M ö v z u 10. Varlıq və materiyanın fəlsəfi anlamı
Varlıq probleminin həyatı kökü və onun fəlsəfi mənası. «Geçəklik», «reallıq»,
«mövcudluq» anlayışları. Obyektiv və subyektiv reallıq onların tarixi reallığının
vəhdəti. Şüur və təbiət aləminin varlıqla xarakterizə olunması. Varlıq probleminin
aspektləri: 1) Dünya var olmuş və olacaqdır; 2)Dünyanın varlığı onun vəhdətinin
ilkin şərtidir; 3) Dünya varlığın məcmusudur.
Varlıq ən ümumi reallıqdır və fəlsəfənin əsas kateqoriyasıdır. Fəlsəfənin
inkişafı tarixində varlıq probleminə münasibət. Varlıq haqqında düşüncələrin
spesifikliyi. Varlığın «mövcud olma» ilə əlaqəsi. Varlıq və qeyri-varlıq. Varlığın dini
izahı. Varlığın əsas formaları və dialektikası. Şeylərin, proseslərin və təbiət
hallarının varlığı, insanın varlığı, mənəvi vaprlıq, sosial varlıq. Varlığın ziddiyyətli
mahiyyəti, onun dəyişkən və daimi olması ideyası. Kainta haqqında elmi və fəlsəfi
təsəvvürlərin təkamülü.
Varlıq və materiya anlayışlarının münasibəti. Substansiya anlayışı. Materiya
kateqoriyası və onun fəlsəfə üçün fundamental əhəmiyyəti. Materiya haqqında
fəlsəfi təsəvvürlərin inkişafı. Ruh və materiya. Şüur və materiya, onların mütləq
əksliyi. Matğeriya anlayışının qnoseoloji və substansional tərfələri. Təbiətşünaslıqda
inqilab və mexanisizmin iflası. Dünyanın elektromaqnit və Kvant mexanikası
mənzərəsinin formalaşması. Materiyanın məhvedilməzliyi və tükənməzliyi. Kainatın
istilik ölümü nəzəriyyəsinin əsassızlığı.
Müasir elm materiyanın quruluşu və xassələri haqqında. Cansız təbiətin təşkili
səviyyələri. Elementlər hissəciklər və onların tərkibi haqqında müasir elmi
təsəvvürlər. Fiziki vakkum, atom, plazma, ulduzlar, molekul, planet, qalaktika
metaqalaktika anlayışları. Materiyanın kosmik səviyyəsi.
Bioloji və ictimai səviyyədə materiyanın quruluşu haqqında baxışları.
Hüceyrəyəqədərki səviyyə, tək və çox hüceyrəli orqanizmlər. Orqanizmdən
yüksəkdə duran səviyyələr. Biosfer çərçivəsində insan cəmiyyətinin inkişafı. Sosial
həyatda materiyanın struktur səviyyələri: fərd, ailə, kollektiv, sosial qrup, millət,
dövlət və cəmiyyət. Metasosial səviyyəsinin mümkünlüyü. Müasir elm dünyanın
maddi vəhdəti və müxtəlifliyi haqqında. Materiya haqqında elmi təsəvvürlərin
(fiziki, bioloji, astronomik və kosmoloji) təkamül gedişində bir sıra yeni struktur
səviyyələrin aşkara çıxarılması.
Hərəkət anlayışı, materiya və hərəkətin vəhdəti. Hərəkətin tipləri. Sabitlik və
dəyişkənlik. Hərəkət, inkişaf anlayışları. Fasiləlilik və fasiləsizlik. Energetizm
təliminin əsassızlığı. Hərəkət və sükunətin dialektikası. Materiyanın hərəkətinin əsas
formaları. Onların xüsusiyyətləri və qarşılıqlı əlaqəsi. Mexanizmin və
reduksionizmin tənqidi. Təbiətşünaslığın nailiyyətləri əsasında hərəkət formaları
haqqında baxışların zənginləhməsi və inkişafı.
Məkan və zaman anlayışları, onların fəlsəfi mənası.Məkan və zaman
haqqında müasir nəzəriyyələr və onların fəlsəfi əhəmiyyəti. Məkan, zaman və
hərəkət arasında qarşılıqlı əlaqə. Məkan və zaman ölçülüyü, sonluğu və sonsuzluğu
problemi. Məkan və zaman substansional və relyasional konsepsiyaları. Nisbilik
nəzəriyyəsi və məkan və zaman haqqında təsəvvürlərin yeniləşməsi. Bioloji məkan
və zaman. Cansız təbiətdə, üzvi aləmdə və sosial proseslərdə məkan və zaman,
onların keyfiyyət müxtəlifliyi.
M ö v z u 11. D i a l e k t i k a
Dialektika anlayışı. Fəlsəfə kursunda dialektikanın yeri və əhəmiyyəti.
Dialektikanın komponentləri – nəzəri prinsiplər, kateqoriyalar, qanunlar.
Dialektikanın tarixi tipləri: qədim filosofların dialektikası, klassik alman
filosoflarının idealist dialektikası, materialist dialektika, qeyri-klassik elmlərin
nailiyyətlərinə əsaslanan qeyri-klassik dialektika. Dialektika varlığın universal
əlaqələri və inkişafı haqqında təlimdir. Ümumi əlaqə və qarşılıqlı təsir anlayışları.
Qarşılıqlı əlaqələrin növləri. İnformasiya əlaqələrinin özünəməxsusluğu.
Dialektikanın sistemi, onun əsas struktur əlamətləri. Dialektikanın prinsipləri.
Obyektiv və subyektiv dialektika. Dialektika və metafizik təfəkkür metodları.
İnkişaf anlayışı. İnkişafın müxtəlif modelləri. Cansız təbiətdə, canlı təbiətdə və
cəmiyyətdə inkişaf. İnkişafın əsas xüsusiyyətləri: obyektivlik, ən ümumilik,
dönməzlik, ziddiyyətlilik.
Kateqoriya anlayışı. Dialektikanın kateqoriyalarının qnoseoloji və metodoloji
funksiyaları. Dialektikanın kateqoriyalarının mahiyyəti, əhəmiyyəti və funksiyaları.
Kateqoriyaların növləri: ən ümumi əlaqələri ifadə edən kateqoriyalar, struktur
əlaqələri ifadə edən kateqoriyalar, determinant əlaqələri ifadə edən kateqoriyalar.
Təkcə, xüsusi və ümumi kateqoriyaları. Təkcə idrakın çıxış nöqtəsi, ümumi ilə
fərdinin vəhdətidir. Xüsusi kateqoriyası, ümumi ilə təkcənin əlaqəsində onun rolu.
Təkcə və ümuminin dialektikası.
Mahiyyət və hadisə kateqoriyaları. Hadisə mahiyyətin ifadəsidir. Zahirilik
(görünüş) anlayışı, mahiyyəti aydınlaşdırma gerçəkliyi dərk etməyin əsas məqsədidir.
Mahiyyət və hadisənin münasibətindəki ziddiyyətlilik. Bu kateqoriyaların idrak
prosesində rolu.
Məzmun və forma kateqoriyaları, onların dialektik vəhdəti. Formanın nisbi
müstəqilliyi və məzmuna təsiri. Forma və məzmun arasında ziddiyyət.
Tam və hissə kateqoriyaları. Onların arasındakı dialektik əlaqə. Bütövlük
prinsipi, onun əsas tipləri. Sistem və struktur, element anlayışları və onların qarşılıqlı
əlaqəsi.
Səbəb və nəticə kateqoriyaları. Onların arasında dialektik vəhdət. Səbəb-
nəticənin ümumi xarakteri. Səbəbiyyət əlaqəsi və funksional əlaqə. Birmənalı və
ehtimali səbəb-nəticə əlaqələri. Səbəb və vəsilə (bəhanə).
Determinizm prinsipi, onun tarixi formaları. Səbəbiyyət və məqsədəuyğunluq.
Səbəiyyət əlaqəsinin əlamətləri. Səbəiyyət ələqələrinin formaları.
Zərurət və təsadüf kateqoriyaları. Təsadüf zərurətin ifadə forması və
tamamlanmasıdır. Təsadüf və zərurətin münasibətlərinin birtərəfli izahının
əsassızlığı. Fatalizm və taleyə inam (alın yazısı). Zərurət və təsadüfün praktiki
fəaliyyətdə rolu. Azadlıq və məsuliyyət.
İmkan və gerçəklik kateqoriyaları. Real və formal imkan. Konkret, abstrakt
imkanlar və imkansızlıq. İmkanın gerçəkliyə çevrilməsində obyektiv şəraitin və
subyektiv amilin rolu.