Milli Kitabxana
32
LÖVHƏ
Qayalarda
maralların izi donub.
Bulaqlarda
gözəllərin təbəssümü,
sözü donub.
Gülüşlərin hərarəti.
Mən heç belə
görməmişəm təbiəti.
Zirvələrim dümağ idi,
bəyaz olub.
Gündüzlərim ilıqnəfəs,
Gecələrim ayaz olub.
Dərələri yuxu çəkib
dərinliyə.
Çətindir ki,bu sükutdan
yanan ürək sərinləyə.
Elə bil ki,yoxa çıxıb
Günəşin də hərarəti.
Mən heç belə
görməmişəm təbiəti.
Məəttələm,dəyişibdir
necə dünya;
Başdan-başa olubdur ağ.
Sən geyimə-keçimə bax,
Deyərsən ki,gəlin köçür
qoca dünya.
Qoy başına yağsın onun
Yerin-göyün səadəti,
Mən heç belə
görməmişəm təbiəti.
14yanvar 1978
DAŞ
Yuxuda daş gördüm...
Kiminsə əlindəydi,
Milli Kitabxana
33
Atdı,kiməsə dəydi.
Qana bulaşdı daş,
Daşdan səda qopdu,
Nida qopdu:
– Kaş dilim olaydı,kaş!
Yuxuda daş gördüm...
Sürüyüb saldılar yola.
Birisi gəlirdi,
Uçurdu az qala.
Çatıb ilişdi daşa,
Az qaldı ki,qapaşa.
Söydü,tüpürdü,dedi:
– Lənətə gələsən,daş!
Daşdan səda qopdu,
nida qopdu:
– Kaş dilim olaydı,kaş!
Yuxuda daş gördüm...
Tərəzinin gözündəydi.
Bu nəydi?
Hər gələn çəpəki
Baxırdı daşa.
Satıcı coşa-coşa
Deyirdi: – Bu daş haqqı!..
Daşdan səda qopdu,
nida qopdu:
– Boynuma yıxırlar
haqqı,nahaqqı.
Yuxuda daş gördüm,
Daşın da gözündə
yaş gördüm.
YUXU
Yuxuda bir qoca göründü gözümə.
Milli Kitabxana
34
– Acam, – deyə,bağırdı.
Bir qazan dovğa gətirdilər.
– Qaşıq, – deyə,çığırdı.
Bir yaba ötürdülər,
Ha içdi,ha yaladı,
Qarnına bir şey getmədi.
Çəkdi qazanı başına,
Dağıtdı,buladı üst-başını.
Yuxuda bir qoca
göründü gözümə.
Yol gedirdi...
Qarşısına bir çay çıxdı
dalğalı,daşqın...
Dayandı şaşqın-şaşqın,
– Bəs körpü hanı? – deyə,
Bir milçək uçub gəldi,
Kişi mindi milçəyə,
keçdi çaydan.
Ağzı açıla qaldım,
Baxa-baxa bu taydan.
Yuxuda bir qoca göründü gözümə.
Birdən xaltasız bir tazı,
Hürərək qazı-qazı
qapdı kişini.
Az qala bitirmişdi işini.
Əyildim,əlimə keçdi
bir daş.
İstədim atam,dedilər:
– Yavaş!
Özgə itidir,döymək olmaz,
söymək olmaz.
Özümüzünkü olsaydı,
qulağını kəsərdik...
Yuxuda bir qoca göründü gözümə.
Yazığım gəldi,yandım.