7
1.3.
Azərbaycanda SEQ üzrə Pilot layihə
Cari vəziyyətdə Azərbaycanda SEQ üzrə milli qanunvericiliyin olmaması və təcrübə məhdudluğu
SEQ-in ilkin qaydada milli səviyyədə tətbiqini zəruri etmişdir. Azərbaycan BMT AİK-nın Strateji
Ekoloji Qiymətləndirmə üzrə Protokolunu ratifikasiya etməmişdir.
BMT-nin AİK-nın Espoo Konvensiyası Tərəflərinin 2-5 iyun 2014-cü il tarixdə Cenevrə şəhərində
keçirilmiş VI iclasında qəbul olunmuş Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Cənubi Şərqi Avropa
ölkələri üçün nəzərdə tutulan
2014-2017-ci illər üzrə “Fəaliyyət Planı” SEQ üzrə Protokola keçidi
sürətləndirmək üçün Azərbaycan da daxil olmaqla, qeyd olunan ölkələrin milli hüquqi və praktiki
hazırlığını təmin etmək məqsədilə hazırlanmışdır.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq əsasında
Azərbaycanda
2014–2017-ci illər üzrə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:
●
SEQ üzrə mövcud qanunvericilik və prosedurların analizi;
●
SEQ-in prakitiki mənimsənilməsi məqsədilə milli strateji sənəd layihəsinə
SEQ üzrə Pilot
Layihənin tətbiqi;
●
Məlumatlandırmanın genişləndirilməsi məqsədilə milli və yerli
təlim tədbirlərinin təşkili;
●
SEQ üzrə milli təlimat sənədinin hazırlanması.
Qeyd olunan tədbirlər
Aİ Şərq Tərəfdaşlığı ölkələri üçün Yaşıl İqtisadiyyat- “EaP Green”
Proqramının maliyyə dəstəyi ilə həyata keçirilir. EaP Green Programı Aİ-nın Şərq Tərəfdaşlığı
ölkələrinə yaşıl iqtisadiyyata keçidə dəstək göstərmək üçün İqtisadi Əməkdaşlıq və İnkşaf Təşkilatı
tərəfindən UNECE, UNEP və UNİDO ilə əməkdaşlıq əsasında icra edilir. Proqram Aİ, qeyd olunan
dörd təşkilat və digər donorlar tərəfindən maliyyələşdirilir.
Qafqaz Regional Ətraf Mühit
Mərkəzinin Bakı Filialı pilot layihə tədbirlərinin həyata keçirilməsinə maddi-texniki dəstək göstərir.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Alternativ və Bərpa Olunan Enerji
Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) arasında koordinasiya əsasında SEQ-in praktiki tətbiqi
üçün
“Alternativ və Bərpa Olunan Enerji Mənbələrindən İstifadə üzrə Dövlət Strategiyası -
2015-2020” layihəsi (bundan sonra Strategiya) SEQ üzrə Pilot layihə olaraq seçilmişdir.
Bu Pilot Layihə Azərbaycanda ETSN tərəfindən SEQ üzrə həyata keçirilən ilk layihədir. Pilot
layihənin həyata keçirilməsində məqsəd:
●
SEQ-in milli səviyyədə tətbiqi
təcrübəsinin mənimsənilməsi;
●
Pilot layihənin icrası zamanı Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi haqqında Qanun
layihəsinin SEQ üzrə müddəalarının tətbiqi imkanlarının nümayişi və eyni zamanda test edilməsi;
●
Pilot layihənin nəticəsi olaraq SEQ üzrə milli hüquqi və institutsional quruluşun inkişafına
təkliflər hazırlamaq, habelə sözügedən qanun layihəsinin təkmilləşdirilməsinə
dəstəyin göstərilməsi;
●
Seçilmiş strateji sənəd layihəsi (burada Strategiya) üzrə ətraf mühitə dair optimallaşdırılmış və
modifikasiya edilmiş təkliflərin hazırlanması.
Pilot layihənin icrası
2015-ci il yanvar- dekabr ayı müddətinə planlaşdırılmışdır.
8
1.4.
Hesabatdan əvvəl SEQ prosesi
Pilot layihə seçimi üzrə ilkin qiymətləndirmə aparılaraq, SEQ-in “Alternativ və Bərpa Olunan Enerji
mənbələrindən İstifadə üzrə 2015-2020-ci illər Strategiyası”na tətbiqi əsaslandırılmış və
təsdiqləmişdir.
SEQ üzrə Protokola əsasən, “strateji ekoloji qiymətləndirmə
kənd təsərrüfatı, meşəçilik, balıqçılıq,
enerji, minadan təmizləmə də daxil olmaqla sənaye, nəqliyyat, regional inkişaf, tullantıların və
suların idarə edilməsi, telekommunikasiya, turizm, şəhərsalma və ya torpaqların idarə edilməsi kimi
sahələri aid olan plan və proqramları əhatə etməli, eləcə də milli qanunvericiliyə uyğun olaraq ətraf
mühitə təsirin qiymətləndirilməsini tələb edən layihələndirmə əldə olunmasına xidmət etməlidir.
İlkin qiymətləndirmə əsasında
(“screening”) qeyd olunan Strategiya
enerji
sektoruna aid olmaqla
yanaşı, müvafiq icra orqanı tərəfindən təsdiqi tələb olunan strateji sənəd olduğu üçün, habelə
Strategiya çərçivəsində fəaliyyətlər üzrə gələcəkdə ətraf mühitə təsirlərinin qiymətlədirilməsinin zəruri
olduğu təsdiqlənərək, SEQ üzrə pilot layihə seçimi olaraq Strategiya uyğun hesab
edilmişdir
1
.
SEQ-in tətbiqinin zəruriliyi əsaslandırıldıqdan («screening» prosesi) sonra SEQ prosesi
aşağıdakı mərhələlərdə həyata keçirilmişdir:
Baza təhlilləri və qiymətləndirmənin əhatə dairəsinin müəyyən edilməsi
(“scoping”)
Ətraf mühitə və insan sağlamlığna təsirlərin qiymətləndirilməsi və təkliflərin hazırlanması -
SEQ üzrə Hesabatının hazırlanması
SEQ prosesində (“scoping” və SEQ-nin nəticələri üzrə) ictimaiyyətin iştirakının
təmini
Əlaqədar orqanlarla, eləcə də ətraf mühit və səhiyyə orqanları ilə məsləhətləşmələrin
aparılması
Planlaşdırıcı orqan tərəfindən qərar qəbulu və bəyənnamənin verilməsi və əlaqədar orqanlara
göndərilməsi
Monitorinq (və ya fəaliyyətin izlənilməsi)
Qeyd olunan mərhələlərin icra mexanizmləri yeni ƏMTQ haqqında Qanun layihəsinin SEQ üzrə, eləcə
də Dövlət Ekspertizası haqqında müddəlarına istinadən həyata keçirilmiş, müvafiq icra mexanizmləri
üzrə qanun layihəsi ilə tənzimlənməyən icra mexanizmləri SEQ üzrə Protokola uyğun təlimat
sənədlərinə əsasən həyata keçirilmiş, müvafiq boşluqların aradan qaldırılması üçün gələcəkdə Qanun
layihəsinin təkmilləşdirilməsi və qanunaltı hüquqi aktların hazırlanması planlaşdırılmışdır.
Qeyd edək ki, SEQ-in icra mexanizmlərinə dair BMT-nin təlimat vəsaiti azərbaycan dilinə tərcümə
edilmişdir
2
.
1
Mənbə: BMT AİK Espoo Konvensiyasına SEQ Protokolu
2
Strateji Ekoloji Qiymətləndirmə Protokolunun icrası üzrə təlimat vəsaiti – UNECE və Mərkəzi və
Şərqi Avropa üzrə Regional Ekoloji Mərkəz, 2012. İlk nəşr 2006, ikinci nəşr 2012
http://www.unece.org/fileadmin/DAM/env/eia/documents/SEA%20Manual/translations/SEAResourceManualAze.pdf