METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
37
onlarda özünə, ətraf mühitə qayğıkeş və həssas münasibət yaradılır. Təlim
nəticələri isə aşağıdakı kimi ümumiləşdirilir:
-
canlılar aləmini təşkil edən varlıqları səciyyəvi xüsusiyyətlərinə görə
müqayisə edir, bu barədə mülahizələrini şərh edir;
-
bioloji varlıqlarda baş verən dəyişiklikləri müşahidə etmək üçün
təcrübələr qoyur, nəticələri ümumiləşdirir, onları şifahi və yazılı təqdim
edir;
-
canlı varlıqlarda maddələr mübadiləsinin qanunauyğunluqlarını izah edir
və onları fərqləndirir;
-
bitkilərin əkilməsi, becərilməsi, ev heyvanlarının, quşların, digər
heyvanların bəslənməsi və onlardan məhsul alınması texnologiyasını
məişətdə tətbiq edir;
-
fiziki, kimyəvi, bioloji amillərin canlı varlıqlara mənfi təsiri barədə
nəzəri biliklərə əsaslanaraq ekoloji problemlərin aradan qaldırılmasına
çalışır;
-
zədələnmələr zamanı ilk tibbi yardım göstərir, xəstəliklər zamanı
profilaktik tədbirlər görür (3. s.26).
Göstərilən təlim nəticələrinə nail olmaq üçün savadlı, bacarıqlı, peşəkar
müəllim, keyfiyyətli dərsliklərlə yanaşı öyrədici mühitin təmin olunmasıdır. Bu
gün öyrədici mühitin əsasını informasiya kommunikasiya texnologiyaları təşkil
edir. Onlardan səmərəli istifadə edilməsi keyfiyyətli təlimin həyata
keçirilməsinə geniş imkanlar açır. Həmin imkanlardan biologiyanın tədrisində
iki istiqamətdə istifadə olunur:
1) sadə tədris vasitəsi kimi (vasitəçi rolunda);
2) təlim fəaliyyəti vasitəsi kimi (təlim verən şəxs rolunda).
İKT-dən istənilən istiqamətdə istifadə olunması:
Şagirddə onunla işləməyə maraq oyadır və təlim motivini
gücləndirir;
Rəng çalarları, multiplikasiya, musiqi, kompüterdəki danışıq
səsi verilən informasiyaların təsirini gücləndirir;
Şagirdin fərdi düşünmə və qavrama qabiliyyətini, biliyini,
bacarığını, təsəvvürünü, dünyagörüşünü nəzərə almaqla hər bir
şagird üçün fərdi təlim formasında tədris qurmağa imkan verir;
Fərdi kompüterin köməyi ilə şagird şəxsiyyətinin manerasını
və digər xüsusiyyətlərini də nəzərə almaq mümkün olur.
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
38
Şagirdlərin təlimdə fəallığını artırır, onların diqqətini
öyrənilən materialın əsas məsələlərinə yönəldilməsinə imkan
verir və vacib olanı seçməyə, düşünülmüş cavab verməyə,
məsələni tez həll etməyə tələsdirir.
Təlim
materialının
çeşidinin
artırılmasına,
müxtəlif
situasiyaların modelləşdirilməsinə və idarə edilməsinə imkan
yaradır. O, ixtiyari məsələnin və ya problemin həllini axıra
kimi əyani şəkildə izləmək imkanına malikdir;
Şagirdə istənilən sahədə onun malik olmadığı informasiyaları
çatdırır, elmi dünyagörüşünü genişləndirir (1. s.140).
Bütün bu xüsusiyyətləri nəzərə alsaq, deyə bilərik ki, kompüter çox
universal və əvəzsiz təlim vasitəsidir. Ondan istənilən sahədə ən müxtəlif
məqsədlər üçün istifadə etmək mümkündür. İKT-dən istifadə edilməsi
biologiyanın tədrisində kurikulumun səmərəli tətbiqinə şərait yaradır,
təlimin keyfiyyətinin yüksəldilməsini təmin edir
İstifadə olunan ədəbiyyat:
1.
Hacıyeva H., Abdullayeva T., Hacıbəyova E. Ümumtəhsil məktəblərində
biologiyanın fəal təlim metodları ilə tədrisi metodikası. (Metodik vəsait), Bakı,
Çaşıoğlu, 2014.
2.
Azərbaycan Respublikasında ümumtəhsilin milli kurikulumu, Bakı, 2006.
3.
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün biologiya fənni üzrə
təhsil proqramı (kurikulumu), (6-11-ci siniflər), Bakı, 2013.
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
39
Biologiyanın tədrisində Azərbaycan faunasının
öyrədilməsi imkanları
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Kazımov İmran Musa oğlu
ADPU-nun Biologiyanın tədrisi metodikası kafedrasının
baş müəllimi, b.ü.f.d.
Əkbərzadə Gülər İlqar qızı
ADPU-nun Biologiyanın tədrisi metodikası kafedrasının
magistrantı, əyani, II kurs
Allahverdiyeva Aysel İftixar qızı
ADPU-nun Biologiyanın tədrisi metodikası kafedrasının
magistrantı, əyani, I kurs
Xülasə
Məqalədə biologiyanın tədrisində elektron videogörüntülərin rolu
aydınlaşdırılmışdır.
Аннотация
В данной работе исследованы особенности методики применения
электронных видео показов в преподавании биологии
Аbstract
T
he article is devoted for the
electronic video views ,on the biology teaching
Açar sözlər, biologiyanın tədrisi , elektron videogörüntülər
Ключевые слова: электронные видео показы, преподавание биологии.
Key words: biology training, electronic video views
Azərbaycan Respublikası 9 iqlim qurşağında yerləşir. Buna görə də
təbiəti müxtəlif və rəngarəng olduğu kimi, faunası da olduqca zəngindir.
Heyvanat aləminin Azərbaycanda yayılmasına relyef şəraiti və ona uyğun olan
bitki örtüyünün dəyişməsi, su hövzələrinin yerləşməsi təsir edir. Burada mindən
çox ali heyvan növü yaşayır. Onların 618 növünü onurğalı heyvanlar, o
Dostları ilə paylaş: |