Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə12/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

34

bilərsiniz.  İstəsəniz,  günəş  şüasının  par laq­

lığını vurğulamaq üçün çimərlikdə çəkilmiş 

“ifrat işıqlı” kadrlar da çəkmək müm kün dür.

Studiyada  çəkiliş  apararkən  diqqətli 

seç   mə,  işığın  dəyişdirilməsi,  yaxud  baş qa 

yollarla  rəngləri  asanlıqla  dəqiqləşdirə  bi­

lər siniz. Ancaq  açıq  havada  imkanınız  ça­

tan vasitələrdən maksimum mümkün olanı 

“qoparmaq” lazım gəlir və bəzən təyin et­

di yiniz  diafraqmanın  özü  qarşılıqlı  güzəşt 

yolunu tapır. 

Natura  çəkilişi  zamanı  lentə  aldığınız 

mən zərənin bir hissəsi tam ağ, yaxud qap­

qara çıxarsa, belə görüntünü yaxşı laş dır maq üçün o qədər də geniş seçim im ka­

nınız  yoxdur.  Nisbətən  sadə  yol  o  hissələrin  kad ra  düşməsi  üçün  planı, 

kameranın yerini, çəkiliş nöqtəsini dəyişməkdir. Özü nüzlə işıq cihazları və di­

gər avadanlıq götürmüsünüzsə, ayrı­ayrı sahələri işıq landıra və ya kölgələndirə 

bilərsiniz.  Bəzən  çəkiliş  zamanı  çox  əziyyət  verən  hissələri  ört­basdır  etmək 

olur  (məsələn,  parlaq  ağ  divarın  qabağına  kimisə  qoyursan  ki,  bədəni  ilə  bu 

divarın qarşısını kəssin). Kiçik əşyalar görüntüyə maneçilik törədəndə, həmin 

əşyanın  (məsələn,  günəş  işığını  qaytaran  güz günün),  sadəcə,  yerini  dəyişmək 

və yaxud onu tam götürmək lazımdır.

“Kalişıqlı” və “ötmüş işıqlı” görüntü

Görüntünün işığı çatmayanda kadrdakı bütün rəng­

lər lazım olduğundan qat­qat tünd görünür. Nə ticədə, 

həmin  kadr  tünd  tutqun  və  “qaraqabaq”  alı na caq 

(şəkil 29). Paltarın hissələri və biçimi daha işıqlı yer­

lərdə  gözə  çarpacaq  (həmişə  olduğundan  da  ay dın). 

Orta işıqlı və az işıqlı zonalarsa “bulanıq”, ya da sa­

dəcə, qara görünəcək. Hər hansı videolentdə müəy yən 

qədər “xışıltı” var, ancaq çəkiliş obyekti kifayət qədər 

işıqlandırılmayanda lentin qara yerlərindəki  “dənəvər 

və işıltılı qara” çox nəzərə çarpdığından fil min ümu­

mi keyfiyyətini xey li pisləşdirir. Bu çatış mazlıq son­

ra lar  lentin  üzünü  köçürdükcə  daha  da  “də ri nə  işlə­

yir”. Burada xatırlamaq yerinə düşər ki, çəki lən səh­

nədə obyektivə yetərli miqdarda işıq çatma yan da, di­

gər görüntü qüsurları da meydana çıxır. Məsələn, əta­

lət effekti (“yayğın” görüntü) və cür bə cür “xışıltılar”.

Şəkil 29.

Şəkil 30.



35

İşıq  çatışmazlığından  qaçmaq  üçün  obyektivə  da ha  çox  işıq  düşsün  deyə, 

diafraqmanın ağzını açmaq lazımdır (ancaq bu zaman, söz yox, dərin kəskinlik 

bir qədər azalır və xüsusən, uzunfokuslu obyektivlə çalışarkən, fokusu gö tür­

mək çətinləşir). Kameranın vi deoküncünün artırılması onun maksimal iş sə mə­

rəsini  təmin  etmək  üçün  yetərli  deyil,  çünki  kameranın  işığahəssas  elementi 

kifayət miqdarda işıq almır və vi deo künc bu tələbi yalnız qismən ödəyir. Başqa 

sözlə, videokünc, sadəcə, vi deo siqnalı gücləndirir. Ancaq söz yox ki, nəticədə 

görüntünün videoyazılış key fiyyəti yaxşılaşır və bəzən yetərincə parlaq və kon­

trastlı görüntü almaq müm kün olur.

Görüntünün işığı ötəndə, yəni obyekt həddindən artıq işıqlananda isə rəng lər 

qeyri­təbii  dərəcədə  işıqlı  görünür.  Hətta  çox  parlaq  rənglər  də  bu  kadrlarda 

solğun alınır. Kölgəli sahələrsə, çox vaxt normal işıqlandırılmış yerlərdən daha 

asan sezilir. Diafraqmanı bir az örtərək, işıqlı – açıq rəng diapazonunda gö rün­

tünü nisbətən yaxşılaşdırmaq olar, ancaq əvəzində qaranlıq sahələr pis sezi lə cək.

Ekspozisiyanın avtomatik təyini

Əgər ekspozisiyanın seçilməsi nəyəsə üstünlük verilməsi və bədii zövq mə­

sələsidirsə, onda hansı səbəbdən videokameraların əksər hissəsi diafraq ma larını 

avtomatik aperturları ilə təchiz edilir? Avtomatikasız bir addım ata bilməyənləri 

bir kənara qoyaq. Videosiqnalın səviyyəsini orta hədlərdə saxlamaq üçün av­

tomatik diafraqma obyektivin diafraqma açığını özü təyin edib dəyişdirir.

Studiyadankənar  çəkilişlər  adi  şəraitdə  aparılırsa,  içəridə  və  ya  açıq  mey­

dançada  gerçəkləşdirilməsindən  asılı  olaraq  işıqlanma  səviyyəsi  kameranın 

yerdəyişməsinə  görə  əhəmiyyətli  dərəcədə  dəyişə  bilər.  Meydançada  eks po­

nometrlə  gəzişməyə  cəhd    göstərsəniz,  özünüz  görəcəksiniz  ki,  sizin  yerdə­

yişmənizdən asılı olaraq eksponometrin əqrəbi şkalada əsməyə başlayır. Eynən 

beləcə  sizin  kameranız  da  tələb  edə  bilər  ki,  günəşin  işıqlandırdığı  həyətdə 

diafraqmanı  16  rəqəminin  üzərinə  qoyasınız.  Sonra  isə  evə  girdiyiniz  zaman 

2­dək  açasınız.  Deməli,  hərəkət  edərək  açıq  məkandan  qapalı  məkana  keçən 

olayı  çəkərkən  hər  zaman  videoaxtarıcını  izləməli  və  ekspozisiyanı  dəyiş mə­

lisiniz ki, ekspozisiya dəyişən işıqlanma dərəcəsinə uyğun gəlsin.

Əlbəttə, etiraz edə bilərsiniz ki, axı bu zaman həm fokus, həm də çəkilən 

planın kompozisiyasını izləmək lazımdır. Belə isə, eyni zamanda necə düzgün 

ekspozisiya təyin etmək mümkündür?! Məhz bu səbəbdən hətta təcrübəli ope­

rator  da  həmin  çəkiliş  şəraitində  ekspozisiyanı  avtomatın  ümidinə  buraxır  və 

diqqətini fokus və kadrın kompozisiyası üzərində cəmləşdirir.   

İdeal halda siz elə diafraqma seçməlisiniz ki, əsas obyektin  çəkilişinə tam 

uyğun gəlsin. Əgər həmin obyekt eyni sahənin bir sıra planlarında çəkiləcəksə, 

sizə daimi ekspozisiya gərəkdir və bu zaman fonun tonunun və ya rəng ça lar­

larının dəyişməsinin sizə dəxli yoxdur. Avtomatik diafraqmadan istifadə edər­

kən bu cür dəyişilmələr qaçılmazdır.




36

Avtomatik diafraqmanı asanlıqla aldatmaq olar. Əgər qəfildən kadra parlaq 

ləkə düşərsə (məsələn, kimsə əlindəki qəzeti açarsa, yaxud pencəyini çıxarıb ağ 

köynəkdə  qalarsa),  avtomatik  diafraqma  örtülür  və  bu  örtülmə  təsvirin  qalan 

rənglərinə təsir göstərir. Təbii ki, həmin məqamda çəkdiyiniz adamın sifətinin 

də  rəngi  dəyişir.  Həmin  parlaq  əşyanı  kadrdan  çıxarsanız  və  ya  kameranı  bu 

əşyadan  uzaqlaşdırsanız,  o  zaman  avtomatik  diafraqma  həmin  anda  açılacaq. 

Kadrda gördüyünüz rənglər parlaq olacaq. Ümumi plana keçsəniz, çəkdiyiniz 

insan tutqun görünəcək, ancaq transfokatorla fokus məsafəsini qısaldıb iri plan 

çəksəniz  (parlaq  ləkələri  kadrdan  çıxarmaq  şərtilə),  adamların  üzləri  xeyli 

işıqlanacaq.

Bəzi  hallarda  avtomatik  diafraqma  xeyli  tutqunluq  (yetərsin  işıqlanma) 

yarada bilər. Əgər siz hər hansı tikintinin içərisində çəkiliş aparacaqsınızsa, av­

tomat  uğurlu  kadr  almaqdan  ötrü  diafraqmanı  açır. Ancaq  fərz  edək  ki,  çək­

diyiniz  adam  pəncərəyə  yaxınlaşır. Avtomat  parlaq  işığı  görərək  diafraqmanı 

qapayır. Bunun nəticəsində  təsvirini çəkdiyiniz damın yalnız silueti görünür, 

halbuki pəncərənin o biri üzündən görünən səmanın təsviri çox əladır.

Bəzi  kameralarda  nəzarət  qurğusu  qoyulur.  O  qurğunu  məhz  bu  cür  işə 

salmaq lazımdır. Nəzarət qurğusu diafraqmanı avtomatdan bir az artıq açır və 

ekspozisiyanı  yaxşılaşdırır.  Düzdür,  bu,  nisbətən  işıqlı  sahələri  ifrat  dərəcədə 

işıqlandırır. Ancaq əvəzində adamların üzü bu zaman yaxşı sezilir.

Düzdür, avtomatik sistemlərin də öz işindən “boyun qaçırması” mümkün­

dür. Amma  yetərsiz  və  ya  ifrat  işıqlanmadansa  belə  sistemlərdən  faydalanma 

daha  məqsədəuyğundur. Avtomatikanın  qüsurları  o  qədər  əhəmiyyətsizdir  ki, 

heç  bundan  narahat  olmağa  dəyməz  və  o  qüsurlar  çox  vaxt  heç  gözə  də 

çarpmır. Məhz bu səbəbdən kameraları avtomatika ilə təchiz edirlər.

Gördüyünüz  kimi,  hər  şey  çəkilişin  son  nəticəsinə  necə  yanaşmanızdan, 

tənqidə meyilli olub­olmamanızdan asılıdır.



§7. Kamera ilə davranış

Bu qaydalar nəyə lazımdır?

Aşağıdakı qaydalardan məlum olub ki, nəyi etmək olar və nəyi etmək ol­

maz. Həmin qaydalara, sadəcə, əməl edə bilərsiniz. Ancaq daha yaxşı olar ki, 

çəkiliş zamanı bu qaydaların hər birini bilərəkdən pozasınız. Sonra eyni sahəni 

artıq qaydalara əməl etməklə təkrarən çəkəsiniz. Daha sonra rahatca əyləşib işi­

nizin nəticəsini gözdən keçirəsiniz, ortadakı məhsul sizə çox şeylər söylə yə cək !



Üfüqi və şaquli panoram çəkilişi

Əgər çəkilişə gərəkli obyekt həddindən artıq genişdirsə və kadra yer ləşmirsə, 

yaxud  siz  o  fikirdəsiniz  ki,  uzaq  məsafədən  çəkiliş  zamanı  xırda  de tal lar 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə