11
“Hələ 1918-ci ildə, ağlı başında, kamil bir şəxskən, Bağırov burjuaziyaya xidmət edib. O,
Quba şəhərində erməni əhalisinə divan tutulmasında məşhur olan Əlibəy Zizikskinin
birinci müavini olub. Onlar əhalini qarət edirdilər... Bağırovun erməni qırğınında iştirakı
Qubada hamıya məlumdur.”
SSRİ XDİK-na ünvanlanmış bu məktubu Beriya xidməti sənədlər arasından götürmüş və
öz şəxsi arxivinə qoymuşdur.
Artıq göstərildiyi kimi, 1921-ci ildən etibarən Bağırovun və Beriyanın bütün cinayətkar
fəaliyyəti qarşılıqlı yardım və himayədarlıq şəraitində keçirdi. Xatırladığımız kimi, 1921-ci ildə
partiyanın kənar ünsürlərdən təmizlənməsi zamanı Bağırov Beriyanı, Beriya isə Bağırovu
müdafiə məqsədilə çıxışlar etmişdi.
1922-ci ildə Beriya Azərbaycan FK-dan çıxarıldıqda, ümumiyyətlə FK orqanlarında
işdən uzaqlaşdırıldıqda və ona cəza verildikdə Bağırov ona yaxşı bir xasiyyətnamə verib,
Beriyanın Gürcüstanın Baş Siyasi İdarəsində işləməsini tövsiyə etdi.
1927-ci ildə Bağırov cinayətlərinə görə Azərbaycan FK-dan qovulandan sonra, Beriya
1929-cu ildə onu Azərbaycan BSİ-nin sədri vəzifəsində Azərbaycana qayıtmasına köməklik
göstərdi. Bunun üçün 1929-cu ilin 15 iyununda, Azərbaycan KP MK-nın keçmiş katibinə
məktub yazıb, Bağırova əla xasiyyətnamə verir və onun Azərbaycan BSİ-nin sədri vəzifəsinə
göndərilməsi məsələsinin həllini tezləşdirməyi xahiş edirdi.
Beriya Bağırova Azərbaycan KP MK-nın katibi Qarayevə və Azərbaycan K(b)P MK-nın
digər üzvlərinə qarşı intriqaçı mübarizəsində hərtərəfli yardım edirdi.
Bağırova himayədarlıq edən Beriya 1928-ci ilin mayında Serqo Orçonikidzenin adına
xüsusi məktub yollayır, həmin məktubda Zaqafqaziya vilayət komitəsinin katibi Mamiya
Oraxelaşvilinin və prezidiumun digər üzvlərinin Bağırova qarşı təxribatçı münasibətini sübut
etməyə çalışırdı.
Qeyd etməliyik ki, Beriyanın məktubunda adları çəkilən Zaqafqaziya vilayət komitəsinin
bütün üzvləri – Oraxelaşvili, Qarayev, Mirzoyan, Rubenov və b. Bağırov və Beriya tərəfindən
həbs edilmiş, sonra isə güllələnmişlər.
Beriyanın təşəbbüsü ilə 1933-cü ildə Rubenov Azərbaycan K(b)P MK-nın katibi
vəzifəsindən azad edildi və onun yerinə Bağırov təyin edildi.
Bu barədə soruşduqda Bağırov belə cavab verdi:
“Rubenov Azərbaycan K(b)P MK-nın katibi vəzifəsindən azad edilərkən məndə belə bir
təəsürat yarandı ki, Beriyanın bu işdə böyük rolu var və bu işin əsas təşəbbüsçüsü, heç
şübhəsiz, o özüdür...
Xatırımdadır ki, Rubenovun işdən azad edilməsi, onun yerinə mənim təyin olunmağım
barədə məsələ müzakirə olunarkən, Serqo Orconikidze Rubenovun azad olunması, bu işə
mənim təyin olunmağıma etiraz etdi”.
Beriya özü Bağırovun Azərbaycan K(b)P MK-nın katibi vəzifəsinə təyin olunması
təfərrüatını belə dəqiqləşdirdi:
“Bəli, o vaxtlar Azərbaycan XKS-nin sədri vəzifəsində işləyən Bağırovu
Azərbaycan KP-nın katibi vəzifəsinə mən namizəd göstərmişəm”.
ƏKSINQILABÇI ÜNSÜRLƏRIN MƏSULIYYƏTDƏN KƏNARLAŞDIRILMASI
Bu işin istintaqı gedişində Azərbaycan DİN arxivində Əzizov Əziz Məşədi Hüseyn
oğlunun (Əziz Baba) xitam verilmiş 818 №-li cinayət işi aşkara çıxarıldı.
Həmin işi nəzərdən
keçirərkən məlum oldu ki, Əzizov 1921-ci ilin oktyabrında həbs olunmuş, belə bir ifadə
12
vermişdir ki, 1919-cu ildə müsavat əksinqilabının agenti olub və agent Lavrenti Beriya ilə birgə
xidmət edib.
Bağırov və Beriya Əzizovu həbsdən azad etdilər və onun barəsində cinayət işinə xitam
verdilər. Bu barədə istintaq olunan Bağırova Əzizovun arxiv sənədini göstərəndən sonra etiraf
etdi ki, Əzizov fəal müsavat əksinqilabçısı idi və məhkəməyə verilməli idi. Əgər o, həbs
olunmayıbsa, yəqin ki, bu işdə Beriyanın əli var. Sonra Bağırov göstərdi ki, o özü Əzizovun işini
xatırlamır.
Bağırovun bu ifadələri həqiqətdən uzaqdır. Sənədlərlə müəyyən olunmuşdur ki, 1937-ci
ildə Əzizov partiyadan xaric edilən zaman, o, Beriyaya və Bağırova kömək üçün müraciət etmiş,
onlar da Əzizovun partiyaya bərpa olunmasına nail olmuşlar. Bu faktı Əzizovun 1937-ci ilin 17
noyabrında Beriyaya ünvanlanmış məktubu sübut edir. Məktubun üzərində Beriyanın dərkənarı
var: “Azərbaycan K(b)P MK-ya yol. Bağırova göndərilsin.
Bağırov Azərbaycan FK-da işə işə düzələndən dərhal sonra, 1921-ci ilin 24 fevralında
müsavat əksinqilabının digər agenti Məmməd Hacıyev barədə cinayət işinə də xitam verildi və o,
həbsdən azad edildi.
1921-ci ilin 20 sentyabrında Bağırov müsavat əksinqilabının keçmiş rəisinin arvadı
Şıxzamanova barədə də cinayət işinə xitam verdi. O da 1920-ci ildə əri – keçmiş müsavat
əksinqilab rəisi Şıxzamanovun etdiyi hərəkəti təkrarlayaraq 1922-ci ildə Türkiyəyə qaçdı.
Bundan qabaq göstərdiyimiz kimi, 1917-ci ildə Bağırov sosial mənşəyi etibarı ilə bəy, iri
mülkədar olan. Fevral inqilabınadək polis nəzarəti kapitanı və müsavat parlament üzvü olan
“Quba qəza komissarı” Əlibəy Zizikskinin müavini olmuşdur.
Zizikski öz qohumları Şıxlarski bəylərlə birlikdə Quba şəhərində və Quba qəzasında
dəfələrlə erməni qırğını və qarətlər təşkil edib, öz ətrafına bəyləri və qolçomaqları yığaraq
inqilabi hərəkata qarşı fəal mübarizəaparıb. Azərbaycan sovetləşəndən sonra Əlibəy Zizikski
İrana qaçdı.
Bağırov Azərbaycan FK-nın sədri olandan sonra Zizikskinin Azərbaycana qayıtmasına
icazə verdi və onu üzə çıxartdı.
Əlibəy Zizikskinin üzə çıxması şəraitini şahid Orucov belə göstərirdi:
“1920-ci ildən sonra Bağırov Bakıda Azərbaycan FK-nın sədri idi, onun katibi isə
mənim dayım oğlu Hacıağa Şahverdiyev idi. Şahverdiyev Bağırovla ən yaxın dost olub.
Biz üçümüz birlikdə Quba şəhərindəki şəhər məktəbində oxuyurduq.
1922-ci ildə mən Bakıya getdim və Şahverdiyevin evinə düşdüm.
Bir dəfə işdən qayıdandan sonra Şahverdiyev mənə dedi ki, Bağırov səni yanına
çağırır. Ertəsi gün mən Hacıağa Şahverdiyevlə birlikdə Azərbaycan FK-ya – Bağırovun
yanına getdim. Bağırovla biz köhnə dostlar kimi görüşdük. O məni çox yaxşı qarşıladı.
Söhbət əsnasında Bağırov məndən soruşdu ki, Əlibəy Zizikskini xatırlayırsanmı?
Mən cavab verdim ki, çox yaxşı yadımdadır. Söhbətimizdə Hacıağa Şahverdiyev də
iştirak edirdi.
Bir qədərdən sonra Qəni adlı mühafizəçi (familiyasını bilmirəm) bildirdi ki,
“onlar gəliblər”. Bağırov gələnləri içəri buraxmaq barədə ona göstəriş verdi. Bağırovun
otağına bir-birinin ardınca keçmiş Quba mülkədarı, Quba bəylərindən Şıxlarskinin
qohumu Bəybala bəy Alpanski, Bağırovun qubalı dostlarından, Əlibəy Zizikskinin
qohumu tacir Hacıbala Məmmədyarov, eləcə də Əlibəy Zizikski ilə hətta öpüşdü.
Söhbət zamanı Bağırov ərklə bildirdi ki, sən nə üçün gizlənirsən, özünü
alçaldırsan. Bilirsən ki, mən burada işləyirəm. Əlibəy gözləri yaşarmış halda Bağırova
bildirdi ki, onu həbs etməklə qorxudurmuşlar, ona görə də o, gizlənib.
Bağırov elə o dəqiqə Əlibəy Zizikskinin üzə çıxarılması üçün sənədlər hazırlamağı
Hacıağa Şahverdiyevə tapşırdı. Elə həmin otaqdaca Şahverdiyev sənədləri hazırladı,
Bağırov həmin sənədi imzalayıb möhür vurdu. Həmin sənədi Zizikskiyə verib dedi: “Bu