9
SEQ prosesinə SEQ-in əhatə dairəsinin müəyyən edilməsi
(“scoping”) mərhələsi ilə başlanılmışdır.
“Scoping” mərhələsinin nəticələri və bu mərhələdə əldə edilən məlumatlarının təhlilləri əsasında,
SEQ-in həcmi müəyyən edilmiş, planlaşdırılan sənəd üzrə qiymətləndirilməsi zəruri olan, habelə
analizlərin aparılması üçün uyğun hesab edilməyən ətraf mühit, sosial və insan sağlamlığı
məsələlərinin, eləcə də müvafiq informasiya mənbələri müəyyən edilmişdir.
SEQ-in bu mərhələsində məsləhətləşmələrin aparılması zəruri olduğu üçün
12 may 2015-ci il tarixdə
Bakı şəhərində müvafiq dövlət orqanları, ictimaiyyətin nümayəndələri - maraqlı tərəflər, müstəqil
ekspertlər və qeyri-hökumət təşkilatları ilə görüş keçirilərək, rəy və təkliflər alınmışdır. İctimaiyyətlə
görüşün nəticələri qiymətləndirmədə nəzərə alınaraq, bu Hesabata daxil edilmişdir (Bax: Əlavələr).
Hesabatın ümumi strukturu SEQ üzrə Aİ Direktivi (2001/42/EU) və BMT-nin SEQ üzrə Protokolu,
habelə layihələndirilən SEQ üzrə yeni qanunvericilik tələblərinə uyğun müəyyən edilmişdir (ƏMTQ
haqqında yeni Qanun layihəsi). Buna baxmayaraq, beynəlxalq təcrübə göstərir ki, SEQ prosesi təklif
olunan strateji sənədlərin əsas istiqamətləri və hədəfləri ilə əlaqədar ətraf mühit məslələrini əks etdirən
özünəməxsus proses olaraq icra edilməlidir.
SEQ prosesinin layihənin məqsədlərinə müvafiq olaraq, yerinə yetirilməsi üçün xarici ekspertlər və
milli ekspert qrupunun, eləcə də planlaşdırma üzrə dövlət orqanı (ABEMDA və ETSN)
nümayəndələrinin iştirakı ilə Orxus Mərkəzində müntəzəm olaraq, müzakirələr keçirilmiş və aparılan
təhlillərin nəticələri bu Hesabat sənədinə daxil edilmişdir.
09 dekabr 2015-ci il tarixdə Bakı şəhərində strateji ekoloji qiymətləndirilmənin yekun nəticələrinin
ictimaiyyətə təqdimatı həyata keçirilmiş, ictimai müzakirələr aparılmışdır. İctimaiyyətlə
məsləhətləşmə zamanı verilən rəy və təkliflər yekun bu Hesabat sənədində nəzərə alınmışdır (bax:
Əlavələr).
Yekunlaşdırılmış Hesabat sənədi ictimaiyyətin məlumatlandırılması məqsədilə elektron qaydada BMT
AİK-in rəsmi internet səhifəsində, habelə yeni Qanun Layihəsinin tələbinə əsasən, Planlaşdırıcı
orqanın (burada ABEMDA) rəsmi internet səhifəsində Strategiya sənədi ilə birlikdə yerləşdirilməli,
müvafiq milli və AR-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq informasiyanın
ictimaiyyətə verilməsini təmin edilməlidir.
Hesabatdan sonrakı mərhələ
ƏMTQ haqqında Qanun layihəsinə müvafiq olaraq, ABEMDA SEQ üzrə Hesabat sənədini Ekologiya
və Təbii Sərvətlər Nazirliyinə göndərməklə, ETSN-nin Dövlət Ekspertiza İdarəsinin (DEİ) müvafiq
rəyini almalı və verilən DEİ şərtləri, habelə SEQ nəticələri və təkliflər üzrə yekun qərar qəbul edərək,
Bəyənnamə verməlidir. Bəyannamə məsləhətləşmə aparılan aidiyyatı orqanlara göndərilməlidir
(burada ətraf mühit və səhiyyə orqanı).
Sonuncu mərhələdə monitorinq (və ya fəaliyyətin izlənilməsi) Strategiya üzrə gələcək «Fəaliyyət
Planı» üzrə məsləhətləşmə aparılan müddətdə müvafiq dövlət orqanları və ictimaiyyət nümayəndələri
tərəfindən, fəaliyyətlərin layihələndirilməsi dövründə ətraf mühit və səhiyyə orqanı ( layihələrin
razılaşadırılması zamanı ETSN DEİ tərəfindən), habelə ABEMDA tərəfindən
Bildiriş üzrə götürülən
öhdəliyin yerinə yetirilməsi üzrə aparıla bilər (ətraflı aşağıdakı bölmələrdə).
11
2.
Hüquqi və instutsional baza
3.1 SEQ üzrə hüquqi baza
Azərbaycanda SEQ üzrə qanunvericilik aktı mövcud deyildir. AR-da plan və proqramların ekoloji
qiymətləndirilməsi “Ətraf Mühitin Mühafizəsi Haqqında” AR Qanunu (1999, VIII Fəsil, Maddə 54)
əsasında aparılır. “Ətraf Mühitin Mühafizəsi Haqqında” AR Qanununun 54-cü Maddəsində
iqtisadiyyat sahələri üzrə məhsuldar qüvvələrin inkişafına və yerləşdirilməsinə dair dövlət və yerli
proqramların layihələri dövlət ekoloji ekspertizasının (DEE) obyekti hesab edilir. DEE bu Qanunun
ümumi tələbinə müvafiq həyata keçirilir, müvafiq dövlət ekoloji ekspertizası rəyi bildirilir. Lakin bu
Qanun strateji ekoloji qiymətləndirmə proseduru və mərhələlərini əks etdirmir.
Hazırda Azərbaycanda konkret sektorlarla (kənd təsərrüfatı, enerji, nəqliyyat, suyun idarəolunaması və
digərləri) müqayisədə daha çox regional inkişaf planları, şəhərlərin baş planlarının ekoloji ekspertizası
və ictimaiyyətlə məsləhətləşmələrin aparılması lazımi qaydada həyata keçirilir. Ətraf Mühitin
Mühafizəsi haqqında Qanun üzrə dövlət plan və proqramlarının ekspertizasının konkret qaydaları
bügünədək müəyyən edilməmişdir. Belə ki, Qanun çərçivə xarakterli hüquqi sənəd olduğu üçün plan
və proqramların (habelə strateji sənədlərin) ekspertizasının keçirilməsi qaydaları, planlaşdırıcı orqanın,
eləcə də ətraf mühit və səhiyyə orqanlarının səlahiyyətləri, məsuliyyətləri, fəaliyyətə nəzarət,
ictimaiyyətlə məsləhətləşmlərin aparılması, ekoloji qiymətləndirilmənin tətbqinin zəruri olduğu
konkret sektorları və onların müəyyən edilməsi mexanizmlərini, eləcə də vahid prosedura malik
ekoloji qiymətləndirmə prosesini nəzərdə tutmamışdır.
SEQ prosesi isə Ekoloji ekspertizadan fərqli olub, birinci planlaşdırıcı orqan, sonuncu isə ətraf mühit
üzrə müvafiq icra orqanı tərəfindən həyata keçirilir. SEQ Planlaşdırıcı orqanın əsas məsuliyyəti olub,
strateji sənədlərin hazırlanması prosesində işçi qrupla paralel onun sifarişi ilə ətraf mühit üzrə
məsləhətçi - SEQ üzrə ekspert qrupu tərəfindən aparılmaqla, müəyyən edilən ətraf mühit məsələlərinin
(və ya şərtlərinin) hazırlanan sənədə inteqrasiyasını təmin edir. Bu mənada qiymətləndirmə prosesi və
nəticələri üzrə hazırlanmış yekun SEQ Hesabatı vacib tədqiqat sənədi hesab edilir və planlaşdırıcı
orqan tərəfindən ətraf mühit prinsiplərinə əsaslanan qərarların qəbul edilməsi üçün baza rolunu
oynayır.
Dövlət ekoloji ekspertizası prosesi isə əsas məsləhətləşmə orqanı (burada Ekologiya və Təbii Sərvətlər
Nazirliyi) tərəfindən planlaşdırıcı orqanın (burada ABEMDA-nın) təqdim etdiyi Strateji sənəd və SEQ
Hesabat nəticələri üzrə keçirilir. Ətraf mühit və səhiyyə üzrə dövlət orqanı SEQ prosesinə ilkin
mərhələdən cəlb edilməsi həm SEQ Protokolunun əsas tələbi olmaqla, yeni qanun layihəsində də təsbit
edilmişdir. Bu baxımdan müvafiq icra orqanı qsimində ETSN məsləhətləşmələrin nəticələrinin nəzərə
alınmasına və keyfiyyətə nəzarət mexanizmini təmin etməklə, Strateji sənəd və SEQ Hesabatı üzrə
yekun ətraf mühit şərtlərini əks etdirən rəy bildirir.
3
Yuxarıda qeyd olunan hər iki prosesin milli qanunvericilikdə işlək olacağı nəzərə alınaraq, ətraf
mühitə təsirin qiymətləndirilməsi üzrə yeni Qanun Layihəsində ƏMTQ proseduru ilə yanaşı SEQ üzrə
prosesi təsvir edən bölmə, habelə Dövlət ekoloji ekspertizasının keçirilməsi haqqında yenidən
işlənilmiş müddəalar salınaraq, ümumi əsas prinsipləri əks etdirən çərçivə xarakterli hüquqi sənəd
3
Burada Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi haqqında yeni Qanun layihəsinin SEQ üzrə və Dövlət ekoloji
ekspertizası müddəlaraına istinad edilmişdir.