Milli Kitabxana
46
Yollar boyu boşalan – mən,dolan – mən.
Aman Allah,kəndimizə az qalır...
Nə eləyim gözlərimin yaşına?
Dizlərimin təpəri də azalır,
Bu günəcən nələr gəlib başıma
Ürəyimdə sətir-sətir oxunar.
Qorxuram ki,əllərim baş daşına,
Sinəm isə nəm torpağa toxunar.
16iyun 1978
PAPAQÇI
Papaqçının yanına
Yolum düşdü bir kərə.
Kişinin dükanında
papaq vardı hər cürə.
Könlümə yatanların
baha oldu qiyməti,
Yerdə qalanlarını
xoşlamadım mən qəti.
Köks ötürüb astadan,
Üzr istədim ustadan.
Usta dedi: - Ay oğul,
ayaq saxla,bəri bax.
Papağa yaraşan baş,
Başa yaraşan papaq,
Görməmişəm hələ mən,
Tərslik etmə belə sən.
Sağ olsun o kişini,
Dünyanın hər işini
qəlbimə salacaqdım.
Yoxsa ki,bu günəcən
papaqsız qalacaqdım.
9sentyabr 1984
Milli Kitabxana
47
PAPAQ
Atamdan yadigar qalıbdır mənə
Astarı yeyilib-sökülən papaq.
Bəzi papaqların dəyər mininə
Sus vurub,tükləri tökülən papaq.
Neyləyim?Bu dünya döşümə yatmır,
Könlümü oxşamır,xoşuma yatmır.
Özümə yaraşmır,başıma çatmır,
Tülkü dərisindən tikilən papaq.
19noyabr 1989
DAĞ YOLU
Səndə dəyişməyib bir çınqıl belə,
Qaya da,qəcir də,daş da – yerində.
Mənim uşaqlığım yaşayır hələ,
Sənin tava daşlı pillələrində.
Şimşəyin başımda oynayıb mənim,
Bulağın köksümdə qaynayıb mənim.
Gəlmirmi yadına cılız bir uşaq?
Belində çantası,əldə dəhrəsi.
Qalxanda çiyələk yığardı,ancaq
Düşəndə çiynində çırpı şələsi.
Ehmalca enərdi bu pillələrdən,
Baxıb öz-özünə qürrələnərdi.
Gör neçə müddətdir ovuduram mən
Bu gizli həsrəti,bu gizli dərdi.
Bir vaxt üst yandakı əzgil koluna
İlişdi köynəyim,cızıldı qolum.
Qanım damcıladı bu dağ yoluna,
Bu dağın,bu yolun qurbanı olum.
Hər daşın,çınqılın mənə tanışdır,
Milli Kitabxana
48
İstəsən,sayaram lap bircə-bircə.
Daha dözəmmədim,bağrım alışdı,
Dağlar necə susur,görəsən necə?
Göydən ulduzları tökdürrəm yerə,
Dinməsə o yamac,sussa bu dərə.
Tutub qayaların daş yaxasından
Elə silkələrəm,paralanarlar.
Bir ah çəkərəm ki,övlad ahından
Dağlar sinəsindən yaralanarlar.
Axı,mən dağların şair oğluyam,
Şıltağam,dəcələm,hər nəyəm – buyam.
Salam,ey dağ yolu,tanış sarmalar!
Bu yolçu o cılız uşaqdır ki,var.
11sentyabr-3oktyabr
1978
QƏMİN KƏM
Güllər qızara-qızara
açarmış,
Gecə bozara-bozara qaçarmış,
İnsan oğlu,qəmin kəm.
Çaxarmış,..
şimşək burula-burula,
Axarmış
sular durula-durula,
İnsan oğlu,qəmin kəm.
Yarpaq sarala-sarala
solarmış.
Yerdə qarala-qarala
qalarmış,
İnsan oğlu,qəmin kəm.