaqlara və
yeniyetmələrə, o cümlədən yoxsul ailədə dünyaya gəlmiş
və ya valideynin birinin itirilməsi, qərəzli münasibət və yaxud
ayrı-seçkilik nəticəsində yoxsullaşmış ailədə yaşayan uşaq-
lara eyni dərəcədə aid edilir. Eyni zamanda, “hər bir uşaq”
ifadəsi oğlanlara və qızlara, o
cümlədən keyfiyyətli təhsil
almaq imkanından məhrum edilmiş, gender əsaslı və ya
cinsi zəmində zorakılığın qurbanı olan və yaxud erkən evlilik
nəticəsində gələcək perspektivlərdən tamamilə məhrum
olmuş qızlara eyni dərəcədə aid edilir.
UNICEF “sosial inteqrasiya” konseptini ilk dəfə
1960-cı
illərin əvvəlində ölkələrin hökumətlərini milli inkişaf
planlarına bütün uşaqların, gənclərin sosial-iqtisadi rifahını
da daxil etməyə çağırarkən irəli sürmüşdür. Bir onillik sonra
təşkilatın sosial inteqrasiya konsepsiyası genişlənərək
qadın və qızların faydalana biləcəyi proqramları da əhatə
etməyə başladı (BMT tərəfindən
1975-ci ilin Beynəlxalq
Qadın İli elan edilməsi bu
məsələdə katalizator rolunu
oynamışdır).
1980-ci illərin ortasında öz siyasətinə iki dəfə ciddi düzəliş
etməsi UNICEF-i sosial siyasətin cəmiyyətdən kənarda
qalmış uşaqlara yönəldilməsi uğrunda mübarizənin birinci
sıralarına çəkmişdir.
1986-cı ildə apardığı təhlilin nəticələ-
rinə və irəli sürdüyü “xüsusilə çətin vəziyyətdə olan uşaqlar”
konsepsiyasına əsaslanaraq, təşkilat qapalı tipli müəs-
sisələrdə saxlanan uşaqları və sağlamlıq imkanları məhdud
olan uşaqları xüsusi dəstək tələb edən əhali qrupları
olaraq qəbul etmişdir. Növbəti il, yəni Latın Amerikasından
Mərkəzi Afrikaya qədər inkişaf etməkdə olan ölkələr üçün
ağır və qaldırılması mümkün olmayan borc yükü gətirən
qlobal böhranın
hökm sürdüyü bir vaxtda, UNICEF borclu
dövlətlərin vəsaitləri həddən artıq qənaətlə xərcləməsinin
sosial proqramlara mənfi təsirini azaltmaq üçün “iqtisadiy-
yatın insan amili nəzərə alınmaqla yenidən qurulması” və
borcların restrukturizasiyası tələbi ilə çıxış edirdi.
“İqtsadiyyatın insan amili nəzərə alınmaqla yenidən
qurulması” konsepsiyası tezliklə beynəlxalq inkişafın leksi-
konuna daxil oldu. Beynəlxalq kreditorlara olan borcun bir
hissəsinin birbaşa sosial müdafiə məqsədilə xərclənməsi
üçün borclu dövlətlərin vəsaitinə çevrilməsi təklifi ənənəvi
makroiqtisadi modellərlə ziddiyyət təşkil edirdi. Təklif uşaq-
ların iqtisadi islahatların mənfi təsirlərinə qarşı necə qoruna
biləcəyi barədə qlobal səviyyəli müzakirələrə start verdi.
Növbəti on il ərzində, təcrid olmuş uşaqlarla bağlı narahatlıq
1989-cu ildə qəbul edilmiş Uşaq hüquqları haqqında
Konvensiyada, eləcə də uşaq hüquqları ilə əlaqədar
konsensusun getdikcə güclənməsində öz əksini tapmışdır.
UNICEF isə ictimaiyyətin diqqətini ciddi risk altında olan
uşaqların müdafiəsi üzrə
xüsusi tədbirlərə yönəltməyə
davam edirdi.
2002-ci ildə UNICEF və onun tərəfdaşları 400-dən çox
uşağı BMT-nin Baş Məclisinin sessiyasında iştiraka dəvət
etmişdir.
1990-cı ilin Ümumdünya Uşaq Sammitinin davamı
B Ü T Ü N U Ş A Q L A R A Ü M İ D B Ə X Ş E D Ə K
9 1
U N I C E F @ 7 0 : 1 9 4 6 − 2 0 1 6
hesab edilən Uşaqlara dair xüsusi Sessiya əlamətdar hadisə
idi. Bu qədər çox sayda gənc fəalın mövcudluğu UNICEF
və digər iştirakçı təşkilatlara göstərdi ki, bütün işlərində
uşaqların iştirakını fəal şəkildə təşviq etmək düzgün yoldur.
2007-ci ildə UNICEF fiziki və əqli sağlamlıq imkanları
məhdud uşaqların daha da yaxından iştirakını təbliğ etmək
məqsədilə Çinin Şanxay şəhərində keçirilən Dünya Xüsusi
Yay Olimpiya Oyunlarında tərəfdaş təşkilat qismində çıxış
edirdi.
2012-ci ildə təşkilat 100-dən
çox ölkənin, QHT-nin,
hökumətin, təhsil müəssisəsinin və əlillik məsələləri
ilə məşğul olan digər təşkilatların iştirakı ilə keçirilən
“Sağlamlıq imkanları məhdud uşaqlar naminə birinci Qlobal
Tərəfdaşlıq Forumunda” iştirak etmişdir.
İqtisadi siyasət və onun uşaqlara təsiri ilə əlaqədar olaraq,
bunu qeyd edə bilərik ki, UNICEF gündəlik ehtiyaclarının
yerinə yetirilməsi üçün orta qiymətlə 1,90 ABŞ dollarından
da az vəsait xərclənən uşaqlara yardım göstərilməsi tələbi
ilə çıxış edir.
2015-ci ildə Dayanıqlı İnkişaf Məqsədlərinin qəbul
edilməsindən əvvəlki hazırlıq kampaniyası dövründə
UNICEF üzv ölkələrlə və digər tərəfdaşları ilə birlikdə uşaq
yoxsulluğunun azaldılmasının, uşaqlar üçün sosial müdafiə
sistemlərinə olan ehtiyacın
yerinə yetirilməsinin qlobal
məqsədlər sırasına daxil edilməsi istiqamətində fəaliyyət
göstərmişdir. İnkişaf üçün maliyyələşdirmə mövzusunda
keçirilən üçüncü konfrans zamanı UNICEF iştirakçı
hökumətlər qarşısında bərabərlik prinsipinə əsaslanan
və uşaqları diqqət mərkəzində saxlayan dövlət büdcəsi
formalaşdırmaq çağırışı ilə çıxış etmişdir. Bu gün təşkilatın
100-dən artıq ölkədəki nümayəndəliklərinin hər biri ən
böyük risklərlə üzləşən uşaqların da ehtiyaclarının yerinə
yetirilməsi üçün yoxsulluğun azaldılması, sosial müdafiə və
dövlət büdcəsindən maliyyələşdirmə kimi istiqamətlərdə
hökumətlə birgə çalışmaqdadır.
UNICEF hal-hazırda müxtəlif ölkələrdə, o cümlədən Qana,
Keniya, Tailand və Zambiyada pul köçürmələri proqramı
kimi uşaqların həyat şəraitinin yaxşılaşdırılmasında özünü
doğrultmuş proqramların işə salınması
və əhatə dairəsinin
genişləndirilməsi istiqamətində iş aparmaqdadır. Təşkilat
Somalidən Fələstin dövlətinə qədər qeyri-stabil və
mürəkkəb şəraitin hökm sürdüyü ölkələrdə, eləcə də Nepal,
keçmiş Yuqoslaviyanın tərkibindəki respublikalardan biri
olan Makedoniya kimi humanitar problemlərlə üzləşən
ölkələrdə sosial müdafiə sistemlərinin fəaliyyətinə yardım
etməkdədir.
Eyni zamanda, UNICEF sosial inteqrasiyaya mane olan
digər əngəlləri, yəni qadın və qızların öz potensiallarını tam
yerinə yetirmələrinə imkan verməyən əngəlləri aradan
qaldırmaq səylərini daha da gücləndirmişdir.
UNICEF-in hal-hazırda həyata keçirdiyi Gender bərabərli-
yinin təmini üzrə Fəaliyyət Planı gender əsaslı
qeyri-bəra-
bərliklərin aradan qaldırılması üçün zəruri çərçivəni təmin
edir. Gender məsələlərini bütün proqramların gündəminə
daxil etməklə yanaşı, bu Plan yeniyetmələrin sağlamlığının
mühafizəsi, qızların orta təhsil almaq imkanlarının artırıl-
ması, erkən evliliklərə son qoyulması, eləcə də fövqəladə
hallar zamanı gender əsaslı zorakılığın qarşısının alınması
kimi məsələləri ön plana çıxarır. UNICEF yekun Dayanıqlı
İnkişaf Məqsədlərinə gender məsələlərinin daxil edilməsinə
də köməklik göstərmişdir. Yerli səviyyədə fəaliyyəti ilə bağlı
qeyd edə bilərik ki, təşkilat dünyanın bütün nöqtələrində
yerli vətəndaş cəmiyyətləri ilə birgə qadınların qərar vermək
səlahiyyətinə malik orqanlarda iştirakını artırmaq istiqamə-
tində iş aparır.
Bütün bu sahələrdə fəaliyyətin təməlində UNICEF-in belə
bir əqidəsi dayanır ki, sosial inteqrasiya dayanıqlı inkişafın,
yəni hər bir uşağın hüquqlarının müdafiəsinin ən vacib
şərtlərindən biridir.
2007-Cİ İLDƏ UNICEF FİZİKİ VƏ ƏQLİ
SAĞLAMLIQ İMKANLARI MƏHDUD
UŞAQLARIN DAHA DA YAXINDAN
İŞTİRAKINI TƏBLİĞ ETMƏK ÜÇÜN
OLİMPİYA TƏŞKİLAT KOMİTƏSİ İLƏ
ƏMƏKDAŞLIQ ETMİŞDİR.