Uot 31. 445. Q. M. MƏMMƏdov, Y.Ġ. ġAhverdiyev, H. M. HƏSƏnov, S. Y


Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix11.01.2018
ölçüsü0,67 Mb.
#20449
1   2   3   4   5   6   7   8   9   ...   19

Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

 Cədvəl 1 



İES-lərdə istifadə olunan yanacaqdan asılı olaraq ətraf mühitə buraxılan tullantıların miqdarı 

 

Lakin  İES-lərdən  atmosferə  buraxılan 



tullantıların əsas hissəsi karbon qazı olmaqla 

1mln  ton,  karbon-2-oksidə  çevrildikdə  isə  1 

Mt  təşkil  edir.  İES-lər  tərəfindən  çaylara, 

göllərə və dənizlərə axıdılan çirkab suları ilə 

ildə  66  ton  üzvi  maddələr,  82  ton  sulfat 

turşusu, 26 ton xloridlər, 41 ton fosfatlar və 

təxminən 500 ton asılı maddələr kənar edilir. 

İES-lərin  atmosferə  buraxdığı  külün  tərki-

bində  çox  vaxt  yüksək  konsentrasiyalı  ağır 

metallar  və  radioaktiv  maddələr  olur.  Enerji 

obyektlərinin  qaz, maye  və  kül  halında olan 

tullantıları  ətraf  mühitə  yayılır.  Onların  bir 

hissəsi qlobal, regional və lokal dəyişkənliyə 

səbəb  olur.  Bu  hal  təsərrüfatın  digər  sahələ-

rində də baş verir, bununla belə, energetika-

da  istifadə  olunan  təbii  yanacağın  yandırıl-

ması  əsas  qlobal  çirkləndirici  hesab  olunur. 

Bu  çirkləndiricilər  atmosferə  daxil  olur,  on-

ların toplanması hesabına atmosferin qaz tər-

kibinin və parnik (istilik) qazlarının konsen-

trasiyası  dəyişir.  Beləliklə,  qeyd  etmək  la-

zımdır  ki,  İES-lər  bütün  zərərli  sənaye  tul-

lantılarının miqdarının 20%-ni atmosferə bu-

raxır. Onlar  yerləşdiyi  rayonun  ətraf mühiti-

nə  və bütövlükdə biosferə  əhəmiyyətli  dərə-

cədə təsir göstərirlər. 

Atom-elektrik stansiyası – bir neçə nü-

və  reaktorunun  yanacaq  kimi  radioaktiv 

maddələri istifadə edərək elektrik enerjisinin 

istehsalı ilə məşğul olan avadanlıq və aparat-

lardan ibarət qurğular toplusudur. Bu qurğu-

lar  binalarda  yerləşdirilərək  xüsusi  ərazilərə 

malik  olurlar.  Bu  stansiyalar  təkcə  qəza  za-

manı  yox,  həm  də  normal  fəaliyyət  göstər-

dikləri  zaman  da  təbii  mühit  üçün  təhlükə 

mənbələri olaraq qalır. Radioaktiv tullantılar 

həm  insan,  həm  də  ətraf  mühit  üçün  uzun 

müddət  ərzində  təhlükəlidir.  Belə  tullantılar 

təkcə  AES-lərdə  deyil,  həm  də  atom-nüvə 

sənayesinin digər sahələrində də mövcuddur. 

Digər  enerji  istehsal  edən  stansiyalardan 

fərqli  olaraq,  radioaktiv  maddələr  istifadə 

edildiyinə  görə,  AES-lərdə  daha  güclü 

təhlükəsizlik  tədbirləri  həyata  keçirilir.  Onu 

da  qeyd  etmək  kifayətdir  ki,  0.5  kq  nüvə 

yanacağından  əldə  olunan  enerjinin  miqdarı 

1000  ton  daş  kömürdən  alınan  yanacağa 

bərabərdir. 

Aşağıdakı cədvəldə (сədvəl 2.) il ərzində 

yanacaq  sərfi  və  ətraf  mühitin  çirklənməsi 

üzrə gücü 1000 MVt olan AES və  İES-lərin 

müqayisəli məlumatları verilir. 



Cədvəl 2 

İES və AES-lərdə yanacaq sərfi və 

ətraf mühitin çirklənməsi haqqında məlumat 

 

Atmosferə təsir 

göstərən amillər 

ĠES 

AES 

Tullantılar: 

 

 



Karbon qazı 

10 mln ton 

– 

Kükürd anhidridi və 



digər birləşmələr 

400 min ton 

– 

Kül 


100 min ton 

– 

Radioaktiv maddələr 



– 

2 ton 


 

Cədvəl  2-dən  göründüyü  kimi,  atom 

energetikasının  üstünlüyü  üzvi  yanacağa 

əsaslanan  energetikaya  nisbətən  böyükdür. 

AES-lərin  normal  fəaliyyəti  dövründə  ətraf 

mühitə  radioaktiv  tullantılar  çox  az  miqdar-

da atılır. Orta hesabla bu tillantıların miqdarı 

eyni güclə işləyən İES-lərə nisbətən 2-4 dəfə 

azdır. 

Əgər  hazırda  fəaliyyətdə  olan  bütün 



AES-lər İES-lərlə əvəz olunarsa, dünya iqti-

sadiyyatına, planetimizə  və  ayrılıqda  hər bir 

insana aradan qaldırılması mümkün olmayan 

ziyan  yetirilərdi.  Belə  ki,  AES-lərdən  əldə 

olunan enerji eyni zamanda Yerin atmosferə 

hər  il  İES-lərdə  üzvi  yanacağın  yandırılma-

sından  alınan  2300  mln  ton  karbon  qazını, 

Yanacaq 

Tullantılar, ton 

Karbohidrogenlər 

CO 

NO 

SO 

Hissəciklər 

Daş kömür 

400 

2000 


27000 

110000 


3000 

Neft 


470 

700 


25000 

37000 


1200 

Təbii qaz 

34 



20000 



20.4 

500 



Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

80  mln  ton  kükürd-2-oksidin  və  35  mln  ton 



azot  oksidinin  buraxılmasının  qarşısını  alır 

[3].  Qeyd  etmək  lazımdır  ki,  müasir  AES-

lərdə qəza ehtimalı çox azdır, lakin o, istisna 

deyildir.  1986-cı  ildən  sonra  AES-lərin  baş-

lıca ekoloji təhlükəsi qəza ilə əlaqələndirilir. 

Çernobıl  AES-dəki  qəza  nəticəsində  2  min 

km  radiusunda  ərazi  radioaktiv  çirklənməyə 

məruz  qalaraq,  20-dən  artıq  ölkəni  əhatə  et-

mişdir. Qəza nəticəsində 7000-ə yaxın insan 

həlak  oldu  və  25000  insan  güclü  radiasiya 

nəticəsində ömürlük şikəst oldu. Bu faciədən 

sonra  Çernobılda  doğulan  uşaqların  90%-də 

əlillik  yaranır.  Ölənlərin  və  köçürülənlərin 

sayı  sonralar  artmış,  küləklə  radioaktiv 

maddələrin  yayılması,  yanğınlar,  nəqliyyat 

və  s.  vasitəsilə  çirklənmə  zonası  daha  da 

genişlənmişdir  [4].  Hadisədən  neçə  illər 

keçsə  də,  radiasiyanın  fəsadları  hələ  də  Av-

ropada  dolanmaqdadır.  Qəzanın  nəticələri 

hələ  neçə-neçə  nəsillərin  həyatında  öz 

təsirini göstərəcəkdir. 

         Cədvəl 3 

İstifadə olunan yanacaqdan asılı olaraq AES-lərin ətraf mühitə təsiri haqqında məlumat [2]. 

 

Radioaktiv  çirklənmə  qısa  müddətli  ol-



madığından  insanlar  on  illər  ərzində  həmin 

mühitdə yaşamaqla həddindən artıq ehtiyatlı 

olmalıdırlar. Biosferin radioaktiv çirklənmə-

si ən təhlükəli hallardan biridir. Ona görə də 

bu  fəsadları  aradan  qaldırmaq  xüsusilə  va-

cibdir. Şualanma rüşeymlərin böyüməsini və 

hüceyrələrin bölünməsini zəiflədir. 

Beləliklə,  radioaktiv  tullantılar  radioak-

tiv çirklənmənin əsas mənbələri olmaqla əla-

mətlərinə görə fərqləndirilir və təsnifatlaşdı-

rılır: 



 



aqreqat tərkibinə görə (bərk, maye, qaz); 

 



yarımparçalanma  dövrünə  görə  (az  yaşa-

yan  -  bir  ildən  az,  orta  yaşayan  -  1  ildən 

100 ilə qədər, uzun müddət yaşayan - 100 

ildən çox); 

 

xüsusi aktivliyinə görə (az fəal - 0,1 ki/m



3

-

dən  az,  orta  fəal  (0,1-dən  1000  ki/m



3

), 


yüksək fəal (1000 ki/m

3

 - dən çox); 



 

şüalanmanın tipinə görə (α,β, γ və neytron 



şüalanması). 

Qamma  şüalanma  torpağa  və  bitkilərə 

öldürücü  təsir  göstərən  əsas  mənbədir.  O, 

bitkilərin  böyüməsini  və  inkişafını  zəiflədir, 

torpaqların  məhsuldarlığını  aşağı  salır, 

toxumların cücərmə qabiliyyətinə mənfi təsir 

göstərir [5]. 

AES-lərin  istismarı  vaxtı  ətraf  mühitə 

texnogen təsirlər müxtəlif olur. Bu müxtəlif-

lik AES-in istismarının texnogen təsirinin fi-

ziki,  kimyəvi,  radioaktiv  və  başqa  amilləri 

ilə əlaqələndirilir: 

 

tikinti gedən ərazidə relyef üzrə lokal me



-

xaniki təsir; 

 

texnoloji sistemlərdə istismar zamanı fizi-



ki şəxslərə dəyən zərər

 



kimyəvi  və  radioaktiv  komponentləri 

özündə  saxlayan  səthi  və  yeraltı  suların 

axımı; 



 



bilavasitə  AES-in  yaxınlığında  torpaqdan 

istifadənin  və  mübadilə  proseslərinin  xa-

rakterinin dəyişikliyi; 

 



ətraf rayonların mikroiqlim xarakteristika-

larının dəyişikliyi. 



Metsamor  AES.  Cənubi  Qafqazda  da 

atom faciəsi təhlükəsi vardır. Buna səbəb Er-

mənistanın  Metsamor  şəhərində  fəaliyyət 

göstərən AES-dir. Ermənistanın paytaxtı İrə-

vandan  40  km  qərbdə  Metsamor  şəhərində 

yerləşən  bu  stansiyanın  tikintisinə  keçmiş 

Sovet  İttifaqı  dövründə  1973-cü  ildə  başla-

nılmış,  1979-cu  ildə  isə  o,  istismara  veril-

mişdir (şəkil 1). 

 

Yanacaq 



Zərərli tullantılar 

Ətraf mühitə təsir 

Ġqtisadi ziyan 

Daş kömür, 

mazut 

Kükürd-2-oksid, 



karbon qazı, benzopirin 

Turşulu yağışlar, parnik effekti 

Təbii qaz 



Azot-2-oksid, karbon qazı  

Çirklənmə, yanmış məhsulların və yanaca-

ğın nəqlinin təsirindən ekosistemin 

deqradasiyası 

1.5 

Nüvə 


yanacağı 

 

Radionuklidlər 



 

Təyin olunmuş normaya və təbii radiasiya 

fonuna nisbətən radioaktivlik aşağıdır 

1,0 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə