Təhsildə İKT
2
E.F.Səfərova, G.E.Qurbanova
Ümumtəhsil məktəblərində biologiyadan ümumiləşdirici dərslərdə ekspert təlim
sistemlərindən istifadə imkanları ..............................................................................76
H.M.Hacıyeva, G.E. Məmmədova
Ümumtəhsil məktəblərində biologiyanin tədrisində fəndaxili və fənlərarasi
inteqrasiyanin tədqiqində elektron təlim sistemlərinin rolu .......................................82
N.M.Babayeva
Biologiya dərslərində İKT vasitəsilə motivasiyanın formalaşdırılması.....................90
N.Ü.Bədəl-zadə
Ümumtəhsil məktəblərində biologiya dərslərinin fənn kurikulumu
əsasında təşkilində elektron təlim resurslarının rolu..................................................96
Q.V.Məhərrəmova
Biologiyanın tədrisində İKT-dən istifadə etməklə bioloji proseslərə dair
təcrübələrin öyrədilməsi ............................................................................................103
KOMPUTER TƏLİM TEXNOLOGİYALARI
N.F.Həsənova
Azərbaycanda təhsil sisteminin informatlaşmasında elektron resursların əmtəə
dövriyyəsinin rolu .....................................................................................................109
E.N.Allahverdiyeva
Filoloji Tədqiqatlarda bədii mətn üzrə təhlilin aparılmasında semantik
yanaşma metodu .....................................................................................................116
N.Əliyev
İbtidai siniflərdə şagirdlərin idrak fəallığının inkişafında qeyri-standart və
əyləncəli məsələlərin, kompüter oyunlarının rolu .................................................122
Halil AŞİRET
9-cu sinifdə ''Maqnit hadisələri'' mövzusunun tədrisində interaktiv lövhədən
istifadə .....................................................................................................................128
M.A.Nəcəfov, G.Əliyeva
VIII sinifdə riyaziyyat və informatika fənnləri arasında inteqrasiyanın
realizasiyası .............................................................................................................133
N.M.Xankişiyeva, S.S.Həmidov
Məktəb informatika kursunda verilənlər bazası – anlayışı terminlərinin
tətbiqinə dair............................................................................................................140
S.M.İsayeva
Tədris prosesində riyazi analiz məsələlərinin komputer həllinin metodiki
xüsusiyyətləri............................................................................................................144
YAZI QAYDALARI ...................................................................................148
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ
ƏSASLARI
Təhsildə İKT
3
Mobil Təhsil texnologiyaları: imkanlar, perspektivlər
Azərbaycan Dövlət Pedaqoji Universiteti
İ.B. Əhmədov
“İKT Mərkəzi”nin direktoru
pedaqoji elmlər namizədi, dosent
Xülasə
Məqalədə dünyada gedən qloballaşma prosesləri fonunda ali təhsilin inkişaf
tendensiyalari və dəyişən paradiqmalari təhlil edilmişdir
Аннотация
В статье анализируется рассматриваются глобальные тенденции и
изменения парадигм в высшем образовании в связи с формированием
информационного общество
Abstract
Global tendencies and paradigms changes in higher education have been
touched upon here. Have been analyses in this article.
Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin “Milli
iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca
istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Sərəncamı
ilə müəyyən edilmiş vəzifələrin icra edilməsi məqsədilə “Azərbaycan
Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının
inkişafına dair Strateji Yol Xəritəsi” (bundan sonra – Strateji Yol Xəritəsi)
hazırlanmışdır. Bu sənədində qeyd edilən tədbirlərin reallaşması ölkədə
təhsilin, informasiya cəmiyyətinin, insan kapitalının, elmtutumlu iqtisadiyyatın
inkişafına güclü impuls verə bilər.
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ
ƏSASLARI
Təhsildə İKT
4
Bu sənəddə qeyd edildiyi kimi İKT bacarıqlarının inkişafı və təhsil
sistemində İKT-dən istifadə insanların həyat keyfiyyətini və iqtisadiyyatın
məhsuldarlığını yüksəltməklə, qlobal miqyasda Azərbaycan iqtisadiyyatının
rəqabət qabiliyyətinin daha da artmasına zəmin yaradır. Təhsil sistemində İKT-
dən səmərəli istifadənin təmin edilməsi üçün təhsil informasiya sisteminin
formalaşdırılması müsbət nəticələr verəcəkdir. Ümumilikdə, təhsil informasiya
sistemi dedikdə, əlaqəli, qarşılıqlı istifadə edilə bilən və təhsil müəssisələrində
tədrisin səmərəli təşkili ilə onların daha effektiv idarə edilməsinin
dəstəklənməsinə kömək edən komponentlərin məcmusu başa düşülür.
Sistemin məqsədi təhsil müəssisələri arasındakı rabitə əlaqəsinin
asanlaşdırılmasından, elektron hökumət üçün uyğunluğun təmin edilməsindən,
sənədləşmələr zamanı kağız daşıyıcılardan mümkün qədər imtina edilərək,
informasiya mübadiləsinin avtomatlaşdırılmasından ibarətdir. Bununla yanaşı,
təhsil informasiya sistemi vasitəsilə təhsil müəssisələrinə qəbul, tədris
materiallarının mövcudluğu və idarəedilməsi üzrə prosedurlar da daha
keyfiyyətlə idarə olunur. Azərbaycanda təhsil informasiya sisteminin tətbiqi ilə
müxtəlif tərəflər arasında fəaliyyətlərin daha mükəmməl əlaqələndirilməsi
mümkün olacaqdır.
"Azəbaycan Respublikasında telekommunikasiya və informasiya
texnologiyalarının inkişafına dair strateji yol xəritəsi"ndə qeyd edilir ki,
Azərbaycanda rəqəmsal təhsil konsepsiyası hazırlanacaq. Rəqəmsal təhsil
sahəsində atılacaq addımlardan biri də bütün məktəblərin elektron təhsillə əhatə
olunmasıdır. Bunun üçün artıq ilkin işlərin görülməsi başa çatıb. Növbə bu
sistemi bütün məktəblərdə vahid mərkəzdən idarə olunmaqla tətbiq etməkdədir.
Rəqəmsal təhsilin ali təhsil sistemində reallaşması isə xarici ölkələrdəki
onlayn pulsuz kursların təşkil edilməsi formasında həyata keçiriləcəkdir.
Bundan başqa Yol xəritəsində bildirilir ki, təhsil sahəsində texnoloji dəstəyi
təmin etmək məqsədilə təhsil müəssisələrinin aparıcı şəxsləri təhsil
texnologiyaları haqqında davamlı məlumatlandırılacaq, təhsil texnoloqlarının
inkişafı üçün tədbirlər dəstəklənəcək və bu fəaliyyətlər çərçivəsində
təkmilləşdirmə kursları təşkil ediləcək. Bu mənada təhsil işçilərinin
maarifləndirilməsi üçün pedaqoji nəşrlərdə seriya məqalələrin dərci
məqsədəuyğun olarda. Bu məqalə elektron təhsilin son nailiyyətlərindən
hesab edilən Mobil Təhsil texnologiyalarına həsr edilmişdir.
Dostları ilə paylaş: |