Microsoft Word Konsepsiya 94 nk qerar



Yüklə 92,2 Kb.
Pdf görüntüsü
tarix14.05.2018
ölçüsü92,2 Kb.
#43660


"Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası"nın 

təsdiq edilməsi haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

  

Azərbaycan  Respublikası  Prezidentinin  2003-cü  il  20  fevral  tarixli  854  nömrəli  Fərmanı  ilə 



təsdiq edilmiş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və 

iqtisadi  inkişaf  üzrə  Dövlət  Proqramı"nda  nəzərdə  tutulmuş  Dövlət  Miqrasiya  Proqramının 

hazırlanması  üçün  miqrasiya  proseslərinin  idarə  olunması  üzrə  dövlət  siyasətinin 

müəyyənləşdirilməsinin  zəruriliyini  nəzərə  alaraq  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabineti qərara alır:

 

1.



 

"Azərbaycan Respublikasında Miqrasiya üzrə Vahid Dövlət Proqramı"nın hazırlanması üzrə 

komissiya  tərəfindən  hazırlanmış  və  aidiyyəti  dövlət  orqanları  ilə  razılaşdırılmış  "Azərbaycan 

Respublikasının  Dövlət  Miqrasiya  İdarəetmə  Siyasəti  Konsepsiyası"  təsdiq  edilsin  (əlavə 

olunur).

 

2.



    

Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 



Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 13 iyul 2004-cü il 



 

                   №94

 

 

  



Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

2004-cü il 13 iyul tarixli 94 nömrəli qərarı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 

  

Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti



 

K O N S E P S İ Y A S I

 

Miqrasiya proseslərinin tənzimlənməsi ölkənin inkişafı və təhlükəsizliyi baxımından mühüm 



əhəmiyyət kəsb edir. Hazırda dünyada hər 35 nəfərdən biri beynəlxalq miqrantdır. Bu isə 175 

mln. nəfər, yəni dünya əhalisinin 2,9%-i deməkdir. Bu rəqəmlər bir daha təsdiq edir ki, miqrasiya 

dünyanın qloballaşmasının aydın göstəricilərindən biridir və insanların yerdəyişmə proseslərini 

xarakterizə edir.

 



Siyasi totalitarizmə əsaslanan keçmiş SSRİ məkanında tətbiq olunan miqrasiya siyasəti ayrı-

ayrı  respublikaların  və  regionların  iqtisadi,  etnik,  tarixi  və  təbii  inkişaf  xüsusiyyətlərini  nəzərə 

almadığından,  vətəndaşların  beynəlxalq  miqyasda  təsbit  olunmuş  əsas  insan  hüquq  və 

azadlıqları, o cümlədən miqrant hüquqları mütəmadi surətdə pozulurdu.

 

Bununla  yanaşı,  Ermənistanın  1988-1992-ci  illərdə  planlı  şəkildə  həyata  keçirdiyi  etnik 



təmizləmə  siyasəti  nəticəsində  tarixən  həmin  ərazidə  yaşamış  250  min  azərbaycanlı  son 

nəfərədək  öz  doğma  yurdlarından  zorla  qovularaq  Azərbaycana  pənah  gətirmişdir.  Eyni 

zamanda,  1990-cı  ildə  Orta  Asiyadan  didərgin  salınmış  50  min  nəfərədək  məshəti  türkü  də 

Azərbaycanda sığınacaq tapmışdır.

 

Ermənistan silahlı qüvvələrinin 1988-ci ildən başlayaraq ölkəmizə hərbi təcavüzü nəticəsində 



Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi 

işğal  olunmuş,  Dağlıq  Qarabağdan  60  min,  digər  ətraf  rayonlardan  isə  600  mindən  çox 

azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olmuşlar.

 

Burdan  başqa,  respublikanın  Ermənistanla  həmsərhəd  olan  Naxçıvan  Muxtar 



Respublikasının, Ağstafa, Qazax, Tovuz, Ağcabədi, Gədəbəy, Goranboy və Tərtər  rayonlarının 

sərhədyanı yaşayış məntəqələrindən 100 min nəfərədək azərbaycanlı da hərbi təcavüzə məruz 

qaldıqlarına görə öz daimi yaşayış yerlərini məcburən tərk etmişlər.

 

Beləliklə,  1988-ci  ildən  başlayaraq  keçmiş  SSRİ  məkanında  münaqişə  ocaqlarının  meydana 



çıxması  Azərbaycanda  bir  milyondan  çox  qaçqın  və  məcburi  köçkünün  olması,  illərlə 

formalaşan iqtisadi əlaqələrin pozulması, müstəqilliyinin ilk illərində respublika daxilində siyasi 

qarşıdurmanın  mövcud  olması,  keçid  dövrü  üçün  xarakterik  olan  sosial-iqtisadi  qeyri-sabitlik, 

Ermənistanın hərbi təcavüzü və digər səbəblərlə əlaqədar əhalinin məcburi yerdəyişmələrinin 

və  kortəbii  kütləvi  axınlarının  meydana  çıxması  nəticəsində  miqrasiya  prosesləri  daha  da 

mürəkkəbləşmiş  və  dövlət  səviyyəsində  təxirəsalınmaz  tədbirlərin  həyata  keçirilməsini  zəruri 

etmişdir.

 

Azərbaycan Respublikasında bazar münasibətlərinin inkişafı istiqamətində aparılan iqtisadi 



islahatlar,  dünyanın  aparıcı  şirkətləri  ilə  imzalanmış  və  artıq  öz  bəhrəsini  verməyə  başlayan 

kontraktlar,  tarixi  "İpək  Yolunun"  bərpası  və  Azərbaycanın  əlverişli  geosiyasi  mövqeyi 

respublikada miqrasiya axınlarının artmasına səbəb olmuşdur.

 

Bu  baxımdan,  Azərbaycan  Respublikasının  qarşısında  ölkənin  mənafeyinə  və  beynəlxalq 



normalara  uyğun  olan  dövlət  miqrasiya  idarəetmə  siyasətinin  qəbul  edilməsi,  onun  əsasında 

miqrasiya  proseslərinin  idarə  edilməsinin  dövlət  sisteminin  təkmilləşdirilməsi  və  inkişaf 

etdirilməsi kimi çox mühüm məqsəd durur.

 

Konsepsiyanın  məqsədi  miqrasiya  sahəsində  mövcud  vəziyyətin  qiymətləndirilməsi  və 



idarə olunması siyasətinin formalaşdırılmasıdır.

 

 



 

 

 



 


1. AZƏRBAYCAN RESPUBLİKASINDA MİQRASİYA

 

PROSESLƏRİNİN MÖVCUD VƏZİYYƏTİ



 

Azərbaycan  Respublikasında  başvermə  səbəblərindən,  tənzimlənmə  metodlarından  və 

onların  həlli  üsullarından  asılı  olaraq  müxtəlif  xüsusiyyətli  miqrasiya  tiplərini  özündə 

birləşdirən daxili və xarici miqrasiya axınları mövcuddur.

 

1.1. Daxili miqrasiya



 

Azərbaycan Respublikasında daxili miqrasiya axınlarının aşağıdakı formaları mövcuddur:

 

məcburi miqrasiya



 

sosial-iqtisadi miqrasiya.

 

Ölkədaxili  məcburi  miqrasiyanın  əsas  subyektini  Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ 



münaqişəsi  nəticəsində  Ermənistan  silahlı  qüvvələri  tərəfindən  işğal  olunmuş  Dağlıq 

Qarabağdan  və  ona  bitişik  olan  digər  ətraf  rayonlardan,  habelə  Ermənistan  Respublikası  ilə 

həmsərhəd  rayonlarının  həyat  üçün  təhlükəli  yaşayış  məntəqələrini  tərk  etmiş  məcburi 

köçkünlər təşkil edir.

 

Eyni zamanda, Xəzər dənizinin səviyyəsinin dəyişməsi, torpaq sürüşmələri, sel və digər təbii 



fəlakətlərlə,  habelə  meliorasiya  işlərinin  həyata  keçirilməsi  üçün  lazımi  vəsait  və  texnikanın 

olmaması  üzündən  torpağın  şoranlaşması  ilə  əlaqədar  olaraq  yaşayış  yerlərini  dəyişməyə 

məcbur olan ekoloji miqrantlar, eləcə də kənd rayonlarından əmək qabiliyyətli əhalinin iş yeri 

tapmaq  məqsədilə  iri  şəhərlərə,  xüsusilə  Bakıya  və  onun  yerləşdiyi  Abşeron  yarımadasına 

axını ilə bağlı sosial-iqtisadi miqrantlardır.

 

1.2. Xarici miqrasiya



 

Azərbaycan  Respublikasında  xarici  miqrasiyanın  subyektini  emiqrasiya  və  immiqrasiya 

formalarında baş verən aşağıdakı miqrant kateqoriyaları təşkil edir:

 

qaçqınlar;



 

"qaçqın" statusu almaq niyyətində olan və sığınacaq axtaran şəxslər;

 

qaçqınlara oxşar vəziyyətdə olan miqrantlar;



 

əməkçi miqrantlar;

 

tranzit miqrantlar;



 

qeyri-qanuni miqrantlar.

 

Azərbaycan keçmiş sovet respublikaları arasında qaçqın problemi ilə üzləşən ilk ölkə idi.



 


Qaçqınların  ilk  axını  Ermənistanın  1988-1992-ci  illərdə  planlı  şəkildə  həyata  keçirdiyi  etnik 

təmizləmə  siyasəti nəticəsində  tarixən  həmin ərazidə  yaşamış  azərbaycanlıların  son  nəfərədək 

öz doğma yurdlarından zorla qovulması ilə başlamışdır.

 

Eyni  zamanda,  əvvəllər  Gürcüstandan  deportasiya  olunaraq  Orta  Asiya  respublikalarında 



yerləşdirilmiş,  1990-cı  ildə  orada  baş  vermiş  milli  münaqişə  zəminində  didərgin  salınmış 

məshəti türkləri də Azərbaycanda qaçqın kimi məskunlaşmışdır.

 

Azərbaycanda,  həmçinin  İran  İslam  Respublikasından,  Rusiyadan,  Əfqanıstandan,  İraq 



Respublikasından  olan  11  min  nəfərədək  qaçqın  statusu  almaq  niyyətində  olan  və  sığınacaq 

axtaran şəxslər də vardır.

 

1994-cü  ildən  başlayaraq  ölkə  iqtisadiyyatına  xarici  investisiya  axınının  başlanması 



Azərbaycana  xarici  işçi  qüvvəsinin  gəlməsi  ilə,  yeni  iqtisadi  sistemə  keçid  və  ərazilərin  20%-

nin  işğalından  doğan  səbəblər  nəticəsində  isə  Azərbaycan  vətəndaşlarının  xarici  ölkələrə 

işləməyə  getməsi  ilə  müşayiət  olunmuş  və  1998-ci  ildən  başlayaraq  respublikada  əmək 

miqrasiyası proseslərinin tənzimlənməsi sahəsində nəzərəçarpacaq nəticələr əldə edilmişdir. 

 

Bununla  belə,  respublika  ərazisində  müvafiq  qanunvericiliyin  tələblərinə  uyğun  olmadan 



işləyən və ya qalan əcnəbilər - qeyri-qanuni miqrantlar da vardır.

 

Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  digər  normativ  hüquqi  aktlara  əsasən 



ölkəmizdə  hər bir  şəxsin  qanuni  olaraq  ölkədən getməsi  və  ölkəyə  gəlməsi üçün bütün zəruri 

şərait  yaradılmışdır.  Qeyd  etmək  lazımdır  ki,  müstəqilliyinin  ilk  illərində  ölkəmizdən 

emiqrantlar  axını  müəyyən  dərəcədə  siyasi,  milli  və  etnik  xarakter  daşıyırdısa,  sonrakı  illərdə 

emiqrasiyanın  başlıca  səbəbini  iqtisadi  motivlər  təşkil  etmişdir.  Müstəqillik  əldə  olunanadək 

Azərbaycan  iqtisadiyyatı  digər  sovet  respublikalarının  iqtisadiyyatı  ilə  sıx  əlaqədə  olduğundan 

emiqrasiya  sahəsində  Azərbaycan  Respublikasının  əsas  tərəf  müqabilləri  keçmiş  ittifaqa  daxil 

olan  ölkələr,  xüsusilə  də  Rusiya  Federasiyası,  Ukrayna  və  Qazaxıstan  respublikaları  olmuşdur. 

Bununla  bərabər,  digər  xarici  ölkələrdən  Türkiyəyə,  Almaniyaya,  Hollandiyaya,  Polşaya, 

Kanadaya və İsrailə gedənlər də çoxdur.

 

Azərbaycan  Respublikasında  xarici  miqrasiyada  əmək  miqrasiyasının  xüsusi  çəkisi  daha 



çoxdur.  Ölkə  iqtisadiyyatı  inkişaf  etdikcə  daxili  əmək  bazarında  iştirak  edən  əcnəbilərin  sayı 

artmaqdadır. Lakin onların dəqiq statistikası mövcud deyil. Çünki xarici firmalara məxsus olan 

və  onların  iştirakı  ilə  yaranan  müəssisələrdə  işləyən  əcnəbilər  barəsində  rəsmi  statistika 

orqanlarına  verilən  hesabatlar  heç  də  ölkəmizin  əmək  bazarında  xarici  ölkələrdən  gələn 

şəxslərin  iştirakına  aid  məlumatları  tam  əhatə  etmir.  Azərbaycan  Respublikasında  işləyən 

əcnəbilərin faktiki sayı məlumatlarda göstərilən rəqəmdən dəfələrlə çoxdur.

 

Azərbaycan  Respublikasında  xarakterik  xüsusiyyətləri  ilə  seçilən  miqrasiya  sahəsindəki 



mövcud vəziyyətin təhlili bir daha təsdiq edir ki, bu prosesin dövlət tərəfindən milli mənafelər 

gözlənilməklə  beynəlxalq  normalara  uyğun  tənzimlənməsi  üçün  təcili  tədbirlər  görülməlidir. 

Bu məqsədlə Azərbaycan Respublikası Hökuməti 1997-ci ildən başlayaraq BMqT ilə əməkdaşlıq 

çərçivəsində Azərbaycan Respublikasında Miqrasiya İdarəetmə Potensiallarının yaradılması adlı 

xüsusi  proqram  həyata  keçirmiş  və  dövlət  miqrasiya  siyasətinin  formalaşdırılması,  miqrasiya 

sahəsindəki  milli  qanunvericiliyin  təkmilləşdirilməsi  və  inkişaf  etdirilməsi,  sərhəd-buraxılış 

məntəqələrində  keçid  prosesinin  sadələşdirilməsi,  məcburi  miqrantların  qeydiyyatı  üzrə 

müəyyən nəticələr əldə edilmişdir.

 



Qərbi  Avropa  dövlətlərində  qeyri-leqal  qalan  azərbaycanlıların  könüllü  surətdə  vətənə 

qayıtmalarına köməklik məqsədilə BMqT ilə birlikdə "Klaster təklifi" adlı Proqram üzrə bir sıra 

tədbirlər  həyata  keçirilmiş,  həmin  dövlətlərlə  "Readmissiya  haqqında"  sazişlərin  bağlanması 

imkanları öyrənilmiş və bu proses hazırda davam etməkdədir.

 

Qaçqın  statusu  almaq  niyyətində  olan  və  sığınacaq  axtaran  şəxslərə  müvafiq  statusun 



verilməsini təmin etmək məqsədilə 2001-ci ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə 

Dövlət Komitəsi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi 

ilə birlikdə Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamentini yaratmışdır.

 

2001-ci  il  11  sentyabrda  Nyu-Yorkda  törədilmiş  terror  hadisələrindən  sonra  miqrasiya 



proseslərinin  idarə  olunmasının  təkmilləşdirilməsinə  diqqət  daha  da  artırılmışdır.  ATƏT  və 

BMqT  ilə  birlikdə  insanlarla  ticarətə  qarşı  mübarizə  üzrə  Milli  Fəaliyyət  Planı  hazırlanmış, 

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 854 nömrəli Fərmanı ilə təsdiq 

edilmiş  "2003-2005-ci  illər  üçün  Azərbaycan  Respublikasında  Yoxsulluğun  Azaldılması  və 

İqtisadi İnkişaf üzrə Dövlət Proqramı"nda Azərbaycan Respublikasında Miqrasiya İnformasiya 

Mərkəzinin  yaradılması  və  Dövlət  Miqrasiya  Proqramının  hazırlanması  kimi  mühüm 

tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 

2. AZƏRBAYCAN RESPUBLİKASINDA MİQRASİYA PROSESLƏRİNİN 



TƏNZİMLƏNMƏSİ MƏQSƏDLƏRİ, PRİNSİPLƏRİ VƏ VƏZİFƏLƏRİ

 

2.1. Əsas məqsədlər



 

Azərbaycan  Respublikasında  miqrasiya  proseslərinin  tənzimlənməsinin  əsas  məqsədini 

Azərbaycan  Respublikasının  milli  təhlükəsizliyinin  və  sabit  sosial-iqtisadi,  demoqrafik 

inkişafının  təmin  edilməsi,  əmək  ehtiyatlarından  səmərəli  istifadə  edilməsi,  ölkə  ərazisində 

əhalinin  rasional  yerləşdirilməsi,  Ermənistan-Azərbaycan  Dağlıq-Qarabağ  münaqişəsinin 

nizamlanması,  qaçqın  və  məcburi  köçkünlərin  öz  doğma  yurdlarına  təhlükəsiz  şəraitdə  və 

ləyaqətlə  qayıtmasının  təmin  edilməsi,  beynəlxalq  standartlara  uyğun  sığınacaq  üçün  milli 

müraciət sisteminin yaradılması, miqrantların intellektual və əmək potensialından istifadə, idarə 

olunmayan  miqrasiya  proseslərinin neqativ  təsirinin  aradan  qaldırılması, insan  ticarəti  də  daxil 

olmaqla qeyri-qanuni miqrasiyanın qarşısının alınması, gözlənilməz kütləvi miqrasiyaya səbəb 

ola  biləcək  amillərin  öyrənilməsi  və  onların  optimal  həlli  üçün  vaxtında  kompleks  tədbirlərin 

hazırlanması məsələləri təşkil edir.

 

Bu  konsepsiya,  qeyd  olunan  məqsədlərə  beynəlxalq  standartlar  səviyyəsində  nail  olunması  üçün 



Azərbaycan Respublikasında zəruri potensialların yaradılmasını təmin edən çevik və tarazlaşdırılmış 

rəhbər sənəddir.

 

2.2. 


Əsas prinsiplər: 

bütün  miqrantların  hüquq  və  azadlıqlarının  beynəlxalq  hüquq  normaları  və  prinsipləri 

gözlənilməklə qanun əsasında müdafiəsi;

 

Azərbaycan Respublikasının təhlükəsizliyinin və milli maraqlarının müdafiəsi;



 


miqrantların  hüquqlarının  qorunması  və  onların  məcburi  aktlardan,  ksenofobiya  və 

diskriminasiyalardan  və  insanlarla  ticarətin  bütün  hallarından,  xüsusilə  qadın  və  uşaqlarla 

ticarət hallarından müdafiə olunması;

 

müxtəlif kateqoriyalı miqrantların problemlərinin ünvanlı şəkildə həll edilməsi;



 

"Qaçqın"  statusu  almaq  niyyətində  olan  və  sığınacaq  axtaran  şəxslərə  və  digər  məcburi 

miqrantlara  beynəlxalq  təşkilatlar  və  dövlət  tərəfindən  maddi  və  hüquqi  yardımların 

göstərilməsi,  miqrantların  özünütəminat  məsələlərinə  şəraitin yaradılması və  könüllü  şəkildə 

öz ölkələrinə qayıtmalarının və 3-cü ölkəyə getmələrinin təşkili;

 

məcburi  miqrantlara  dövlət  yardımının  həyata  keçirilməsi,  miqrantların  özünütəminat 



məsələlərinə  şəraitin  yaradılması  və  daimi  yaşayış  yerlərinə  könüllü  qayıtmalarının 

stimullaşdırılması;

 

miqrasiya  proseslərinin,  xüsusilə  də  əmək  miqrasiyası  proseslərinin  tənzimlənməsində 



ölkənin sosial-iqtisadi inkişafının nəzərə alınması;

 

miqrasiya  proseslərinin  tənzimlənməsində  insan  hüquqları  və  azadlıqlarının  qorunması 



sahəsində  dövlətlərarası  və  beynəlxalq  əməkdaşlığın  və  yenidən  işlənmiş  Avropa  Sosial 

Xartiyasının tələblərinin mühüm amil kimi qəbul edilməsi.

 

2.3. Əsas vəzifələr



 

2.3.1. Xarici siyasət sahəsində:

 

qanunsuz miqrasiyanın bütün formaları, xüsusilə də insan alverinin qarşısının alınmasında 



dövlətlər və müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi;

 

beynəlxalq  sazişlərin  hazırlanmasında,  bağlanmasında,  yerinə  yetirilməsində  və 



denonsasiyasında Azərbaycan Respublikasının milli maraqlarının qorunması;

 

xaricdə  yaşayan  Azərbaycan  Respublikası  vətəndaşlarının  hüquq  və  azadlıqlarının  müdafiə 



edilməsi;

 

Azərbaycan Respublikasının ərazisində qaçqınlara, "qaçqın" statusu almaq niyyətində olan 



və  sığınacaq  axtaran  şəxslərə  maddi  və  digər  köməyin  göstərilməsi  üçün  müvafiq 

mexanizmlərin yaradılması və həyata keçirilməsi;

 

aşağıdakı sahələrdə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması:



 

Readmissiya  haqqında  -  (xarici  ölkələrdə  qanunsuz  yaşayan  Azərbaycan  Respublikası 

vətəndaşlarının  və  Azərbaycan  Respublikasında  qeyri-qanuni  yaşayan  əcnəbilərin  könüllü 

surətdə mənşə dövlətlərinə qayıtması);

 

qaçqın statusu və sığınacaq üçün müraciət edənlərin mühafizəsi və hüquqlarının qorunması;



 

vətəndaşların gediş-gəliş qaydalarının müəyyənləşdirilməsi;

 



miqrant qadın və uşaqların xüsusi vəziyyəti nəzərə alınmaqla əməkçi immiqrantların sosial 

və iqtisadi hüquqlarının təmin olunması;

 

xaricdə  yaşayan  Azərbaycan  Respublikası  vətəndaşlarının  yerli  əhali  ilə  bərabər 



hüquqlardan istifadə etmələrinə, onların Azərbaycanla milli, dini, mədəni əlaqələrinə hörmətlə 

yanaşılmasına kömək göstərilməsi;

 

xarici  ölkələrdə  yaşayan  Azərbaycan  Respublikası  vətəndaşları  haqqında,  eləcə  də  xarici 



ölkələrin  miqrasiya  qanunvericiliyi,  miqrantların  müdafiəsi,  həmçinin  miqrasiya  proseslərinə 

nəzarət  sahəsindəki  qabaqcıl  metodları  və  pasport-viza  texnologiyaları  haqqında  həmin 

ölkələrdə informasiya mübadiləsi;

 

Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti ilə məşğul olduğu ölkələrlə əmək 



miqrasiyası və əməkçi miqrantların sosial müdafiəsi;

 

insanlarla ticarət də  daxil  olmaqla, qanunsuz  miqrasiyanın hər  bir  forma  və hallarına qarşı 



mübarizə.

 

2.3.2.Qanunvericilik sahəsində:



 

miqrasiya  sahəsindəki  qanunvericiliyin  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq hüquq normalarına uyğunlaşdırılması;

 

miqrasiya sahəsində hüquqpozmalara görə cinayət və inzibati məsuliyyəti müəyyənləşdirən 



qanunvericiliyin təkmilləşdirilməsi;

 

miqrantların qeydiyyat və uçotunun təkmilləşdirilməsi;



 

pasport-viza,  vergi,  gömrük  və  sərhəd  nəzarəti  texnologiyalarının  unifikasiyası, 

avtomatlaşdırılması və möhkəmləndirilməsi.

 

2.3.3.İnformasiya, elm və təhsil sahəsində:



 

Azərbaycan 

Respublikasında 

miqrasiya 

proseslərinin 

vəziyyətinin 

elmi 

proqnozlaşdırılmasının və monitorinqinin təşkili;



 

Azərbaycan  Respublikasına,  həmçinin  xarici  ölkələrə  qanuni  miqrasiya  qaydaları  haqqında 

məlumat bülletenlərinin hazırlanması və yayılması;

 

miqrasiya sahəsində kadr hazırlığının təşkili;



 

aidiyyəti  dövlət  orqanları  arasında  miqrasiya  sahəsində  informasiya  mübadiləsinin  təmin 

edilməsi.

 

2.3.4.Təşkilati tədbirlər:



 

pasport-viza sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi;

 

miqrasiya  proseslərinin  idarə  olunmasında  iştirak  edən  müvafiq  icra  hakimiyyəti 



orqanlarının qarşılıqlı əməkdaşlığının təmin edilməsi;

 



Milli  Avtomatlaşdırılmış  Pasport  Sisteminin  (MAPS)  inkişaf  etdirilməsi  və  onun  əsasında 

miqrantların qeydiyyat və uçotunun təkmilləşdirilməsi.

 

2.4. Əsas fəaliyyət istiqamətləri



 

2.4.1. Azərbaycan Respublikasında miqrasiya proseslərinin idarə olunması sisteminin 

təkmilləşdirilməsi:

 

Azərbaycan  Respublikasında  miqrasiya  proseslərinə  nəzarətin  təmin  edilməsi,  qeyri-leqal 



miqrasiyanın qarşısının alınması;

 

qeyri-qanuni  miqrantların  Azərbaycan  Respublikasından  çıxarılması  və  mənşə 



dövlətlərinə qaytarılması sahəsində tədbirlər görülməsi;

 

Azərbaycan  Respublikasında  miqrasiya  proseslərinin  idarə  olunmasında  iştirak  edən 



müvafiq  icra  hakimiyyəti  orqanlarının  fəaliyyətinin  təkmilləşdirilməsi  və  bu  fəaliyyətin  digər 

aidiyyəti icra hakimiyyəti orqanları ilə əlaqələndirilməsi;

 

yoluxucu xəstəliklərin miqrantlar vasitəsilə ölkəyə gətirilməsinin və yayılmasının qarşısının 



alınması üzrə kompleks proqramların hazırlanması və həyata keçirilməsi;

 

xarici işçi qüvvəsindən qeyri-qanuni istifadəyə görə mülkiyyət formasından asılı olmayaraq 



bütün müəssisə və təşkilatların rəhbərlərinin cavabdehliyinin artırılması;

 

ölkədən  beyin  axınının,  yüksək  ixtisaslı  mütəxəssislərin  köçməsinin  qarşısının  alınmasına 



yönəlmiş həvəsləndirici dövlət tədbirlərinin həyata keçirilməsi;

 

vətəndaşların miqrasiya məsələləri ilə bağlı məlumatlandırılmasını təmin edəcək Miqrasiya 



İnformasiya Mərkəzinin yaradılması;

 

ölkənin  hər  il  üçün  immiqrasiya,  o  cümlədən  əmək  miqrasiyası  kvotasının 



müəyyənləşdirilməsi.

 

2.4.2. Daxili məcburi miqrantların sosial mühitə inteqrasiyası üçün şəraitin təmin edilməsi:



 

məcburi miqrantların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına, mənzillə təmin olunmasına, 

əmək  bazarına  inteqrasiyasına  və  digər  konstitusiya  hüquqlarının  həyata  keçirilməsinə  dövlət 

yardımının gücləndirilməsi;

 

məcburi köçkünlərə dövlət yardımının göstərilməsi üzrə tədbirlərin gücləndirilməsi;



 

ekoloji  təhlükəyə  malik  bölgələrdən  əhalinin  köçürülməsi  və  yeni  yaşayış  yerlərində 

məskunlaşdırılması  işinin  proqnozlaşdırılması,  onların  adaptasiyası  və  reabilitasiyası  üzrə 

konkret proqramların hazırlanması.

 

2.4.3. Azərbaycan Respublikasına xarici işçi qüvvəsinin cəlb olunmasında yüksək ixtisaslı 



mütəxəssislərə üstünlük verilməsi:

 

yerli kadrların peşə hazırlığının artırılmasında Azərbaycanda işləyən yüksək ixtisaslı əcnəbi 



mütəxəssislərin təcrübəsindən istifadə edilməsi;

 



regional  inkişaf  proqramlarının  hazırlanması  zamanı  ölkənin  müxtəlif  regionlarında  əmək 

bazarının vəziyyətinin, demoqrafik və miqrasiya şəraitinin nəzərə alınması;

 

immiqrantların  adaptasiyasına  və  cəmiyyətə  inteqrasiyasına  yönəlmiş  tədbirlər  sisteminin 



hazırlanması və həyata keçirilməsi.

 

2.4.4. Azərbaycan  Respublikasının  beynəlxalq  əmək  bazarına  inteqrasiyası,  iqtisadi 



miqrasiyasının tənzimlənməsi:

 

daxili  əmək  bazarının  qorunması,  xarici  işçi  qüvvəsinin  cəlb  olunması  və  ondan  istifadə 



olunmasına nəzarətin gücləndirilməsi;

 

xarici  vətəndaşların  ölkədə  qalmalarının  və  əmək  fəaliyyətlərinin  qanuniliyini  və  onlar 



tərəfindən vergi qanunvericiliyi də daxil olmaqla Azərbaycan Respublikasının qanunvericiliyinə 

əməl olunmasını təmin edən tədbirlərin görülməsi;

 

xarici  ölkələrdə  işləyən  Azərbaycan  vətəndaşlarının  Azərbaycana  və  Azərbaycan 



Respublikasında  işləyən  əcnəbilərin  öz  ölkələrinə  əmək  haqqı  şəklində  əldə  etdikləri  pul 

vəsaitlərinin maneəsiz köçürülməsinin stimullaşdırılması;

 

Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  ölkələrdə  işə  düzəlmələri-nə  şəraitin 



yaradılması,  xarici  ölkələrdə  işləyən  vətəndaşların  sosial  və  hüquqi  müdafiəsinin  təmin 

edilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi;

 

əvvəllər  xaricə  daimi  yaşamağa  və  ya  əmək  müqaviləsi  ilə  işləməyə  getmiş  Azərbaycan 



Respublikası  vətəndaşlarının,  ilk  növbədə  yüksək  ixtisaslı  mütəxəssislərin  Azərbaycan 

Respublikasına qayıtmalarının stimullaşdırılması;

 

yüksək  ixtisaslı  yerli  mütəxəssislərin,  elm,  mədəniyyət,  idman  və  incəsənət  xadimlərinin 



fəaliyyəti  üçün  əlverişli  şəraitin  təmin  edilməsi  və  onlara  mütəmadi  kömək  göstərilməsi 

sisteminin yaradılması;

 

xarici  ölkələrdə  qanunsuz  qalan  Azərbaycan  Respublikası  vətəndaşlarının  könüllü  surətdə 



respublikaya qayıtmaları və reinteqrasiyası sahəsində məqsədyönlü proqramların hazırlanması;

 

xarici  ölkələrdə  fəaliyyət  göstərən  Azərbaycan  icma  və  birlikləri  ilə  sıx  əlaqələrin 



yaradılması, Azərbaycan diasporunun təşkilatlanmasına kömək göstərilməsi və xaricdə işləyən 

və  ya  daimi  yaşayan  azərbaycanlıların  hüquqlarının  qorunmasında  problemlərinin  həllində 

həmin qurumların potensialından istifadə edilməsi.

 

2.4.5. Daxili əmək ehtiyatlarından səmərəli istifadə edilməsi:



 

əhalinin  məşğulluğu  probleminin  həll  edilməsi  və  işədüzəlmədə  daxili  əmək 

ehtiyatlarından istifadəyə üstünlük verilməsi;

 

bölgələrin  əmək  bazarının  tarazlaşdırılması  məqsədilə  iqtisadi  fəal  əhalinin  ərazilər  üzrə 



bölgüsünün stimullaşdırılması mexanizminin yaradılması;

 



rayonlarda, xüsusilə dağ və sərhədyanı rayonlarda investisiyaların cəlb olunması  ilə  yeni iş 

yerlərinin yaradılması.

 

3. KONSEPSİYANIN HƏYATA KEÇİRİLMƏSİ MEXANİZMİ



 

Bu Konsepsiyanın xüsusi Dövlət Proqramı əsasında həyata keçirilməsi nəzərdə tutulur.

 

Konsepsiyanın həyata keçirilməsinin əsas mexanizmləri aşağıdakılardır:



 

Azərbaycan Respublikasının miqrasiya sahəsindəki qanunvericiliyinin təkmilləşdirilməsi;

 

xaricdə  yaşayan  Azərbaycan  Respublikası  vətəndaşlarının  hüquqlarının  qorunması, 



readmissiyası və vətəndaşların gediş-gəliş qaydalarının müəyyənləşdirilməsi də daxil olmaqla 

miqrasiya məsələləri üzrə beynəlxalq müqavilələrin bağlanması;

 

miqrasiya  proseslərinin  tənzimlənməsi  sahəsində  konkret  tədbirlərin  Azərbaycan 



Respublikası  Hökuməti  tərəfindən  təsdiq  edilmiş  məqsədyönlü  proqramlar  çərçivəsində 

müəyyən olunmuş qaydada hazırlanması və həyata keçirilməsi;

 

qaçqınların, məcburi köçkünlərin, "qaçqın" statusu almaq niyyətində olan, sığınacaq axtaran 



şəxslərin  və  digər  məcburi  miqrantların  yerləşdirilməsi,  onların  sosial  problemlərinin  həlli 

sahəsində tədbirlərin regional sosial-iqtisadi inkişaf proqramlarına daxil edilməsi;

 

demoqrafik,  ekoloji  və  sosial-iqtisadi  vəziyyət  və  ölkənin  geosiyasi  maraqları  nəzərə 



alınmaqla  miqrasiya  proseslərinin  tənzimlənməsinə  yönəlmiş  sosial-iqtisadi  tədbirlərin 

hazırlanması;

 

iqtisadi  layihələrin  həyata  keçirilməsi  zamanı  effektiv  iş  yerlərinin  yaradılması  sisteminin 



inkişaf etdirilməsi və dəstəklənməsi;

 

miqrasiya məsələləri üzrə elmi tədqiqat və peşəkar kadr hazırlığı sisteminin yaradılması;



 

miqrasiya  idarəetmə  orqanları  sisteminin  inkişaf  etdirilməsi  və  miqrasiya  idarəetmə 

orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;

 

miqrasiya üzrə vahid dövlət informasiya sisteminin yaradılması;



 

miqrasiya proseslərinin tənzimlənməsi məqsədilə beynəlxalq təşkilatlarla və xarici ölkələrin 

müvafiq dövlət orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsi.

 

Qeyd: Azərbaycan Respublikasının sosial, iqtisadi və siyasi inkişafı əsasında bu Konsepsiya-ya müəyyən edilmiş 



qaydada əlavə və dəyişikliklər edilə bilər.

 

  



  

 

Yüklə 92,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə