müstəqillik və milli fəlsəfənin inkişafı üçün yeni şərait. Qərb və Şərq fəlsəfəsi
fonunda milli fəlsəfə.
M ö v z u 2. Qədim Şərq fəlsəfəsi
Qədim Şrəqdə elmi biliklərin və fəlsəfi təfəkkürün təşəkkül tapması. Qədim
yazılı mənbələr və fəlsəfi fikrin yaranmasının ilkin mədəni-tarixi şərtləri. Fəlsəfənin
meydana gəlməsinin ümumi qanunauyğunluqları.
Qədim Misir və Babilistanda ilkin fəlsəfi təsəvvürlərin, ilkin rüşeymlərinin
meydana gəlməsi.
Qədim Çində fəlsəfənin formalaşmasına təbiət elmlərinien inkişafının təsiri.
Qədim Çin fəlsəfi məktəbləri: konfutsilik, moizm, qanun məktəbi (legizm), daosizm,
in-yan məktəbi (naturfəlsəfə) adlar məktəbi. İnsana məhəbbət Konfutsi məktəbinin
əsas fəlsəfi təlimidir. Moizm məktəbinin fəlsəfəsi. Moizm məktəbi nümayəndələrinin
idrak nəzəriyyəsi. Daosizm fəlsəfi təlimi. Bu təlimin insan əqlinə və ruhun
ölməzliyinə münasibəti.
Qədim Hindistanda fəlsəfə. Bir sıra fəlsəfi fikirlərin cəmləşdiyi vedlər (bilik)
qədim ədəbi abidədir. Vedlərin tərkib hissələri. Riqved, Brahman, Aranyaklar,
Upanişad. Qədim Hindistanda ortodoksal fəlsəfi məktəblər: sankhiya, yoqa,
vayşeşika, nyaya, mimansa, vedanta. Qeyri-ortodoksal fəlsəfi məktəblər: çaynizm,
buddizm, lokayatlar (çarvaklar).
Qədim Şərq fəlsəfəsinin dünya fəlsəfi fikir tarixində rolu.
M ö v z u 3. Antik Yunan və qədim Roma fəlsəfəsi
Antik yunan klassik fəlsəfəsinin formalaşmasında mifologiyanın və «Yeddi
müdriklərin» rolu.
Antik yunan klassik fəlsəfəsinin yaranması və onun inkişaf mərhələləri. Antik
fəlsəfənin kosmosentrik xarakteri. Erkən naturfəlsəfi təlimlər. Milet məktəbi –
Avropada ilk fəlsəfi məktəbdir. Fales, Anaksimandr, Anaksimenin fəlsəfi məsələri
həll etməyə ilk cəhdləri. Qədim Yunan fəlsəfəsində Fales sadəlövh materializmin
banisidir. Onun dünyanın yaranması haqqındakı baxışları. Anaksimandrın əbədi
sonsuz varlıq haqqındakı təlimi. Onun materiyanın saxlanmasına və göy cisimlərinin
düzülüşünə dair baxışları və kortəbii dialektikası. Anaksimenin atom və boşluq
haqqındakı təlimi və onun kortəbii dialektikası. Heraklitin təbiətdə hərəkət və
dəyişiklik haqqındakı fikirləri və dünyanın maddiliyi ideyasının zənginləşməsində
onun rolu. Heraklitin kortəbii dialektikası və təbiətdəki qanunauyğunluqlara dair
baxışları.
Pifaqor və pifaqorçular məktəbi. Bu məktəbin antik fəlsəfədə ilk idealist
məktəb olması. Antik dialektikanın təşəkkülü.
Eleya məktəbi və bu məktəbin nümayəndələrinin fəlsəfəsində varlıq və
təfəkkürün qarşılıqlı münasibəti məsələsi. Ksenofan, Parmenid, Zenonun təlimləri ilə
antik fəlsəfənin formalaşmasının başa çatması.
Empedokl və Anaksaqorun fəlsəfəsi antik fəlsəfi təfəkkürün inkişafında xüsusi
mərhələdir.
Levkipp və Demokritin atomist təlimi antik materializmin zirvəsidir.
Demokritin hərəkət, səbəbiyyət və cəmiyyət haqqında irəli sürdüyü fikirlər.
Yunan fəlsəfəsinin klassik dövrü. Sofistlər «düşünən, danışan və iş görən
yunan maarifçiləridir». Sofistlər insan probleminə doğru dönüş. Sofistlərin
müdrikliyi. Sokrat klassik dövrün ilk filosofudur. Sokratın «Özün özünü dərk et!» və
«Mən bilirəm ki, mən heç nə bilmirəm!» kəlamları və onların fəlsəfi mənası. Onun
fəlsəfəsində insan, şüur və bilik problemləri. Sokratın dövləti idarəetmə qaydalarına
dair baxışları.
Platonun obyektiv idealizmi. Platonun ideyalar aləmi və onun xüsusiyyətləri
haqqında bədən və ruh haqqında təlimi. Platonun idealzminin qnoseoloji və ontoloji
kökləri. Platonun sosioloji baxışları.
Aristotelin materiya, forma və hərəkət haqqında təlimi. Onun təlimində varlıq
və qeyri-varlıq ideyası. Aristotelin hissi idrakla məntiqi idrakın dialektikasına dair
ideyaları. Aristotelin fəlsəfənin kateqoriyaları, həyatın mənşəyi və mənası haqqında,
ruh və zəka haqqında irəli sürdüyü müddəalar. Aristotelin siyasi, sosioloji, məntiqi və
etik baxışları.
Ellinizm dövrünün fəlsəfi məktəbləri – peripatetiklər, Akademik fəlsəfə,
epikürçülər, stoiklər, eklektiklər, neoplatoniklər – onların baxışlarındakı oxşar və
fərqli cəhətlər. Epikür tərəfindən atomist təlimin inkişaf etdirilməsi. Epikürün
Hedonist etikası. Stoiklərin fəlsəfəsi.
Qədim Romada fəlsəfə. Lukretsi Karın atomizmi. Keyfiyyətlər haqqında təlimi
və onun idrak nəzəriyyəsi.
Fəlsəfi fikrin inkişafında antik fəlsəfənin rolu.
M ö v z u 4 . Orta əsrlər və intibah dövrü fəlsəfəsi
Orta əsrlər sxolastik fəlsəfənin səciyyəvi cəhətləri. Xristian dininin yaranması
və Qərbi Avropa fəlsəfəsinin funksiyalarının dəyişməsi . Qnostisizm təfkkürün
inkişafında yeni mərhələdir. Filon «xristianlığın atasıdır». Avqustin patristikanın
görkəmli nümayəndəsidir. Onun fəlsəfəsində mahiyyət və mövcudluq, ruh və bədən,
zəka və etiqad problemləri. Sxolastik fəlsəfi təfəkkürün iki problemin mahiyyətinə
diqqətini cəmləşdirilməsi: nominalizm və realizmin mübahisəsi və Allahın
mövcudluğunun əsaslandırılması. K.Anselm, İ.Rostelim, P.Abelyar – orta əsrlər
mötədil realizmi, ifrat nominalizmin və dialektikanın nümayəndələridir.
Sxolastikanın çiçəklənməsi dövrü – XII – XIII əsrlər. R.Bekon – dövrün ən maraqlı
və orijinal mütəfəkkiridir.
Akvinalı Foma sxolastik fəlsəfədə və peripatetizmdə əsas simadır. Orta əsrlər
fəlsəfəsində təbiətə münasibət. İnsan anlayışı. Zəkaya və iradəyə münasibət. İradə
azadlığı. Tarixin saxtakarlığı.İ.D.Skott, U.Okkam və başqaları.
İntibah dövrünün fəlsəfəsinin antroposentrik xarakteri. İnsan özü-özünün
yaradıcısıdır. Humanizm anlayışı və intibah dövrünün humanizmi. Humanizm və
şəxsiyyət problemləri. İncəsənətə və gözəlliyə sitayiş. İntibah dövrünün
təbiətşünaslarının (N.Kopernik, Q.Qaliley) əsərlərində dünyanın təbii-elmi mənzərəsi
və fəlsəfi ideyalar. İntibah dövrü naturfəlsəfənin (N.Kuzanski, C.Bruno) panteizmi.
İntibah dövrünün sosial-siyasi təlimləri: N.Makiavelli, J.Boden, T.Münser, T.Mor,