Qanun anlayışı. Qanun və qanunauyğunluq. Gerçəklik hadisələrinin
qanunauyğun əlaqələri. Qanunların obyektivliyi. Volyuntarizm və fetişizm.
Qanunların təsnifatı: xüsusi, ümumi və ən ümumi qanunlar. Dinamik və statistik
qanunlar.
Sinergetika və qanunauyğunluq.
İnkişaf ideyası. İnkar inkişafın qanunauyğun anıdır. İnkar kateqoriyası, onun
dialiektik və metafizik anlamı. Dialektik inkar inkişafın zəruri şərti, yeni keyfiyyətə
keçiddə köhnə ilə əlaqə anı və varisliyin ifadəsidir. İnkarı inkar qanunu (dialektik
sintez qanunu). İnkişafın formaları. Kəmiyyət, keyfiyyət, xassə və ölçü
kateqoriyaları. İnkişafda təkamül və sıçrayış, onların qarşılıqlı əlaqəsi. Sıçrayışın
növləri. Kəmiyyət və keyfiyyət dəyişikliklərinin qarşılıqlı surətdə bir-birinə keçməsi
qanunu (Kəmiyyətin keyfiyyətə keçməsi qanunu). İnkişafın mənbələri. Eyniyyət,
fərq, əkslik və ziddiyyət kateqoriyaları. Ziddiyyətlərin növləri və tipləri. Əksliklərin
vəhdəti və mübarizəsi – inkişafın mənbəyini ifadə edir, onların qarşılıqlı nisbəti.
Əksliklərin vəhdəti və mübarizəsi qanunu (Dialektik ziddiyyətlər qanunu).
İnkişaf və tərəqqi. Tərəqqi. Tərəqqi və onun meyarları: sistem-struktur,
funksional və humanitar. Tərəqqinin tipləri. Tərəqqi və tənəzzül.
M ö v z u 12. İctimai həyatın təbii əsasları
Təbiət anlayışı. Təbiət hadisələri və obyektləri. Təbiət və mədəniyyət. İnsan və
təbiətin qarşılıqlı münasibəti. İnsan, insan cəmiyyəti, mədəniyyət və təbiət. İnsan və
təbiətin vəhdəti fəlsəfi problemdir. İnsanın təbiətə dair baxışlarının dəyişməsi.
«Təbii mühit» anlayışı. Təbii mühit və ona daxil olan maddi sistemlər, həyat
vasitəsi olan təbii mənbələr və əmək predmeti ola biləcək təbii zənginliklər. Süni
mühit – «ikinci təbiət» anlayışı.
Canlı və cansız təbiət, onların qarşılıqlı əlaqəsi və onlar arasındakı fərq.
İnsanın canlıya münasibəti. Canlının dərk olunmasında biologiya və fəlsəfənin rolu.
Canlı haqqında müasir baxışlar. Yerdə həyatın yaranması – planetimizin
təkamülünün qanunauyğun nəticəsidir. Orqanizmin ətraf mühitlə qarşılıqlı əlaqəsi.
İnsanın meydana gəlməsi və mövcudluğunun ilkin təbii şərtləri. Yerdə həyatın sonlu
və ya sonsuz olması haqqındakı baxışlar.
Cəmiyyət və təbiətin qarşılıqlı münasibətinin tarixi xarakteri. Təbiət
cəmiyyətin mövcudluğu və inkişafının daimi və zəruri şərtidir. İctimai inkişafda təbii
şəraitin rolunun təhrif olunması. Coğrafi determinizmin əsassızlığı. Geopolitika
doktrinasının mahiyyəti. Geopolitikanın müasir izahı. Azərbaycanın geopolitik
mövqeyi. Təbiət-cəmiyyət münasibətlərinin əsas istiqamətləri. Təbiət insanın
praktiki fəaliyyət meydanıdır. İnsanla təbiət arasındakı münasibət. Təbiət insan və
cəmiyyət üçün gözəllik, xeyirxahlıq mənbəyidir. Təbiətin qorunmasında insanın və
cəmiyyətin məsuliyyəti.
İnsanın fəaliyyətinin planetar hadisəyə çevrilməsi və təbiət-cəmiyyət
münasibətlərində baş verən dəyişikliklər. Müasir elmi-texniki tərəqqi və təbiət.
Biosfera, neosfera, texnosfera, biotexnosfera anlayışları. Texnosfera və biosfera
arasında ziddiyyətlərin kəskinləşməsi.
Ekoloji problem, onun elmi, sosial-fəlsəfi və etik-humanist aspektləri. Ekoloji
problemlərin mahiyyəti, onun kompleks və qlobal xarakteri.İctimai inkişaf, müasir
istehsalın yüksəlişi, mədəni, elmi-texniki tərəqqi və ekoloji problem. Ekoloji
bilikdən ekoloji şüura doğru. İctimai inkişafın qlobal-ekoloji aspektləri. Fəlsəfə və
ekoloji problemin həlli. Antropogen ekoloji təhlükənin dərk olunması məsələsi.
İnsanın ekologiyası və elmi biliklərin sintezi. Qlobal ekologiya və mədəni əlaqələr
problemi. Ekoloji çətinliklərin aradan qaldırılması yolları haqqında russonist və
neorussonist fəlsəfi mövqe və müxtəlif konsepsiyalar. Elmi-texniki tərəqqi və
ekologiya. Ekoloji problemin qlobal xarakteri. Ekoloji fəlakət təhlükəsi. Yer üzündə
əməkdaşlığın inkişafı üçün beynəlxalq əməkdaşlığın obyektiv zəruriliyi.
Müasir Azərbaycanda mövcud olan ekoloji problemlər.
M ö v z u 13. Cəmiyyət idrakın obyektidir
Cəmiyyət, birlik və sosial anlayışları. «Birlik» və «cəmiyyət» terminlərinin
fərqi. Birlik insanların mənşəcə bir kökdən olması zəminində yaranan varlığıdır.
Cəmiyyət insanların məqsədyönlü və mütəşəkkil xarakterli birgə fəaliyyətidir. Sosial
anlayışın geniş və məhdud mənası. Cəmiyyət, xalq, millət və dövlət anlayışlarının
münasibəti. Cəmiyyətə fəlsəfi və ümumsosioloji yanaşmanın fərqi. Adamları
cəmiyyət halında birləşdirən əlaqə və qanunauyğunluğa yanaşma üsulları: naturalist,
idealist, materialist.
Sosial sistem anlayışı. Cəmiyyət özü inkişaf edən sistemdir, obyektiv reallığın
bir hissəsidir: real cəmiyyət və onun ieallaşdırılmış modeli. Fəlsəfənin inkişafı
tarixində cəmiyyət probleminə yanaşma üsulları.
Cəmiyyət təkrar istehsaldır. Təkrar istehsalın növləri: maddi nemətlər istehsalı,
insan nəslinin təkrar istehsalı, ictimai əlaqələrin və münasibətlərin təkrar istehsalı.
Cəmiyyətdə maddi və mənəvi. «İctimai varlıq» və «ictimai şüur» kateqoriyaları və
onların metodoloji rolu.
Cəmiyyətin iqtisadi həyatı anlayışı. Maddi nemətlərin istehsalı, bölgüsü,
mübadiləsi və istehlakı ictimai inkişafın əsasıdır. Mülkiyyət, istismar, əmək və
kapital anlayışlarının fəlsəfi təhlili. Mülkiyyət növlərinin müxtəlifliyi. Mülkiyyətə
sahiblik, ondan istifadə etmək və onun üzərində sərəcam vermə anlayışları.
Mülkiyyət və insanın özünü reallaşdırması. Əmək və xüsusi mülkiyyət. Mülkiyyətin
subyekti və obyekti. Müasir dövr və mülkiyyətin müxtəlif formaları. Xüsusi
mülkiyyət, şəxsiyyətin fiziki və mənəvi bacarığı.
«Maddi» və «praktiki» anlayışlar arasında əlaqə. «Obyektiv» və «subyektiv»
kateqoriyaları, onların «maddi» və «mənəvi» kateqoriyalarla əlaqəsi. Tarixdə
subyektiv amilin rolu. İctimai həyatın birinci və ikinci səviyyələri. İctimai
münasibətlər anlayışı, onların mahiyyəti. İctimai münasibətlərin birinci və ikinci
səviyyələri. İctimai inkişaf qanunlarının təbiət qanunlarından fərqi.n İctimai istehsal
anlayışı. Maddi və mənəvi istehsal, onların əlaqəsi və qarşılıqlı təsiri. İstehsal üsulu
cəmiyyətin konkret tarixi müəyyənliyinin əsasıdır.