Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə44/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   38   39   40   41   42   43   44   45   46

 

90 


 

РЕЗЮМЕ 

РОЛЬ  СЕМИНАРОВ В ПРОЦЕССЕ ФОРМИРОВАНИЯ  

ЛИЧНОСТИ СТУДЕНТА 

Рзаева С.Б. 

  

Ключевые  слова:  семинарские  занятия,  студент,  качество,  личность,  нравственные 

ценности, самостоятельное творчество 

 Статъя  посвящена  роли  высших  учебных  заведений  во  всестороннем  развитии 

молодого поколения, в приобретении ими высоких  нравственных  качеств и формировании 

их как личности. Семинарские занятия играют важную роль в процессе усвоения студентами 

теоретических  знаний,  в  проявлении  самостоятельной  творческой  активности  и  развитии 

научно-педагогического  мышления.  Каждое  семинарское  занятие  должно  соотноситься  с 

традициями и нравственными  ценностями  общества. 

  

SUMMARY 

ROLE OF SEMINARS  IN THE FORMATION OF STUDENTS’ PERSONALITY 

Rzayeva  S.B. 

 

Key  words:  seminar,  student,  quality,  personality,  moral  values,  information  exchange, 

independent activity  

The  article  is  devoted  to  the  essential  role  of  the  institutions  of  higher  education,  where  a 

young generation gains intellectual and moral values, and their personality is formed. Seminars play 

significant  role  in  the  process  of  gaining  theoretical  knowledge  by  students,  in  developing 

scientific-pedagogical  consciousness  and  demonstrating  independence  in  creative  work.  Each 

seminar should follow the traditions and moral values of the society. 

 

 

Daxilolma tarixi: 



İlkin variant 

10.04.2017 

 

Son variant 



27.09.2017 

 

Tələbələrin şəxsiyyət kimi  formalaşmasında seminar  məşğələsinin rolu 

 



 

91 


 

 

UOT 004.5 

 

   YENİ RƏQƏMSAL VİZUAL MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT  



 

KƏRİMOVA MƏLƏK FERUZ qızı 

Xəzər Universiteti, doktorant 

e-mail: mkerimova@khazar.org 

 

Açar sözlər: rəqəmsal mədəniyyət, incəsənət, toxunmatik cəmiyyət 

 

İnternet və kompüter  texnologiyasının həyatımıza daxil olması  nəinki  yaşam tərzimizi, eyni 



zamanda  düşüncə  tərzimizə  də  öz  təsirini  göstərmişdir.  1990-cı  illərdə  bəzi  insanlar  tərəfindən  

istifadə  edilən  kompüterlər  bu  illər  ərzində  evlərə  daxil  olmağa  və  sürətlə  yayılmağa  başladı. 

Günümüzdə  isə  bir  anlıq  internetsiz,  mobil  telefonsuz,  kompütersiz  həyatı  təsəvvür  etmək 

çətinləşmişdir.  İnsanların  texnologiyaya  sürətli  ayaq  uydurmaları,  texnologiyanı  həyatlarının 

mərkəzinə  qoymaları,  öz  kimlik,  sosial  yaşamlarını  yenidən  qurmaları  bəzən  qorxuducu 

görünməkdədir. Dünyanın ümumi  mənzərəsinə baxıldığı  zaman texnologiyadan istifadə etməkdən 

imtina etmək və ya bu inkişafa ayaq uydurmaq üçün cəhd etməmək imkansız kimi görünməkdədir. 

Dünyada  baş  verən  texnoloji  dəyişikliklərin  bütün  mədəniyyətlərə  təsiri  qaçılmazdır.  Bəs 

mədəniyyət nədir? Mədəniyyət termini ilk dəfə 1767-ci ildə Şotland filosofu A. Fergüson tərəfindən 

işlədilmişdir  [5].  Mədəniyyətin  iki  sahəsi  maddi  və  mənəvi  mədəniyyət  bir-biri  ilə  qarşılıqlı 

əlaqədədir.  Mədəniyyətin  dar  və  sadə  anlamda  incəsənət,  folklor,  etik  normaları  əhatə  etdiyi, 

kontekstual  anlamda  hər  hansı  hadisənin  və  ya  insanın  özünün  inkişaf  səviyyəsinin  keyfiyyət 

xarakteristikasını,  elmi  anlamda  təbiətin,insanın  özünün  və  cəmiyyətin  dərk  edilməsi  və 

dəyişdirilməsi, nəticədə, yaranmış mənəvi və maddi dəyərlər və normalar, habelə onların istehsalı, 

saxlanması, istifadə edilməsi və translyasiyası üsulları kimi qiymətləndirilməkdədir [4]. 

Müasir  cəmiyyətin  mədəniyyətinin  strukturuna  da  təhsil  və  tərbiyə,  elm  və  texnologiya, 

incəsənət,  iqtisadiyyat,  hüquq,  təşkiletmə  və  idarəetmə,  informasiya,  mətbuat,  turizm,  həyat  tərzi, 

dil,  mədəni  irs,  səhiyyə,  ekologiya  və  digər  həyat  təminatı  sistemləri,  ideologiya  din,  etika,  daxili 

siyasət və beynəlxalq münasibətlərin daxil olduğu da qeyd edilməkdədir [4]. 

Beləliklə,  mədəniyyət  anlayışının  çox  geniş  anlayış  olduğu,  elm  və  texnologiyanın  da, 

incəsənətinin  də  bu  anlayışın  altında  birgə  yer  aldığı  görülməkdədir.  Yeni  rəqəmsal  vizual 

mədəniyyətin də istənilən fəaliyyət sahəsinə, eyni zamanda incəsənətə təsiri inkaredilməzdir. 

Yeni  texnologiyalar  yeni  ünsiyyət  tərzi  ilə  də  bizləri  qarşılaşdırmaqdadır.  Artıq  interaktiv 

ünsiyyət  anlayışı  mədəniyyətlərə  daxil  olmuşdur.  İnteraktiv  ünsiyyət  geniş  anlamda  “rəqəmsal 

mədəniyyətin”  nəticəsi  kimi  qarşımıza  çıxır.  Bilik,  görüntü  və  səslər  artıq  rəqəmsal  məlumat 

xarakteri  daşıyır.  Günümüzdə  artıq  rəqəmsal  məlumatla  tanışlığın  yaşı  aşağı  çəkilmişdir.  Dil 

sərhədlərinin aşıldığı və vizual simvolların istifadə edildiyi  yeni cəmiyyət, yeni mədəniyyət tərzi ilə 

cəmiyyəti üzləşdirməkdədir. “İnsanları yeni rəqəmsal vizual cəmiyyətin üzvü kimi çıxış etməyə nə 

vadar  edir?”  sualı  da  düşündürücüdür.  Bu  suala  cavab  olaraq  da  insanların  sosial  və  psixoloji 

mənbəli  ehtiyaclarının  olduğunu  qeyd  etmək  lazımdır.  Texnologiya  və  internet  də  insanların 

ehtiyaclarını qarşılamada əsas vasitələrdən biridir. Sosial və psixoloji ehtiyacları ödəmək məqsədi 

ilə  bir  araya  gələn  insanlar  öz  adlarını,  cinsiyyətlərini,  haralı  olduqlarını  gizlədərək  yaratdıqları 

“ideal mənlik və kimliklərini” yaradır. Beləliklə “yeni kimlik”  başqa bir xəyali insanla (kimliklə) 

tanış olmaqda və ünsiyyət qurmaqdadır. Beləcə toxunmatik cəmiyyət və yeni ünsiyyət tərzi ortaya 

çıxmaqdadır.  Artıq  insanlar  duyğularını  müxtəlif  şəkillər  vasitəsi  ilə  (qəzəbli,  gülən,  ağlayan  və 

s.üzlər) ifadə edirlər. 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 3                   2017 

  



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə