23
Müstəntiq Kalinin istintaq zamanı mənim yanımda dustaq Hüseynovu bir dəfə döydü.
Kalinin və Yemelyanovun Hüseynovu daha neçə dəfə döyməsi mənə məlum deyil. Çünki iş üzrə
istintaqı Kalinin birbaşa Yemelyanovun rəhbərliyi altında aparırdı. Yemelyanov dustaq
Hüseynovu öz otağına gecədən xeyli keçmiş çağırırdı.
SUAL: Müstəntiq Kalinin Hüseynovu sizin yanınızda hansı məqsədlə döydü?
CAVAB: Kalinin Yemelyanovdan nəyin bahasına olursa olsun Hüseynovun Azərbaycan
K(b)P MK-nın keçmiş ikinci katibi Əşrəf Əlizadə əleyhinə ifadə verməsinə nail olmaq əmri
almışdır.
SUAL: Sizi Mirzə Hüseynovun 1954-cü ilin 15 iyununda istintaq zamanı verdiyi
ifadələrlə tanış edirik:
“DTN-də məni Yemelyanov, Padarov və Kalinin vəhşicəsinə əzişdirdiyi vaxt, bundan
əvvəl qeyd etdiyim ifadələrdən əlavə, Axundovun mənimlə söhbət əsnasında dövlət sirrini
yığdıqları barədə ifadə verməyi tələb edirdilər. Daha sonra Qəmər Əlizadə ilə hansısa cinayət
əlaqələri barədə ifadə verməliydim”.
Yemelyanov, Kalinin və siz hansı məqsədlə Hüseynovdan Respublika Həmkarlar İttifaqı
MK-nın işçisi Axundov, Azərbaycan K(b)P MK-nın katibi Əlizadə barədə təxribatçı, böhtançı
ifadələr almağa çalışırdınız?
CAVAB: Şəxsən mən Hüseynovun yalnız bir istintaqında iştirak etmişəm. Həmin istintaq
zamanı Kalinin Hüseynovdan Əşrəf Əlizadə barədə yalan ifadələr almağa çalışırdı, Hüseynovun
başqa istintaqlarında olmamışam. Ona görə də Yemelyanovla Kalinin Hüseynovdan hansı
ifadələri tələb etdiklərindən xəbərim yoxdur. Mən belə hesab edirəm ki, Əlizadə əleyhinə
ifadələr ona qara yaxmaq, ləkələmək məqsədi güdürdü. Çünki Bağırovun ondan xoşu gəlmirdi.
SUAL: Nə üçün siz öz xidməti otağınızda rezin dəyənək saxlayırdınız?
CAVAB: Mənim otağımda heç vaxt rezin dəyənək olmayıb. Mən rezin dəyənəyi bircə
dəfə Yemelyanovun otağında, 1948-ci ildə görmüşəm.
SUAL: Nə üçün Yemelyanov Azərbaycan DTN-də dustaqların döyülməsi kimi
cinayətkar təcrübədən istifadə edirdi?
CAVAB: Mənə məlumdur ki, Yemelyanov DTN-də Bağırovdan xəbərsiz heç bir iş
görmürdü. Şəxsən
mən belə hesab edirəm ki, Yemelyanov dustaqların döyülməsi barədə
göstərişi Bağırovun əmrinə əsasən verirdi. Dustaqların döyülməsi təcrübəsi, sözsüz ki, çox
ziyanlıdır.
SUAL: 1949-cu ildə dustaq Zeynal Hüseynbəyovu istintaq zamanı hansı məqsədlə
döyürdünüz?
CAVAB: Mən bu barədə heç bir şey xatırlamıram, odur ki, Hüseynbəyovun kim
tərəfindən döyüldüyünü də bilmirəm.
SUAL: Sizə Azərbaycan SSR DTN tərəfindən sovet vtəndaşlarının qeyri-qanuni həbs
olunması barədə daha hansı fakt məlumdur?
24
CAVAB: 1948-ci ildə Azərbaycan SSR Dİ naziri Yaqubovun qərarı ilə psixiatriya üzrə
professor Fuad İbrahimbəyov həbs edildi. Sonra onun işi baxılma üçün Azərbaycan SSR DTN-
nə göndərildi. Nəticədə İbrahimbəyovu Azərbaycan SSR CM-nin 72-ci maddəsinə əsasən
günahlandırıb, 10 il müddətinı azadlıqdan məhrum etdilər. Ibrahimbəyov 5 il həbsdə qaldı, 1953-
cü ildə həbs olunması üçün kifayət qədər dəlil-sübut, əsas olmadığından onun işinə SSRİ Ali
Məhkəməsi tərəfindən xitam verildi.
Kimdən eşitdiyim indi dəqiq yadımda deyil, ancaq deyilənə görə, İbrahimbəyov
Bağırovun göstərişi ilə həbs edilibmiş. Eşitdiyimə görə, İbrahimbəyov professor Ozeretskovski
ilə yola gətirirmiş. Ozeretskovski isə Bağırovun arvadını müalicə edirmiş. Bağırovun evində
olarkən o, İbrahimbəyovdan şikayət edir. Bağırov da dərhal İbrahimbəyovun həbs olunması üçün
sərəncam verir.
Azərbaycan SSR DTN istintaq şöbəsinin rəisi işlədiyim dövrdə vətəndaşların Bağırovun
və Yemelyanovun göstərişi ilə çoxlu miqdarda qeyri-qanuni həbsə alınmasının şahidi olmuşam.
Ancaq onların adları indi yadımda deyil.
Mənə məlum olan cinayət faktına diqqət yetirməyi zəruri sayıram. 1930-cu ildə Nuxa-
Zaqatala zonasının səkkiz rayonunda silahlı əksinqilabi üsyan baş verdi. Həmin üsyanın
təşkilatçısı və başçısı ruhani ailəsindən çıxmış nuxalı Molla Mustafa Şeyxzadə idi. Üsyan
yatırılandan sonra üsyanın iştirakçılarına qarşı hərbi çekist əməliyyatı aparıldi. Fövqəladə
üçlüyün başçısı Sumbatov idi. Həmin vaxt yüzlərlə adam həbs edildi güllələndi və sürgünə
göndərildi. Lakin mənə məlum olmayan səbəbdən üsyanın təşkilatçısı Şeyxzadə həbs olunmadı.
1932-ci ilin fevralında Azərbaycan BSİ-nin Balakən rayonu üzrə müvəkkili işlədiyim
zaman öyrəndim ki, Şeyxzadə Tiflisdədir və Türkiyə keçməyə hazırlaşır. Mən Tiflisə getdim.
Şeyxzadəni həbs edib Bakıya gətirdim. O vaxtlar məlum idi ki, Şeyxzadənin ingilis və türk
kəşfiyyatı ilə əlaqəsi var, üsyanı da onların tapşırığı ilə təşkil edib. Şeyxzadə çox təhlükəli siyasi
cinayətkar idi və törətdiyi cinayətlər üçün güllələnməli idi. Mən Şeyxzadəni Bakıya gətirəndən
sonra BSİ-yə təhvil verdim və bu barədə Sumbatova məlumat verdim. Şeyxzadənin işini BSİ-nin
müstəntiqi Zeynal Əliyevə tapşırdılar. Mən elə güman edirdim ki, Şeyxzadə güllələnib. Ancaq
1937-ci ildə öyrəndim ki, Şeyxzadə sağ-salamatdır, qohum-əqrəbası ilə məktublaşır. Mən
heyrətə gəldim ki, üsyanın sıravi iştirakçıları (onların arasında elələri də var idi ki, Şeyxzadə
başlarını aldadıb üsyana qoşmuşdu) Sumbatovun əmri ilə güllələnib, üsyanın başçısı, casus isə
sağ qalıb. Mən bu barədə Sumbatovla danışdım. O da özünü elə göstərdi ki, guya Şeyxzadənin
belə yüngül cəza ilə yaxa qurtarması onu da hiddətləndirir və söz verdi ki, Şeyxzadənin işinə
yenidən baxmaq üçün tədbir görəcək.
Əslində isə Sumbatov bu söhbəti gözdən pərdə asmaq üçün edirdi, çünki Şeyxzadə hal-
hazırda sağ-salamatdır. Onun harada yaşadığı mənə məlum deyil, ancaq onu bilirəm ki, Nuxada
yaşayan ailəsi ondan məktub alır.
Şahid - Hüseynov Mirzə Hüseyn oğlu
SUAL: Siz nə ilə əlaqədar 1948-ci ildə həbs olunmusunuz?
CAVAB: Heç bir cinayət törətmədiyim üçün həbs olunmağımı qeyri-qanuni hesab
edirəm.
1912-ci ildə İranda yoxsul kəndli ailəsində anadan olmuşam. 1918-ci ildə atam vəfat
edəndən sonra savadsız qadın olan anam üç uşaqla köməksiz qaldı. Odur ki, 1918-19-cu illərdə
bizi də götürüb Bakıya köçdü. Bakıda anam məni və qardaşım Tiflisdə yaşayıb, orada
yeməkxanaların birində işləyirdi. Üç ildən sonra anam İran təbəəsi olan bir çəkməçiyə ərə getdi,
bizi də uşaq evindən çıxarıb, öz yanına apardı və məktəbə düzəltdi.
1934-cü ildə mən bakı təchizat idarəsinə ticarət şəbəkəsinə rəhbərlik edə-edə, xalq
təsərrüfatı institutunun hüquq fakültəsində təhsil alırdım.