Məhsuldar qüvvələr və istehsal münasibətlərinin dialektikası. Məhsuldar
qüvvələr və istehsal münasibətləri arasında ziddiyyətlər ictimai inkişafın mənbəyi və
hərəkətverici qüvvəsidir, ictimai inqilabın iqtisadi əsasıdır. Cəmiyyət və ictimai
münasibətlər. Maddi və ideoloji münasibətlər.
Bazis və üstqurum. Üstqurumun bazisə fəal təsiri. Bazisin müəyyənedici rolu,
üstqurumun nisbi müstəqilliyi. İnsanların sosial-tarixi birlik formaları: qəbilə, tayfa,
xalq, millət. Qəbilə və tayfa insanların sürü halından sonrakı ilk birlik formalarıdır.
Xalq anlayışı, onun xarakteri, etnik və sosial-fəlsəfi mənası. Xalqın tarixin yaradıcısı
olmasını şərtləndirən amillər. Xalq maddi nemətlərin yaradıcısıdır.
Tarix xalqın öz məqsədini həyata keçirmək ffəaliyyətidir. Sosial tələbatlar və
mənafelər ictimai inkişafın əsas mənbələridir. Təbii-bioloji və sosial tələbatlar.
Mənafelər fəaliyyətə sövqedici güclü motivlərdir. Mənafelərin təsnifatı: şəxsi
mənafelər, qrup mənafeləri və ictimai mənafelər. Tarixi hadisələr və proseslərdə
xalqın rolu. Xalq mənəvi mədəniyyətin, elmin və incəsənətin yaradıcısıdır. Xalq və
kütlə. Kütlə psixologiyası, onun kortəbiiliyi. Xalq və görkəmli şəxsiyyətlər.
Millətin mahiyyəti və səciyyəvi əlamətləri. Azərbaycanın mili müstəqilliyi və
xalqın tarixi müqəddəratında onun rolu. Milli keçmişimizə və milli ənənələrə hörmət
inkişafın əsas şərtidir. Azərbaycan xalqının mili mənlik şüuru və onun inkişafı. Milli
mənlik və millətçilik. Müasir dünyada gedən mili proseslər.
M ö v z u 14. Cəmiyyətin sosial və siyasi həyatı
Cəmiyyətin sosial strukturu. Sinif, sosial qrup və sosial təbəqə anlayışları.
Siniflərin yaranması haqqında müxtəlif baxışlar. Müasir dövrdə sosial struktda olan
dəyişikliklər: sosial təbəqələşmənin dərinləşməsi, fermerlər, kooperatorlar,
biznesmenlər, sahibkarlar və başqa qrupların yaranması. Ziyalılar və qulluqçuların
sosial həyatında yeniliklər. Sosial strukturda sosial-ərazi birliklərinin rolu. Müasir
urbanizasiya prosesləri, cəmiyyətin sosial-ərazi strukturunda dəyişikliklər.
Cəmiyyətin sosial strukturunda ailənin yeri. Ailə cəmiyyətin və sosial
strukturun təkrar istehsalının mənbəyidir. Ailənin tarixi inkişafı. Müasir cəmiyyətdə
ailənin funksiyaları. Ailə, nigah və sevgi münasibətləri.
Müasir cəmiyyətin siyasi strukturu. Cəmiyyətin siyasi təşkili. Fəlsəfə siyasi
həyatın dərk olunması metodologiyasıdır. Siyasi sistemdə dövlətin yeri və rolu.
Dövlətin mənşəyi haqqında müxtəlif nəzəriyyələr. Dövlətin tarixi tipləri, əlamətləri,
funksiyaları və idarəetmə formaları.
Siyasi rejim anlayışı. Totalitar, avtoritar, liberal və demokraptik siyasi rejimlər.
Demokratik cəmiyyətin siyasi quruluşu. Müasir Azərbaycan cəmiyyətində
demokratikləşmənin inkişafı.
Hüquq anlayışı. Hüquq və sosial ədalət prinsipi. Vətəndaşların hüquqları,
vəzifələri və məsuliyyəti. Hüquqi dövlət, demokratizm, qanunun aliliyi və şəxsiyyət
azadlığı dövlətin əsasıdır. Müasir Azərbaycan və hüquqi dövlət quruculuğu.
Siyasi hakimiyyət anlayışı. Hakimiyyətin bölünməsi ideyası. Qanunverici, icra
və məhkəmə hakimiyyəti, partiyalar, ictimai-siyasi hərəkatlar və təşkilatlar, onların
demokratikləşmə prosesində iştirakı. Siyasi aksiologiya. Siyasi fəaliyyətdə mənəvi
əxlaqi və ümumbəşəri normalara riayət etməyin zəruriliyi. Müasir Azərbaycan
cəmiyyətində siyasi sistemin təkmilləşməsinin əsas istiqamətləri.
İctimai-iqtisadi formasiya anlayışı. İctimai-iqtisadi formasiyalar haqqında
müxtəlif baxışlar. İctimai-iqtisadi formasiyayanın strukturu. İctimai-iqtisadi
formasiyaların tipləri: ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm və kommunizm
ictimai-iqtisadi formasiyaları.
İctimai tərəqqi anlayışı cəmiyyətin inkişaf istiqamətlərinin fəlsəfi fikirdə
müxtəlif izahı. İctimai tərəqqinin obyektiv meyarı və tipləri. Bəşər tarixinin mənası
və istiqamətinə dair müasir konsepsiyalar: kulturoloji yanaşma, ekzistensial baxış,
antitarixilik.
Sosial həyatın ayrı-ayrı tərəflərində inkişafın qeyri-bərabərliyi və tərəqqinin
ümumi meyarını müəyyənləşdirməyin çətinliyi. Azadlıq ictimai tərəqqinin ümumi
meyarı və məhsuludur. Dünya tarixi prosesinin vəhdəti və rəngarəngliyi. Müasir
dövrdə ictimai tərəqqidə ümumbəşəri inteqrativ keyfiyyətlərin artması meyli. Elmi-
texniki, ictimai və mənəvi tərəqqi arasında qarşılıqlı əlaqə.
M ö v z u 15. Cəmiyyətin iqtisadi həyatının fəlsəfi problemləri
Cəmiyyətin iqtisadi həyatının əsas təzahürləri. Fəlsəfi iqtisadi təfəkkür tərzi.
İqtisadiyyat və iqtisadi münasibətlərin əsasında dayanan insan tələbatı. İnsanın
təsərrüfat həyatı və siyasi iqtisad. İqtisadiyyat və siyasətin əlaqəsi. İqtisadi fəlsəfə
sosial fəlsəfənin tərkib hissəsidir. A.Smit siyasi iqtisadiın banisidir. K.Marksın
iqtisadi təlimi. İstehsal və istehlak, insanlar arasındakı mübadilə münasibətləri.
Cəmiyyətin həyatında istehsal üsulunun rolu. Cəmiyyətin inkişafı və onun
iqtisadi həyatı. İctimai istehsal, ictimai tələbat, iqtisadi tələbat. İstehsal üsulunun iki
tərəfi: məhsuldar qüvvələr və istehsal münasibətləri.
Obyektiv iqtisadi qanunlar. Əmək və cəmiyyət həyatı, əqli və fiziki əmək.
Obyektiv iqtisadi qanunların təbiəti. Mülkiyyət münasibətlərinin yenidən quluması.
Yeni texnoloji istehsal üsuluna keçid.
İqtisadi münasibətlər və iqtisadi maraqlar. Texnika anlayışı. Texnikanın
məqsədi və funksiyaları. İnsan fəlsəfəsi və texnikanın fəlsəfəsi. Cəmiyyətin iqtisadi
və hüquqi problemləri.
Cəmiyyətin iqtisadi həyatının obyektiv və subyektiv tərəflərinin qarşılıqlı
fəaliyyəti. Cəmiyyət tarixində idarəçilik mexanizmi. İdarəetmənin tətbiqi: təsərrüfat,
ictimai-siyasi və sosial-psixoloji. İqtisadi informasiyaların vertikal və üfiqi hərəkəti.
Cəmiyyətin iqtisadi həyatının subyektiv tərəfi. İqtisadi şüur. İqtisadiyyatın idarə
olunmasında dövlət siyasəti.
M ö v z u 16. Şüurun ideal varlığı
Şüur, onun mənşəyi və mahiyyəti. Şüurun ictimai təbiəti. Şüurun yaranmasının
ilkin bioloji şərtləri. Şüurun mənbələri. Fəlsəfədə şüur probleminin qoyuluşu və onun
həllinin çətinlikləri. Fəlsəfə şüuru öyrənən digər elmlər. Şüurun materiya ilə
münasibətinin tarixi, qnoseoloji, ontoloji və praksioloji aspektləri.