TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ
ƏSASLARI
Təhsildə İKT
10
2.
Təşkilati problemlər. Bəzən təhsil müəssisələri müəllimləri
inandırmağa çalışır ki, MT boş əyləncə deyil, təhsilə ciddi dəstək verə
bilən perspektivli bir texnologiyadır. Bəzən təcrübəli müəllimlər hesab
edirlər ki, MT tədris prosesini nəzarətdən çıxa bılər. Belə ki, MT-in tətbiqi
zamanı uşaq öz təşəbbüsü ilə sinif otağınından kənarda da təlim ala bilər.
Elektron materialların müəlliflik hüququ hələ də qeyri-müəyyən
olduğundan, mobil qurğularda istifadə üçün faydalı elektron resuslar
kəmiyyət və keyfiyyət baxımından kifayət qədər deyil. Mobil əlavələrin
və mobil tətbiqlərin hazırlanması müəllimlərdən daim ixtisaslarının
yüksəldilməsini, həmçinin əlavə mütəxəsislərin bu işə cəlb edilməsini tələb
edir.
3.
Səriştəliyin azlığı. Müəllimlər öz şagirdlərinə MT
texnologiyalarından istifadə imkanlarını təqdim etməkdə bəzən çətinlik
çəkirlər. Bu sahədə müəllimlərin təcrübəsizliyi, biliklərinin azlığı, tədrisin
səmərəliliyinin qiymətləndirilməsi üsullarına bir daha yenidən baxmağa
ehtiyac yaradır. Belə ki, MT təlim prosesində birqiymətli nəticə verməyə
də bilər. Uşaqlar mobil qurğulardan ünsiyyət vasitəsi kimi necə istifadə
etmək lazım olduğunu bilsələr da, öyrədici vasitə kimi ondan səmərəli
istifadə edə bilmirlər. Müəllimlər şagirdlərin MT dəstək verməkdə, bu işə
rəhbərlik etməkdə bəzən çətinlik çəkirlər.
4.
İstifadə çətinlikləri. Mobil qurğunun qidalanma
akkumliyatorunun uzunmüddətli fasiləsiz işləməsi MT üçün müəyyən
çətinliklər yaradır. Displeyin kiçik ölçüdə olması, mətnin rahat oxunmasında
müəyyən çətinlik yaradır. Bundan başqa mobil qurğunun İnternetə qoşuması
da əlavə xərc tələb edir ki, bu da bir problem yarada bilər. Hava şəraitinin
necə olması da (yağışlı, günəşli) açıq havada mobil təhsilin reallaşmasına
mane olur.
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ
ƏSASLARI
Təhsildə İKT
11
5.
Kənd yerlərində MT üçün məhdudiyyət. Geniş zolaqlı İnternet
əhalinin az məskunlaşdığı yerlərdə, kiçik yaşayış məntəqələrində geniş
yayılmamışdır. İnternet provaderləri naqilsiz geniş zolaqlı xidmətlər
təqdim edə bilirlər. Lakin bunun əhatə nöqtələri, əlyetərli nöqtələri azdır (bu
məqsədlə bəzən rouming xidmətindən istifadə etmək zəruriyyəti yaranır).
Peyk vasitəsi ilə təqdim edilən İnternet, dünyanın istənilən nöqtəsində geniş
zolaqlı xidmət təklif edə bilir, lakin bu bahadır. Ehtimal edilir ki,
gələcəkdə kənd yerlərində geniş zolaqlı İnternet xidməti WiMax vasitəsi ilə
təqdim edilə bilər. Bu halda xidmət daha ucuz olacaq.
6.
Təhsildə mobil texnologiyalardan istifadənin mümkün neqativ
nəticələri. Mobil texnologiyaların fəal tətbiqi insanlar arasında ünsiyyətin
azalmasına, qarşılıqlı münasibətlərin zəifləməsinə səbəb ola bilər. Bu isə
stres hallarını yüksəldə bilər. Hər yerdə mobil qurğulardan maxsimum
istifadə insanların şəxsi təhlükəsizliyi üçün də təhdidlər yaradır.
MT xeyli əlavə maliyyə yatırımı və müəllimlərin yenidən hazırlığını
tələb edir. Pedaqoji nöqteyi nəzərdən MT həddən ziyadə çox işləndikdə
təhsil anlayışını nüfuzdan salar, təhsili özünütəhsillə əvəz edər, təsadüfi,
sistemsiz faktların öyrənilməsi, məlumatların səthi mənimsənilməsi
nəticəsində biliklərin dərinliyi yox, səthiliyi və genişliyi müşahidə edilə
bilər.
MT-nin tətbiq nümunələri
1. Fərdi və kütləvi təhsil. MT çox sayda şagirdlərin, cəmiyyət
və sosial şəbəkələrin tələb və ehtiyaclarını, iş yerində insanların təhsil
ehtiyaclarını ödəmək üçün məqsədəuyğundur. MT şagirdlərin nailiyyətlərini
müəyyənləşdirməyə və operativ qeydiyyat aparmağa imkan yaradır. Şagirdlər
mobil texnologiyalardan təlim prosesində istifadənin səmərəli yollarını
müəllimlərlə müzakirə etməli, daha yaxşı istifadə təcrübəsini öyrənməlidilər.
Bu təhsil texnologiyası fiziki qüsuru olan şagirdlər üçün daha
məqsədəuyğundur. Kütləvi təhsilin təşkilində, savadlığın yayılmasında,
müəyyən hesabi bacarıq və vərdişlərin inkişaf etdirilməsində, habelə
müəllimlərin yenidən hazırlanmasında MT kömək edir. MT vasitəsi ilə
sinifdaxili ünsiyyəti təkmilləşdirmək mümkündür. MT şagirdlərə imkan
verir ki, öz ideallarını yoldaşları ilə bölüşsün, mobil sorğularda iştirak etsin.
Beləliklə, şagirdlərin utanma kompleksi ( hissi ) onları narahat etmir, bu
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ
ƏSASLARI
Təhsildə İKT
12
amillər tədrisə marağı artırır. MT böyük qrup şagirdlərlə dərs keçərkən
fərdi yanaşmağa da imkan yaradır.
Kütləvi qiyabi təhsilin təşkilində də mobil texnologiyanın imkanı
böyükdür. Dünyanın istənilən nöqtəsində olan qiyabiçi tələbələr bir-biriləri
ilə mobil texnologiya vasitəsi ilə rabitə yaradır, məlumat və təcrübə
mübadiləsi həyata keçirdirlər.
2.
Müəllimin MT sahəsində metodik və texniki hazırlığı zəruridir.
Müəllimlərın MT texnologiyaları, mobil pedaqogika üzrə hazırlıq keçməsi
zəruridir. Onların bu sahədə özlərinə inamını artırmaq üçün müvafiq texniki
bilik və bacarıqlara sahib olması zəruridir. Müəllimlər fərdi təhsilin təşkili
üçün mobil texnologiyalardan istifadəni bacarmalı, öyrədici material
hazırlamağı bilməli, öz tədqiqatlarının nəticələrini və metodik
təəcrübələrini bir-biri ilə mübadilə etməyi bacarmalıdırlar.
3.
Gender təhsili və şagirdlərin mobil təlimi. Mobil qurğular vasitəsi
ilə hamını- qızları və qadınları, oğlanları və kişiləri təhsilə cəlb etmək
mümkündür. Bu xüsusən ucqar kəndlərdə olan qızların təhsildən yayınması
problemini qismən həll etməyə imkan verə bilər. Yazmağı və hesablamağı
öyrədən təlim belə insanların digərlərindən asıllığını azaldır. Məs. : qadınlar
mobil təhsilə cəlb edilərək müəyyən mətnləri oxumağı və yazmağı öyrənə
bilərlər, məs.: Hindistanın ucqar kəndlərində uşaqlar, qocalar oyun vasitəsi
ilə ingilis dilini oyrənirlər.
4.
Əlil insanların təhsilində mobil texnologiyalar. Mobil qurğular
fiziki cəhətdən qüsurlu insanların təhsilalmasına, peşə hazırlığında sərbəstlik
əldə etməsinə kömək edə bilər. Məs.: dilin öyrənilməsinə dair audio mətnlər,
lüğətlər, səsli kitablar (audio kitablar) kimi resursların mobil qurğulara
yüklənməsi, onların sərbəst şəkildə öyrədilməsini təmin edə bilər. Nitqin sintez
edilməsi, nitqin tanınması əlil insanlara mobil texnologiyalar vasitəsi ilə daha
yaxşı öyrıdilə bilər.
Təhsil müəssisələrinin MT-ə münasibəti. Hüquqi baza.
Təhsil müəssisələrində MT-ə əsasən elektron təhsilin bir istiqaməti
kimi baxılır. Lakin bu yanaşma məhduddur. Ona görə ki, MT-in unikal
xüsusiyyətləri nəzərə alınmır. Təhsil müəssisələri yeni texnologiyaları
tətbiq edərkən, aşağıdakılar nəzərə alınmalıdır:
Dostları ilə paylaş: |