Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə22/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   18   19   20   21   22   23   24   25   ...   412

verməyim? Mənim ki, pulum vardır. Mən çox yorğunam. On iki lyo piyada gəlmiĢəm və bərk 

acmıĢam. Mənə burada qalmağa icazə verərsinizmi? 

Yepiskop: 

– Madam Maqluar, – dedi, – süfrəyə bir dəst də qab qoyun. 

Yolçu bir neçə addım irəli gedərək, üstündə lampa yanan masaya yanaĢdı və qulaqlarına 

inanmırmıĢ kimi sözünə davam etdi: 

– Dayanın, deyəsən, məni baĢa düĢmədiniz. Mən katorqalıyam. BirbaĢ katorqadan gəlirəm. Mən 

dustaq idim. – O, bunu deyərək, cibindən iri bir kağız parçası çıxartdı və açdı: – Bu da mənim 

pasportum. Görürsünüzmü, rəngi sarıdır. Bu onun üçündür ki, məni hər yerdən qovsunlar. 

Oxumaq istəyirsinizmi? Mən özüm də oxuya bilirəm. Mən oxumağı dustaqxanada öyrənmiĢəm. 

Orada oxumaq istəyənlər üçün məktəb vardır. Görün, pasportumda onlar nə yazıblar: ―Jan 

Valjan, katorqadan buraxılmıĢ, doğulduğu yer...‖ hə, bunu siz bilməsəniz də olar... – on doqquz 

il katorqada qalmıĢdır. BeĢ il - qapını sındırmaqla oğurluq etdiyi üçün. On dörd il - dörd dəfə 

qaçmaq istədiyi üçün. Bu adam çox təhlükəlidir. Gördünüzmü? Məni hər yerdən qovurlar. Bəs 

siz necə? Məni evinizə buraxmağa razısınızmı? Bura nədir? Karvansaradır? Mənə yemək və 

gecələmək üçün yer verməyə razısınızmı? Sizdə tövlə tapılarmı? 

Yepiskop: 

– Madam Maqluar, – dedi, – küncdəki çarpayıya təmiz mələfə salın. 

Bu iki qadının yepiskopa olan itaətkarlığının nə xarakterdə olduğunu söyləmiĢdik. 

Madam Maqluar yepiskopun hər iki əmrini yerinə yetirmək üçün bayıra çıxdı. 

Yepiskop yolçuya müraciət edərək: 

– Oturun, cənab, isinin, – dedi. – Biz bu saat yemək yeyəcəyik, sonra da sizə yataq hazırlayarlar. 

Deyilən sözlərin mənası yalnız indi yolçunun Ģüuruna çatdı. Bu vaxta qədər sərt və qaĢqabaqlı 

görünən üzündə qeyri-adi bir heyrət, Ģübhə və sevinc göründü. O, sərsəri kimi mızıldamağa 

baĢladı: 

– Doğrudanmı? Ola bilməz! Siz mənim burada qalmağıma icazə verirsiniz? Siz məni, katorqadan 

gələn adamı qovmayırsınız? Siz mənə ―cənab‖ deyirsiniz? Siz mənə sən demirsiniz? Siz ―rədd 

ol, köpək!‖ demirsiniz?.. Adamlar həmiĢə belə deyirlər. Mən sizin də məni qovacağınıza heç 

Ģübhə etmirdim. Axı mən kim olduğumu dərhal sizə söylədim. Mənə buranı göstərən mərhəmətli 

qadın sağ olsun. Mən bu saat yemək yeyəcəyəm! BaĢqa adamlar kimi mən də döĢəkli, mələfəli 

çarpayıda yatacağam! Çarpayı! On doqquz ildir ki, mən çarpayıda yatmamıĢam! Siz mənə 

burada qalmağa icazə verirsiniz. Siz, doğrudan da, ləyaqətli adamlarsınız! Onu da deyim ki, 

mənim pulum vardır. Mən sizə yaxĢı pul verərəm. BağıĢlayın, cənab meyxanaçı, sizin adınız 

nədir? Nə qədər pul lazım olsa verərəm. Siz meyxanaçısınız, elə deyilmi? 

Yepiskop: 

– Mən keĢiĢəm və bu evdə yaĢayıram, – deyə cavab verdi. Yolçu: 

– KeĢiĢ! – deyə təkrar etdi. – Ah, əcəb xeyirxah keĢiĢsiniz! Deməli, siz məndən pul 

istəməyəcəksiniz? Siz keĢiĢsiniz? Bu böyük kilsənin keĢiĢi, eləmi? Doğrudan da, mən nə qədər 

axmağammıĢ! Araqçınınızı görmədim. 

O, bu sözləri deyib çantasını və əsasını otağın küncünə, pasportunu isə cibinə qoydu və oturdu. 

Madmazel Batistina mərhəmətli nəzərlə ona baxırdı. O, sözünə davam edərək dedi: 

– Cənab keĢiĢ, siz çox rəhmli adamsınız, siz heç kəsdən iyrənmirsiniz. YaxĢı keĢiĢ olmaq yaxĢı 

Ģeydir. Demək, mənim pulum sizə lazım olmayacaqdır? 

Yepiskop: 

– Yox, – deyə cavab verdi, – pulunuzu özünüzə saxlayın. Nə qədər pulunuz var? Gərək ki, siz 

dediniz, yüz doqquz frank, eləmi? 

Yolçu: 

– Bir də on beĢ su, – deyə əlavə etdi. 



– Yüz doqquz frank on beĢ su. Bu pulu qazanmaq üçün nə qədər vaxt sərf etmisiniz? 

– On doqquz il. 

Yepiskop dərindən ah çəkdi: 

– On doqquz il! 




Yolçu sözünə davam edərək dedi: 

– Hələ ki, pulumun hamısı yerindədir. Dörd gündə ancaq Qrasda araba boĢaltmaq üçün aldığım 

iyirmi beĢ sunu xərcləmiĢəm. Siz abbatsınız, odur ki, mən sizə katorqadakı həbsxanada keĢiĢ 

olduğunu demək istəyirəm. Bir dəfə də mən yepiskopu gördüm. Ona monsenyor deyirdilər. O, 

Marseldə mayork yepiskopu idi. Yepiskop bütün keĢiĢlərin baĢçısıdır. BağıĢlayın, mən yaxĢı 

izah edə bilmərəm, ancaq bu ona görədir ki, belə Ģeylərdən çox baĢım çıxmır. Bir təsəvvür edin – 

bizlər hara, o hara? O, həbsxana həyətində ibadət edirdi, orada taxt qurmuĢdular, onun baĢında 

xalis qızıldan ĢiĢ uclu bir Ģey vardı, günəĢin Ģüaları altında par-par parıldayırdı. Biz üç tərəfdən 

cərgəyə düzülüb dayanmıĢdıq, fitilləri yandırılmıĢ torların ağzını bizə tərəf çevirmiĢdilər. Biz 

onu yaxĢı görmürdük. O nə isə danıĢırdı, lakin bizdən o qədər uzaq idi ki, heç bir Ģey eĢitmirdik. 

Yepiskop belə olar. 

Yepiskop onun sözünü kəsmədən ayağa durub indiyədək taybatay açıq qalmıĢ qapını örtdü. 

Madam Maqluar içəri girdi və gətirdiyi qabları süfrənin üstünə qoydu. Yepiskop dedi: 

– Madam Maqluar, o qabları mümkün qədər ocağa yaxın qoyun. – Sonra qonağına tərəf dönərək: 

– Alp dağlarında gecələr çox soyuq olur. Cənab, siz, yəqin, bərk üĢümüĢsünüz? – deyə əlavə 

etdi. 


Yepiskop hər dəfə yolçuya müraciət edərək öz ciddi və nəvaziĢkar səsi ilə ―cənab‖ deyəndə, 

yolçunun üzü sevinclə iĢıqlanırdı. Katorqalıya ―cənab‖ demək, ―Meduza‖ gəmisi qərq olanda 

zərər çəkmiĢ adama bir stəkan su vermək kimi bir Ģeydir. LəkələnmiĢ adamlar hörmət 

həsrətindədirlər. 

Yepiskop: 

– Bu lampanın iĢığı çox sönükdür, – dedi. 

Madam Maqluar yepiskopun dediyini baĢa düĢdü, yepiskopun yataq otağına gedib, buxarının 

üstündəki iki gümüĢ Ģamdanı götürdü, Ģamları yandırıb masanın üstünə qoydu. 

Yolçu: 

– Cənab keĢiĢ, – dedi, – siz yaxĢı adamsınız. Siz nifrət etmədiniz. Siz mənə evinizdə yer 



verdiniz. Mənim üçün Ģam yandırdınız. Halbuki mən haradan gəldiyimi və cinayətkar olduğumu 

sizdən gizlətmədim. 

Onun yanında oturmuĢ yepiskop yavaĢca onun əlinə toxundu. 

– Siz kim olduğunuzu mənə söyləməyə də bilərdiniz. Bu ev mənim deyil, Həzrət Ġsanın evidir. 

Bu qapıdan girən adamdan, adı olub-olmadığını deyil, bir dərdi olub-olmadığını soruĢurlar. Siz 

əzab çəkirsiniz, siz ac və susuzsunuz – xoĢ gəlmiĢsiniz. Mənə təĢəkkür etməyin, deməyin ki, 

mən sizə evimdə yer vermiĢəm. Bu evin sahibi yalnız ehtiyacı olanlardır. Siz yoldan keçən 

olsanız da, mən sizə deyirəm, bu ev mənimki olmaqdan daha çox sizinkidir. Bu evdə nə varsa, 

hamısı sizindir. Belə olanda sizin adınızı bilmək mənim nəyimə lazımdır? Həm də siz adınızı 

söyləməmiĢdən əvvəl, mən sizin baĢqa bir adınızı bilirdim. 

Yolçu ona heyrətlə baxdı. 

– Doğrudanmı? Siz mənim adımı bilirdiniz? 

– Bəli, – deyə yepiskop cavab verdi, – sizin adınız ―mənim qardaĢım‖dır. 

– Bilirsinizmi nə var, cənab keĢiĢ, – deyə yolçu səsləndi, – mən buraya gələrkən çox ac idim, 

lakin siz o qədər mərhəmətlisiniz ki, bu saat mən, bilmirəm nədəndir, ancaq... elə bil, heç ac 

deyiləm. 

Yepiskop yolçunun üzünə baxaraq soruĢdu: 

– Çoxmu əzab çəkmiĢsiniz? 

– Ah! O dustaq paltarı, ayaqlara zəncirlə vurulmuĢ kündə, yataq əvəzində quru taxta, isti, soyuq, 

iĢ, qalera1, dəyənək zərbələri! Azacıq itaətsizlik üstündə ayaqlara vurulan ikiqat buxovlar! Bircə 

söz üçün karser! Hətta xəstə yatdığın zaman belə buxovlar açılmır. Ġtlər də bizdən xoĢbəxtdir! 

On doqquz il! Mənim isə cəmi qırx altı yaĢım var. Əlimə də sarı pasport vermiĢlər. Vəssalam. 

Yepiskop: 

– Bəli, – dedi. – Siz ələm yurdundan çıxmıĢsınız. Lakin qulaq asın. PeĢman olmuĢ bir 

günahkarın göz yaĢları göylərə yüz möminin pak paltarlarından daha artıq sevinc gətirir. Siz o 

ələm yurdunu qəlbinizdə insanlara qarĢı kin və qəzəb hissi olduğu halda tərk etmiĢsiniz, 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə