38
4
gün sonrayamı saxlayım? Beləliklə, əgər burada nəsə bir rəmzi məna varsa, onu, təxminən, bu
cür təsəvvür etmək olar. <...>
Sual: Hansı kitabınızı birinci oxumağı tövsiyə edərdiniz?
Folkner: Mənə belə bir sual verməsəniz, yaxĢıdı, çünki, əlbəttə ki, mən ən çox
xoĢlandığım kitabımdan baĢlamağı məsləhət görəcəyəm, o isə sizin məqsədiniz üçün
yaramayacaq. Amma bu suala obyektiv cavab vermək lazımdısa, yəqin ki, “Məğlubedilməzlər”i.
Sual: Nə üçün məhz “Məğlubedilməzlər”i?
Folkner: Çünki bu kitab asan oxunur. Yəni baĢqa kitablarımla müqayisədə.
Sual: Mən sizdən Kventinin öz atası ilə münasibətləri barədə soruĢmaq istərdim.
Məncə, oxucuların çoxunda belə bir təsəvvür yaranır ki, atası Kventinə həyatda ona dəstək ola
biləcək dəyərlər sistemini aĢılaya bilməyib, bu səbəbdən də o, kitabda olduğu kimi bir adama
çevrilib. Kventinin son hərəkətinin səbəbi nədir?
Folkner: Kventinin öz təsəvvürünə görə, bu, ona atası tərəfindən təlqin edilib. Bunda
nəsə ilkin bir məğlubiyyət də rol oynayıb: briqadir babası VətəndaĢ müharibəsində uğursuzluğa
düçar olub. Bu ilkin məğlubiyyət hissi Kventinə atasından irsən, daha doğrusu, doğma atasının
arzusundan asılı olmayaraq keçib. Birinci Kompsonun ölümündən sonra, Kventin
doğulmamıĢdan hələ əvvəl nəsə qırılıb. Amansız və cəsarətli bir adam olan birinci Kompson
Missisipi Ģtatına gələrək azad meĢə sakininə çevrilib, yəni istədiyi vaxt istədiyi yerdə qarətlə
məĢğul olmağa baĢlayıb, bir nəslin əsasını qoyub, onun fikrincə, bu nəsil əsl kral nəslinə
çevrilməliymiĢ, ancaq “kral nəsli” sonra iflasa uğrayıb. <...>
Sual: Ġnsan hər Ģeyə tab gətirib yaĢamını davam etdirəcək deyərkən, siz onu bir
Ģəxsiyyət, yoxsa cəmiyyət üzvü kimi nəzərdə tutursunuz?
Folkner: Vahid həyatın bir hissəciyi kimi.
Sual: Amma, məsələn, Kventin götürək, hər Ģey onun əleyhinədir, o məhkum....
Folkner: Bəli, bəli, anasının əlindən heç nə gələn deyil, qardaĢı ağıldankəmdi, amma
hər halda, ailədə Dilsi var, o heç bir əvəz, mükafat gözləmədən inadla ailəni dağılmaqdan
qoruyur; baĢqa sözlə, insan təslim olmamıĢdan, öz məğlubiyyətini qəbul etməmiĢdən əvvəl onun
yaĢamaq cəhdi digər, daha “aĢağı” bir kanalla davam edə, qaradərili insanda, zənci irqində ifadə
oluna bilər.
Sual: Siz bizi inandırmağa çalıĢırsınız ki, insan kamildir və o, hər Ģeyə rəğmən, öz
yaĢamını davam etdirə biləcək. Bəs onda dini və siyasi sferalar da daxil olmaqla gündəlik
həyatda müĢahidə etdiyimiz kütləvi qəddarlıqları nə ilə izah edək?
38
5
Folkner: Mən insanın mütləq Ģəkildə kamil olmağından danıĢmamıĢam, yalnız bunu
demiĢəm ki, insan zəfər çalacaq və bunun üçün ona yaxĢı olmağa çalıĢmaq lazımdır. BəĢəriyyət
insanın mütləq kamilliyə çatacağı dövrlərə qədər yaĢayacaqmı – bunu heç kəs bilmir. Ancaq
insan yaxĢılığa doğru inkiĢaf edəcək, çünki tərəqqinin yeganə alternativi ölümdür. Məsələn, biz
indi görürük ki, uĢaqlar iĢləməyə məcbur deyillər, satıcı isə xarab olmuĢ ərzaq məhsulunu
satmayacaq. Bunlar o qədər də əhəmiyyətli olmasa da, hər halda, nailiyyətdir! Ġndi, bizim
yaĢadığımız günlərdə çörək oğurluğuna görə adamı dar ağacından asmırlar. Ġnsanları borc
həbsxanasına salmırlar. Əlbəttə, atom bombası ilə müqayisədə bütün bunlar çox xırda
irəliləyiĢlərdir. Amma, hər halda, irəliləyiĢdir. Ġnsan yaxĢılığa doğru irəliləyib.
Sual: Sizə elə gəlmirmi ki, hansısa bir fanatik kütlənin aldadılmıĢ hissilə oynayaraq
bütün bunların üstündən xətt çəkə bilər.
Folkner: Yox, elə gəlmir. Mənim təsəvvürümə görə, belə insanlar da lazımdı, insan
ölümsüzlüyünün yoğurulduğu xəmirin mayasına onlar da daxildir.
Sual: Deməli, belə hesab edirsiniz ki, insan özünüməhv qüvvələrinə qalib gələcək?
Folkner: Bəli, insan özünüməhvlə mübarizədə tab gətirəcək.
Sual: Bəs təbiət qüvvələri?
Folkner: Deməli, belədi, əgər Yer kürəsi, torpaq insanlara tab gətirməkdən bezməsə,
bit-birədən qurtulmaq istəyən qoca bir it kimi onlardan azad olmaq istəməsə, insan yaĢayacaq.
Sual: Ġnsanın ən güclü silahı nədir – ağıl, yoxsa ürək?
Folkner: Mən ağıla o qədər də inanmıram. Ürəyi aldada bilməzsən, ağıl əzəl-axır adamı
pis vəziyyətdə qoyacaq, ürək isə yox. <...>
Sual: Məni sizin personajların romandan romana necə dəyiĢdiyi maraqlandırır.
Məsələn, Narsissa Benbou “Sartoris” romanında kifayət qədər xoĢ bir adam, “Məbədgah”da isə
acıdil, acıqlı bir qadındır. Bunu necə izah edərdiniz?
Folkner: Mən ifadə etməli olduğum Ģeyi ifadə edə bilmək üçün bir qayda olaraq, mənə
ən rahat görünən fəndlərdən istifadə etmiĢəm. Mənim təsəvvürümdə mütləq mənada pis və ya
yaxĢı insan yoxdu, hesab edirəm ki, bütün insanlar əslində olduqlarından daha yaxĢı olmağa
çalıĢırlar və bəzən buna nail ola bilirlər. Ġnsanda müəyyən bir xüsusiyyəti təsvir etmək lazım
gələndə, adətən, mən bunu onda tapıram. Bu xüsusiyyəti insanda, necə deyərlər, qabartmaq,
üzə çıxarmaq olar və buna görə də o, hansı məqamdasa xoĢ görünməyəcək; ancaq mənə elə gəlir
ki, bu, Ģəxsiyyəti məhv etmir, ona xələl gətirmir.
Sual: BaĢqa sözlə, xarakter dəyiĢməyib, sadəcə, siz ona yeni nəzərlə baxmısınız?
Folkner: Tamamilə doğrudu.