TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ
ƏSASLARI
Təhsildə İKT
19
geniş tətbiq etmək olar. Bu məqsədlə şagirdlərə blok-sxem dilinin əlifbası
öyrədilir. Aşağı siniflərdən başlayaraq şagirdləri hesablama sxemləri üzərində
alqoritmlərin təsviri metodları ilə tanış etmək olar. Məsələn, 5-ci sinifdə səh.46-
da verilən çalışmanı nəzərdən keçirək: “ əməllər ardıcıllığını ifadələr şəklində
yazın”
12
15
+90
5-9-cu siniflərin tədris materialında hesablama sxemlərinə aid kifayət
qədər çalışmalar vardır. Həmin hesablama sxemləri şagirdlərdə məsələ həllinin
gedişini və məntiqini əvvəlcədən görmə bacarığını tərbiyə edir. Bu riyaziyyat
məsələlərinin həlli vərdişlərinin formalaşması üçün alqoritmik əmrlərin ən
mühüm əlamətidir. Hər hansı ifadənin qiymətini hesabladıqda şagirdlərin tərtib
etdiyi hesablama sxemləri onları hesab əməllərinin dəqiq yerinə yetirilməsi
kimi alqoritm anlayışına gətirir. Həmin əməllər ardıcıllığı müxtəlif şəkildə
yazılır: geniş formada və ya cədvəl formasında. Riyaziyyat 5 dərsliyin səh 42-
də verilən 6 nömrəli çalışmanı nəzərdən keçirək: 1-dən 30-a qədər (1 və 30
daxil olmaqla) ədədlərin venn diaqramındakı yerini blok-sxemə görə müəyyən
edin.
Şagirdlərə blok-sxem dilini təliminə həll edilən əsas məsələləri
sadalayaq:
a)
Riyaziyyat təhsilində alqoritmik xəttin didaktik təhlilinin aparılması,
blok-sxem dilində alqoritmlərə yiyələnmə;
b)
Alqoritmik və müasir riyazi mədəniyyət arasındakı münasibətin
öyrənilməsi;
c)
Sonralar tətbiqi istiqamətin gücləndirilməsi üçün uiversal dil kimi
blok-sxem dilinin ümumtəhsil dəyərlərinin aşkar edilməsi;
d)
Məktəb riyaziyyat kursunun alqoritmik istiqamətinin metodik
konsepsiyasiyasının əsas müddəalarının əsaslandırılması.
45
TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ
ƏSASLARI
Təhsildə İKT
20
Riyaziyyatın öyrənilməsi prosesində şagirdlərdə alqoritmik mədəniyyətin
formalaşması müasir riyaziyyat tədrisi metodikasının aktual problemlərindən
biridir. Məhz bu baxımdan blok-sxem dilində alqoritmlərin təsviri vasitələri və
metodlarına yiyələnmək bacarığının formalaşması ilə əlaqədar şagirdlər məsələ
həllinin müasir güclü riyazi metodlarından biri ilə tanış olurlar.
Blok- sxem dilində alqoritmlərin təsvir vasitələri və metodlarına yiyələnmə
bacarığının formalaşması ideyası proqramlaşdırma təlimində mərkəzi
məsələdir.
Alqoritmlərin təsvir vasitələri və metodlarına yiyələnmə şagirdlərdən
uzunmüddətli xüsusi hazırlıq tələb etmir; alqoritmlərin blok-sxem dilində
qurulması metodikası hər hansı xüsusi metodu bilməyi tələb etmir. Blok-sxem
şagirdlərə məsələnin qurulmasına yanaşmanı və düzgün məntiqi mühakimə
aparılmasını tapmağa imkan verir.
başlanğıc
ədədləri bir bir
nəzərdən keçir
Bu
ədəd 6-ya
bölünür?
Bu ədəd 4-ə
bölünür?
Bu ədəd 4-ə
bölünür?
bölünür
,bölünü
r
Bu ədədi III sahəyə
yaz
Bu ədədi II
sahəyə yaz
Bu ədədi I sahəyə yaz
Bu ədədi IV sahəyə
yaz
yox
hə
hə
hə
yox
yox
TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ
ƏSASLARI
Təhsildə İKT
21
Ümumtəhsil məktəblərin riyaziyyat kursunda blok-sxem dilinin təlimi
aşağıdakı prinsiplər üzərində qurulmuşdur:
1.
Şagirdlərdə blok-sxemləri qurduqda məsələ həlli gedişini təsəvvür etmə
bacarığı və vərdişləri formalaşdırılsın;
2.
Mürəkkəb məsələlərin həllində şagirdlərə smərəli kömək edilir və
məsələnin daha sadə məsələlərə ayrılması yolu ilə başa düşmə təşkil
edilir;
3.
Şagirdlərdə məsələ həllinin gedişini daha əyani təsvir edən müəyyə
səciyyəvi alqoritmik təsəvvürlər, bacarıq və vərdişlər artırılır;
4.
Məsələni həll etmədən, onun həllinin tapılması şagirdlərdə planlı və
məqsədyönlü baxışlar yaradır və göz yaddaşı genişlənir;
5.
Şagirdlərdə yeni biliklərə, materialın möhkəm mənimsənilməsinə və
alqoritmlərin təsviri vasitələri və metodlarına yiyələnmə bacarıqlarının
formalaşmasına ümid yaranır;
İstifadə olunan ədəbiyyat:
1.
Adıgözəlov A.S. Orta məktəbdə riyaziyyatın tədrisi metodikası. ümumi
metodika. Ali məktəb tələbələri üçün dərs vəsaiti. Bakı,2015
2.
Abdullayev C.S. və b. İnformatikanın tədrisi metodikası. Bakı, Təhsil, 2003,
240 səh.
3.
Pələngov Ə.Q. Abdullayeva M.V. İnformatikanın tədrisi metodikası. Dərs
vəsaiti Bakı, 2000
4.
Monaxov V.M.Formirovanie alqoritmiçeskoy kulğturı şkolğnika pri obuçenii
matematike.
5.
Lapçik M.P. Metodika prepodavaniə informatiki. M. Prosvehenie 2001
Dostları ilə paylaş: |