Milli Kitabxana
6
deyən şair hələ də qəlblərdə yuva salmaqda olan pis hisslərə
qarşı barış- mazdır.Onun yolu əyilməz idrak,səmimi qəlb,öz
imkanları daxilində insanlara səadət gətirməyi bacarmaq
yoludur.
Elə yaşayaq ki,yaşadıqca biz
Bir ömrün min zəfər yoldaşı olsun.
Yer kimi müqəddəs,göy kimi təmiz,
Əməllər insana başdaşı olsun.
Onun başqa bir şeirində oxuyuruq:
Torpağa kəm baxma,torpaq uludur.
O,namus,ləyaqət, şərəf yoludur.
Vaqifin yaradıcılıq məziyyətləri barədə çox demək
olar.Onun şeirlərində gəncliyindən,sənət aləmində professional
olmamağından irəli gələn kəm-kəsirlər də vardır.Gənc şairə
gərgin mütaliə,klassik və müasir şeirin rəngarəngliyi,forma və
məzmun zənginliyi ilə hərtərəfli,dərin tanışlıq lazımdır.Bu,ona
şəxsi üslubunu bir daha cilalamaqda,sözü qənaətlə,zərgər
dəqiqliyi ilə işlətməkdə,hislərinə geniş ictimai-siyasi məzmun
verməkdə çox kömək edər.
Vaqif gəncdir.Lakin onun addımları uğurludur.Belə
başlanğıc isə Pifaqor demişkən, “bütövün yarısına bərabərdir”.
Sənə uğurlar arzulayırıq,qələm dostumuz!
Aydın Məmmədov,
filoloji elmlər namizədi
“Şəki fəhləsi” qəzeti, 9 oktyabr
1976-cı il.
Milli Kitabxana
8
“RUHLARLA SÖHBƏT” kitabından
KİŞİLƏR
Arazdan keçmirik – suyu sərindir.
Kürdən adlamırıq – dibi dərindir.
Araz aşığından,Kür topuğundan
olan kişilər!
Nə qədər ucaymış boyunuz sizin,
Əsliniz, kökünüz, soyunuz sizin,
Axib qanımıza dolan kişilər!
Sizin yanınızda dilimiz – qısa,
Ətəyimiz – uzun, əlimiz – qısa.
Qaya parçasından, daş qopuğundan
Nağara düzəldib çalan kişilər!
Döyüb başımıza çalınırıq biz,
Kos kimi ortaya salınırıq biz,
Olmuşuq oyuncaq, yalan, kişilər.
Hanı bəs Kür ilə Araz arası?
Bizi eyləyiblər palaz arası.
Ox kimi şığıyıb yazı düzündən
Atlını atından salan kişilər!
Qulağımız “haydı,hoy!” sözünə həsrət,
Ayağımız üzəngi üzünə həsrət,
Bizlər –kor eşşəyə palan, kişilər.
Sizi aldatmasın saxamız bizim,
Əllərdə qalıbdır yaxamız bizim.
Göydəki quşu da vurub gözündən,
Çalıb çalağantək alan kişilər!
Siz hara?.. Biz hara?.. Nə deyək sizə?
İnciyən ruhunuz hay vermir bizə,
Hələ də sükuta dalan kişikər!
Milli Kitabxana
9
Aşır başımızdan Kür də,Araz da,
Çəkir burulğanlar bizi bir az da.
Bir vədə dayanıb başımız üstə
Bizə xeyir-dua qılan kişilər!
Kənd-kənd, şəhər-şəhər axırıq daha,
Axana qıraqdan baxırıq daha,
Bu da qalın bəylər, kalan kişilər!
Getdi özünüzlə zorunuz sizin,
Dolur gözümüzə qorunuz sisin.
Çatdam-çatdam olsun gorunuz sizin,
Daşımız qalmadı daşımız üstə,
Ay yurdu-yuvası talan kişilər!
Olunca dünyada olmasa yeymiş,
Qalınca dünyada qalmasa yeymiş
Sizin yerinizdə qalan kişilər!
İndiki kişilər – yalan kişilər!..
22 iyul 1995
DAŞ ƏLİFBA
Tarix yaşa dolub, tarix yaşlaşıb,
Burda yeriməyib, dayanıb zaman.
Böyük şəxsiyyətlər burda daşlaşıb,
Böyük məbədlər də hələ bir zaman.
Qobustan – zamanın kəsilən yolu,
Tapdanıb nə zaman, ot bitib haçan?
Qobustan – vətənin quruyan qolu,
Donub damarında daşa dönüb qan.
Görən neçə arzu burda gül açıb,
Görən neçə ürək yanıbdı burda?
Görən neçə körpə burda dil açıb,
Görən neçə nəsil donubdu burda?
“Qaval daş” çalınır nə vaxtan bəri?
O ana qəlbini necə ovudum?
Dostları ilə paylaş: |