“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
6
2
.
Əlibəyli Sərdar Məhəmmədəli oğlu
Saxlanma
iyul 2013‐cü il
tarixi:
31
İttiham:
CM 221.
ilah qismində istifadə
edilən əşyaları tətbiq
3‐cü (xuliqanlıq, silahdan və ya s
etməklə törədildikdə) maddəsi
Saxlandığı yer:
14 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış:
Tənqidi materialların çap edildiyi “Nota Bene”
qəzetinin baş redaktoru olan cənab Əlibəyli iyulun 29‐da Xətai rayonu
ərazisində yerləşən 260 saylı məktəbin həyətində tanımadığı Namiq
Əmirov adlı şəxslə mübahisə etməkdə və onu daşla vurmaqda ittiham
edilib. Son illər ərzində jurnalistlərə və fəallara qarşı istifadə edilən xuliqanlıq ittihamı ilə
jurnalist çayxanada polislər tərəfindən kobudluqla saxlanılaraq 37‐ci polis bölməsinə gətirilib və
onun barəsində 2 günlük tutma qərarı çıxarılıb, avqustun 2‐də isə Xətai rayon Məhkəməsinin
hakimi Habil Məmmədov onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Noyabrın 13‐də
Xətai rayon Məhkəməsi cənab Əlibəylini ağır cəzaya – 4 il müddətinə azadlıqdan məhrum etmə
cəzasına məhkum edib. Bakı Apellyasiya Məhkəməsi 29 may 2014‐cü il tarixdə bu qərarı
dəyişdirmədən qüvvədə saxlayıb.
Redaktoru olduğu qəzet dəfələrlə hakimiyyətlə bağlı sərt tənqidi yazılar dərc edib, xüsusilə həbsi
ərəfəsində Prezident İlham Əliyevin ailəsinə məxsus bizneslə bağlı yazı və keçmiş müdafiə naziri
Rəhim Qazıyevin Əliyevə tənqidlərlə dolu açıq məktubu çap edilmişdir. Bu açıq məktub çap
edildikdən sonra keçmiş nazir Rəhim Qazıyev də saxlanılmış və polisdə ona bu məktubla bağlı
xəbərdarlıq edilmişdir.
Cənab Əlibəyli vətəndaş Namiq Əmirovun şikayəti əsasında həbs edilib, bununla belə jurnalist bu
adda insanı tanımadığını və buna görə də onunla heç yerdə görüşmədiyini bildirmişdir, istintaq
da jurnalistlə şikayətçi arasında görüşün necə baş verməsi ilə bağlı şikayətçinin ifadəsindən
başqa heç bir başqa sübut təqdim etməmişdir. Şikayətçinin istintaqa verdiyi ilkin ifadə ilə
məhkəmədəki ifadələri arasında kəskin ziddiyyətlər olmuşdur.
Cənab Əlibəyli 2009‐2010‐cu illərdə bir neçə dəfə diffamasiya ittihamı ilə azadlıqdan məhrum
etmə cəzasına məhkum edilmişdir, bu diffamasiya işlərindən ikisi üzrə şikayət Avropa İnsan
Hüquqları Məhkəməsinin icraatındadır. Baş redaktor Amnesty İnternational təşkilatı tərəfindən
vicdan məhbusu kimi tanınıb
3
. Onun 1‐ci qrup əlil, ruhi xəstə olan övladı var, həyat yoldaşı
şləmir. ABŞ‐da yerləşən Jurnalistləri Müdafiə Komitəsi də bu həbslə bağlı öz narahatlığını ifadə
dib
i
4
e
3
http://bit.ly/1jYMJQI
4
http://bit.ly/1myrtFX
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
7
3
.
Əliyev Nicat Nazim oğlu
Saxlanma
012‐ci il
tarixi:
21 may 2
İttiham:
CM‐nin 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat
materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 234.1
(qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal
etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 281.2 (
bir
qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla
saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya
quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün
parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu
materialları yayma) və 283.2.3‐cü (
mütəşəkkil dəstə tərəfindən milli,
irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin
alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq
vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin
müəyyən edilməsinə
informasiya vasitələ
yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi
rindən istifadə olunmaqla törədildikdə) maddələri
Saxlandığı yer:
Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)
İş üzrə qısa arayış:
Cənab Əliyev dini yönümlü tənqidi
www.azadxeber.az
veb‐səhifəsinin
baş redaktorudur. Cənab Əliyevin həbsindən qabaq bu saytda hökumətin dini sahədə apardığı
siyasətini, habelə Avroviziya‐2012 mahnı yarışmasına həddən artıq maliyyənin ayrılmasını, o
cümlədən Bakıda gey‐paradın keçirilmə ehtimalını tənqid edən materiallar çap edilmişdir. Mahnı
yarışması ərəfəsində bu materialları, o cümlədən ruhanilər Abgül Süleymanov və Tale Bağırovun
çıxışlarını əks etdirən diskləri şəhərin müxtəlif yerlərində yaydıqdan dərhal sonra cənab Əliyev
və onunla birlikdə daha bir neçə nəfər şəxs həbs edilib.
Jurnalistə qarşı ilkin olaraq adətən fəallara qarşı “növbətçi” ittiham kimi istifadə edilən narkotik
maddə ittihamı irəli sürülmüşdür. Həbsindən yalnız 8 ay sonra, 2013‐cü ilin yanvarın 23‐də
Avropa Şurası Parlament Assambleyası (AŞPA) siyasi məhbuslar üzrə məruzəçi cənab Ştrasserin
siyahısının əleyhinə səs verdikdən və nəticədə məruzəçi mandatı dayandırıldıqdan 2 gün sonra,
yanvarın 26‐da cənab Əliyevə qarşı daha ağır 3 yeni ittiham irəli sürülmüşdür. Bakı Ağır
Cinayətlər Məhkəməsinin 9 dekabr 2013‐cü il tarixli qərarı ilə cənab Əliyev 10 il azadlıqdan
məhrumetmə cəzasına məhkum edilmişdir (prokuror öz çıxışında jurnalistin məhz 10 il
azadlıqdan məhrum edilməsini istəmişdi ki, məhkəmə də bu istəyi olduğu kimi təmin etmişdir).
dən
Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014‐cü il tarixdə bu hökmü dəyişdirmə
qüvvədə
saxlamışdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nahid Məmmədov ekspert kimi işə cəlb
edilib və yayılan disklərdəki çıxışlarda milli ədavəti qızışdıran nüanslar olduğunu müəyyən edib,
bununla belə ekspert bu nüansların detallarını məhkəmədə izah edə bilməyib. Belə nüansların
olduğu təqdirdə həmin çıxışlar jurnalist tərəfindən deyil, işdə adı keçməyən başqa şəxslər
tərəfindən edilib, bununla belə jurnalist bu cür çıxışlar etməkdə təqsirli bilinib. Jurnalistin
evindən götürülən və dini ekstremizmi təbliğ edildiyi iddia edilən Ərşad Əzimzadənin “Möcüzəsiz
möcüzə” kitabı isə insan orqanizminin ac qalmaqla müalicəsi barədədir, kitab Azərbaycanda çap
edilib və rəsmi şəkildə qadağan olunmayıb, bununla belə ekspertiza bu kitabın idxal edildiyini və
dini ekstremizmə çağırışları əks edildiyi barədə jurnalistin əleyhinə olan rəy verib. Məhkəmə
prosesində ekspertiza rəyi elan edilərkən və ekspert suallara cavab verərkən rəyin sifarişlə
hazırlandığı açıq şəkildə müşahidə edilib. Məhkəmə prosesləri zamanı jurnalistin özü, o
cümlədən vəkili Yalçın İmanov da cənab Əliyevin həbs edilən zaman polis tərəfindən işgəncəyə
məruz qaldığını, ağır xəsarətlər verildiyini bəyan etsələr də, bu iddialar araşdırılmayıb.
Cənab Əliyev ailəlidir, toyundan cəmi 23 gün sonra həbs edilib. Amnesty İnternational təşkilatı
jurnalistə qarşı ittihamları şübhəli adlandırıb
5
.
5
http://bit.ly/P8Z9vo