15
Müsavat partiyası şöbəsinin təşkilatçısı Rüstəm Əbil Qasım da repressiya olunmadı.
Sovet ordusu Qubaya daxil olanda o qaçıb gizləndi, 1923-cü ildə isə Bağırov tərəfindən üzə
çıxarıldı. Bundan sora o, Qubada yaşayır, 11 №-li sovxozda yanğından mühafizə idarəsinin rəisi
işləyirdi.
Bağırovun Azərbaycan BSİ-də xidməti müddətində dəfələrlə Rüstəmovun həbsi və
məsuliyyətə cəlb olunması məsələsi ortaya çıxırdı, ancaq Bağırov buna icazə vermirdi. Bu
məsələ ilə bağlı şahid - A.M.Qasımov belə ifadə vermişdir:
“Mən özüm bilirəm ki, Qubada müsavat partiyasının təşkilatçısı Əbil Qasım Rüstəmovu
üzə çıxaran Bağırovdur. Müsavatcıların Quba üzrə başçısı 1920-ci ilin 27 aprelində
(sovet ordusu daxil olan gün) Qubadan qaçıb haradasa gizlənib.
Onun harada gizlənməsi Bağırova bəlli olmalıdır. 1923-cü ildə o, yenidən peyda oldu və
Bağırovun köməkliyi ilə üzə çıxdı.
1925-ci ildə mən Azərbaycan BSİ aparatında işlədiyim vaxt Bağırov qarşısında onun
məsuliyyətə cəlb olunması barədə məsələ qaldırdım. Bağırov buna qol qoymadı və dedi
ki, qoy o yaşasın”.
Qasımovun verdiyi bu ifadəni müttəhim Atakişiyev də təsdiq etdi. O göstərdi ki. Əbil
Qasım Rüstəmov barədə materiallarla Bağırov məlumatlandırılırdısa da , Rüstəmovun həbs
edilməsi haqda göstəriş vermirdi.
Bu barədə Bağırovun özünə sual veriləndə göstərdi ki, o, Əbil Qasım Rüstəmovu
müsavatçı kimi tanıyır və ona elə gəlir ki, o artıq güllələnmişdir.
Istintaqdan həmçinin məlum olub ki, Bağırov iri mülkədar, bəy ailəsindən çıxmış
Məmməd Aslan oğlu Sarıcalinskiyə (Mirzəyevlərin qohumu) də himayədarlıq etmişdir. 1917-ci
ildən 1820-ci ilədək Sarıcalinski müsavat ordusunda zabit kimi xidmət edib, orada da hərbi
məktəbi bitirib. Sarıcalinskinin əksinqilabi Cavanşir üsyanında iştirakı barədə məlumat var.
Sarıcalinskinin qardaşı Qiyasbəy də müsavat ordusunda zabit olub və həmin üsyanda iştirak
edib: 1929-cu ilədək onun qolçomaq təsərrüfatı olub.
O biri qardaşı – Zülfüqar bəy sovetləşmə dövründə əhaliyə divan tutur, mal-qaranı
qaçırdırmış. Buna görə də həbs olunub və Ağdam həbsxanasında vəfat edib.
Sarıcalinskilərin yaxın qohumlarından biri – Surxanbəy Sarıcalinski sürgün olunub,
digəri – Məmişbəy Kələbədinski İrana mühacirət edib.
Bütün bu məlumatlar Azərbaycan XDİK işçilərinin 1938-ci ilin 25 iyununda tərtib
etdikləri arayışda göstərilib.
Bu cür tərcümeyi-hal göstəricilərinə baxmayaraq, Sarıcalinski 1921-ci ildə “ÇK”-ya işə
götürüldü - əvvəlcə suvari diviziyasına, sonra isə sərhəd qoşunlarına. O, bir müddət Bağırovun
özü ilə birgə xidmət etmişdir. Nəticədə Sarıcalinski partiya sıralarına da soxulmuşdur.
1938-ci ildə Sarıcalinski, Bağırovun adına teleqram vurdu və bildirdi ki, Sarıcalinskinin
işə göndərilməsi barədə Bağırovun Xalq Daxili İşlər komissarlığına göstərişi yerinə yetirilmir,
odur ki, o, Bağırovun müvafiq sərəncamını gözləyir.
Bu teleqramın üzərində Bağırov 1938-ci ilin 26 iyununda aşağıdakı dərkənarı qoyub:
“Yol. Rayevə və Borşevə. Üzr istəyirəm ki, sizin ikinizə də birdən müraciət edirəm.
Xatırlaya bilmirəm ki, onu işə düzəltmək barədə hansınızdan xahiş etmişdir. Təkrar
xatırladıram, xahiş edirəm – insanı tamamilə məhv etməyə lüzum yoxdur”.
Bağırov bu dərkənarı yüzlərlə günahsız adamı heç bir əsas olmadan, yalnız bir şifahi və
yoxlanılmamış fitvaya əsasən öz fərmanı ilə həbsxanalar küncünə atdığı, qətlinə fərman verdiyi
vaxtlarda imzalanmışdır.
Bağırov Sarıcalinski barədə suala belə cavab vermişdi ki. O, Məmməd Sarıcalinskini
1921-ci ildən tanıyır. Sarıcalinski müsavat zabiti olub. 1938-ci il iyunun 25-də tərtib olunmuş
16
arayışdan onun xəbəri yoxdur, dərkənarı da Sarıcalinskinin ərizəsinə və teleqramına əsasən
yazıb.
Lakin Bağırovun bu ifadələri artıq yuxarıda göstərilən dəlillərlə təkzib olunur.
Bağırovun məsuliyyətdən xüsusilə qoruduğu və himayədarlıq etdiyi şəxslər arasında
Triniçin Əhməd Bədi xüsusi yer tutur.
Istintaqdan məlum olub ki, əvvəllər Triniçin türk ordusunun zabiti olub. Onun başçılığı
altında bolşeviklərə qarşı Bakıda və Qubada fəal mübarizə aparılıb. Bundan sonra bir müddət
gizlənib. 1919-cu ilin əvvəllərində isə “İttihad” partiyasının məsul katibi olub. Əsl tərcümeyi-
halını gizlədən Triniçin Azərbaycan K(b)P-na da daxil ola bilib.
Azərbaycan Respublikası mərkəzi arxivindəki işlərin arasında vaxtilə Triniçin
Azərbaycan müsavat partiyası sədrinin adına öz dəst-xətti ilə yazdığı ərizə aşkara çıxarılmışdır.
Həmin ərizədə Triniçin Quba şəhərinin komendantı olduğunu, Xırdalandakı döyüşlərdə
iştirakını, Qubada könüllülər dəstəsi yaradıb, Azərbaycan türk ordusunun hücumundakı
döyüşlərdə iştirakını, Qubada könüllülər dəstəsi yaradıb, Azərbaycana türk ordusunun
hücumunadək bolşeviklərə qarşı fəal mübarizəsini əsas tutaraq, müsavat parlamentinin
mühafizəsi üçün dəstə yaradılmasını ona tapşırmağı xahiş edirdi.
Yalnız bundan sonra, Triniçin tutulmasını tələb edən ərizələrin təsiri altında o, həbs
edildi.
Şahidlərin ifadələrindən də göründüyü kimi, Triniçlə Bağırov çox yaxın münasibətdə
imişlər. Bağırov onu yüksək vəzifələrə irəli çəkirmiş, hətta respublika qəzetinin redaktoru kimi
vəzifəyə təyin edibmiş.
Triniçin əksinqilabi keçmişi barədə dəfələrlə siqnallar daxil olmasına baxmayaraq,
Bağırov 1933-cü ildə onu hökümət mükafatına – ordenlə mükafatlandırmağa təqdim etdi. Triniç
mükafata təqdim olunandan sonra Azərbaycan MİK-nin keçmiş sədri Baba Əliyev Bağırovun
adına rəsmi ərizə yazıb. Triniçin keçmişdə cəllad olduğunu açıq-aşkar göstərmişdir.
Bağırovun Triniçin cinayətkar keçmişindən xəbərdar olduğunu aşağıdakı fakt bir daha
sübut edir.
1936-cı ilin 27 oktyabrında Triniçin bacısı – Nemət Kamal Məlikova qardaşının həbs
edilməsi ilə əlaqədar ərizə yazıb Bağırova müraciət etmişdir. Həmin ərizədə deyilirdi:
“Heç kimə də olmasa, Triniçin Qubada və qəzada türk zabiti olarkən keçirdiyi həyat
şəraiti və fəaliyyəti Sizə yaxşı məlum olmalıdır”.
Həmin rizədə daha sonra o, Triniçin azad olunmasını israrla tələb edir və göstərirdi ki,
Triniç günahkar olsa belə, Bağırov onu azad etməlidir.
Triniç əksinqilabi fəaliyyətdə günahlandırılıb həbs edildikdən sonra onun işi baxmaq
üçün Azərbaycan SSR Ali Məhkəməsinin xüsusi kollegiyasına verildi. Triniç 1936-cı ilin 16
oktyabrında xüsusi kollegiya sədrinin adına aşağıdakı məzmunda ərizə yazdı:
“Düşmənlərimi ifşa etmək üçün mən bu ayın 7-də
prokurora üz tutub, mənə açıq cavab yazmaq imkanı
verilməsini xahiş etdim. Lakin mənim xahişim cavabsız
qaldı, iş isə Sizə göndərildi.
Diqqətinizi yuxarıda göstərilənlərə yönəldərək,
həmin imkanın mənə verilməsini xahiş edirəm. Arxayın ola
bilərsiniz, düşmənlərimin mənə lağ edib gülməsinə yol
vermərəm, odur ki, məhkəmədə susacağam (qapalı
məhkəmə iclası istisna olmaqla)”.