ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə5/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   2   3   4   5   6   7   8   9   ...   106

 
12 
Bununla belə demişlər ki, o 40 yaşından əvvəl fətva verməmişdir.
1
  
“Mühnə”  hadisəsini  Əhməd  ibn  Hənbəlin  həyatında  dönüş  nöqtəsi 
saymaq olar. Belə ki, bəzən tərifləyənlər onun barəsində həddi aşmışlar. 
“Mühnə  hadisələri  barəsində  verilən  tarixi  məlumatlara  əsasən  Məmun 
218-ci  h.q  ilində  Rüqqədən  İshaq  ibn  İbrahimə  bir  məktub  yazaraq  ona 
əmr  etdi  ki,  qazilərin  və  mühəddislərin  Quranın  məxluq  olması  ilə 
əlaqədar  əqidələrini  yoxlasın.”
2
    İbn  Hənbəl  Quranın  məxluq  olmasına 
etiqadı  qəbul  etməkdən  şiddətlə  imtina  edir  və  onu  sünnə  ilə  müxalif 
sayırdı.
3
    O  inanırdı  ki,  Qurandakı  hərflər  və  səslər  hazırkı  formasında 
əzəldən sabit olmuş və Allahın zatı ilə qaim olmuşdur.
4
  Beləliklə də o, 
Quranın  qədim  olmasına  və  məxluq  olmamasına  inanırdı.  Bu  xəbər 
Tusda  Məmuna  çatdıqda  göstəriş  verdi  ki,  ibn  Hənbəli  bu  əqidə  ilə 
müxalif  olan  Məhəmməd  ibn  Nuh  ilə  birlikdə  onun  hüzuruna 
göndərsinlər.  Əhməd  ibn  Hənbəli  zəncirə  bağlayıb  qaytardılar,  lakin  bir 
az sonra Rüqqədə Məmunun ölüm xəbəri gəlib çatdı. Yenidən hər ikisini 
Bağdada  qaytardılar.  İbn  Nuh  yol  əsnasında  (Mərvdə),  ibn  Hənbəl  isə 
Bağdada  çatdıqdan  sonra  əvvəlcə  Yasirəyyədə,  sonra  Darül-İmarədə, 
daha sonra isə ümumi zindanda həbs edildi.
5
  
Sonrakı  xəlifə  Mötəsim  qərara  almışdı  ki,  əqaid  təftişçiliyindən  əl 
çəksin.  Lakin  deyilənlərə  görə,  mötəzili  qazisi  olan  Əhməd  ibn  Davud 
ona  xəbərdarlıq  etmişdi  ki,  rəsmi  şəkildə  qəbul  olunan  vəziyyətdən 
dönməsi xilafətə yaraşan iş deyildir.
6
  
Əhməd, Mötəsimin dövründə də öz əqidəsini qoruyub saxlamaq üçün 
çox israr edirdi. Nəhayət 219-cu h.q ilində xəlifə onu üç gün müddətində 
camaatın  hüzurunda  öz  əqidəsini  tərk  etməyə  məcbur  etdi.  Bunun  təsiri 
olmadığından  ona  şallaq  vurulmasını  əmr  etdi.  İki  il  həbs  edildikdən 
sonra  öz  evinə  qayıtmaq  icazəsi  verildi.”  Həbsdən  xilas  olduqdan  sonra 
xəlifənin göstərişi ilə aşkar şəkildə hədis söyləməsi və elm tədris etməsi 
qadağan olundu. Yalnız 227-ci ildə Mötəsimin vəfatından sonra aşkarda 
qısa  müddətli  hədis  yığıncaqlarını  bərqərar  etdi.  Bu  da  tez  bir  zamanda 
bağlandı.”
7
  
Vasiqin  dövründə  Quranın  məxluq  olması  əqidəsi  barəsində  bir  kəs 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, 6-cı cild, səh.719 
2
 Həmin mənbə, səh.719 
3
 Ehsan Yarşatir, Həmin mənbə, səh.1240 
4
 Fəzai Yusif, “Münazirati imam Fəxr Razi”, səh.203 
5
 Ehsan Yarşatir, Həmin mənbə, səh.1240 
6
 Həmin mənbə, səh.1241 
7
 “Böyük İslam Enskilopediyası”, 6-cı cild, səh.720 


 
13 
Əhmədə  toxunmadı.  Amma  buna  baxmayaraq  xəlifənin  işarəsi  ilə 
ömrünün axırına qədər  gizlin şəkildə yaşadı. Məşhur ərəb  yazıçısı Əmir 
Əli  ibn  Hənbəlin  Məmunun  və  Mötəsimin  xilafəti  dövründəki 
vəziyyətini belə qeyd edir: 
“...İbn  Hənbəl  Məmun  və  onun  canişini  Mötəsimin  hökuməti 
dövründə...  (hər  ikisi  mötəziləçi  idi)  məşhurlaşdı.  İbn  Hənbəlin  ifratçı 
təəssübləri  və  bu  barədə  göstərdiyi  səylər  xalq  kütlələrinin  hakimlər 
əleyhinə  təəssübünü  şölələndirdi.  Bu  da  onun  hakimlərlə  münasibətini 
gərginləşdirdi... İbn Hənbəl və onun təəssübçü və donuq ayini Məmunun 
mötəzilə  firqəsinin  islam  imperiyasının  hər  yerində  yaymaqda 
müvəffəqiyyət  əldə  etməməsinə,  eləcə  də  əzab-əziyyətlə  işgəncələrin 
yenidən  təkrarlanmasına  səbəb  oldu  ki,  bu  da  İslam  dünyasını 
müsəlmanların qanının rəngi ilə boyadı.”
1
  
Mütəvəkkilin  xilafəti  ilə  eyni  zamanda  232-ci  h.q  ilində  “Əshabi-
hədisin  vəziyyəti  birdən-birə  dəyişildi  və  xəlifənin  onları  himayə  edib 
mötəziləçilərlə  mübarizə  aparması  nəticəsində  Əhməd  də  xilafət 
aparatında izzətə malik oldu.”
2
  
Bağdadın  intizam  rəisi  İshaq  ibn  İbrahimin  ölümündən  sonra  yeni 
xəlifə ilə Əhməd ibn Hənbəlin yaxınlaşması üçün şərait yarandı. Əhməd 
ibn Əbudüvad işdən çıxarıldıqdan sonra əhli-hədisə meydan verilməsinə 
fürsət yarandı. 
Mütəvəkkil  238-ci  hicri  ilində  ibn  Hənbəli  Samirraya  dəvət  etdi. 
Zahirən o nəzərə almışdı ki, ibn Hənbəli öz övladı Mötəzzə hədis ustadı 
seçsin.  Amma  bəziləri  demişlər  ki,  Samirraya  daxil  olduqdan  sonra 
yaşının  çox  və  xəstə  olduğuna  görə  öz  istəyi  ilə  xidmətdən  götürüldü. 
“İbn  Hənbəlin  Mütəvəkkil  tərəfindən  onun  üçün  hazırlanan  güzəştlər 
qarşısında  etinasızlığı  nəticəsində  xəlifə  Bağdad  yolunu  onun  üçün 
açmağa razı oldu.”
3
  
Əslində  isə  Mütəvəkkil  əvvəlki  xəlifələrin  əksinə  olaraq  hənbəliləri 
müdafiə  etdi.  Onları  razı  salmaq  üçün  lazım  olan  tədbirləri  gördü.  O, 
şiələri  kütləvi  şəkildə  qətlə  yetirməkdən  əlavə,  İmam  Hüseynin  (ə) 
qəbrinin  ziyarətini  onlara  qadağan  etdi  və  Kərbəlanın  şumlanması  və 
üzərinə  su  buraxılması  əmrini  verdi.  Bu  əqidə  də  məhz  hal-hazırda 
Səudiyyə  Ərəbistanında  Vəhhabilərin  icra  etdikləri  işdir.  Onlar  bu 
əqidənin ardıcılları və müdafiəçiləridir. 
Ustad  Cəfər  Sübhani  Abbasi  xəlifələrindən  olan  Mütəvəkkilin 
                                                 
1
 Əmir Əli, Həmin mənbə, səh.318 
2
 “Böyük İslam Enskilopediyası”, 6-cı cild, səh.720 
3
 Həmin mənbə, səh.720 


 
14 
hənbəliləri  himayə  etməsini  belə  qeyd  edir:  “...Mütəvəkkilin  əsrində 
Əhmədin  etiqadiyyat  barəsində  imaməti  (rəhbərliyi)  əhli-hədisin  sair 
firqələrinin  aradan  qalxması  və  onların  yalnız  adlarının  və  nişanələrinin 
qalmasına səbəb oldu. Xüsusilə Mütəvəkkildən sonrakı Abbasi xəlifələri 
Əhməd  ibn  Hənbəl  və  onun  şagirdlərini  himayə  etməkdə  heç  nəyi 
əsirgəmir, Əhmədin əqidə və hökmlərdə dediklərini qeydsiz-şərtsiz qəbul 
edirdilər.  Təbii  olaraq  həyat  və  məişətləri  əksər  hallarda  hökumət 
tərəfindən  təmin  olunan  mühəddislərin  vəziyyətləri  ağırlaşdı.  Öz 
adətlərini  tərk  etmək  məcburiyyətində  qaldılar  və  əqidələrini 
gizlətdiklərinə görə tədricən məhv oldular.”
1
  
Əhməd ibn Hənbəl 77 il ömür sürdükdən sonra 241-ci h.q ilinin rəbiül-
əvvəl  ayının  12-də  doqquz  günlük  xəstəlikdən  sonra  Bağdadda  öldü. 
Onun cəsədini “Babi-hərb” qəbiristanlığında torpağa tapşırdılar. “Böyük 
İslam Enskilopediyası” kitabında Əhmədin övladları barəsində belə qeyd 
olunur: “Əhmədin bir neçə övladı var idi. Onun özündən nəql olunanlara 
əsasən təqribən 40 yaşında evlənmişdi. Birinci həyat yoldaşı Fəzlin qızı 
Əbasə,  Saleh  adlı  bir  övlad  dünyaya  gətirdi.  Onun  vəfatından  sonra 
Əhməd Reyhanə adlı bir qadınla evləndi ki, ondan da Əbdüllah dünyaya 
gəldi.  Reyhanənin  vəfatından  sonra  da  Əhməd  Hüsn  adlı  bir  kənizdən 
Zeynəb, Həsən, Məhəmməd və Səid kimi övladlara sahib oldu. Əbülfəzl 
Saleh 203-cü  ildə  dünyaya  gəldi  və  İsfəhanın  qazisi  oldu  və 265-ci  ildə 
elə  həmin  yerdə  vəfat  etdi.  O,  öz  atasından  çoxlu  hədis  eşitmişdi. 
Atasının  çoxlu  hədislərini  rəvayət  edən  Əbu  Əbdürəhman  Əbdüllah  da 
böyük və məşhur mühəddislərdən sayılırdı. O, 212-ci h.q ilində dünyaya 
gəlmiş və 290-cı ildə dünyadan getmişdi. Əhmədin ölümündən təqribən 
50 gün qabaq dünyaya gələn Səid də 290-cı ildən qabaq vəfat etdi. O, bir 
müddət  Kufənin  qazisi  olmuşdu.”
2
    “Bu  zaman  atasının  əqli  həyatı  ilə 
yaxından tanış olan Saleh və Əbdüllah Hənbəli məzhəbi adlı cəmiyyətin 
bünövrəsini qoyan ilk şəxslərdən hesab olunur.”
3
  
Əhməd ibn Hənbəlin həyat tarixi sübut edir ki, o bacarıqlı bir mühəddis 
idi və təqribən otuz mindən artıq hədisi əhatə edən “Müsnəd” kitabını öz 
əsrində yazmışdır. O öz əsrində əqlə daha artıq yer verən mötəziləçilərin 
müqabilində bir dağ kimi dayandı və öz əqidəsini, yəni Quranın məxluq 
olmamasını  isbat  etmək  üçün  çoxlu  zülmlərə  və  işgəncələrə  düçar  oldu. 
Əhmədin  öz  əqidəsi  yolunda  göstərdiyi  müqavimət  camaatın 
duyğularını,  emosiyalarını  canlandırdı,  tədricən  sünnülərin  arasında 
                                                 
1
 Cə`fər Sübhani, “Fərhəngi əqaid və məzahibi İslami”, 1-ci cild, səh.276 
2
 “Böyük İslam Enskilopediyası”, 6-cı cild, səh.720 
3
 Ehsan Yarşatir, Həmin mənbə, səh.1242 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə