Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə12/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   8   9   10   11   12   13   14   15   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
36
mışdı, ancaq ahıllaşdıqca yavaş-yavaş köçəri həyat onu yormuş, 
xoş-naxoş bu kənddə yurd salıb ev tikdirmişdi. Oğlanlarını ev-
eşik  eləyib,  qızlarını  ərə  verəndən  sonra  bu  yerlərə  birdəfəlik 
bağlanmışdı.  Belə-belə  bir  də  baxıb  görmüşdü  ki,  kəndin  ca-
maatına qoşulub. 
Ancaq ömür keçdikcə vətən, torpaq çəkir, qoca təzə yurd 
yerinə  heç  cür  bağlanammırdı.  Qəribçilik  dərd  olub  içərisini 
qovururdu,  elə  hey  oturub-durub  vətənindən,  elindən,  cama-
atından danışırdı. Ona elə gəlirdi ki, dədə-baba yurdu qırx-qırx 
beş  kilometr  aralıda  deyil,  çox-çox  uzaqlardadı,  dünyanın  ge-
dilməklə çatmaq, yetişmək mümkün olmayan bir səmtindədi. 
Cəlal  kişi  ölənəcən  gözlərini  dağ  səmtindən  yığam-
mamışdı. Qışın qapını kəsdirdiyini dağları örtən qardan bilərdi, 
havanın  necə  keçəcəyini  dağın  dumanından  seçərdi.  Hərdən 
dərdini  dağıtmaqçün  tütəyə  dəm  verərdi.  Doğma  yerlər  yadına 
düşəndə  elə  çalardı  ki,  dilsiz-ağızsız  heyvanların  da  ürəyinə 
qəribçilik  toxumu  düşərdi,  torpaq  ayaqlarının  altından  qaçardı. 
Sürü  ağzını  otdan  ayırıb  həsrət-həsrət  dağlara  sarı  boylanardı. 
Beləcə  qoca  gözü  dağda,  özü  aranda  qəribçiliklə  ömür  sür-
müşdü. 
Bir qış kişi var-dövlətini yığıb-yığışdırıb arvadını və son-
beşiyini  götürüb  baş  almışdı  vətəninə.  Səksən  yaşında  qolunu 
çırmalayıb  kərpic  kəsmişdi,  palçıq  qatmışdı,  ev  tikmişdi,  tövlə 
düzəltmişdi, nə zillətlə kolxozdan yer alıb bağ salmışdı. İki ilin 
içərisində  bir  cah-cəlal  yaratmışdı  ki,  gəl  görəsən?  Ancaq  nə 
fayda?  O  iki  ildə  arvadıyla  qızı  kişiyə  göz  vermişdilər,  işıq 
verməmişdilər.  İş  o  yerə  gəlib  çatmışdı  ki,  kişinin  qazanıb 
gətirdiklərini  hazırlayıb  qabağına  qoymurdular.  Xörək  bişirilib 
ondan gizlində yeyilirdi. Süfrəyə gətirib qoyduqları təkcə yavan 
çörək  olurdu  ki,  kişinin  ondan  da  gözü  doymurdu,  yedikcə  elə 
hey  yemək  istəyirdi.  Qışın  zəlov-zəlovunda  kişi  xəstələnmişdi, 
səksən illik ömründə ilk dəfə xəstəxana görmüşdü. Xəstəxanada 
ola-ola arvad kişini buraxıb qayıtmışdı əvvəlki yurdlarına. Kişi 
xəstəxanadan  çıxandan  sonra  qoyub  getdiyi  yurdu  boş  gör-
müşdü,  quruca  canını  götürüb  o  da  arvada  qoşulmağa  məcbur 
olmuşdu.  Beləcə  ay  dolanmış,  il  ötmüşdü  və  Cəlal  kişi  baxıb 
görmüşdü  ki,  əvvəlki  yurdundadı.  Daha  qocalmışdı,  yaş  o  yaş 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
37
deyildi,  kolxozun  naxırını  otarmağa  halı  qalmamışdı.  Heç  nə 
olmayıbmış kimi başlamışdı öz sürüsünü otarmağa. 
Səhər-axşam  süfrəyə  oturanda  xəstəxanadakı  günləri 
yadına düşürdü: 
– Gedəcəyəm xəstəxanaya, – deyirdi, qoy işin əl-ayağını 
bir tərəfə yığım... Bu il mütləq gedəcəyəm. 
Evdə  yaxşı bilirdilər ki, onu xəstəxanaya çəkən xəstəliyi 
yox,  gündə  üç  dəfə  verilən,  çoxlarının  yeyə  bilmədiyi  isti 
xörəkdi...  Çünki  xəstəxana  adı  gələndə  qocanın  gözləri  işıq-
lanırdı, ağzı sulanırdı. Di gəl ki, işdən heç cür macal eləyə bil-
mirdi, bir də başını qaldırırdı ki, il tamam olub, qış kəsdirib qa-
pının ağzını. Ancaq yenə ümidini üzmürdü, torpağı, payızın qo-
vurub-qızartdığı  otu-ənciri  örtməyə  başlayan  bəyaz  qarın  o 
üzündə  gizlənən  baharı  görürdü  və  inanırdı  ki,  havalar  isinən 
kimi işin əl-ayağını yığıb mütləq xəstəxanaya gedəcək. 
Öləndə  vəsiyyət  eləmişdi  ki,  vətənində,  dədə-baba  yur-
dunda basdırsınlar, ancaq övladları kişinin vəsiyyətinə əməl elə-
məmişdilər.  «Öz  elidi,  camaatıdı,  qərib  olanda  nolar,  –  demiş-
dilər, ömrü burda keçib, bu adamlarla çiyin-çiyinə yaşayıb, hər 
necə  olsa,  camaat  xeyrinə-şərinə  yarıyıb.  İndi  övladları,  bir 
bölük nəvə-nəticələri burda ola-ola kişini aparıb dədə-baba yur-
dunda  dəfn  eləmək  el-obaya  hörmətsizlikdi.  Dost  var,  düşmən 
var...  Böyüyüb  ərsəyə  gətirdiklərinin  hamısı  böyründə-başın-
dadısa nəyi qürbətdi buranın. Bir də öləndən sonra harada bas-
dırılmağının  nə  fərqi  varmış  ki...  Bir  ruhudu,  o  da  bizi  ba-
ğ
ışlayar...». 
«...Mənim  ömrüm  qəribçiliklə  keçib,  atam  balası,  qərib 
torpaqda  yeriməkdən  ayaqlarımın  altı  göz-göz  yaradı,  hələ  də 
sönmək  bilmir.  Qəribçilik  ömür  olmayıb,  zülüm  olub  mənə. 
Öləndə  barı  məni  vətənimə  aparmadılar,  sözümü,  vəsiyyətimi 
də  qəribçiliyə  saldılar.  İndi  də  qərib  yurdda  uyuyuram,  atam 
balası. İnsan qürbətdə ölmürmüş, diri-diri torpağa qoyulurmuş; 
mən  diri-diri  torpağa  qoyulmuşam.  Qürbət  torpaqda  yatdığımı 
düşünəndə  hələ  də  sümüklərim  sızıldayır,  nə  illah  eləyirəm 
ə
rimək bilmir, çürümək bilmir... Yerin altında tüstüm ərşə çıxır, 
ha əlləşirəm torpağa qarışammıram».– Səs hərdən qırılır, sonra 
yenidən  dalğa-dalğa  qalxırdı;  ona  elə  gəlirdi  ki,  səs  bir  əlçim 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
38
bulud  kimi  qəbrin  üstündəcə  asılıb  durub  və  elə  bil  bu  səsi 
eşitmir,  görür.  –  «Uçurun  başdaşımı,  atam  balası,  bir  insan  ki, 
qürbətdə  qəbrə  qoyuldu,  bir  insan  ki,  doğulduğu  torpağa  qarı-
ş
ammadı,  ona  başdaşı  haramdı,  o  insan  izsiz-tozsuz  basdırılsın 
gərək...»  –  və  səs  get-gedə  yavaşıyaraq  yaddaşında  çağlayan 
ə
bədi  uğultuya  qarışıb  eşidilməz  oldu.  Qəbrin  üstündəcə  asılıb 
duran o bir əlcə bulud damcıyamı, göz yaşınamı dönüb torpağa 
hopdu. 
…Səfinin qəbrinin üstündəki mərməri oğurlayıb aparmış-
dılar. Dünən qəbri söküb sümüklərini təzə qəbiristanlıq yerində 
dəfn  eləmiş,  qəbrinin  üstündəki  mərmər  başdaşıyla  sinədaşını 
vaxt  eləyib  köçürə  bilməmişdilər.  Fikirləşmişdilər  ki,  hələ  bir 
gün  ixtiyarlarında  var,  səhər  gəlib  apararlar.  Bu  gün  isə  qə-
biristanlığa  gələndə  başdaşıyla  sinədaşını  yerində  görməmiş-
dilər.  Səhərdən  bəri  qəbiristanlığın  bu  başından  vurub  o  başın-
dan  çıxırdılar,  ancaq  daşların  hayana  aparıldığını,  kimin  apar-
dığını tapa bilmirdilər. 
–  Onu  götürənin  əli  qurusun.  –  Səfinin  arvadı  qarğış 
tökürdü. 
Oğlu anasını sakitləşdirməyə çalışırdı: 
– Yaxşı biabır eləmə bizi. Başdaşı kimin nəyinə gərəkdi. 
Oyun-oyuncaq döyül ki, götürələr. 
– Məsələ oğurluq məsələsi deyil, adama sataşmaqdı bu. – 
Arvad heç cür sakit olmaq bilmirdi. – Allah bilir, sürüyüb hansı 
qəbir çuxuruna salıblar. Üstünü də torpaqlayıblar ki, bütün günü 
avara-sərgərdən olaq burda. 
–  Sən  otur,  dincini  al,  mən  bir  qəbiristanlığı  fırlanım.  -
Səfinin oğlu bunu deyib qəbir çuxurlarını axtarmağa getdi. 
Səhərdən  bəri  baxmadıqları  qəbir  daşı  qalmamışdı.  Dü-
nən  qəbiristanlıqdan  hava  qaralanda  getmiş,  səhər  günəş  adam 
boyu  qaxmamış  gəlmişdilər.  O  vaxtdan  bura  bir-bir  qəbir  daş-
larına  baxıb  keçirdilər.  Hər  bir  daşın  üstündə  də  ölənin  adı-
familiyası,  doğum-ölüm  tarixləri  o  qədər  aydın  yazılmışdı  ki, 
ş
übhə yeri qalmırdı. 
İ
ndi Səfinin oğlu uzaqdan anasının qarğış səslərini eşidə-
eşidə  qəbir  çuxurlarına  baxırdı.  O  bu  işə  mat  qalmışdı.  qəbir 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə