Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə42/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   38   39   40   41   42   43   44   45   46

 

86 


 

3.  Nəzərov  A.M.,  Mollayev  E.Ə.  Müasir  dovrün  təhsil  problemləri  (Mühazirə  xülasələri).  Dərs 

vəsaiti. Baki: Elm, 2011, 121 s. 

4. Ağamalıyev R., Əhmədov İ. Tədris prosesində modul təlim texnologiyasından  istifadənin imkan 

və yolları. Pedaqoji texnologiyalar. Bakı: 2006, 121s. 

5. Kərimov Y. Təlim metodları. Bakı: Aspoliqraf, 2007, 78 s. 

  

РЕЗЮМЕ 

ВАЖНОСТЬ ПЕДАГОГИЧЕСКИХ ТЕХНОЛОГИЙ В ОБРАЗОВАТЕЛЬНОМ 

СЕКТОРЕ В ПЕРИОД СОВРЕМЕННОЙ ГЛОБАЛИЗАЦИИ 

Кулиев А.Ф., Исмаилов А.О., Оруджев С.К., Самедов Я.А.  

 

Ключевые слова: педагогическая технология, сфера образования, программа реформы. 

В статье подробно рассказывается о необходимости использования педагогических 

технологий в области образования в эпоху современной глобализации и анализируется роль 

и значение их применения в этой важной сфере.  

 

 



SUMMARY

  

THE IMPORTANCE OF PEDAGOGICAL TECHNOLOGIES IN  



EDUCATIONAL SECTOR IN THE PERIOD OF GLOBALIZATION 

Quliyev A.F., Ismayilov A.O., Orujov S.K., Samadov Y.A. 

 

Key words: pedagogical technology, the sphere of education reform program 

The article details the necessity of the use of educational technology in the field of education 

in the era of contemporary globalization and analyzes the role and importance of their application in 

this important area. 

 

 

 

 



Daxilolma tarixi: 

İlkin variant 

07.07.2017 

 

Son variant 



27.09.2017 

Müasir qloballaşma dövründə təhsil sahəsində pedaqoji texnologiyalardan istifadənin əhəmiyyəti 

 



 

87 


 

 

 

UOT 378.2 



 

TƏLƏBƏLƏRİN ŞƏXSİYYƏT KİMİ  FORMALAŞMASINDA  

SEMİNAR  MƏŞĞƏLƏSİNİN ROLU 

 

RZAYEVA SEVİNC BAXIŞ qızı 

Sumqayıt Dövlət Universiteti, müəllim 

e-mail: sdu.elmixeberler 

 

Açar sözlər:  seminar məşğələsi, tələbə, keyfiyyət, əxlaqi dəyərlər, şəxsiyyət,, müstəqil-yaradıcı fəallıq 

 

Gənc nəslin hərtərəfli inkişafında, yüksək əqli və əxlaqi dəyərlərə yiyələnmələrində, şəxsiyyət 



kimi  formalaşmalarında  seminar  müəlliminin  əvəzolunmaz  rolu  vardır.  Seminar  məşğələlərinin 

əksəriyyəti  öyrədici    xarakter  daşısa  da,  əsas  məsələ  tədris  prosesində  təfəkkürün  inkişafına  nail 

olmaqdır.  Hər  bir  seminar  məşğələsi  mövcud  cəmiyyətin  adət  və  ənənələri,  əxlaqi  dəyərləri  ilə  

vəhdət təşkil etməlidir. 

Təlim prosesində  seminar məşğələləri xüsusi əhəmiyyət kəsb edir və tələbələrdə əqli fəallığın 

yaranmasının  və  nəzəri  biliklərin  mənimsənilməsinin    mühüm  sahəsi  kimi  diqqəti  cəlb  edir. 

Seminar  məşğələlərinin  keyfiyyəti,  təsirliliyi  mühazirə  məşğələlərinin  məzmunu  və  metodika-

sından, müəllimin elmi-pedaqoji hazırlıq səviyyəsindən, dünyagörüşü, əqidəsi və özünəinamından; 

tələbələrin  elmə  idraki  marağının  səviyyəsindən  və  kafedranın  bu  məsələyə  münasibətindən 

bilavasitə asılıdır. Seminar məşğələsi hər şeydən əvvəl tələbələrin müstəqil yaradıcı fəallığı, elmi –

pedaqoji  təfəkkürün  inkişaf  etdirilməsi  prosesi  kimi,  konkret  məqsəd  və  plan  əsasında  həyata 

keçirildikdə istənilən nəticələr əldə olunur. Dərs o zaman daha keyfiyyətli olur ki, seminar müəllimi 

ilə mühazirə aparan müəllim  arasında möhkəm əlaqə və elmi fikir birliyi  olur.  

Seminar  müəllimi  mühazirə  mətninə  və  dəqiq  seçilmiş  elmi  ədəbiyyata  daha  çox  istinad 

etməlidir. Seminar məşğələsinin planında sualların qoyuluşu elə olmalıdır ki, tələbələrin proqramın 

əsas müddəalarını öyrənməyə, ilk mənbələri oxuyub icmallaşdırmağa maraqlandırsın. Məşğələ üçün 

seçilmiş suallar qrupun ümumi səviyyəsinə uyğunlaşdırılmalı, materialın öyrənilməsinə, ümumiləş-

dirib nəticə çıxarılmasına  kömək etməlidir. 

Təcrübə  göstərir  ki,  seminar  məşğələlərinin  gedişi  və    müvəffəqiyyəti  iki  mühüm  amildən 

asılıdır: 

1.Tələbələrin hazırlıq səviyyəsindən

2. Müəllimin səriştəsindən, bacarığından və rəhbərliyindən.   

Məşğələ  müəllimin  sözü  ilə  başlamalıdır.  O,  məşğələnin  mahiyyətini,  xarakterini, 

istiqamətini,  çox mühüm cəhətlərini vurğulamaqla, tələbələrə aydın  istiqamət  verməlidir. Seminar 

bütün tədris prosesini əks etdirən   güzgüdür. Bu məşğələ növünün təşkili, keyfiyyəti və keçirilməsi 

metodu  müəllimin  elmi  səviyyəsi  və  pedaqoji  təcrübəsi  ilə  bilavasitə  bağlıdır.  Müəllim  öz  işinin 

birincisi olarsa, məşğələnin  yüksək səviyyədə keçirilməsi üçün daha effektli və məqsədəuyğun üsul 

və priyomlar seçə bilər və seçməyə səy göstətməlidir [1,11]. 

Təcrübə  göstərir  ki,  sual-cavab  və  canlı  müsahibə  metodu  qrupun  fəallaşmasında  xüsusi 

əhəmiyyət  kəsb  edir,  tələbələrdə  özünəinam  hissinin  inkişafına  müsbət  təsir  göstərir.  Seminarda 

əldə  edilmiş  biliklərin  möhkəmləndirilməsi,  şüurlu  mənimsənilməsi  müəllimin  əsas  məqsədi 

olmalıdır.  Bu  məqsədlə  də  qısamüddətli  tapşırıq  olan  testlərdən  istifadə  də  səmərəli  nəticə  verir. 

Tələbələr  müstəqil  surətdə  mövzu  ilə  bağlı  olaraq  testlər  tərtib  edirlər.    Tələbələr  nə  qədər 

müntəzəm  və  yaradıcı  şəkildə  çalışıb  öyrənməyə  səy  göstərərlərsə,  mövzu  ilə  əlaqədar  müxtəlif 

ədəbiyyatlara  əsaslanıb  internetdən  səmərəli  şəkildə  istifadə  edərlərsə,  onda  məşğələ    canlı  və 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 3                   2017 

  



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə