TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ
ƏSASLARI
Təhsildə İKT
22
Ali texniki məktəblərdə riyaziyyat təlimində peşəyönümlü
tədqiqat məsələlərinin rolu
İmran Bayramov
p.f.d., dosent
Milli Aviasiya Akademiyası
E-mail: imranb1963@mail.ru
Xülasə
Məqalə ali texniki məktəblərin riyaziyyat təlimində peşəyönümlü məsələlərin
roluna həsr olunmuşdur. Göstərilmişdir ki, peşəyönümlü məsələlərin həllində
informasiya kommunukasiya texnologiyalarından (İKT-dən) istifadə təlimi daha
səmərəli edər. Burada, həmçinin İKT-dən istifadə etməklə peşəyönümlü məsələlərin
həll sxemi də verilmişdir.
Аннотация
Роль профессионально-ориентированных исследовательских задач в
обучении математики в высших технических учебных заведениях
Abstract
The role of the professional -oriented research tasks in teaching of
mathematics in the higher technical educational institutions
Açar sözlər: peşəyönümlü məsələ, informasiya və kommunikasiya texnologiyası
Ключевые слова: профессионально-ориентированных задач, информационная и
коммуникационная технология
Key words: professional-oriented tasks, information and communication technology
Ali texniki məktəblərdə riyaziyyatın tədrisi bir tərəfdən ixtisas fənlərinin
öyrənilməsi üçün tamamilə məhdud riyazi aparatla təminatı, yəni tələbələrə
onların peşə fəaliyyətləri üçün universal silahın verilməsini, digər tərəfdən isə
onların elmi dünyagörüşünün inkişafını, gələcək mütəxəssisin şəxsiyyətinin
formalaşdırılmasını təmin etməlidir. Bu halda riyaziyyat elminin tətbiqindən və
TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ
ƏSASLARI
Təhsildə İKT
23
onun texniki problemlərə müdaxilə imkanlarından söhbət gedir. Lakin
mütəxəssisdə ixtisas tələbləri ilə yanaşı onun ümumi intellekti, verilmiş
problemin mənasını anlamaq qabiliyyəti və həmin problemi optimal həlletmək
bacarığı da olmalıdır.Əsas idrak priyomları, əməliyyat və hərəkətləri əsasən
identik olsalar da, insanların şəxsi keyfiyyətlərindən formalaşmış fərdi
xüsusiyyətlərindən də asılıdır. Ona görə də təlim prosesində gələcək peşə
fəaliyyətlərinin xüsusiyyətləri nəzərə alınmaqla ümumi idrak priyomları və
əməliyyatları məqsədyönlü təkrar istifadə olunmalıdır.Müqayisə, analiz, sintez,
abstraksiya, ümumiləşdirmə və konkretləşdirmə əməlləri riyazi nəzəriyyələrin
öyrənilməsində, tədris tapşırıqlarında, xüsusən tətbiqi və peşəyönümlü
məsələlərin həllindəaktuallaşır. Ona görə də riyazi təfəkkürün inkişafı
prosesində
gələcək
mühəndislərin
texniki
peşə
təfəkkürü
də
formalaşdırılmalıdır.
İşinin xarakterinə görə mühəndis tez-tez texnoloji, layihələndirmə,
tədqiqat tipli müxtəlif istehsalat məsələləri həll etməli olur. Yəni peşəsiylə bağlı
məsələlər həll etməli olurlar.
Peşəyönümlü tədqiqat məsələsi dedikdə, predmet sahəsində qeyri-
müəyyən
situasiyanın
abstrakt
modelini
təsvir
edən;informasiya
kommunukasiya texnologiyalarından istifadə etməklə riyazi vasitələrlə həll
olunan; yeni tədqiqatlara yol açan məsələlər nəzərdə tutulur.
Peşəyönümlü məsələni professional keyfiyyətdə həll etmək bacarığı hər
bir mühəndis üçün zəruridir. Ona görə də pedaqoq alimlərin əksəriyyəti
məsələnin həlli prosesinə böyük diqqət ayırmağı tövsiyə edirlər. Psixoloq
alimlərisə “məsələ” termini dedikdə elə situasiya nəzərdə tuturlar ki, insandan
(subyektdən) məchulun onun məlum olanlarla əlaqəsi əsasında tapılmasına
yönəlmiş hər hansı hərəkət tələb olunsun. Onlar göstərirlər ki, şərtlərdən asılı
olaraq subyektin hərəkəti tapmasında aşağıdakı üç hal mümkündür:
1.
Subyekt bu hərəkətin qaydasına (alqoritminə) malikdir, yəni məsələni
həll etmək qaydası həlledənə məlumdur. Belə məsələlər sdandart
məsələlər adını almışdır.;
2.
Məsələnin həll alqoritmi var, lakin subyekt onu bilmir. Başqa sözlə,
məsələnin həll üsulu var, lakin o, həlledənə məlum deyil.
Həllüsulunuhəlledənin özü tapmalıdır. Belə tip məsələlər qeyri-standart
məsələlər (axtarış tipli, yaradıcı tipli, problem tipli) adlanır.
TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ
ƏSASLARI
Təhsildə İKT
24
3.
Hərəkətin alqoritmi nə subyektə, nə də elmə məlum deyil. Belə
məsələlər orijinal yaradıcı məsələlər adlanır. Belə məsələlərin həllinin
axtarılmasınin psixoloji mexanizmi ciddi diskussiya predmetinə səbəb
olur. Bu, adətən həyat təcrübəsi ilə tələbələrin təsəvvürləri və elmi
bilikləri, problemin nəzəri həlli imkanı və onun praktiki həll oluna
bilməməsi, məlum faktlar və onların izahı üçün çatışmazlıq, birqiymətli
cavabın alınması üçün verilənlərin kifayət etməməsi və artıqlığı
arasındakı ziddiyyət;müəyyən bir təklifin, ideyanın, nəticənin inkar
edilməsi situasiyası; tədqiqat məsələsinin çoxvariantlı situasiyası zamanı
baş verir.
Mövzuyla bağlı ədəbiyyatların əksəriyyətində müəlliflərin əksəriyyəti
həll strukturu keyfiyyətində alınmış həllin doğruluğunun yoxlanmasını təklif
edirlər. Bunun özü elə mühəndis xüsusiyyətini təşkil edir, yəni məsələnin
həllinin son nəticə alınana qədər davam etdirilməsi və alınmış cavabın
adekvatlığının yoxlanması mühəndisin əsas xüsusiyyətlərindən biridir.
Adətən, hər bir məsələ özlüyündə real problemli situasiyanı ifadə edir.
Problemli situasiya-intellektual çətinliyin psixi vəziyyəti olub, bir tərəfdən ciddi
arzu ilə problemi həll etmək, digər tərəfdən isə bunun ehtiyat biliklərdən
istifadə etməklə və ya məlum üsullardan istifadə etməklə həll edilə bilməməsi
deməkdir. Belə ki, yeni biliklərin əldə edilməsi və ya yeni hərəkət üsulları üçün
təlabat yaradır.
Problemli situasiyanın analizi müstəqil şüurlu fəaliyyətin mühüm
mərhələlərindən biridir. Bu mərhələdə nə verildiyi, nə məlum olduğu və onlar
arasındakı əlaqə, həmçinin, məchulun xarakteri və onun məlum verilənlərə
münasibəti müəyyən olunur. Bütün bunlar problemi formalaşdırmağa və onu
problemli məsələlər zənciri (bir məsələ də olar) şəklində təsvir etməyə imkan
verir.
Problemli məsələ problemdən dəqiq tərifi və məhdudiyyətləri ilə (yəni
nə verilib və nəyi təyin etmək lazımdır) fərqlənir. Problemlərin düzgün ifadə
olunması və transformasiyası dəqiq və konkret problemli məsələlər zəncirində
problemin həllinə böyük töhfə verir.Bu zaman hər bir problemli məsələ ilə
ardıcıl olaraq işləmək lazımdır. Problemli məsələnin mümkün həlli üçün
əvvəlcə müəyyən fərziyyələr və təkliflər irəli sürülür.Sonra fərziyyə və
təkliflərin çoxluğundan kifayət qədər əsaslandırılmış bir neçə hipotez irəli
Dostları ilə paylaş: |