Üçüncü söhbət. KƏLƏKİDƏ NƏLƏr oldu?



Yüklə 261,22 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix12.10.2018
ölçüsü261,22 Kb.
#73237
1   2   3   4   5   6   7   8   9

Məsələn, o, türklərin bir hissəsini "tatar" adlandırdı: "Qafqaz tatarları" (biz), "Krım tatarları" 

və  "Qazan  tatarları".  Sadəcə  olaraq,  o,  türkə  "tatar"  adı  qoymaqla  onu  türklükdən 

uzaqlaşdırmağa  çalışırdı.  Hətta  bir  vaxt  bizim  dilimizin  adını  "oğuz  dili"  qoymaq  istəyiblər  - 

hələ XIX əsrdə rus imperatorluğuna təklif ediblər ki, bunların babaları oğuzlardır, gəlin onların 

dilinin adını "oğuz dili" qoyaq, "türk dili" olmasın. "Türkmən dili" adlandırmaq təşəbbüsləri də 

olub - təki "türk" sözü aradan çıxsın.  

Bəli, "türk" sözünə qarşı dünyada bir müharibə başlayıb. XIX əsrdə ruslar fikirləşib tapıblar ki, 

bura Azərbaycandır, biz bunları "azerbaydcantsı", dillərinisə "azerbaydcanskiy yazık" adlandıra 

bilərik. Bu, Stalinin yox, XIX əsr imperiyasının siyasətidir və hətta Abbasqulu ağa Bakıxanovu 

da karıxdırıb. 

Mirzə Kazım bəyin özü "aderbidjanskoye nareçiye" termini işlədir. 

Bakıxanov  ondan  qabaqdır  da.  O,  rusca  qeydlərində  dilimizi  gah  "tyurkskiy  yazık",  gah 

"tyuretskiy  yazık",  gah  da  "tatarskiy  yazık"  adlandırır.  Əsərlərinin  siyahısını  verəndə  artıq 

göstərişlə "türk"dən uzaqlaşır, "tatar"a keçir.  

"Türk"  adı  o  qədər  ümumiləşib  ki,  o,  bu  adı  daşıyanlarçün  qürur  qaynağı,  düşmənçünsə 

qorxu,  vahimə  mənbəyidir.  Bu  vahiməni  götürməkçün  "türk"ü  parçalayır,  ayır  -  buyur 

siyasətini ustalıqla yerinə yetirir.  

Bəs  türkün  gerçək  tarixi  haradan  başlayır?  Araşdırmalarımın  sonunda  gördüm  ki,  nəinki 

türkün, bütövlükdə dünyanın tarixi Turandan başlayır. Şumer miladdan 3 min il əvvəl mövcud 

olub,  üstünə  indiki  eranı  da  gələndə  edir  5  min  il,  yəni  Şumerin  5  min  il  tarixi  var. 

Azərbaycanınsa  tarixi  Şumerinkindən  qabaqdır.  6  min  -  7  min  il  qabaq  Azərbaycan 

mədəniyyəti olub - böyük Kür-Araz mədəniyyəti! Bu mədəniyyət sonralar Şumerə keçib, ona 

təsir edib, orada yayılıb.  

Bəs  Kür-Araz  mədəniyyətinin  özü  haradan  gəlib?  O,  böyük  Turana  daxildir.  Turanın  da 

mərkəzi  Xəzər  ətrafı  və  İssıkgöldür.  Moskvada  çıxan  nüfuzlu  bir  curnalda  oxumuşdum  ki, 

alimlər artıq etiraf edirlər ki, bizim eradan qabaq X-IX minilliklərdə Turan ovalığında böyük bir 

mədəniyyət olub və bütün mədəniyyətlər oradan getməyə, yayılmağa, çözələnməyə başlayıb. 

Bu  vahid  mədəniyyət  mərkəzinin  sərhədləri  söykənir  Əfqanıstana,  söykənir  Hindistanın 

şimalına (Hindistana girmir), söykənir Çinə (Çinə də girmir) və söykənir bir də Azərbaycan da 

içində olmaqla Xəzər ətrafına (burada geniş yayılır). Bu mədəniyyətdən danışarkən, məsələn, 

bildirilir ki, ən qədim bürünc, qızıl əşyalar Orta Asiyada tapılıb. Svastika elə, xaç elə, yaxud 

dünyanın mühüm aparıcı rəmzləri - onların hamısı qazıntı nəticəsində tapılan və xristianlıqdan 

5 min il qabağa aid şeylərdir. 

Elə bizim bayrağımızdakı 8-guşəli ulduzun özü. 

Bəli,  bəli.  Bunların  hamısı  oradan  çıxıb  və  buna  "Böyük  panteon"  deyilir.  Buradan  belə 

nəticəyə  gəlinir  ki,  mədəniyyətlərin  ilkin  mərkəzi  sərhədlərini  cızdığım  Turanda  olub,  hind-

avropalılar  da,  türklər  də  oradan  çıxıb,  sami  mədəniyyəti  də  hər  şeyi  oradan  götürüb. 

Qəribədir  ki,  indi  bu  mədəniyyətə  yiyələnməyə  çalışaraq  söyləyirlər  ki,  onu  elə  hind-

avropalılar yaradıb. Soruşanda ki bəs oradakı türklər necə olub, deyirlər ki, o türklərlə indiki 

türklər  fərqlidir.  Sözə  bax!  Sadəcə  olaraq,  indi  də  istəyirlər  ki,  bunu  sübut  etsinlər  ki, 




doğrudur,  Turanın  əhalisi  türkdür,  ora  türk  məkanıdır,  ancaq  ən  qədim  əhalisinin  kökündə 

hind-avropalılar dayanır - sonradan hind-avropalılar çıxıb gedib, yerində türklər qalıb. 

Yaxud da onlar türklərə qarışıblar... 

Yəni  özlərindən  nəzəriyyələr  çıxarırlar.  Amma  gerçəkliksə  qətiyyən  belə  deyil.  Bu,  tamam 

başqa sistemdir.  

"Dünya tarixində din-ruhani sisteminin köklərini tapmaqçün xeyli axtarışlar aparmışam" 

Bəy, Sizi həm də din tarixi üzrə mütəxəssis kimi tanıyırıq...  

Dünya  tarixində  din-ruhani  sisteminin  köklərini  tapmaqçün  xeyli  axtarışlar  aparmışam. 

Məsələn, deyək ki, Qut Tanrı adıdır və Almaniyayadək gedib yayılıb. 

Fars dilindəki müasir "xuda" sözü də oradandır. 

"Xuda"  sözü  "qutay"dandır;  əslində  o,  "xuday"dır.  Farslar  miladdan  öncə  IX-VIII  əsrlərdə 

"Xuday-namak" kitabı yazıblar. Oradakı "xuday" "qutay"dır, bu "qut" deyil. 

Kökündə "qut" durur da. 

Hə,  kökündə  dayanır:  "qutay",  yəni  "ay  qutu",  "ay  Tanrı".  "Ay  Tanrı",  "gün  Tanrı",  "ulduz 

Tanrı"  çox-çox  sonralar  "Oğuznamə"lərdə  "Ay  xan",  "Ulduz  xan"  və  "Gün  xan"a  çevrilib. 

Demək, öncə olur "ay qut", "gün qut", "ulduz qut"; bunlar Tanrının sifətləridir. Onun yerdə 

təmsilçisi insan olandan sonra insan xan sayılır: Ay xan, Gün xan, Ulduz xan; o daha qut ola 

bilməz  -  qut  Tanrının  sifətidir.  Mən  Kələkidə  elmlə  məşğul  olarkən  Turan  arealındakı  çox 

mühüm bir şeyin - Su dövlətinin izinə düşərək onu öyrənməyə başladım. Dövlətin və tayfanın 

adı sudur - birbaşa suyun müqəddəsliyiylə bağlıdır.  

Qədim türklərdə "Su" dastanı da var axı? 

Bəli, bəli. Su həm də "Şu"dur - Şu xaqan. Suyun müqəddəsliyini əks etdirir. Sonra gördüm ki, 

bu,  çox  böyük  problemdir.  Müəyyən  qədər  onun  tezislərini  yazdım,  amma  özünü  işləməyi 

saxladım, çünki kənddə işləyə bilməzdim, çətindir. İmkanım olsa Azərbaycanda bu mövzunu 

araşdırmaqçün  15-20  nəfərlik  bir  alimlər  toplusu  yaradardım.  Ya  belə  olmalıdır,  ya  da  mən 

siyasi həyatdan uzaqlaşandan sonra bütün işimi bu məsələnin həllinə yönəldəcəyəm.  

Mən gözləyirdim ki, Oljas Süleymenovun "Min söz"ü çıxsın (o, bu adda kitab yazdığını mənə 

demişdi), çünki bilirəm ki, o da bunlardan yazacaq. O, min qədim türk sözünün izahını verir. 

Məsələn, "manqurt" sözü Çindən Avropaya qədər yayılıb. "Muğan" sözü necə olur Koreyada 

da  var  (sərkərdə  adı  olub),  Azərbaycanda  da  (yer  adıdır)  və  muğların  ona  nə  dəxli  var? 

Muğlar məsələsinə gələndə fikirləşdim ki, bu ad IV-V əsrlərdə yarana bilər; Mani peyğəmbər 

Mani-Muğ dininin aparıcısıydı. 

Çindəydi də o? 

 



Yüklə 261,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə