12
layihəsi hazırlanmışdır (Qanun qüvvəyə mindikdə Ətraf Mühitin Mhafizəsi Haqqında Qanunun uyğun
ekoloji ekspertiza üzrə müddəaları qüvvədən düşür).
2012-2015-ci illərdə BMT AİK Espoo Konvensiyası və EaP Green Proqramının dəstəyi ilə milli və
beynəlxalq ekpsertlərlə birgə ƏMTQ və SEQ üzrə milli hüquqi analizlər aparılaraq, hər iki komponent
üzrə ƏMTQ haqqında yeni Qanun Layihəsi təkmilləşdirilmişdir. Sonrakı mərhələdə (2016-2017-ci
illərdə) bu Qanun layihəsi üzrə ƏMTQ, SEQ prosesinin dəqiq icra mexanimləri və ekoloji
ekspertizanın keçirilməsi qaydaları haqqında qanunaltı aktların hazırlanması planlaşdırılmışdır.
Beləliklə, həm ekspertiza üzrə uzunmüddətli milli praktika, eyni zamanda beynəlxalq qanunvericiliyin
tələbləri əsas götürülərək səmərəli və işlək hüquqi bazanın formalaşdırılmasına çalışılmışdır.
Sözügedən pilot layihə eyni zamanda bu baxımdan tətbiq olunaraq, müəyyən edilən boşluqlar üzrə
gələcəkdə hüquqi təkmilləşdirmələrin aparılmasını nəzərdə tutmuşdur.
Qeyd olunmalıdır ki, AR Espoo Konvensiyasının SEQ üzrə Protokoluna qoşulmamışdır. SEQ-dən
fərqli olaraq, Konstitusiyaya əsasən, milli qanunvericliyinin ayrılmaz tərkib hissəsi olaraq (Maddə
148,II), Azərbaycan Respublikası tərəfindən təsdiq olunmuş beynəlxalq konvensiya və müvafiq
sazişlərə istinad edilərək, yalnız layihələndirmə mərhələsində ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) tətbiq olunur (BMT-nin transsərhəd konteksdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə
Konvensiyası - Espoo Konvensiyası). Bu istiqamətdə Azərbycanda 90-ci illərdən demək olar ki,
kifayət qədər təcrübə formalaşmışdır (ilk dəfə neft-qaz sektoundan başlamış, sonra digər sektorları
əhatə etmişdir). Hazırda ƏMTQ üzrə konkret qanunvericilik aktı yoxdur, BMT İnkişaf Proqramının
dəstəyi ilə hazırlanan milli qanunvericiliyə uyğunlaşdırılmış ƏMTQ prosesi üzrə metodik təlimatdan
(1996) istifadə edilir. Yeni ƏMTQ haqqında Qanun Layihəsi gələcəkdə qeyd olunan prosedurlar üzrə
əsas hüquqi baza rolunu oynayacaqdır.
Pilot layihə çərçivəsində SEQ praktikasının mənimsənilməsi və təşviqi məqsədilə SEQ üzrə müvafiq
prosedurun keçirilməsində ətraf mühit sahəsində milli hüquqi əsaslara və təcrübəyə, habelə beynəlxalq
müqavilələrə, eləcə də Espoo Konvensiyasının SEQ üzrə Protokoluna və yeni hazırlanan Ətraf Mühitə
Təsirin Qiymətləndirilməsi haqqında Qanun Layihəsinə (SEQ üzrə müvafiq müddəaları üzrə) istinad
edilmişdir:
1.
“Ətraf Mühitin Mühafizəsi” haqqında Qanun,
Maddə VIII; Dövlət Ekoloji Ekspertizası (1999)
2.
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi haqqında
Qanun Layihəsi
3.
BMT AİK SEQ Protokolu
və SEQ üzrə Təlimat sənədi
4.
“AR dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası” - AR Nazirlər Kabinetinin
2001, 22
fevral tarixli, 41 saylı Qərarı
SEQ üzrə Protokolda SEQ “ekoloji hesabatların həcminin müəyyənləşdirilməsi və hazırlanması
zamanı mümkün ekoloji və sağlamlıq məsələlərinin nəzərə alınması, bu zaman ictimaiyyətin iştirakı və
müvafiq məsləhətləşmələrin aparılması və ekoloji hesabata dair təkliflərinin və ictimaiyyətin iştirakı
ilə keçirilən məsləhətləşmələrin nəticələrinin plan və proqramda
(ƏMTQ Qanun layihəsində plan,
proqram, konsepsiya və strategiya da daxil olmaqla, gələcəkdə ƏMTQ tələb edən fəaliyyətləri nəzərdə
tutan “strateji sənədlər” göstərilmişdir) öz əksini tapması kimi tərif olunmuşdur.
Fövqəladə hallar, milli müdafiə, maliyyə və büdcəyə xidmət üçün hazırlanan strateji sənədlərə strateji
ekoloji qiymətləndirmə tətbiq edilmir.
13
3.2 Ətraf mühit üzrə milli qanunvericilik
Ətraf mühitin mühafizəsi qanunvericiliyi 1995-ci ildə Azərbaycan Respublikası tərəfindən qəbul
edilmiş Konstitusiya prinsiplərinə (39-cu və 78-ci Maddələri), “Ətraf mühitin mühafizəsi haqqında”
Azərbaycan Respublikasının Qanununa (1999), “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Əsasnaməsi”nə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir. Bununla yanaşı Azərbaycan
Respublikasında ətraf mühitin mühafizəsinin bütün sahələrini əhatə edən digər ətraf mühit üzrə
qanunvericilik aktları ətraf mühit üzrə fəaliyyətin əsas hüquqi bazası hesab edilir və SEQ prosesində
istinad edilmişdir:
Azərbaycan Respublikasının Konstitusiyası (12 noyabr 1995-ci il);
“Ətraf mühitin mühafizəsi haqqında” AR-nın Qanunu (8 iyun 1999-cu il, №678);
“Ekoloji təhlükəsizlik haqqında”AR-nın Qanunu (8 iyun 1999-cu il, №677);
“Heyvanlar aləmi haqqında” AR-nın Qanunu (4 iyun 1999-cu il, №675 İQ);
“Balıqçılıq haqqında” AR-nın Qanunu (27 mart 1998-ci il № 457 İQ);
“Bitki Mühafizəsi Haqqında” AR Qanunu (3 dekabr 1996-cı il)
AR Torpaq Məcəlləsi (25 iyun 1999-cu il № 695-İQ)
Meşə Məcəlləsi
“Yerin Təki Haqqında” AR-nın Qanunu (13 fevral 1998-ci il)
“Atmosfer havasının mühafizəsi haqqında” AR-nın Qanunu (27 mart, 2001);
“İstehsalat və məişət tullantıları haqqında” AR-nın Qanunu (30 iyun 1998);
“Hidrometeorologiya fəaliyyəti haqqında” AR-nın Qanunu (Bakı şəhəri, 17 aprel 1998-ci il)
“Xüsusi mühafizə olunan təbii əraziləri və obyektlər haqqında” AR-nın Qanunu (24 mart
2002-ci il, №840 İQ);
“Radiasiya təhlükəsizliyi haqqında” AR-nın Qanunu (1997);
“Su təchizatı və tullantı suları haqqında” AR-nın Qanunu (28 oktyabr, 1999);
“Əhalinin sağlamlığı haqqında” AR-nın Qanunu (1997);
“Ətraf mühitə dair məlumatların əldə edilməsi haqqında” AR-nın Qanunu (12 mart 2002-ci il,
№270 PQ);
Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında AR-nın Qanunu (10 dekabr 2002-ci il)
“İcbari ekoloji sığortalama haqqında” AR-nın Qanunu (12 mart 2002-ci il);
Təhlükəli tullantıların pasportlaşdırılması haqqında AR Nazirlər Kabinetinin 31 mart 2003- ci
il, 41№-li Qərarı;
“Pesitisidlər və Aqrokimyəvi Maddələr Haqqında” AR-nın Qanunu (6 may 1997-ci il)
“Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”, “Ekoloji auditor
fəaliyyətinin aparılması Qaydaları” və “Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 41
nömrəli 22 fevral 2001-ci il Qərarı
“Ətraf mühitə dair informasiya almaq istəyən şəxslə müqavilənin bağlanması Qaydası” və
“Ətraf mühitə dair informasiyanın təhlili, saxlanması, yeniləşdirilməsi, obyektlərinin siyahısı,
registri və onun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında NK Qərarı № 60, Bakı
şəhəri, 13 may 2003-cü il
“Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələrinin və ödənişin
həcminin müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında NK Qərarı № 88, Bakı
şəhəri, 7 iyul 2003-cü il