26
Nazim Hikmət Azərbaycan incəsənətinin vurğunu idi. Xüsusən musiqimizə
heyrandı. Bakıda olduğu vaxt Opera və Balet Teatrına, Musiqili Komediya Teatrına,
Azərbaycan Dövlət Filarmoniyasına gedir, musiqi sənətimizin inciləri ilə tanış olur,
sonra da mətbuat üçün ürək sözlərini qələmə alırdı. Həmin ürək sözlərindən
nümunələr:
" Mən Azərbaycan xalq mahnılarını da, muğamatı da çox sevirəm. Bu mahnılar, bu
musiqi, yəni muğamat musiqisi təkcə Azərbaycanın, təkcə Şərq ölkələrinin deyil,
məncə, bütün dünya musiqi xəzinəsinin ən dəyərli inciləridir. O gecə Filarmoniyada
xalqın musiqi sənətkarlarına göstərdiyi sevginin heyranı oldum. Aşıq Ələsgərin
qoşmalarını eşitdiyim zaman mən də özümü unutdum, mən də "sağ ol!" deyə səsləndim.
Tarixi yadımdan çıxıb, bundan bir neçə il əvvəl İstanbulda bir dostun evində
yığışmışdıq. Radioda Bakını axtarırdıq. Bakı dalğasını tutduq. Gözəl bir musiqi
verirdilər. O günə qədər bənzərini eşitmədiyim bir musiqi çalındı, gözəl bir səs
azərbaycanca oxumağa başladı. Ürəklərimiz, az qala, yuvasından uçacaqdı. Bunun nə
qədər sürdüyü yadımda deyil. Diktor "Koroğlu" operasından bir ariya dinlədiyimizi
xəbər verdi. Oxuyan Bülbül idi. İlk böyük Azərbaycan operasını, Üzeyirin şah əsərini
mən ilk dəfə belə dinlədim. İndi həmin vaxtdan neçə il sonra Bakıda, Mirzə Fətəli
Axundov adına Opera və Balet Teatrında "Koroğlu" tamaşasına baxdım. Bülbülün
oyununu da gördüm."
Nazim Hikmət Bülbülün səsini çox bəyənirdi. Bu gün Bülbülün ev muzeyində
Nazim Hikmətin dəsti-xətti ilə göndərilmiş iki fototeleqram hifz olunur:
"Sovet insanlarına və bütün insanlığa gözəl şərqilərini uzun illər boyu şakı
Bülbülüm, şakı.
Nazim Hikmət."
"Səhər vaxtı quş səsi, rüzgarda qayın ağacı yarpaqlarının səsi, sevgilinin
ovucundan tökülən su səsi, makinaların səsi, kaman səsi, tar səsi... Amma məncə,
səslərin ən gözəli, ən dərini, ən ulusu – İnsan səsidir. İnsan səsi insanları ölümə də
çağıra bilər, həyata da, kinə də, sevgiyə də. Sənin səsin, sevgili qardaşım, bütün ömrün
boyunca insanları gözələ, doğruya, haqqa, ümidə çağırdı. Mən sənə ölümsüz gənclik
diləyirəm.
27
Gözlərindən öpürəm.
Nazim Hikmət."
Bu teleqramlar Nazim Hikmətin Bülbül sənətinə necə böyük qiymət verdiyinə
misaldır. Öz xatirələrində Nazim Hikmət Qara Qarayevdən, Fikrət Əmirovdan, Səid
Rüstəmovdan və başqa sənət xadimlərindən məhəbbətlə söz açaraq yazırdı:
"Azərbaycan Opera Teatrında Qara Qarayevin "Yeddi gözəl" baletinə də baxdım.
Onun da musiqisini əvvəllər eşitmişdim. Bu, məncə, yalnız Sovet İttifaqında deyil,
bütün dünyada ən gözəl balet musiqisindən biridir. Fikrət Əmirovun "Sevil" operasına
da böyük bir zövqlə qulaq asdım.
Bakıda kəşf etdiyim ən gözəl şeylərdən biri də Musiqili Komediya Teatrı oldu.
"Məşədi İbad"ı, o ölməz əsəri, sonra Səid Rustəmovla Süleyman Rüstəmin "Durna"sını
gördüm. Ömrümün ən nəşəli iki gecəsini keçirdim. Rejissor Şəmsi Bədəlbəyliyə, artist
Lütfəliyə və Qafarlıya, aktrisa Nəsibə Zeynalovaya pərəstiş edənlərin içində indi mən
də varam...”
Nazim Hikmətin heyran olduğu əsərlərdən biri də dünya şöhrətli bəstəkarımız Arif
Məlikovun "Məhəbbət əfsanəsi" baleti idi. "Məhəbbət əfsanəsi" Nazim Hikmətin "Bir
aşk masalı" pyesinin əsasında yaradılmışdır.
Arif Məlikov neçə illərdən bəridir ki, Nazim Hikmətin "Yusif və Züleyxa" pyesi
üzərində işləyir. İnanıram ki, onun qəlbindən süzülən musiqi şairin eyni adlı əsəri
əsasında bir baletə çevriləcək və bu əsər dünyanın hər yerini gəzəcək. İstanbulda da
tamaşaya qoyulacaq. O zaman Türkiyənin əbədi sakini olan Ceviz ağacı, yəni Nazim
Hikmət sevinəcək, onun pak ruhu şadlanacaq.
Çoxşaxəli yaradıcılıq diapazonuna malik, təkcə Türkiyədə deyil, dünyanın əksər
ölkələrində tanınan Nazim Hikmət gözəl şair, mahir dramaturq olmaqla yanaşı, həm də
bir kinossenarist kimi məşhurlaşmışdı. Əlamətdar haldır ki, Nazim Hikmət,
yaradıcılığının ilk dövründən başlayaraq kino sənəti ilə məşğul olmuşdur.
Nazim Hikmət ömrünün sonuna qədər Azərbaycanın kino xadimləri ilə də bağlı
olmuşdur. Onun ssenariləri əsasında çəkilmiş "Bir məhəlləli iki oğlan", "Məhəbbətim
mənim, kədərim mənim" və başqa filmlər geniş tamaşaçı kütləsinin böyük rəğbətini
qazanmışdır.
28
“Nazim Hikmətdə Azərbaycan” və “Azərbaycanda Nazim Hikmət” məfhumları
bir-birilə elə sıx tellərlə bağlıdır ki, bunları ayırmaq, sadəcə, mümkün deyildir. Bu
bağlılığın unudulmaz səhifələrindən biri də Nazim Hikmət poeziyasının, dram
əsərlərinin nəşri və bu əsərlərin səhnə taleyidir. Nazim Hikmət yaradıcılığının poetik
nümunələri Azərbaycanda 1928-ci ildən başlayaraq bu günə qədər nəşr edilməkdədir.
Moskvada yaşadığı illərdə şairlə görüşümdə o, kədərlə dedi: “Şeirlərim bütün dünya
dillərində çap olunur, türk dilindən başqa. Pyeslərim bir çox dünya səhnələrində
nümayiş etdirilir, türk səhnəsindən başqa.” Cəsarət edib ona belə bir söz dedim: “Sizin
şeirləriniz, pyesləriniz Azərbaycanda azəri türkcəsi ilə müntəzəm nəşr edilir, tamaşaya
qoyulur. Biz də türkük də.” Bu sözlərin müqabilində Nazim Hikmət gülümsündü.
Gözlərində kədər vardı. Bilirdim, o, Türkiyə türkcəsini nəzərdə tuturdu. Mən sırf təsəlli
üçün dedim bu sözləri.
...Nazim Hikmət dramaturgiyası öz orijinallığı və sanbalı ilə seçilir. Sənətkarın 20-
dən artıq pyesi bir çox dünya teatrları tərəfindən səhnəyə qoyulmuşdur. Azərbaycanda
müəllifin "Kəllə" pyesi bütün başqa dram əsərlərindən daha əvvəl radio tamaşası kimi
efirə verilmiş və dinləyicilərin böyük rəğbətini qazanmışdı.
Nazim dramaturgiyasında nəzəri xüsusilə cəlb edən bir cəhət var. Onun bir çox
pyeslərində obrazların adları ya onların sənətinə uyğun, ya da şərti şəkildə verilmişdir.
Məsələn, "Damokl qılıncı"nda surətlər A.B., Boksçu, Arxitektor, Komissar və sair
adlandırılmışdır. Bundan məqsəd bu və ya digər bir pyesdə hadisələrin təkcə Türkiyəyə,
yaxud başqa bir ölkəyə aid olmadığını göstərməkdir. Bu, Nazim Hikmət
dramaturgiyasının bəşəriliyini əks etdirən xüsusiyyətdir. Onun pyeslərinin mövzu
dairəsi də bəşəri səciyyəyə malikdir. Zəka sahibinin ehtiyac içində yaşaması, pul, var-
dövlət üstündə gedən ölüm-dirim mübarizəsi, bu gün məşhurlaşan, sabah unudulan
insanların acı taleyi, düz adamların çəkdiyi əziyyətlər, insanların başı üzərindən
Damokl qılıncı kimi asılmış müharibə təhlükəsi, - bütün bunlar Nazim Hikmət
dramaturgiyasının canı, cövhəridir.
"Unudulan adam", “Kəllə”, “Bayramın ilk günü” pyesləri keçmiş Sovet İttifaqının
bir çox şəhərlərində, o cümlədən Bakıda və xalq demokratiyası ölkələrində səhnəyə
qoyuldu. "Qəribə adam" bir çox ölkələrdə tamaşaya qoyulmuşdur. O cümlədən Bakıda
Dostları ilə paylaş: |