Mahmud Şəbüstərinin panteizmi. Onun varlıq təlimi. Şəbüstərinin idrak
nəzəriyyəsi. «Gülşən-e-raz» əsərində təfəkkürə dair fikirləri. Şəbüstərinin etikası.
Azərbaycanın orta əsrlər poetik fəlsəfəsi. Xaqaninin dünyagörüşünün idealist
xarakteri. Bəşər mədəniyyəti xəzinəsinə parlaq töhfələr bəxş etmiş N.Gəncəvinin
«Xəmsə» sində fəlsəfi fikirlər. Onun Allah, mövcudat, insan və cəmiyyət, elm və
idrak həqqında fəlsəfi baxışları.
Hürufilik fəlsəfəsinin ideoloqu olan Nəsiminin panteist fəlsəfəsi. Onun fəlsəfi
təlimində insan anlayışının şərhi və humanist, etik-əxlaqi baxışları.
Görkəmli filosof – mütəfəkkir Füzulinin «Mətlə əl - etiqad» əsərində fəlsəfi
məsələlərin şərhi. Onun varlığa və idraka dair baxışları, etik-əxlaqi fikirləri.
Azərbaycan maarifçilərinin fəlsəfəsi. Maarifçi ədəbi-tənqidi və ictimai-tarixi
idrakın meydana gəlməsi. Azərbaycan maarifçilərinin materializmi və ateizmi.
Onların etik və estetik fikirləri. A.Bakıxanov fəlsəfə və onun vəzifələri haqqında.
Onun dünyagörüşündə insan problemi. Bakıxanov varlıq və idrak haqqında. Onun
kosmoqonik təlimi. Azərbaycanda klassik maarifçilik. M.F.Axundov materialist
filosofdur. Axundov mübariz ateistdir. Axundovun dünyanın maddi vəhdəti haqqında
təlimi və onun idrak nəzəriyyəsi. XIX əsrin sonu və XX əsrin əvvəllərində
Azərbaycanda maarifçi və inqilabi demokratik fikrin inkişafı Azərbaycanın ictimai
fikrində və mədəniyyətində milli istiqlal ideyaları.
M ö v z u 8. Orta əsrlər müsəlman Şərq fəlsəfəsi
Orta əsrlər Müsəlman Şərq fəlsəfəsi. İslamın yaranması Şərq
dünyagörüşündə mühüm hadisədir. Orta əsrlər Şərq fəlsəfəsi fikir tarixindəki dini-
ideoloji cərəyanlar və təlimlər, totalitizm sufizm, mutazililik və arilik. Əl-Kindi, Əl-
Fərabi – əpəbdilli fəlsəfənin banisidir. Əl-Kindinin fəlsəfə, tibb, hesab, həndəsə
elmlərinin inkişafında rolu. Əl-Fərabinin əsərlərinin fəlsəfə və təbiətşünaslığın
əsaslandırılmasında örnək olması. «Ərəb fəlsəfəsinin kralları- İbn Sina və İbn-Rəşdi.
İbn Sinanın dünya elminin və bəşər fəlsəfi fikrinin tnkişafındakı rolu.
İbn
Rüşdün fəlsəfə və təbiətşünaslığa dair baxışları.Əl- Qəzali – müsəlman
teologiyasının ideoloqu, orta əsrlər fəlsəfəsinin görkəmli nümayəndəsidir.
M ö v z u 9. XX əsr fəlsəfəsi
Elmi-texniki tərəqqi və onun nailiyyətlərinin XX əsr fəlsəfi fikrin inkişafına
təsiri. Avropa – XX əsr fəlsəfi mədəniyyətin mərkəzidir. Müasir Qərb fəlsəfəsi. XX
əsr tarixi hadisələrinin müasir Qərb fəlsəfi məktəbinin yaranmasına təsiri. Bu
məktəblərin spesifik xüsusiyyətləri, onların ümumi və fərqli cəhətləri. Müasir Qərb
fəlsəfi məktəbləri.
Ekzistensializm və ya mövcudluq fəlsəfəsi – müasir fəlsəfədə irrasionalist
istiqamətdir. Ekzistensializm insan varlığının müdrikliyini ön plana çəkən fəlsəfi
cərəyandır. Bu məktəbin meydana gəlməsi və inkişafını şərtləndirən tarixi şərait.
Müasir ekzistensializm dünyagörüşü sistemidir. Ekzistensializmdəki dini-ateist
istiqamətlər. Ekzistensializmin metodu. Varlıq problemi. Onların təlimində azadlıq
problemi. Ekzistensialistlərin fəlsəfəsində fərdiyyət prinsipi. Qorxu anlayışı və onun
təhlili. Ekzistensialistlərdə həyatın fəlsəfi mənasının izahı: həyat və ölüm problemi.
Bu məktəbin nümayəndələri: Kyerkeqor, M.Haydeqqer, KYaspres, M.Buber,
J.P.Sartr, A.Kamyu, Q.O.Marsel, X.O.Qaset və b.
Neopozitivizm – XX əsr Avropa fəlsəfəsində əsas cərəyanlardan biridir.
Neopozitivizmdə fəlsəfə və elmin bir-birinə qarşı qoyulması. Fəlsəfənin predmeti və
vəzifələri haqqında. Neopozitivizmdəki fəlsəfi cərəyanlar: analitik fəlsəfə, linqvistik
fəlsəfə, postpozitivist fəlsəfə, insturmentalizm. Neopozitivistlərin metafizikaya
münasibətləri. Neopozitivistlərin xüsusi – elmi biliklərə münasibəti. Neopozitivizmin
nümayəndələri: M.Şilik, R.Karnap, A.Ayer, B.Rassel, L.Vigenşteyn, C.Ostin,
O.Neyrat və b.
Neotomizm - Akvinalı Fomanın təliminə əsaslanan cərəyandır. Fomanın
fəlsəfəsini modelləşdirməyə cəhd. Ontoloji problemlərin işlənməsi. Neotomizm
fəlsəfəsində ilahi varlıq və onun kateqoriyaları (təkcə, həqiqət, rifah, gözəllik).
Neotomistlərin metafizikası, onların materiya və forma haqqında təlimləri. Həqiqət
problemi. İdrak və dərketmə formaları. Neotomistlər tərəfindən elmin, fəlsəfənin,
incəsənətin və s. xarakteristikası. Neotomistlərin antropologiyasında insan. Şəxsiyyət,
onun məqsədi və həyatının mənası. Neotomistlərin cəmiyyətə baxışları. İnsan
cəmiyyəti və onun əsas formaları: ailə, icma, sənət, vətən, dövlət. Neotomistlər:
J.Mariten, E.A.Jilson, E.Koret, Y.M.Boxenski və b.
Praqmatizm. XX əsrin subyektiv fəlsəfi cərəyanıdır. Praqmatizm fəlsəfi
təfəkkürün tamamilə yeni tipi, idrakın təbiətinin yeni şərhidir. Praqmatizm
fəlsəfəsində inam və həqiqət. İdeyalar, anlayışlar və nəzəriyyələr haqqında.
Praqmatistlərin metodu. Fəlsəfə və onun məqsədləri haqqında. İctimai-siyasi ideyalar,
müharibə və sülh problemi. Praqmatizmin nümayəndələri: Ç.İ.Pirs, U.Ceyms,
C.Dyum, C.Mid, H.Qudmen və b.
Fəlsəfi antropologiya - insanın təbiəti və mahiyyəti haqqında təlimdir.
Antropologi yanaşmanın məğzi özgələşmiş insana qayğı problemi. Antropologiya
fəlsəfənin vəzifələri və onun elmi biliklərlə əlaqəsi. Şüur və idrak problemləri. Bu
məktəbin nümayəndələri: Şeller, Qelen, Plesner, Rethaker, Bolnov və b.
«Həyat fəlsəfəsi» irrasionalist fəlsəfi cərəyandır. Həyat anlayışı, onun əqldən
ayrılması. Fəlsəfənin mifologiya ilə yaxınlaşdırılması. Yaradıcılıq problemi.
Nümayəndələri: Nitşe, Diltey, Zimmer, Berqson və b.
Freydizm - müxtəlif məktəblərin və cərəyanların ümumiləşmiş adıdır.
Freydizm ictimai və fəlsəfi – antropoloji doktrinadır. Freydizm psixo-animizmdən
fərqi. Freydizmdəki müxtəlif cərəyanlar. Freydizmin nümayəndələri: Freyd, Fromm,
Yuiq və b.
XX əsr Qərbi Avropanın digər fəlsəfi məktəbləri - antropologiya fəlsəfəsi,
personalizm, strukturalizm, hermenevtika, tənqidi rasinalizm, tarix fəlsəfəsi : elmin
metodologiyası. İntuitivizm fəlsəfəsi.
XX əsrdə Şərqdə fəlsəfi fikir. Çağdaş. Türkiyə və İran fəlsəfəsi.
XX əsr rus fəlsəfəsinin dini xarakteri. Bu fəlsəfənin özünəməxsusluğu, onun
ədəbiyyatla əlaqəsi. V.S. Solovyov, V.İ. Vernadski, N.A.Berdyayev, L.P.
Karsasvinin baxışları.