Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə182/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   178   179   180   181   182   183   184   185   ...   192

 

37



Axı  tənqidçi  də  bunu  deməyə  çalıĢır:  “Kilroy  burda  olub”

39

.  Amma  onun  fəaliyyəti  birbaĢa 



yaradıcılıqla  bağlı  deyil,  sənətkar  tənqidçidən  tam  bir  pillə  yüksəkdə  durur,  çünki  sənətkar 

tənqidçini  həyəcanlandıran  bir  Ģey  yaradır, tənqidi  əsərlər  isə    kimi desən  həyəcanlandıra  bilər, 

ancaq  sənətkarı yox. 

S u a l: Deməli, siz öz əsərinizi kimləsə müzakirə etməyə ehtiyac duymursunuz? 

   F o  l k  n e r:  Yox,  mən ancaq öz  iĢimlə  məĢğulam.  ÇalıĢıram ki, özüm razı qalam  və 

əgər yazdığım  məni qane edirsə, onu kimləsə müzakirə etməyə ehtiyac görmürəm. Qane etməsə 

belə, heç bir müzakirə onu yaxĢılaĢdırmayacaq, çünki onu yaxĢılaĢdırmağın yeganə yolu yenidən 

üzərində  iĢləməkdi.  Mən  ədəbiyyatçı  deyiləm,  yalnız  və  yalnız  yazıçıyam,  peĢəkarlıq 

məsələlərini müzakirə etmək mənə ləzzət vermir. 

   S  u  a  l:  Bəzi  tənqidçilər  bildirirlər  ki,  personajlar  arasında  qan  qohumluğu  sizin  üçün 

çox böyük əhəmiyyət kəsb edir. 

   F  o  l  k  n  e  r:  Bu,  tənqidi  fikirlərdən  biridir,  ancaq  dediyim  kimi,  mən  tənqidçiləri 

oxumuram.  Məncə,  insanlardan  yazmaq  istəyən  yazıçı  üçün  qan  qohumluğu,  qəhrəmanın 

burnunun hansı formada olmasından – əlbəttə, bu əlaqənin süjetin inkiĢafında rol oynadığı hallar 

istisna olunmaqla  –  çox da  əhəmiyyətli deyil. Əgər  yazıçı  fikrini  maraqlanmalı olduğu Ģeydə  – 

bu  isə  hər  Ģeydən  əvvəl  həqiqət  və  insan  ruhudu  –  cəmləyibsə,  onun    müxtəlif  ideyalar,  yaxud 

burun  quruluĢu  və  ya  qan  qohumluğu  kimi  baĢqa  Ģeylərlə  maraqlanmağa  vaxtı  qalmır;  Ģəxsən 

mənim təsəvvürümdə ideya və faktların həqiqətlə yalnız çox cüzi dərəcədə bağlılığı var. 

   S u a  l:  Bundan  əlavə, tənqidçilər  həm də  belə  hesab edirlər ki, sizin qəhrəmanlarınız 

xeyirlə Ģər arasında heç vaxt Ģüurlu seçim eləmirlər. 

   F  o  l  k  n  e  r:  Real  həyatın  xeyir  və  Ģərə  dəxli  yoxdu.  Xeyirlə  Ģər  arasında  daim  Don 

Kixot seçim edir – o da yalnız öz xəyali dünyasında. Don Kixot  dəli-divanənin biridi. O, gerçək 

həyatla üzləĢəndə  və  insanları tanımağa çalıĢanda, xeyirlə  Ģəri bir-birindən heç cür ayıra bilmir. 

Ġnsanlar  isə  gerçək  həyatda  yaĢayırlar  və  onların  bütün  gücü,  sadəcə,  yaĢamağa  sərf  olunur. 

Həyat    hərəkətdi  və  yalnız  insanı  hərəkətə  gəlməyə  məcbur  eləyən  Ģeylər  –  Ģöhrətpərəstlik, 

hakimiyyət, həzz –əhəmiyyətlidi. Ġnsan öz mənəviyyatının təmiz qalmasına sərf etdiyi vaxtı, bir 

hissəciyi olduğu  həyatın ümumi  hərəkətindən kəsib qoparır. Əlbəttə, insan gec,  ya tez xeyir  və 

Ģər  arasında  seçim  etməli  olur.  Çünki    bunu  ondan  əxlaqi  borc  tələb  edir,  ayrı  cür  olsa,  insan 

yaĢaya  bilməz.  Əxlaqi  borc  isə  insanın  arzulamaq  haqqı  almaq  üçün  tanrılardan  qəbul  etməyə 

məcbur qaldığı lənətdi.   

   S u a l: Söhbət sənətkardan gedəndə,  «hərəkət» məfhumuna nə anlam verdiyinizi izah 

edə bilərsinizmi? 

                                                

39

 



 “Kilroy  burda olub” – Amerika əsgərlərinin Ġkinci dünya müharibəsində azad edilən Ģəhərlərdə evlərin 

divarlarına cızdıqları yazı 




 

38



  F  o  l  k  n  e  r:  Hər  bir  sənətkarın  məqsədi  sənət  üsulları  vasitəsilə  hərəkəti,  həyatı 

dayandırmaqdı,  ancaq  bu  elə  olmalıdı    ki,  100  ildən  sonra  kənar  bir  adam  həmin  mənzərəyə 

baxanda  o,  dərhal «canlansın», yenə hərəkətə gəlsin. Ġnsanlar ölürlər və ölümsüzlüyün yeganə 

mümkün  forması özündən sonra daim  hərəkətdə  və buna görə də ölümsüz olan  bir Ģey qoyub 

getməkdi. Ġnsanın əzəl-axır keçməli olacağı axirət və labüd unudulma qapılarına sənətkar bunları 

yazır:  “Kilroy burda olub”. 

   S  u  a  l:  Malkolm  Kauli

40

  deyib  ki,  sizin  qəhrəmanların  hamısı  taleyinə  boyun  əyən 



adamlardı. 

   F  o  l  k  n  e  r:  Bu,  Malkolm  Kaulinin  fikridi.  Mənsə  deyərdim  ki,  qəhrəmanlarımın 

bəziləri öz taleyinə  boyun əyir, bəziləri isə yox. Misal üçün,  mənə elə gəlir ki,  «Avqust iĢığı» 

romanındakı Lina Qrouv öz taleyini özü çox gözəl qurur. Ərinin  kim – Lukas Berç, ya baĢqa bi-

risi olacağının onun üçün,  taleyi üçün, ümumiyyətlə, əhəmiyyəti yoxdu. Onun qismətinə yazılıb 

ki,  əri  və  uĢaqları  olacaq,  o  buna  qəti  əmindi,  buna  görə  də  evdən  çıxıb  gedir,  heç  bir  kənar  

kömək  olmadan  öz  həyatını  qurmaqla  məĢğul  olur.  O,  öz  taleyinin  kapitanıdı.  Ümidsizliyə 

qapılmıĢ  Bayron  Banç  zorla  ona  yiyələnmək  istəyəndə,  o,  tövrünü  pozmadan,  çox  sakitcə, 

mənim  öz  qəhrəmanlarımdan  heç  vaxt  eĢitmədiyim  ən  ağıllı  sözləri  dilinə  gətirir:  “Ayıb  deyil. 

Axı körpəni yuxudan oyada bilərdiniz”. O heç də çaĢmır, qorxmur. Hətta insanların ona yazığı 

gəlib-gəlməyəcəyi, ümumiyyətlə, bunun ona lazım olub-olmayacağı barədə də düĢünmür. Misal 

üçün,  elə  onun  son  sözlərini  götürək:  “Sən  bir  iĢə  bax,  gör  adam  haralara  gəlib  çıxa  bilərmiĢ. 

Alabamadan çıxdığımız heç ikicə ay olmaz, amma biz indi artıq burda – Tenessidəyik”. 

   Ya  elə  «Mən  öləndə»  romanındakı  Bandreni  götürək.  Arvadını  itirmiĢ  ailə  baĢçısına, 

təbii  ki,  baĢqa  birisi  lazımdı  və  o, onu  əldə  eləyir.  Dərhal  özünə  belə  bir  qadın  tapır,  bu  qadın  

onların  hamısına yemək biĢirəcək, üstəlik onun qrammofonu da var, ona görə də bu tapıntı hamı 

üçün  xoĢdu:  iĢdən  sonra  qulaq  asmağa  nəsə  olacaq.  Düzdü,  hamilə  qızı  hələ  uĢaqdan  qurtula 

bilməyib, amma heç o da  kefini pozmur. O, bunun üçün  yenə  nəsə eləyə  bilər, əgər alınmasa, 

heç alınmasın,  burda nə var ki, uzaqbaĢı bir uĢaq da artıq olacaq – vəssalam. 

   S  u  a  l:  Malkolm  Kauli  deyir  ki,  sizin  üçün  iyirmi-qırx  yaĢ  arasında  insani  baxımdan 

cəlbedici qəhrəmanlar yaratmaq çətindir. 

   F o l k n e r: Ġyirmi-qırx yaĢ arasındakı adamlar o qədər də cəlbedici deyillər. UĢaq çox 

Ģeyə qadirdi, ancaq o, eyini zamanda, çox Ģeyləri anlamır. Ġnsan qırx yaĢından sonra – artıq fiziki 

gücünün azaldığı vaxtlarda çox Ģeyləri baĢa düĢməyə baĢlayır. Ġyirmi-qırx yaĢ arasında insanın 

iradəsi möhkəmlənir, o, təhlükəli olur; ancaq hələ həyatı tam dərk etmir, heç buna yaxınlaĢmayıb 

da. Mühitin və Ģəxsi istəklərinin təzyiqi altında onun fəaliyyəti fəlakətli formalar ala bilər: insan 

mənəvi keyfiyyətlərdən əvvəl gücə  yiyələnir. Dünyanı böyük bəlalara məhz iyirmi-qırx yaĢ ara-

                                                

40

 

 Malkolm Kauli – Amerika ədəbiyyatĢünası, Folknerin dostu, onun yaradıcılığı haqqında məqalələr müəllifi  




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə