Ваһаби фиргәси



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

     /76/ -  İnfitar, 7. 

     /77/  -    Cəlaluddin  Əbdürrəhman ibn Əbu Bəkr Süyuti Şafei onların  ən böyük və adlı-sanlı 

alimlərindən biridir. O, aşağıdakı kitabların müəllifidir: “Tarixül-Xüləfa”, “Təzkirətül-hüffaz”, 

“Bəğiyyətul-vuat”, “Əl-Behcətul-Mərziyyə” (ərəb qrammatikasına dair), “Dürrülmənşur” təfsiri, 

“Camei-Kəbir” və “Camei-Səğir” (hədislər barədə) və fiqh, hədis, Qur’an təfsiri və s. elmlər barədə 

yazdığı bir çox kitablar, Süyuti 910-cu hicri-qəməri ilində  vəfat etmişdir. Usyut və Süyut Misirin 

şəhərlərindəndir. 

 

İrad 

     Mümkündür ki, belə desinlər: Təkcə qəbrin üzərində gümbəz tikmək yox, habelə, gümbəzin altında 

məqbərə tikib ölünü orada dəfn etmək də haramdır”. 

      

Cavab 

     Birincisi,  qəbiri inşa etməyin haram olması və Peyğəmbərin (s) bu əməli qadağan etməsi, ehram 

bağlayan şəxsin hərəkət halında başı üzərinə kölgə tutmasının haramlığı və Həzrətin (s) bu əməli qadağan 

etməsi kimidir. Necə ki, ehram bağlayan  şəxsin kölgəli yerdə dayanması haramdır.  İstər ehram 

bağlandıqdan sonra kölgədə dayansın, istərsə də kölgəli yerdə ehram bağlayıb öz yerində dursun. Eləcə də 

qəbir üzərində tikili inşa etmək istər əvvəlcədən olsun, istərsə də sonradan hər iki halda haramlığı da onun 

kimidir.  

     İkincisi, qəbirləri inşa etmək,  əgər Məhəmməd ibn Əbdülvəhhab və  İbn Teymiyyənin dediklərinə 

görə cahiliyyət zamanın bütləri hökmündədirsə, onda qəbiri dəfndən öncə inşa etməklə, dəfndən sonra inşa 

etmək eyni hökmə malikdir. Buna əsasən, Peyğəmbərin (s), Əbubəkr və Ömərin o Həzrətin otağında dəfn 

olunması sonradan və öncədən qəbiri inşa etməyin caizliyinə sübutdur. Üstəlik, bu da aydın olur ki, 

Peyğəmbəri (s) özümüzə örnək tutmaq, bəyənilmiş bir işdir. Buna əsasən icazə verilir ki, biz Peyğəmbərin 

(s) dostlarının və o Həzrətin övladlarının qəbirlərini inşa edək. Çünki hər ikisinin səbəbi və ölçüsü eynidir. 

Müsəlmanların hamısı bunların arasında fərq olmasına e’tiqad bəsləyirlər. 

     İbn Teymiyyə  nəyə istinadən deyir ki: “Peyğəmbər (s) qəbir inşa etməyi öz ümmətinə icazə 

verməmiş  və halal buyurmamışdır. Peyğəmbərin (s) qəbri ilə sair mö’minlərin qəbirləri arasında fərq 

qoymamışdır?”. Lakin, dedik ki, qəbiri inşa etməyə icazə verilir və Peyğəmbər (s) özü üçün qəbir inşa 

edilməsini şəriətə uyğun saymışdı. Çünki Həzrət vəsiyyət edib ki, onu vəfat etdiyi otaqda dəfn etsinlər. Aydın 

olur ki, hökmün əsası bir şeydir və Peyğəmbərin (s) qəbrinin və mö’minlərin qəbirlərinin inşa edilməsinin 

səbəbi də müştərəkdir. 

     Üçüncüsü, Qur’anda xüsusi şəkildə Peyğəmbərin (s) mübarək məzarı üzərində məqbərə tikilməsi 

haqda aşkar bir şey söylənilməməsinə baxmayaraq, ümumi şəkildə  aşağıdakı ayələrdə bu məsələyə 

toxunulmuşdur:  

     a) “(Ey insanlar! Sizə əmr etdiyim) Budur və hər kəs Allahın mərasiminə, nişanələrinə (qurbanlıq və 

Həcc mərasiminə  və s.) hörmət qoysa, bu (hörmət)  şübhəsiz ki, onların qəlblərinin təqvasındandır (Həcc, 

32)”. 


     b) “Və hər kəs haram buyurduqlarına hörmət (riayət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar 

(Həcc, 30)”. 

     c)  “Ey  iman  gətirənlər! Allahın nişanələrinə (müəyyən etdiyi mərasimlər, Həcc mərasiminə) 

hörmətsizlik etməyin...! (Maidə, 2)”. 

     Peyğəmbərlərin və müsəlmanların dini rəhbərlərinin mübarək bədənləri uyuyan məzar və məqbərə, 

habelə, ziyarətgahlar dinin nişanələrindəndir. Belə ki, onları qorumaq, məhv olmaqdan saxlamaq hamıya 

vacibdir. Çünki onları məhv (dağılmaqdan) olmaqdan   saxlamaq,  istər qəbir üstə tikili inşa etmək, istərsə də 

inşa baxımından tə’mir etmək, yaxud təzəsini tikmək, onlara hörmət bəsləmək deməkdir. Necə ki, məscidləri 

(xarab olmaqdan) dağılmaqdan qoruyub saxlamaq, onlara hörmət bəsləyib böyük tutmaq deməkdir. 

     Daha  da  aydın olsun deyə,  əlavə edirik:-Allah-təala Səfa və  Mərvəni öz nişanələrindən, hörmət 

ediləsi məkanlardan sayaraq, onlara sayqı  bəsləməyi hamıya vacib bilmişdir. Buna əsasən peyğəmbərlər

övliyalar və saleh insanların mübarək bədənləri dəfn olunan yerlər dini nişanə və şüar olmağa daha layiqdir. 

Çünki o yerlər, Allah-təalanın tikilib ucalmasını  və Özünün müqəddəs adının orada zikr edilməsini istədiyi 

evlərdəndir. 

     Ayədəki “beytdən (evdən)” məqsəd, Allaha itaət və ibadət olan evdir. Bu baxımdan,  “beyt-ev-

”kəlməsi, həm məscidləri, həm də ziyarətgah, hərəm və məqbərələri əhatə edir. Çünki hər ikisi Allaha ibadət 

və itaət olunan mə’bəd və məkandır. İslam şəriətində məscidlərin tə’mirinə, onlara hörmət edilməsinə dəlalət 

edən bir şey olmasaydı belə, həmin ayə ümumi məfhumuna  əsasən məscidin tə’mirinin, ona hörmət 

 

42



bəsləməyin və onda Allahı yad etməyin vacibliyinə dəlalət  üçün bizə kifayət edərdi. Çünki məscid Allahın 

daimi, qalacağını istədiyi evlərdəndir. 

     Allahın dini İslamı yad etməyə səbəb olan ziyarətgahları, məzarları tə’mir etmək, hörmət bəsləmək 

və onları qorumaq baxımından məscid kimidir. 

     Bu  baxımdan, müsəlmanlar Peyğəmbərin (s), Əhli-beytin (s) və o Həzrətin  səhabələrinin dəfn 

olunduğu yerləri öz halında saxlamağı  tə’kid edirlər. Müsəlmanların uzun müddət müqəddəs  şəxslərin 

qəbirlərini məhv olmaqdan qorumağa çalışmasının səbəbi budur ki, o əməlin (qəbirləri inşa etməyi, onlara 

hörmət bəsləməyi) dini əsaslarını ucaldıb möhkəmlətmək və iman əhlinin hörmətini gücləndirmək istəmişlər. 

Qətiyyən bu əməl  şirk və bütpərəstliyin nümunəsi deyildir. Halbuki, vahabi rəhbərləri (liderləri) belə 

fikirləşiblər.  

     Məhəmməd ibn Əbdülvəhhab demişdir: “Qəbir üzərində tikili inşa etmək, cahiliyyət dövründə ibadət 

edilən çubuq və daşlar hökmündədir”. Kaş o, başa düşəydi ki, bu sözləri Həzrət İsmail (ə) və anası Hacərin 

qəbirləri üzərində “hicr” (hərəm, məqbərə) inşa etməyin Peyğəmbərin (s) onun dağıdılmasının qarşısını 

almasının və Rəsul (s) dəfn olunan otağı inşa etməyə irad tutulması mə’nasını verir. (Halbuki, bunun heç bir 

irad olmamasını vurğuladıq).  

     Səhabələr Peyğəmbəri (s) öz pak otağında dəfn edib, qapılarını bağlamağı göstəriş verdilər. Kim 

deyə bilər ki, səhabələr bu işlə otağın divarlarına büt kimi pərəstiş etmək istəmişlər?! 

     İbn Teymiyyə “Minhacüs-sünnə”də yazır: “Ömər ibn Xəttab müsəlmanların müəyyən bir yeri 

Peyğəmbərin (s) oturub-durduğu yer hesab edərək, orada namaz qıldıqlarını gördükdə, onları bu işdən 

çəkindirib deyərdi:-Sizdən öncəki camaatın həlak olmasının səbəbi, onların öz peyğəmbərlərinin nişanələrini 

ibadətgaha çevirmələri idi”. 

     İbn Teymiyyə bilməlidir ki, Ömərin bu işi qadağan etməsi onun şəxsi ictihadından irəli gəlir.  Əks 

halda, heç kəs Peyğəmbərin (s) namazı yerdə  qılmağın haram və batil olmasını söyləməmişdir. “Səhihi-

Buxari”də Peyğəmbərdən (s) belə rəvayət olunur: “Həzrət (s) buyurdu: “Allah-təala bütün Yeri mənim üçün 

məscid (səcdə yeri) və pak qərar vermişdir. Hər zaman mənim ümmətimdən olan şəxs namazın vaxtının 

çatdığını dərk edərsə, orada (yer üzərində, torpaqda) namaz qılsın”. 

     Buna  əlavə olaraq, müsəlmanlar, xüsusilə,  İmamiyyə firqəsi bu sözün Ömərə nisbət verilməsini 

inkar edirlər. Çünki Ömər bu işin qarşısını alsaydı, peyğəmbərlərin nişanələrini, Həzrət Rəsulun (s) və 

Əbubəkrin qəbirlərini öz halına buraxmazdı!  

     Habelə, o, vəsiyyət etməzdi ki, onu Peyğəmbər (s) məzarının kənarında dəfn etsinlər. Buna 

əsasən, qəbirləri inşa etmək cahiliyyət zamanının bütləri hökmündədirsə, heç vaxt Ömər, ondan öncə 

Əbubəkr və onlardan sonrakı  səhabələr Peyğəmbərin (s) dəfn olduğu yeri öz halına buraxıb, o Həzrətin  

kənarında başqalarını dəfn etməzdilər.... 

     Qeyd  olunanların hamısı  Məhəmməd ibn Əbdülvəhhabın bu barədə verdiyi fitvaların məntiqdən 

uzaq və həvayi-həvəsdən doğduğunu çatdırır. 

     Allah-təala bizləri bu işdən və belə fikir tərzindən uzaq etsin. 

       

           



      

      


4-ZİYARƏTGAH VƏ HƏRƏMLƏRİ BƏZƏMƏK 

      

Ziyarətgah və hərəmləri qızıl-gümüşlə bəzəməyin  

idrak və şəriət baxımından heç bir eybi yoxdur 

     Dördüncü məsələ bundan ibarətdir:-Ziyarətgahları, övliyaların qəbirlərini qızıl-gümüşlə zinətləndirib 

cavahiratla bəzəməyin, onları çıraq və qəndillərlə işıqlandırıb qəbirlərin üzərinə kölgə (çardaq) qoymağın nə 

eybi vardır? 

     Vahabilər bunların hamısını haram bilirlər. Bə’zən deyirlər ki, bu iş mə’nasızdır və meyit üçün heç 

bir faydası yoxdur. Bə’zən də  Məhəmməd ibn İdris  Şafeidən 



/78/

  nəql edərək deyirlər: “Ömər bir qəbrin 

üzərində gümbəz gördükdə, onu aradan qaldırıb dedi: Qoyun, onun əməli üzərinə kölgə salsın”. Digər bir 

yerdə Abdullah ibn Abbasın hədisinə istinad edirlər: “Peyğəmbər (s) qəbirləri ziyarətə gedənləri, qəbirlərin 

kənarında namaz qılanları və orada çıraq, qəndil yandıranları lə’nətləmişdir”. 

 

43




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə