Böyük Qafqazın Cənub Yamaclarında Yerləşən Yaşayış Məntəqələrinin Təbii Fəlakətlərə Hazırlıq və Fəlakətlərin İdarə Olunması üzrə Regional Planının Hazırlanması üçün texniKİ tapşiriq



Yüklə 40,44 Kb.
tarix26.01.2018
ölçüsü40,44 Kb.
#22596

Böyük Qafqazın Cənub Yamaclarında Yerləşən Yaşayış Məntəqələrinin Təbii Fəlakətlərə Hazırlıq və Fəlakətlərin İdarə Olunması üzrə Regional Planının Hazırlanması üçün
TEXNİKİ TAPŞIRIQ


1. Giriş və İlkin Məlumatlar
Təbii fəlakətlərə hazırlıq və ilkin xəbərdarlıq sahəsində əməkdaşlığın qurulması üçün Azərbaycan Respublikası Alman İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinə (BMZ) müraciət etmiş və bu müraciət əsasında Alman Texniki Kooperasiya (GTZ) şirkəti ilə müqavilə bağlanmışdır. Sözügedən layihə Azərbaycan Respublikasıın Fövqəladə Hallar Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.
Azərbaycanda təbii fəlakətlər hər il ciddi iqtisadi və ekoloji zərbələr vurmaqda davam edir. Bunun nəticəsində, bir çox kənd, qəsəbə və şəhər yerlərində texniki və sosial infrastruktura, yaşayış yerlərinə ciddi ziyan dəymiş və gələcək inkişaf üçün təhlükələr yaranmışdır.
Böyük Qafqaz dağ silsilələrinin cənub yamaclarındakı yaşayış məntəqələri il ərzində baş verən palçıq daşqınları, sel suları və torpaq sürüşmələrinin təsirlərinə məruz qalır. Bu cür təbii fəlakətlər əsasən güclü yağıntılı hava şəraiti nəticəsində meydana gəlir. Relyefin kələ-kötür olması, yüksək dağlıq zona, geniş çay dərələri və zəif infrastruktur bu yerlərə gediş gəlişi ağırlaşdırır, təbii fəlakətlərin təsirlərinin güclənməsinə səbəb olur və yerli camaatın vəziyyətini daha da çətinləşdirir. Bundan başqa fəlakətlərə hazırlıq, erkən xəbərdarlıq və fəlakətlərin idarə olunması yerlərdə istənilən səviyyədə aparılmır. Dövlət təşkilatlarının milli, regional və yerli səviyyədə gördüyü mühafizə tədbirləri hələ indi planlaşdırma və icra səviyyəsinə gətirilmişdir.
Layihədə iştirak edən maraqlı tərəflər və tərəfdaşlar fəlakətlərdən mühafizə prinsipini ictimai dəyər olaraq birgə məqsəd kimi qarşıya qoymuşlar. Layihənin əsas məqsədi təbii fəlakətlər zamanı ölüm hallarını, zədələri, əmlak itkisi, iqtisadi itkilər və insan iztirabları kimi halların qarşısını almaqdan ibarətdir. Daşqın, sel suları, palçıq daşqınları kimi təbii fəlakətlər qaçınılmazdır. Buna baxmayaraq, bu cür təbii fəlakətlərin iqtisadi, sosial, ətraf mühit təsirlərini azaltmaq mümkündür.
Yuxarıda göstərilənlərin nəticəsi olaraq – məhdud texniki imkanlar, daşqınlara hazırlıq üzrə maliyyə və insan resurslarının kifayət etməməsi, səmərəsiz erkən xəbərdarlıq sistemi, tam funksional xəbərdarlıq telekomunikasiya sisteminin olmaması, həm regional, həm də yerli səviyyədə fəlakətlərin idarə olunması strukturunun səriştəsizliyi cari əməkdaşlıq Layihəsinin əhəmiyyətini daha da artırmışdır.

2. Layihə Strategiyası
Cari layihənin məqsədi İsmayıllı, Oğuz, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən olan 7 pilot ərazidə təbii fəalkət (palçıq daşqınları, sel suları) risklərinin aradan qaldırılması üçün daha əlverişli koordinasiya strategiyasının qurulmasından ibarətdir.
Bu əməkdaşlıq layihəsi çərçivəsində nəzərdə tutulan fəaliyyətlərə fəlakətlərə hazırlıq üzrə nou-hau və peşəkarlığın qurulması, erkən xəbərdarlıq və bütün səviyyələrdə fövqəladə kommunikasiya sisteminin yaradılması daxildir. Əsas diqqət Böyük Qafqazın cənub yamaclarındakı yaşayış məntəqələrində palçıq daşqınları və sel suları kimi təbii fəlakətlərə hazırlıq və fəlakətlərin idarə olunması üzrə Regional Planın işlənib hazırlanmasına yönəldilir.

Regional Planın hazırlanmasında əsasə məqsədi palçıq daşqınları və sel sularına məruz qalan ərazilərdə xilasetmə ehtiyaclarına və prioritetlərinə müvafiq olaraq təbii fəlakətlərə qarşı səmərəli mübarizə qüvvəsini zəmanət verən zəruri insan və material imkanlarını qurmaq və qoruyub saxlamaqdan ibarətdir.


Pilot rayonlarda yaşayan ən həssas icmalar müvafiq məlumatların toplanması və təhlil olunması üsulu ilə müəyyən olunacaqlar. Seçilmiş icmalarda – material və texniki avadanlıqlardan istifadə imkanları, habelə palçıq daşqınları və sel sularına qarşı icmaların hazırlıq bacarığı və onlardan mühafizə qabiliyyəti qiymətləndiriləcək. Bu məlumatlara və aparılan qiymətləndirməyə uyğun olaraq palçıq daşqınları və sel sularına hazırlıq ilə əlaqədar Yerli Plan işlənib hazırlanacaq və bu əsasda təbii fəlakətlərə hazırlıq və onların idarə olunması üzrə ümumi Regional Plan tərtib olunacaq.
Həssas icmaların seçilməsi və planlaşdırılan bütün digər fəaliyyətlər FHN icra orqanı tərəfindən GTZ ilə sıx əməkdaşlıq çərçivəsində əlaqələndiriləcək, idarə ediləcək və həyata keçiriləcək. Yerli və regional səviyyədə işlənib hazırlanmış strateji tədbirlər (fəlakətlərə hazırlıq planı, fəlakətlərin idarə olunması planı və s.) milli səviyyədə yoxlanacaq və qiymətləndiriləcək. FHN- nin səlahiyyətli qurumlarında və regional səviyyədə əlaqədar tərəfdaşların bacarıqlarının artırılması GTZ tərəfindən dəstəklənəcək.

3. Layihə Məqsədləri
Layihənin ümumi məqsədi təbii fəlakətlər nəticəsində yaranmış fövqəladə hallara (əsasən palçıq daşqınları, sel suları və s.) çevik reaksiya verməli olan əsas tərəfdaşlar arasında koordinasiyanın yaradılması və gücləndirilməsindən ibarətdir. Beləliklə, onlar səmərəli və müvafiq qərar qəbul edə biləcək, mümkün zərərlərin, o cümlədən insan və maddi itkilərin aradan qaldırılması güclənəcək.
Layihənin xüsusi məqsədlərinə aşağıdakılar daxildir:

  • Təbii fəlakətlər nəticəsində yaranan (palçıq daşqınları, sel suları) fövqəladə hallara çevik reaksiya verməli olan əsas tərəfdaşlar arasında partnyorluq, koordinasiya və qarşılıqlı dəstəyin təmin olunması məqsədilə səmərəli mexanizmin işlənib hazırlanması;

  • Əsas tərəfdaşlar arasında dəqiq məqsədlərin, strategiyaların, rolların və səlahiyyətlərin müəyyən edilməsi:

  • Fövqəladə hallara hazırlıq və idarəetmə proseslərinin tərəfdaşları arasında rabitə və koordinasiyanın yaxşılaşdırılması;

  • Layihə ərazisində rayon və regional səviyyədə təbii fəlakətlərə hazırlıq və çevik reaksiya bacarıqlarının yaxşılaşdırılması.


4. İşlərin Həcmi


  1. Palçıq daşqınları və sel suları kimi təbii fəlakətlərə məruz qalan yaşayış məntəqələrində mövcud vəziyyətin qiymətləndirilməsi, o cümlədən:

  • Əldə olan arxiv materiallarının təhlili və icmalı;

  • Yerli icra orqanlarında və FHN-nin yerli idarələrində mövcud vəziyyət barədə məlumatların təhlili və icmalı;

  • Palçıq daşqınlarına məruz qalan ərazilərdə mövcud vəziyyətin qiymətləndirilməsi və sahə müşahidələri, habelə toplanan materiallarla real vəziyyətin müqayisəli yoxlanması.




  1. Yaşayış məntəqələrində palçıq-daşqınlarına həssas ərazilərin kadastrının işlənib hazırlanması:

  • Palçıq daşqınları və selə məruz qalan əraziləri və icmaları təsvir edən materialların təhlili;

  • Daşqına məruz qalan ərazilərin və icmaların kadastrının işlənib hazırlanması.




  1. Palçıq daşqınları və selə məruz qalmaq təhlükəsi olan icmaların maddi və texniki bazası və sosial imkanları barədə məlumatların toplanması:

  • Palçıq daşqınları və ya sel zamanı yaranan fövqəladə hallara çevik reaksiya vermək üçün effektli ola biləcək maddi və texniki baza habelə insan resursları üzrə icma “inventarı”;

  • İcmanın fəal üzvləri ilə məsləhətləşmələr (o cümlədən icma liderləri, bələdiyyə nümayəndələri, icmanın İcra Hakimiyyətindəki nümayəndəsi və s.) və palçıq daşqınları və sel ilə əlaqədar icmanın zəiflikləri, bu cür təbii fəlakətlərə hazırlıq səviyyəsi və onların fəsadlarının aradan qaldırılmasında səciyyəvi çətinliklər barədə məlumatların toplanması;

  • Yerli insanların təbii fəlakətlər barədə ümumi və palçıq daşqınları və sel axınları ilə əlaqədar xüsusi biliklərinin və hazırlıqlarının qiymətləndirilməsi üçün icma üzvləri arasında sosial kəmiyyət tədqiqatları.




  1. Aşağıdakı bəndləri nəzərə almaqla palçıq daşqınları və sel axınları ilə əlaqədar fəlakətlərə yerli (rayon) səviyyədə hazırlıq və fəlakətlərin idarə olunması Planının toplanmış mühəndis və sosial məlumatlar əsasında hazırlanması:

  • Palçıq / sel daşqınlarına öncədən fövqəladə hazırlığın planlaşdırılması və ilkin mühafizə tədbirləri;

  • Palçıq / sel daşqınları zamanı reaksiya mexanizmi və çevik xilasetmə tədbirləri;

  • Palçıq /sel daşqınlarından sonra müvafiq təmir və bərpa əməliyyatları;

  • İcma resursları;

  • Məlumat sistemi: əsas tərəflər və kontaktlar;

  • Fəlakətlərdən xəbərdarlıq sistemi.




  1. Palçıq daşqınları və sel axınlarına hazırlıq və bu cür fəlakətlərin idarə olunması üzrə Regional Planın işlənib hazırlanması (fəlakətlərə Yerli səviyyədə hazırlıq Planlarına uyğun olaraq).




  1. palçıq daşqınları və sel axınlarına hazırlıq və bu cür təbii fəlakətlərin idarə edilməsi ilə əlaqədar Regional Planın hazırlanması.



5. Hazırlanacaq sənədlər

Məsləhətçi Şirkəti yeddi layihə rayonu üzrə təbii fəlakətlərə hazırlıq və təbii fəlakətlərin idarə olunması ilə əlaqədar Yerli Planın ilkin versiyasını İngilis dilində hazırlamalı və baxmaq üçün GTZ şirkətinə təqdim etməlidir. Bu sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsi Fövqəladə Hallar Nazirliyinə (FHN) təqdim olunacaq. Məsləhətçi hesabatın ilkin versiyası üzrə təqdim olunan iradları son variantda nəzərə alacaq və sənədin yekun variantını GTZ və FHN-ə təqdim edəcək.


Məsləhətçi şirkəti təbii fəlakətlərə hazırlıq və idarə olunması üzrə Regional Planın ilkin versiyasını İngilis dilində hazırlamalı və baxılmaq üçün GTZ-ə təqdim etməlidir. Bu sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsi Fövqəladə Hallar Nazirliyinə (FHN) təqdim olunacaq. Məsləhətçi hesabatın ilkin versiyası üzrə təqdim olunan iradları son variantda nəzərə alacaq və sənədin yekun variantını GTZ və FHN-ə təqdim edəcək.
Yekun variant hazırlanıb təqdim olunmamışdan əvvəl sənədlərin məzmunu GTZ və FHN ilə müzakirə olunub razılaşdırılmalıdır.


6. Bacarıqlar və Təcrübələr

Hal-hazırda sözügedən tapşırığın uğurlu icrası üçün çoxşaxəli Layihə tələblərinə təmin edə biləcək yanaşma və metodologiyalar üzrə təşkilati bacarığı və səriştəsi olan peşəkar işçi heyətinə ehtiyac vardır.


Məsləhətçi heyətinə aşağıdakı əsas heyət üzvləri daxil olmalıdır:

  • Qrup Rəhbəri;

  • Fəlakətlərin İdarə olunması üzrə Mütəxəssis;

  • Ətraf Mühit üzrə Mütəxəssis;

  • Sosial-iqtisadi Tədqiqatlar və Sorğuların aparılması üzrə Mütəxəssis;

  • İcma Səfərbərlik Mütəxəssisi.

Məsləhətçi şirkəti Layihə tələblərinə uyğun olaraq başqa sahələrdə ixtisaslaşmış mütəxəssisləri də işə cəlb edə bilər.



7. İş Qrafiki və Resurslar
Cari tapşırığın vaxtlı-vaxtında başa çatması üçün GTZ və FHN Məsləhətçi Şirkətini müvafiq məlumatlarla təmin edəcək və layihənin icrasında iştirak edən Dövlət qurumları ilə birlikdə əlindən gələn dəstəyi göstərəcək.
Şərti icra qrafiki aşağıdakı kimidir:


  1. Tapşırıq üzrə istifadə olunacaq metodologiyanı əks etdirən İlkin hesabat 2 həftə müqavilə imzalandıqdan sonra hazırlanacaq;

  2. Yeddi layihə rayonu üzrə təbii fəlakətlərə hazırlıq və fəlakətlərin idarə olunması üzrə Yerli Planlar müqavilə imzalandıqdan 2,5 ay sonra hazırlanacaq.

  3. Müvafiq iradları 2 həftə əvvəl almaqla bu sənədlərin 2 həftə ərzində yekun variantı hazırlanacaq.

  4. Təbii fəlakətlərə hazırlıq və fəlakətlərin idarə olunması üzrə Regional Plan müqavilə imzalandıqdan 4 ay sonra hazırlanacaq.

  5. Müvafiq iradları 2 həftə əvvəl almaqla bu sənədlərin 2 həftə ərzində yekun variantı hazırlanacaq.

  6. Təbii fəlakətlərə hazırlıq və fəlakətlərin idarə olunması üzrə Regional Planın prezentasiyası.



8. Hesabatlar
Hesabatlar aşağıdakı qrafik üzrə təqdim olunacaq:

Qrafik

Hesabat

Müqavilə imzası + _2__həftə

İlkin Hesabat

Müqavilə imzası + _2,5_ ay

Yeddi layihə rayonu üzrə təbii fəlakətlərə hazırlıq və fəlakətlərin idarə olunması üzrə Yerli Planın ilkin versiyası

Müqavilə imzası + _3__ ay

GTZ və FHN-nin iradlarını nəzərə almaqla yeddi layihə rayonu üzrə təbii fəlakətlərə hazırlıq və fəlakətlərin idarə olunması üzrə yekun Yerli Plan

Müqavilə imzası + __4_ ay

Təbii fəlakətlərə hazırlıq və fəlakətlərin idarə olunması üzrə Regional Planın ilkin versiyası

Müqavilə imzası + _4,5_ ay

GTZ və FHN-nin iradlarını nəzərə almaqla yeddi layihə rayonu üzrə təbii fəlakətlərə hazırlıq və fəlakətlərin idarə olunması üzrə yekun Regional Plan

Müqavilə imzası + __5,5_ ay

Təbii fəlakətlərə hazırlıq və fəlakətlərin idarə olunması üzrə Regional Planın prezentasiyası



Yüklə 40,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə