3
Əfəndiyevin hansı “silah”la açıq-aşkar “vuruşmağının” və bu “vuruşmaq”
cəhtinin nədən
ibarət olduğu Bağırovun çıxışının stenoqramından aydın olur. O, Əfəndiyevin müraciətlə
bildirirdi:
“Siz bizim Azərbaycan K (B) PMK rəhbərlərinin əleyhinə yazılmış ərizələri dırnaqarası
qohumlarınızla Moskvaya göndərmisiniz.”
Bağırov Əfəndiyevi Bakıda 1937-ci ilin 24 iyununda, yəni Azərbaycan KP XIII
qurultayından dərhal sonra Sumbatovun əli ilə həbs etdirmişdir. Istintaq zamanı Əfəndiyev
əksinqilabi milli təşkilat mərkəzinin üzvü kimi ittiham edilib təqsirləndirildi. Bir sıra istintaq
protokollarında Əfəndiyevin günahkar olduğunu boynuna alırdı, məhkəmə zamanı isə bu
ifadələrdən imtina edirdi.
Azərbaycan XDİK əməkdaşlarının tərtib etdiyi aktlardan aydın görünür ki, Əfəndiyev
yalan ifadələr verməyə məcbur olmuşdur. Məsələn, 1937-ci ilin avqustun 16-sında Daxili işlər
komissarlığının əməkdaşı Tsinman tərəfindən tərtib olunmuş aktda göstərilir:
“İstintaqa çağırılmış müttəhim Sultan Məcid Əfəndiyev bildirdi ki, əksinqilabi fəaliyyətdə
iştirak etməsə də, hazırkı siyasi vəziyyəti nəzərə alaraq, Azərbaycandakı milli əksinqilabi
təşkilatda iştirakı barədə ifadə verməyə hazırdır.”
S.M.Əfəndiyevin və daxili işlər komissarlığının əməkdaşı Qvozdevin imzaladığı 1937-ci
il 25 sentyabr tarixli aktda məhbus Əfəndiyevin “Heç vaxt əksinqilabi təşkilatın üzvü olmadığına
baxmayaraq, onun həmin təşkilatın üzvü olması barədə qondarma ifadə verməyə məcbur olduğu,
bunun üçün bir neçə günlük töhmət verilməsini xahiş etməsi barədə” ərizəsi öz əksini tapıb.
Həqiqətən də 1937-ci ilin 5 və 6 oktyabrlarında daxili işlər komissarlığının əməkdaşları
Qvozdevdə Sonkinin apardığı istintaqlarda tərtib olunmuş istintaq protokollarını imzalayan
Əfəndiyev əksinqilabi təşkilat üzvü olmaqda özünü müqəssir hesab edir, Ruhulla Axundov və
başqaları ilə birgə təxribatçılıq fəaliyyətləri barədə ətraflı izahat verirdi. Qabaqcadan tərtib
olunmuş bu istintaq protokollarını Əfəndiyev məruz qaldığı amansız işgəncə və cəzalardan sonra
imzalanmışdır. Bunu daxili işlər komissarlığının keçmiş əməkdaşları Vozniçuk, Dudiyev,
Xaldıbanov, Ananyev, Əliyev, Zahid Bağırov və başqalarının şahidlik ifadələri də təsdiq edir.
Məsələn, keçmiş baş həbsxana nəzarətçisi D.P.Vozniçuk 1954-cü il mayın 21-ndə istintaq
zamanı bildirmişdi:
“MİK sədri Əfəndiyev, keçmiş orqan işçisi Pavlov amansız cəzalara məruz qalırdılar.
Əfəndiyevi elə möhkəm döyürdülər ki, istintaqdan sonra onu yerdən qaldırmaq mümkün
olmurdu.”
Şahid - B.L.Dudiyevin ifadəsindən:
“Bir dəfə mən Sonkinin kabinetinə daxil oldum... Otaqda əməliyyat müvəkkili Nikolay
Musatov (boksçu), Tsinman, xalq komissarı Sumbatov və bir də işçilərdən kimsə var idi.
Dusdaqlardan yalnız Sultan Məcid Əfəndiyev otaqda idi. O, döyülüb-əzilmiş, köynəyi
cırıq-cırıq olmuş halda döşəməyə çökmüşdü. Müstəntiqlərdən kimsə onun üstünə su
tökərək, özünə gətirməyə çalışırdı, o biri isə “ifadə ver” – deyə dümsükləyirdi.”
Şahid -
X.P.Xaldıbanovun dediklərindən:
“Şəxsən mən Tsinmanın və əməliyyat müvəkkili Kolya Musatovun Azərbaycan Ali
Sovetinin sədri S.M.Əfəndiyevi necə istintaq etdiklərini, döyüb, əzab verdiklərini öz
gözümlə görmüşəm. Tsinman onu istehza ilə “prezident” adlandırıb ələ salırdı.”
4
Şahidlər - T.E.Ananyev və Zahid Bağırov da bu deyilənləri təsdiq etdilər.
Ananyev bir də onu dedi ki, Əfəndiyev müstəntiqlərin onu ələ salması barədə Sumbatova
şikayətlənəndə, Sumbatov onun üzünə bir yumruq vurub getdi, müstəntiqlər isə döymə
əməliyyatlarına davam etdilər.
Əfəndiyevin müqəssir olduğuna “sübut” kimi Ruhulla Axundovun saxtalaşdırılmış
istintaq, digər buna bənzər “sənədlər” işə əlavə olunub. Bu saxtalaşdırılmış materiallar əsasında
Sultan Məcid Əfəndiyev 1938-ci ildə güllələnib.
SSRİ Ali məhkəməsinin qərarı ilə Əfəndiyevin işinə xitam verilib və o, ölümündən sonra
tam bəraət alıb...
Istintaq müəyyənləşdirdi ki, Beriyanın köməkliyi ilə Azərbaycanda rəhbər vəzifələrə
yüksəlmiş Bağırov Beriyanın Gürcüstanda etdiyi kimi, daxili işlər nazirliyi və dövlət
təhlükəsizlik orqanlarında rəhbər işləyən qabaqlar törətdiyi cinayət əməlləri ilə onunla sıx bağlı
olan ünsürləri təyin edirdi. Bağırov məhbuslardan yalan ifadələr almaq məqsədi ilə verilən
işgəncə və cəzalarda bilavasitə iştirak edirdi.
Eləcə də müəyyən olunur ki, Bağırov öz əlaltılarına günahsız adamlar barədə məhkəmə
işlərinin kütləvi şəkildə saxtalaşdırılması barədə birbaşa göstəriş verirmiş. Bağırovun bu
cinayətkar göstərişlərini yerinə yetirməklə onun əlaltıları yalançı ittiham dəlilləri yaratmağa nail
olurdular. Kolxozçuları hər-hansı əksinqilabi fəaliyyətdə ittiham etmək məqsədi ilə Bağırovun
əlaltıları bu şəxslərin həyətinə, evlərinə gizlicə silah qoyurdular, beləliklə də həmin
kolxozçuların üsyançı təşkilatlarda iştirakını sübut etmiş olurdular. Həmin kolxozçuların evində
axtarış aparılır, silah “aşkara çıxarılır”, bu da adamların həbs olunması üçün əsas olurdu. Sonra
həbs olunanlar döyülür, onlara işgəncə verilir, nəticədə onlardan əksinqilabi təşkilatda iştirakları
barədə yalan ifadələr alınır. Bu cür cinayətkar metodlarla Şamaxı, Əli Bayramlı, İsmayıllı,
Salyan və Azərbaycanın digər rayonlarının yüzlərlə sakini barədə cinayət işləri saxtalaşdırılmış,
həbs edilənlərin böyük hissəsi güllələnmişdi.
Bağırov və alaltıları tərəfindən neft mədənlərində, Xəzər gəmiçiliyində, Azərbaycanın
kənd rayonlarında namuslu insanlara kütləvi şəkildə divan tutulurdu.
Eyni zamanda Bağırov və Beriya əsl əksinqilabçıları, o cümlədən xarici kəşfiyyatın
agentlərini məsuliyyətdən uzaqlaşdırırdılar.
MÜTTƏHIM BAĞIROVUN CINAYƏTKAR KEÇMIŞI BARƏDƏ
Istintaq müəyyənləşdirib ki, Bağırovun cinayətkar əksinqilabi fəaliyyəti hələ 1917-ci il
fevral inqilabından dərhal sonra Qubada yaşadığı illərdə başlanıb.
Bağırov bu cinayətkar fəaliyyətini cidd-cəhdlə ört-basdır eləməyə çalışaraq özünü 1917-
ci ilin martından partiyanın üzvü. Qubada Sovet hakimiyyəti qurulmasında fəal iştirakçı, 1917-
1921-ci illərdə əksinqilaba qarşı fəal mübariz kimi qələmə vermişdir.
Lakin müəyyən edilmişdir ki,Ş Bağırov 1917-ci ildə partiyanın üzvü olmamışdır.
Bağırovun anket, tərcümeyi-hal və digər sənədlərində partiya sıralarına daxil olmaq üçün
ona zəmanət verənlər kimi göstərilən N.A.Abramova, A.A.İnozemtseva, V.S.Narçemaşvili
bildirdilər ki, Bağırov 1917-ci ildən partiyanın üzvü olmamışdır, onlar da ona zəmanət
verməmişlər. 6 №-li xüsusi şöbənin kommunist özəyinin və 1 atıcı diviziyanın inqilabi
tribunalının ümumi yığıncağının 1921-ci il 16 noyabr tarixli protokolunda Bağırovun dilindən
yazılıb ki, o, partiyaya Bakı şəhərində, 1918-ci ilin iyununda daxil olub. Bütün digər sənədlərdə
isə partiyaya daxil olma tarixi 1917-ci ilin martı, yeri isə Quba şəhəri göstərilir.
Bu məsələ ilə bağlı sorğuya müttəhim Bağırov bir-biri ilə düz gəlməyən dolaşıq bir ifadə
verib bildirdi ki, heç özüm də bilmirəm, necə olub ki, mən sənədlərdə 1917-ci ildən partiyanın
üzvü kimi qeyd olunmuşam.