Üçüncü söhbət. KƏLƏKİDƏ NƏLƏr oldu?



Yüklə 261,22 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix12.10.2018
ölçüsü261,22 Kb.
#73237
1   2   3   4   5   6   7   8   9

-Təklif etdilər ki, daxili işlər naziri yoxdur, buna görə də vəziyyət xarabdır; naziri təyin et. Mən 

də  dedim  ki,  hələ  öz  adamımı  tapmamışam,  onun  haqqında  düşünürəm.  Onda  Etibar 

Məmmədov  dedi  ki,  sənin  adamın  yoxdur,  amma  bizim  adamımız  var.  Həmin  adamın  kim 

olduğunu  soruşduğum  zaman  Rəsulla  bir-birinə  baxıb  dedilər  ki,  bizim  adamımız  Rövşən 

Cavadovdur. Onlarla razı olub-olmadığını Heydər Əliyevdən soruşanda cavab verdi ki, bunlar 

razıdırsa  mən  də  razıyam.  Mən  dedim  ki,  Rövşən  Cavadovun  qüvvələri  Gəncədə  Surət 

Hüseynova qoşulub və qiyamda iştirak edib; bu adamı nazir qoya bilmərəm. Onda dedilər ki, 

qalsın, sabah danışarıq. Razılaşdım. Ancaq artıq qət etmişdim ki, Kələkiyə gedəcəyəm  

O görüşdə yalnız DİN-dən danışıldı? 

-Bəli.  


Sizin dönüşünüz 80 evlik Kələkini dünyanın ən məşhur kəndlərindən birinə çevirdi. Sizcə, bu 

məşhurluq kələkililərə məhrumiyyətlər də nəsib etmədi ki? 

Nəinki  kələkililərə,  mən  deyərdim  ki,  bütün  Naxçıvana,  xüsusən  Ordubad  və  Şərura  mənim 

üstümdə çox zərbələr dəydi, onlar hədsiz zülmlərə, məhrumiyyətlərə düçar oldular. Ancaq ən 

ağır zərbələr 4 kəndə: Dırnıs, Kələki, Üstüpü və Unusa endirildi. Mənə görə bu kəndlər çox 

çıxılmaz  vəziyyətlərə  düçar  oldular.  Mən  həmin  kəndlərin  əhalisinin  mənə  görə  çəkdikləri 

əzab-əziyyətə  necə  mərdiklə  dözdüklərini,  arxamda  necə  cəsarətlə  durduqlarını,  məni  necə 

qayğıyla  qoruduqlarını,  ürəkdən  sevdiklərini  heç  zaman  unutmaram.  Tale  haçansa  mənə 

yaxşı imkan versə həmin kəndlərə gedib onların camaatıyla görüşərək halallıq alacağam. 

İnşallah, Allah-taala Sizi arzunuza yetirər.  

Siz Məmmədəmin Rəsulzadənin Lahıcda olmasıyla Əbülfəz Elçibəyin Kələkidə olması arasında 

tarixi paralellər görürsünüzmü? 

Burada  tarixi  paralel  görmürəm.  Amma  başqa  tarixi  paraleli  deyə  bilərəm.  Mənim  başımı 

1991-in 23 avqustunda yardılar. O zaman məni ağır zədələmişdilər. Dincəlməkçün İsmayıllının 

Basqal kəndinə getdim. Basqalla Lahıc yaxın kəndlərdir. Orada yaşadığım bir aylıq həyatımı 

Məmmədəminin  Lahıc  həyatına  uyğun  sayıram.  Məmmədəmin  Lahıcda  "Əsrimizin 

Səyavuşu"nu yazmışdı, bizsə Basqalda AXC-nin Proqramını yazdıq.  

Görünür,  İsmayıllı  torpağının  taleyinə  də  Azərbaycan  istiqlalının  iki  liderinin  ağır  günündə 

onlara  hayan  olmaq  şərəfi  yazılıbmış.  Ancaq  Sizi  özümün  də  hədsiz  sevdiyim  gözəl  və 

qonaqpərvər  İsmayıllı  torpağından  ayırmağa,  yenidən  doğma  Kələkiyə  qaytarmağa 

məcburam - Sizi doğma kəndinizdə ən çox sevindirən və ağrıdan nə(lər) oldu? 

Bu, çox ağır sualdır. Ona indi cavab vermək istəməzdim - bu çox geniş mövzunun ayrı-ayrı 

hissələrini  danışmaqla  hadisələrin  ümumi  mənzərəsini  korlaya  bilərik.  İnşallah,  bunu  bir 

zaman ya özüm yazaram, ya da söyləyərəm, sən yazarsan. 

Kənddə olarkən məlumat mənbələriniz nə qədər geniş və etibarlıydı? Bakıda baş verənlərdən 

vaxtında xəbər tuta bilirdinizmi?  

-Məlumatım  burada  təsəvvür  ediləndən  çox  genişdi.  Telefonla  müxtəlif  xarici  ölkələrlə, 

Türkiyəylə  əlaqə  saxlayırdım.  Hətta  Təbrizə,  Tehrana  da  zəng  edirdim.  Telefonla  operativ 




məlumatları  vaxtında  ala  bilirdim.  Ehtiyacım  olanda  Amerika,  Avropa  ölkələriylə,  məsələn, 

İngiltərə, Hollandiya və başqalarıyla birbaşa əlaqə saxlamağıma əngəl yoxdu. Başqa tərəfdən

Kələkiyə Bakıdan və Naxçıvandan qəzetlər müntəzəm gətirilirdi. Doğrudur, son vaxtlar onlar 

bəzən  3-4  gündən  bir  gəlirdi,  ancaq  hər  halda  mətbuatı  ardıcıl  izləyirdim.  Digər  məlumat 

mənbəyimsə Bakıdan yanıma gələn insanlardı.  

Təkcə Bakıdanmı? 

Əlbəttə, yox. Azərbaycanın bütün rayonlarından, eləcə də xarici ölkələrdən gələn şəxslər də 

mənə  çox  qiymətli  məlumatlar  verir,  eyni  zamanda  bununla  mənə  mənəvi  yardım 

göstərirdilər.  Bunlar  partiya  yoldaşlarım,  dostlarım,  tanışlarım,  Azərbaycanın  ən  müxtəlif 

ziyalılarıydı. 

Burada jurnalistlərin mənə mənəvi hayan olmalarını ayrıca xatırlatmaq istəyirəm. Doğrudur, 

yanıma ardıcıl gələn jurnalistlərin adlarını sadalamaq istəmirəm (onlar çoxdur  - birinin adını 

çəksəm qalanları məndən inciyər), ancaq Natella xanımdan danışmasam günah olar. O, çox 

böyük  fədakarlıq  edir,  hər  həftə  Kələkiyə  gəlirdi.  Bəzən  bu  gün  gedib  sabah  qayıdır,  mənə 

yeni  məlumatlar  gətirir,  dostlarımın,  yoldaşlarımın  salamını  yetirirdi.  Yol-iriz  bağlı  olanda  o 

dəfələrlə  dağları  aşaraq,  əzab-əziyyətə  kişi  kimi  qatlaşaraq  özünü  Kələkiyə  yetirib.  Qalan 

jurnalistlər də məni unutmur, hərə bacardığı işi görürdü.  

Radiolardan ən çox qulaq asdığım "Azadlıq", "Amerikanın səsi", bir də "Bi-Bi-Si"ydi. "Azadlığ"ı 

heç vaxt buraxmırdım. Kələkidə qaydadır - hər gün axşam saat 8-də hamı "Azadlığ"a qulaq 

asır.  Bunlardan  əlavə,  gecə  12-dən  4-ə  kimi  rusca  "Svoboda"nı  da  dinləyirdim,  çünki  onun 

məlumatları  daha  geniş  olurdu.  Mən  bütün  bu  radiolara  minnətdaram  ki,  Kələkidə  gecələr 

mənim həmdəmim olublar.  

İmkan  tapanda  Türkiyə  telekanallarına  da  baxırdım.  Elə  olurdu  ki,  gecə  saat  5-ə  kimi 

radiolara qulaq asır, gündüzlərsə qəzet, kitab oxuyurdum.  

İlk vaxtlar silahdaşlarınızın çoxu Kələkidə Sizinlə bir yerdəydi. Onlar tədricən Bakıya qayıtdılar, 

demək  olar  ki,  tək  qaldınız.  Bundan  sonrakı  həyatınızın  dustaqlıqdan  da  ağır  keçdiyini 

jurnalistlərə söyləyirdiniz. Bu ağırlıq daha çox nələrdən irəli gəlirdi? 

İlk  növbədə  ona  görə  ağırdı  ki,  yanımda  olan  qohumların,  dost-tanışların  taleyi  qeyri-

müəyyəndi. Hər an çığırır, hay-küy salırdılar ki, Kələkidə quldur dəstəsi var, silahlı dəstə var. 

Fikirləşirdim, görəsən, bunların arxasında nə gizlənir? Yəni istənilən vaxt Kələkiyə hücum edib 

adamları həbs edə, öldürə bilərdilər. Bu qorxu məni həmişə böyük gərginlik altında saxlayırdı. 

Qonşu  kəndlərin  camaatı  da  deyirdi  ki,  bura  qoşun  gəlsə  çıxıb  özümüzü  tankın  altına 

atacağıq.  

Həbsxanada  belə  şeylər  olmur  axı.  Bilirsən  ki,  müəyyən  vaxta  kimi  burada  oturacaqsan. 

Kənddəsə bilmirsən ki, sabah nə baş verəcək, təkcə sənin özünü yox, səni əhatə edən sadə 

insanları, heç bir təmənnası olmayan qadınları, uşaqları, qocaları nə gözləyir! Fikirləşirdim ki, 

onların  başına  bir  iş  gəlsə,  kimsə  tələf  olsa  bu  qan  mənim  boynumda  qalacaq.  Bunları 

düşünmək  mənimçün,  inanın,  cəhənnəm  əzabından  da  ağırdı!  Gücümü  ona  yönəldirdim  ki, 

heç bir hadisə baş verməsin. Ancaq bir də eşidirdim ki, Ordubadda, yaxud Şərurda cəbhəçiləri 

tuturlar  -  guya  onlar  silah  gəzdirirlər.  Halbuki  hamısı  ağ  yalandı.  Bu  insanlar  mənim 




Yüklə 261,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə