ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


İBN QƏYYİM CovziyyəNİN ƏSƏRLƏRİ



Yüklə 5,53 Mb.
səhifə22/60
tarix15.03.2018
ölçüsü5,53 Mb.
#32065
1   ...   18   19   20   21   22   23   24   25   ...   60

İBN QƏYYİM CovziyyəNİN ƏSƏRLƏRİ


İbn Qəyyim bir çox elmi etiqadi əsərlər yazmışdır. “Səxavi onun 52 əsərini qeydə almışdır.”1 Amma onun qədər yazı əsər yazması barəsində ixtilaf mövcuddur. Şübhəsiz, “İbn Qəyyimin əsərlərində bir neçə məsələyə diqqət yetirməliyik. Biri bundan ibarətdir ki, onun əsərləri dini-məzhəbi mübahisələri əhatə etdiyinə görə son yüz illiklərdə onun tərəfdarları, xüsusilə onun rəylərindən istinbat edən sələfilər qəsdən təhrifə yol vermişlər. Buna görə onun əqidə rəylərinin düzgün şəkildə araşdırılıb tənqid edilməsi gərək onun əsərlərinə yazılan tənqidi düzəlişlər, yaxud əsl nüxsələr əsasında baş versin. Digəri bundan ibarətdir ki, onun dini-mədəni nəzərlərinin rəylərinin mənşəyi İbn Cövzi İbn Teymiyyə kimi sələfilərin əsərləri olduğundan bu iki şəxsin əsərlərini İbn Qəyyimdən qabaqkı hənbəlilər araşdırıb təftiş etmək hətta düzəliş aparma nəticəsində kifayət qədər istifadə etmiş olsunlar. Eləcə , İbn Qəyyimin məşğul olduğu mövzuların təkrar müştərək olması, (ona çox əhəmiyyət verdiyinə görə) onun əsərlərinin araşdırılmasında nəzərə alınmaya bilməz.”2

İndi İbn Qəyyimin əsərləri barəsində qeyd olunan müqəddiməyə diqqət yetirməklə onun əsərlərini təqdim edirik: Cənab Humayun Himməti öz kitabının bir hissəsində İbn Qəyyimin əsrlərinin siyahısını belə qeyd etmişdir:

“Əlamul muqiin ən Rəbbil-aləmin”, (yaxud kamil müftinin İbn Teymiyyənin əqidələrinə müvafiq üsuli-dində yolgöstəricisi) “Bədayiul-fəvaid”, “Əxbarun-nisa”, “İğasətül-əfham min məkaidiş-şeytan”, “İğasətul-əfham fi hökmi təlaqil-ğəzbani vəs-səkran”, “Əttibyanu fi əqsamil-Quran”, “Cəlaul-əzham fis-səlati vəs-səlami əla xeyril-ənam”, “Əl-cəvabul-kafi limən səələ ənid-dəvaiş-şafi”, “Hadil-ərvah ila biladil-əfrah”, “Zadul-məad fi hədyi xəyril-ibad”, “Kitabus-səlati və hökmu tarikiha”, “Uddətus-sabirin və zəxirəruş-şakirin”, “Əl-kəlimut-təyyib”, “Təfsirul-müvəztəteyn”, “Mədaricus-salikin” (Xacə Əbdüllah Ənsarinin “Mənazilus-sairin” kitabına şərhdir və bunu hənbəli sufilərin məzhəbinin şah əsəri hesab etmək olar), “Ətturuqul-hökmiyyə”, “Əl-vabilus-səyyubu minəl-kəlmit-teyyib”, “Əssəvaiqul-mürsələtə ələl-cuhəmiyyəti vəl-müəttilə”, “Rovzətul-muhibbin və nuzhətul-muştaqin”.

Həmçinin qeyd olunur ki, İbn Qəyyimsiyasətdə İbn Teymiyyənin fikirlərindən ilham almışdır. Bu onunHisbə”, “Kitabus-siyasətiş-şəriyyəadlı kitablarında qeyd olunmuşdur.” Üsuliddin haqqında yazdığıQəsidətun-nuniyyə” (Axırı «nun» hərfi ilə bitən qəsidə) əsas etibarı ilə «İttihadiyyə» əqidəsi ardıcıllarını rədd etmək üçün (şer şəklində) yazılan etiqadnamədir.1

Cənab Himmətinin inancına görə “hazırkı dövrdə də İbn Qəyyimin əsərləri təkcə vəhhabilərin arasında deyil, hətta sələfilərin, həmçinin Afrikanın şimalındakı İslami yığıncaqlarda çoxlu oxucuları vardır.” Şübhəsiz, İbn Qəyyim öz ustadı İbn Teymiyyə kimi etiqadi məsələlərdə çoxlu səhv və yanlışlıqlara düçar olmuşdur. Onların biri də Allahın hissi duyğularla görünə bilməsi məsələsidir ki, o özünün uzun-uzadı “Kafiyətuş-şafeiyyə” qəsidəsində İbn Teymiyyə kimi aşkar şəkildə bu xəta və yanlış mətləbi etiraf və bəyan etmişdir. Ümumiyyətlə, İbn Qəyyim də özünün ideoloji müəllimi və rəhbəri kimi etiqad bölməsində çoxlu səhvlərə və inhiraflara düçar olmuşdur. Onun fikirləri də vəhhabi firqəsinin banisi (yəni Məhəmməd ibn Əbdül-Vəhhab) tərəfindən istifadə olunmuşdur və vəhhabilərin dərin köklərə malik olan bu azğın fikirləri, eləcə də Əhməd ibn Hənbəl, İbn Teymiyyə və İbn Qəyyimin azğınçı fikirləri İslam cəmiyyətində çoxlu təfriqələrin və nifaqların yaranmasına səbəb olmuşdur. Biz kitabın başqa bölməsində hənbəli məktəbinin, onun çox təəssübçü, puç əqidə və rəylərinin yaranmasında mühüm rol ifa edən Ali Əbdül-Hadi barəsində söhbət edəcəyik.

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə